Məhkəmə qərarları › İş №2(103)-5101/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5101/2022

12.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5101/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5101/2022 (Açar sözlər: “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarıma”) Bakı şəhəri 12 dekabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(007)-104/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən 29 saylı Vəkil Bürosuna ünvanlanmış 11 mart 2021-ci il tarixli məktubun məzmunundan görünür ki, Bakı şəhəri,Nizami rayonu,B.Nuriyev küçəsindəki 75 saylı evin 159 saylı mənzili xx.xx.1996-cı il tarixdən İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir.Bundan başqa,İddiaçı mülkiyyətrində Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 7 saylı evin 74 saylı mənzil də var.(Qeydiyyat tarixi-xx.xx.1997-ci il)

2. "xxxx"MMC-nin 28 mart 2022-ci il tarixli qiymətləndirmə ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri,Nizami rayonu,B.Nuriyev küçəsindəki 75 saylı evin 159 saylı mənzilinin bazar dəyəri 98.000,0 manat təşkil edir.

3. Həmçinin, Fərdi sahibkr X1 xx.xx.2021-ci il tarixli Arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu,B.Nuriyev küçəsindəki 75 saylı evin 159 saylı mənzilinin yerləşdiyi ərazidə oxşar mənzillərin aylıq kirayə haqqı 180-200,0 manat təşkil edir.

4. Torpağın mülkiyyətə verilməsi barədə JN081 A seriyalı,kod nömrəsi 61013068 olan şəhadətnamədən görünür ki, İddiaçı mülkiyyətində Bərdə rayonu Qayalı kəndində 0.08 ha.torpaq sahəsi 24 noyabr 2000-ci ildən mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir.

5. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında nikah 11 iyul 1996-cı il tarixdə Bərdə rayonunda bağlanmış və 07 saylı nikah qeydi ilə rəsmiləşdirilmişdir.

6. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-73/2014 saylı, 06 may 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında nikah 11 iyul 1996-cı il tarixdə Bərdə rayonunda bağlanmış və 07 saylı nikah qeydi pozulmuşdur və tərəflərin birgə nikahından doğulmuş xx xxxx 1998-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxx 1997-ci il təvəllüdlü Cavabdeh1 Raquf qızının anaları Cavabdeh3 yanında saxlanması qət olunmuşdur.

7. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-107/2017 saylı, 14 mart 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi Cavabdeh3 tərəfindən verilmiş ərizənin təmin edilməsi, xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi qət edilmişdir.

8. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyasının 2017-ci il 05 iyun tarixdə keçirilmiş iclasının 17 saylı protokolundan çıxarışa əsasən Cavabdeh3 fəaliyyət qabiliyyətli olmayan övladı Cavabdeh2 üzərində qəyyum təyin edilməsi qərara alınmışdır.

9. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1-1/87 saylı, 12 iyun 2017ci il tarixli Sərəncamının surətindən görünür ki, Cavabdeh3 fəaliyyət qabiliyyətli olmayan övladı xx xxxx 1998-ci il təvəllüdlü Cavabdeh2 üzərində qəyyum təyin edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5101/2022 saylı, 26 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixatrik ekspertizası təyin edilmişdir.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin 24 noyabr 2022-ci il tarixli, 4219 saylı rəyindən görünür ki, Cavabdeh2 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Bunu təqdim edilmiş tibbi sənədlər və anamnestik məlumatlar və xəstənin hazırki psixi vəziyyəti təsdiq edir, (anamnestik məlumatlara görə yoxlanılan şəxs doğuş zədəsi ilə anadan olması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, nitqi qeyriaydın olmaqla kasad olması, psixi vəziyyəti ilə əlaqədar ona təyin edilmiş dərman preparatlarını qəbul etməsi, psixi vəziyyəti ilə əlaqədar Bakı şəhər X2 qeydiyyatda olmaqla müalicədə olması, əqli inkişafdan geri qalması, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, ara-sıra əsəbiliyi, fizioloji ifrazatları ilə natəmiz olması, davranış pozuntularının biruzə verməsi, hərdən yersiz hərəkətlərə yol verməsi, xx.xx.2016-cı il tarixdə AR ƏƏSMN TSEK tərəfindən təkrar müayinə edilərək “Ağır dərəcəli əqli gerilik. Ağır kəmağıllıq, davranış pozuntusu ilə. Kəskin ifadə olunmuş imbesillik” diaqnozu ilə kənar şəxsin qulluğuna ehtiyacının olması göstərilərək ona müddətsiz İ qrup əlillik təyin edilməsi, əqli gerilik ilə əlaqədar hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, həmçinin hazırki müayinə zamanı yoxlanılan şəxsdə ağır dərəcəli əqli geriliyin müəyyən edilməsi və s.) sübut edir. Mülki iş materiallarını, tibbi sənəd və aparılmış ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci, 2-ci və 3-cü suallara cavab: Cavabdeh2 düçar olduğu psixi pozuntunu və göstərilən ünvanda illər boyu yaşayaraq adaptasiya olmasını nəzərə almaqla ehtimal etmək olar ki, onun göstərilən ünvanda yaşadığı evdən çıxarıldığı halda bu onun psixoemosional vəziyyətinə təsir etməklə əhval-ruhiyyəsinin enməsi, depressiv vəziyyətin yaranması, yaxud psixo-emosional gərginliklərlə müşayət olunan oyanıqlıq hallarının meydana gəlməsi və göstərilən psixi pozuntuların təkrarlanması və beləliklə Cavabdeh2 müəyyən edilən psixi pozuntu olmasına baxmayaraq bu günə kimi ailədə xəstə üçün yaranmış, adaptasiya olunduğu müəyyən komfortlu yaşayış tərzinin pozularaq diskomfortlu həyat tərzinin meydana gəlməsi, beləliklə yoxlanılan şəxsin hazırda yaşadığı mənzildən köçürülməsi onda hazırda kompensasiya ilə müşayət olunan psixi durumunun dekompensasiya vəziyyətinə keçməsi istisna edilmir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

13. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh3,X3 və Cavabdeh2 hər birinə 15.000,0 manat kompensasiya verilməklə onların Bakı şəhəri, Nizami rayonu B.Nuriyev küçəsindəki 75 saylı evin 159 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs cavabdehlərdən biri olan Cavabdeh3 ilə 28 dekabr 2002-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurub, lakin bir müddət sonra münasibətləri pisləşdiyi üçün aralarında olan nikah qeydiyyatı məhkəmə qətnaməsi ilə pozulub.Cavabdehlə ailə qurduqdan sonra iddiaçının mülkiyyətində olan mənzildə yaşayıblar. Tərəflərin ailə münasibətləri pozulduğu gündən sonra iddiaçıya mülkiyyətində olan mənzildə yaşamasına cavabdehlər maneəçilik yradırlar. Faktiki olaraq iddiaçını evə buraxmırlar. Sözü gedən mənzil 27 aprel 1996-cı il tarixdən iddiaçının mülkiyyətinə keçib, bu səbəbdən də cavabhlərin həmin evin üzərində hər hansı formada payı mövcud deyildir. Mübahisəli mənzil iddiaçının mülkiyyətində olan zaman xx.xx.2010-cu il tarixdə cavabdehlər həmin mənzilə qeydiyyayt alınıblar. Onlar həmin mənzilə qeydiyyaat alınsalar da, onların mənzilə üzərinə heç bir hüququ yoxdur. Buna baxmayaraq iddiaçının mülkiyyət hüququnu pozaraq, mənzildən istifadə etməsinə, mənzilə dair sərəncam verməsinə maneəçilik tbrədirlər. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur. Buna görə də, hesab edir ki, cavabdehlərin hər birinə 15000 manat kompensasiya verilməklə mənzilən dair istifadə hüquqlarına xitam verilməlidir.Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh3,X3 və Cavabdeh2 hər birinə 15000 manat verilməklə onların Bakı şəhəri,Nizami rayonu,B.Nuriyev küçəsindəki 75 saylı evin 159 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edir.

15. Cavabdeh2 qanuni nümayəndəsi, özü də cavabdeh olan Cavabdeh3 iddianı qəbul etməmiş və izahat verərək göstərmişdir ki, onun himayəsində fəaliyyət qabiliyyəti olmayan övladı vardır. Onun yaşamağa başqa yeri yoxdur. Bundan əlavə digər cavabdeh olan Ayişə adlı qızı da streslərdən xəstəliyə tutulub.Əlləri, ayaqları əsir. İki uşağı ilə birlikdə həmin evdə yaşayır.Onlar 45000 kompensasiya alıb başqa yerdə yaşayış sahəsi ala bilməyəcəklər. Xəstə oğlu hərəkət edə bilmir, onu evdən çıxara bilməz.Bundan əlavə onların başqa bir iki otaqlı mənzili vardır. İddiaçı getsin həmin evdə yaşasın və ya həmin evi satmaq istəyirsə satsın, lakin onların yaşadığı evə dəyməsin. Xahiş edir ki, xəstə övaldlarını nəzərə alıb, iddia tələbinin rədd olunması barədə qətnamə çıxırılsın.

16. Cavabdeh1 da oxşar məzmunlu izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir.

17. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(007)- 104/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiasının təmin olunmaması qət olunmuşdur.

18. Məhkəmə tərəfindən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

19. İşin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında nikah 11 iyul 1996-cı il tarixdə bağlanmışdır.Mübahisəli mənzil isə xx.xx.1996-cı il tarixdən iddiaçının mülkiyyətindədir. Lakin tərəflərin izahatından görünür ki, Cavabdeh3 ailə qurduqları 11 iyul 1996-cı il tarixdən həmin mənzildə yaşayır. Belə olan halda mənzildən istifadə ilə əlaqədar tərəflər arasında münasibətlərin 1996-cı ildən yaranması müəyyən olunur.Digər cavabdehlər- X5 və Cavabdeh2 isə tərəflərin birgə nikahdan olan övladlarıdır və tərəflər həmin mənzildə yaşayarkən doğulmuşlar, hal-hazırdada mənzildə yaşamaqda davam edirlər.

20. Ona görə də mübahisəyə münasibətlərin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.

21. Münasibətlərin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köşürmək ixtiyarına malikdirlər;digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

22. Göründüyü kimi,cavabdehlərin mənzildən istifadə hüququ mülkiyyətçinin (iddiaçının) öz razılığı ilə onların həmin mənzilə köşdüyü və ya (həmin mənzildə doğulması anından) yaranmışdır.

23. Bundan başqa, işdə olan sənədlərdən göründüyü kimi tərəflər birgə nikahda olarkən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 7 saylı evin 74 saylı mənzil (Qeydiyyat tarixi xx.xx.1997-ci il) əldə etmişlər və iddiaçı nikahdan əvvəl Bərdə rayonu Qayalı kəndində 0.08 ha.torpaq sahəsi əldə etmişdir. Hər iki əmlak halhazırda iddiaçının mülkiyyətində və istifadəsindədir. Cavabdeh3 birgə nikah vaxtı əldə olunan əmlakdan pay tələb etməmişdir və iddiaçıdan həmin əmlakların əvəzinə xəstə uşaqları ilə hazırkı mübahisəli mənzildə yaşamalarına razı olmasını xahiş edir. Lakin iddiaçı bununla razılaşmır.

24. Məhkəmə digər iki əmlakın iddiaçının mülkiyyətində və istifadəsində qaldığını, cavabdeh xx xxxx 1998-ci il təvəllüdlü Cavabdeh2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə anasının himayəsində yaşamasını, digər cavbdeh Cavabdeh1 da xəstə olduğunu nəzərə alaraq cavabdehlərin hər birinə 15000 manat verilməklə onların məmzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə iddiaçının təklifini ədalətli hesab etməmişdir.

25. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia təmin olunmamalıdır.

26. Məhkəmə öz mövqeyini münasibətlərin yarandığı zaman (11 iyul 1996-cı il tarixdə) qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

27. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-104/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

28. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, qətnamə qeyri-qanunidir, maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və ləğv edilməlidir. Belə ki, məhkəmə təqdim olunmuş sənədlərə birtərəfli, cavabdehlərin mənafeyi əsas götürülməklə qiymət vermişdir. İddiaçının mənzil üzərində mülkiyyət hüququ olmasına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli və 12 iyul 2016-cı il tarixli qərarlarının, 30 iyun 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh3 arasında nikah 11 iyul 1996-cı il tarixdə bağlanmışdır. Mübahisəli mənzil isə xx.xx.1996-cı il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdeh3 ilə ailə qurduqları 11 iyul 1996-cı il tarixdən həmin mənzildə yaşamasına, digər cavabdehlərin isə anadan olandan sonra həmin mənzildə yaşamaları ancaq mənzildən istifadə qaydalarına şamil edilə bilər və heç bir halda iddiaçının mənzilə mülkiyyət hüquqlarını və mənzilə dair sərəncam vermək hüququnu poza bilməz. Məhkəmə özü də qətnamədə göstərir ki, maddi-hüquq normalarının məzmunundan görünür ki, cavabdehlər mənzildən istifadə ilə bağlı mülkiyyətçi ilə eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar, yəni yalnız mənzildən istifadə ilə bağlı hüquqlara malikdirlər. Bundan başqa məhkəmənin tərəflərin birgə nikahda olarkən əldə etdikləri Bakı şəhəri, Nizami rayonu, Əli Əliyev küçəsi 7 saylı evin 74 saylı mənzili ( Qeydiyyat tarixi xx.xx.1997-ci il ) barədə məlumatının hazırki iddiaya heç bir aidiyyətinin olmamasını bildirir. Məhkəmənin göstərdiyi 24 noyabr 2000-ci il tarixdə iddiaçının Bərdə rayonu Qayalı kəndində 0,08 ha torpaq sahəsi əldə etməsi isə birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi hesab edilə bilməz. Belə ki, Bərdə rayon Dövlət Arxivinin 24 may 2022-ci il tarixli 117 saylı Arxiv arayışından görünür ki, həmin torpaq sahəsi İddiaçı Cəfər Cabbarlı adına kolxoz heyət üzvlərinin Ümumi yığıncağının 30 avqust 1988-ci il tarixli 5 saylı qərarına əsasən verilmişdir. Həmin torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi deyildir. Məhkəmənin iddiaçının kompensasiya təklifini ədalətli hesab etməməsi barədə gəldiyi nəticə özü ədalətsizdir və mülkiyyətçinin mülkiyyət hüququnun bir başa pozulması və hal-hazırki vəziyyətə görə isə onun həmin mülkiyyətindən məhrum edilməsidir, çünki cavabdehlər ona həmin mənzilə dair nəinki sərəncam vermək hüququndan istifadə etməsinə, hətta həmin mənzildən istifadə hüququna da imkan vermirlər. Bildirir ki, maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən və pozulduğundan tətbiq edilən prosessual hüquq normaları da pozulmuşdur. Belə ki, mülki qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda bunu etməmişdir. O, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmiş. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı olduğu halda, məhkəmə tərəfindən sübutlara qeyri-obyektiv, qərəzli baxılmış, həmin sübutlara tətbiq edilməli hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyəti olan hallara düzgün hüquqi qiymət verilməmiş və həmin hallar aydınlaşdırılmamışdır. Belə ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzil məsələsinin hazırki iddia ilə hansı əlaəqəsi olması məsələsi aydınlaşdırılmamışdır. Bundan əlavə məhkəmə iddiaçının adına olan torpaq sahəsi məsələsini də tam araşdırmamış və həmin torpaq sahəsinin də birgə nikah dövründə alındığı qənaətinə gəlmişdir.Məkəmə tərəfindən iddia tələbinin təmin edilməməsi əsaslandırılmamış, işə birbaşa aidiyyəti olmayan sənədlərə istinad edilməklə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlinmişdir. Məhkəmə iş üçün əhəmiyyəti olan halları, yəni iddiaçının mülkiyyət hüququnun pozulmaması hallarını sübut edə bilməmişdir. Məhkəmə iddiaçının mənzilə mülkiyyət hüququnun olmasını sənədlərlə qətnamədə göstərməsinə və bu halın mübahisələndirlməməsinə baxmayaraq, mülkiyyət hüququnun pozulması ilə nəticələnən nəticəyə gəlmişdir. Bu hal isə onu göstərir ki, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Hesab edir ki, iddia tələbinin təmin edilməsi və düzgün qətnamə qəbul edilməsi üçün iş materiallarında olan sübutlar kifayətdir. Hesab edir ki, məhkəmə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul etməlidir. b) Apellyasiya şikayətinə yazılı etiraz

29. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Həmçinin, məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 ərizə təqdim edərək cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 hər birinə 20.000 manat, cəmi 60.000,0 (altmış min) manat, verilməklə onların Bakı şəhəri,Nizami rayonu,B.Nuriyev küçəsindəki 75 saylı evin 159 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil3 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq qeyd etmişdir ki, iddiaçını verdiyi kompensasiya məbləğini kifayət hesab edirlər.Lakin cavabdeh, fəaliyyət qabiliyyətli olmayan hesab olunmuş Cavabdeh2 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilən xəstəlik səbəbindən onun uşaqlıqdan uyğunlaşdığı yaşayış yerindən başqa ünvana köçürmək Vasifin özünə qəsd etmək və ya ailə üzvlərinə, yəni digər cavabdehlərə zərər verməsi ilə nəticələnə bilən aqressiv davranışlarla səbəb ola bilər.

33. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh3 da (Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1-1/87 saylı, 12 iyun 2017-ci il tarixli Sərəncamının surətindən görünür ki, Cavabdeh3 fəaliyyət qabiliyyətli olmayan övladı xx xxxx 1998-ci il təvəllüdlü Cavabdeh2 üzərində qəyyum təyin edilmişdir.) vəkili və nümayəndəsi Vəkil3 ilə oxşar məzmunda izahat verərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

34. Göstərilən səbəblərdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5101/2022 saylı, 26 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixatrik ekspertizası təyin edilmişdir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin 24 noyabr 2022-ci il tarixli, 4219 saylı rəyindən də görünür ki, iddiaçının xəstə övladı Cavabdeh2 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir.Cavabdeh2 düçar olduğu psixi pozuntunu və göstərilən ünvanda illər boyu yaşayaraq adaptasiya olmasını nəzərə almaqla ehtimal etmək olar ki, onun göstərilən ünvanda yaşadığı evdən çıxarıldığı halda bu onun psixo-emosional vəziyyətinə təsir etməklə əhvalruhiyyəsinin enməsi, depressiv vəziyyətin yaranması, yaxud psixo-emosional gərginliklərlə müşayət olunan oyanıqlıq hallarının meydana gəlməsi və göstərilən psixi pozuntuların təkrarlanması və beləliklə Cavabdeh2 müəyyən edilən psixi pozuntu olmasına baxmayaraq bu günə kimi ailədə xəstə üçün yaranmış, adaptasiya olunduğu müəyyən komfortlu yaşayış tərzinin pozularaq diskomfortlu həyat tərzinin meydana gəlməsi, beləliklə yoxlanılan şəxsin hazırda yaşadığı mənzildən köçürülməsi onda hazırda kompensasiya ilə müşayət olunan psixi durumunun dekompensasiya vəziyyətinə keçməsi istisna edilmir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

35. Münasibətlərin yarandığı zaman (11 iyul 1996-cı il tarixdə) qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köşürmək ixtiyarına malikdirlər;digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı:

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

43. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

46. Apellyasiya şikayətində qətnamə tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

47. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

49. Belə ki, işin hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh3 arasında nikah 11 iyul 1996-cı il tarixdə Bərdə rayonunda bağlanmış və 07 saylı nikah qeydi ilə rəsmiləşdirilmişdir.Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-73/2014 saylı, 06 may 2014-cü il tarixli qətnaməsi ilə nikah qeydi pozulmuşdur və tərəflərin birgə nikahından doğulmuş xx xxxx 1998-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxx 1997-ci il təvəllüdlü Cavabdeh1 Raquf qızının analrı Cavabdeh3 yanında saxlanması qət olunmuşdur.

50. Həmçinin, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-107/2017 saylı, 14 mart 2017-ci il tarixli qətnaməsinə əsasən ərizəçi Cavabdeh3 tərəfindən verilmiş ərizənin təmin edilməsi, xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi qət edilmişdir.Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1-1/87 saylı, 12 iyun 2017-ci il tarixli Sərəncamının surətindən görünür ki, Cavabdeh3 fəaliyyət qabiliyyətli olmayan övladı xx xxxx 1998-ci il təvəllüdlü Cavabdeh2 üzərində qəyyum təyin edilmişdir.

51. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5101/2022 saylı, 26 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixatrik ekspertizası təyin edilmişdir.

52. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin 24 noyabr 2022-ci il tarixli, 4219 saylı rəyindən görünür ki, Cavabdeh2 düçar olduğu psixi pozuntunu və göstərilən ünvanda illər boyu yaşayaraq adaptasiya olmasını nəzərə almaqla ehtimal etmək olar ki, onun göstərilən ünvanda yaşadığı evdən çıxarıldığı halda bu onun psixo-emosional vəziyyətinə təsir etməklə əhval-ruhiyyəsinin enməsi, depressiv vəziyyətin yaranması, yaxud psixo-emosional gərginliklərlə müşayət olunan oyanıqlıq hallarının meydana gəlməsi və göstərilən psixi pozuntuların təkrarlanması və beləliklə Cavabdeh2 müəyyən edilən psixi pozuntu olmasına baxmayaraq bu günə kimi ailədə xəstə üçün yaranmış, adaptasiya olunduğu müəyyən komfortlu yaşayış tərzinin pozularaq diskomfortlu həyat tərzinin meydana gəlməsi, beləliklə yoxlanılan şəxsin hazırda yaşadığı mənzildən köçürülməsi onda hazırda kompensasiya ilə müşayət olunan psixi durumunun dekompensasiya vəziyyətinə keçməsi istisna edilmir.

53. İddiaçı birinci instnsiya məhkəməsində cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 hər birinə 15.000 manat, cəmi 45.000,0 (qırx beş min) manat verilməklə onların Bakı şəhəri,Nizami rayonu,B.Nuriyev küçəsindəki 75 saylı evin 159 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir və iddianın rədd olunması barədə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir.

54. Məhkəmə kollegiyasının iclasında isə İddiaçı vəkili və nümayəndəsi Vəkil2 ərizə təqdim edərək cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 hər birinə 20.000 manat, cəmi 60.000,0 (altmış min) manat, verilməklə onların Bakı şəhəri,Nizami rayonu,B.Nuriyev küçəsindəki 75 saylı evin 159 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

55. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil3 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Belə ki, qeyd etmişdir ki, iddiaçını verdiyi kompensasiya məbləğini kifayət hesab edirlər.Lakin cavabdeh, fəaliyyət qabiliyyətli olmayan hesab olunmuş Cavabdeh2 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilən xəstəlik səbəbindən onun uşaqlıqdan uyğunlaşdığı yaşayış yerindən başqa ünvana köçürmək Vasifin özünə qəsd etmək və ya ailə üzvlərinə, yəni digər cavabdehlərə zərər verməsi ilə nəticələnə bilən aqressiv davranışlarla səbəb ola bilər.

56. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh3 da (Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1-1/87 saylı, 12 iyun 2017-ci il tarixli Sərəncamının surətindən görünür ki, Cavabdeh3 fəaliyyət qabiliyyətli olmayan övladı xx xxxx 1998-ci il təvəllüdlü Cavabdeh2 üzərində qəyyum təyin edilmişdir.) vəkili və nümayəndəsi Vəkil3 ilə oxşar məzmunda izahat verərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

57. Məhkəmə Kollegiyası işin yuxarıda sadalanan faktiki hallarından və tətbiq edilməli hüquq normalarından çıxış edərək aşağıdakıları qeyd edir:

58. İddiaçı ilə Cavabdeh3 arasında nikah 11 iyul 1996-cı il tarixdə bağlanmışdır və mübahisəli Bakı şəhəri,Nizami rayonu,B.Nuriyev küçəsindəki 75 saylı evin 159 saylı mənzil isə xx.xx.1996-cı il tarixdən iddiaçının mülkiyyətindədir.Cavabdeh3 ailə qurduqları 11 iyul 1996-cı il tarixdən həmin mənzildə yaşayır. Belə olan halda mənzildən istifadə ilə əlaqədar tərəflər arasında münasibətlərin 1996-cı ildən yaranması müəyyən olunur. Digər cavabdehlər- X5 və Cavabdeh2 isə tərəflərin birgə nikahdan olan övladlarıdır və tərəflər həmin mənzildə yaşayarkən doğulmuşlar, hal-hazırdada mənzildə yaşamaqda davam edirlər.

59. Tərəflər arasındakı nikah 2014-cü ildə pozulmuşdur və iddiaçı cavabdehlərin mübahisəli Bakı şəhəri,Nizami rayonu,B.Nuriyev küçəsindəki 75 saylı evin 159 saylı mənzilindən kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edir.

60. Ona görə də mübahisəyə münasibətlərin yarandığı zaman (11 iyul 1996-cı il tarixdə) qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.

61. Münasibətlərin yarandığı zaman (11 iyul 1996-cı il tarixdə) qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köşürmək ixtiyarına malikdirlər;digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

62. Göründüyü kimi, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ yaranmışdır və bu hüquqa mülkiyyətçinin ədalətli kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. İddiaçı birinci instnsiya məhkəməsində cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 hər birinə 15.000 manat, cəmi 45.000,0 (qırx beş min) manat, məhkəmə kollegiyasının iclasında isə İddiaçı vəkili və nümayəndəsi Vəkil2 ərizə təqdim edərək cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 hər birinə 20.000 manat, cəmi 60.000,0 (altmış min) manat kompensasiya verilməklə onların Bakı şəhəri,Nizami rayonu,B.Nuriyev küçəsindəki 75 saylı evin 159 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

63. Məhkəmə Kollegiyası İddiaçı cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 hər birinə 20.000 manat, cəmi 60.000,0 (altmış min) manat kompensasiya verilməsi təklifini ədalətli hesab edir və bu məbləğlə razılaşır.

64. Belə ki, "xxxx"MMC-nin 28 mart 2022-ci il tarixli qiymətləndirmə ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri,Nizami rayonu,B.Nuriyev küçəsindəki 75 saylı evin 159 saylı mənzilinin bazar dəyəri 98.000,0 manat təşkil edir.Həmçinin, Fərdi sahibkr X1 xx.xx.2021-ci il tarixli Arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu,B.Nuriyev küçəsindəki 75 saylı evin 159 saylı mənzilinin yerləşdiyi ərazidə oxşar mənzillərin aylıq kirayə haqqı 180-200,0 manat təşkil edir.

65. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi öz mövqeyini aşağıdakı kimi ifadə etmişdir: «Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir». Göründüyü kimi Konstitusiya Məhkəməsi mübahisələrin həlli üçün məhz müvafiq maddələrin qaydalarının əsas götülürlməsini zəruri hesab etmişdir.Bununla bağlı isə bir daha qeyd etmək lazımdır ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır.Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna—xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir.Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

66. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara əsasən İddiaçı cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 hər birinə 20.000 manat, cəmi 60.000,0 (altmış min) manat kompensasiya verilməsi təklifini ədalətli hesab edərək və bu məbləğlə razılaşmaqla yanaşı işin müstəsna halından-cavabdehlərdən biri- fəaliyyət qabiliyyətli olmayan hesab olunmuş Cavabdeh2 (digər Cavabdeh3 isə onun üzərində qəyyum təyin olunub) Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilən xəstəlik səbəbindən onun uşaqlıqdan uyğunlaşdığı yaşayış yerindən başqa ünvana köçürmək Vasifin özünə qəsd etmək və ya ailə üzvlərinə, yəni digər cavabdehlərə zərər verməsi ilə nəticələnə bilən aqressiv davranışlara səbəb ola bilməsi, bunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5101/2022 saylı, 26 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-psixatrik ekspertizası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin 24 noyabr 2022-ci il tarixli, 4219 saylı Rəyi ilə də istisna olunmadığı halından çıxış edərək iddianın təmin olunmaması qənaətinə gəlir.

67. Məhkəmə Kollegiyası qeyd etməyi vacib hesab edir ki, Cavabdeh2 iddiaçının övladıdır, fəaliyyət qabiliyyətli olmayan şəxs olmaqla, başqasının köməyinə ehtiyacı var və Cavabdeh2 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilən xəstəlik səbəbindən onun uşaqlıqdan uyğunlaşdığı yaşayış yerindən başqa ünvana köçürmək Vasifin özünə qəsd etmək və ya ailə üzvlərinə, yəni digər cavabdehlərə zərər verməsi ilə nəticələnə bilən aqressiv davranışlara səbəb ola bilməsi istisna olunmur.

68. Bu halda iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması ilə onun əlil övladı Cavabdeh2 sağlamlığına zərər verilməsi, yaxud həyatı müqayisə edilməli olur.

69. Bu müqayisə nəticəsində məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının özünün də valideyn borcudur ki, Cavabdeh2 onun sağlamlığına zərər verilməsi, yaxud həyatı baxımından təhlükəli olan hallardan qorusun.

70. Məhkəmə Kollegiyası vurğulayır ki, Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsi və 13-cü maddəsinin müddəalarına görə mülkiyyət hüququ toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunmaqla yanaşı mütləq deyil və məhdudlaşdırıla bilər.Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).

71. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi).

72. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

73. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı).

74. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ...tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

75. Məhkəmə Kollegiyası həmçinin qeyd etməyi vacib sayır ki, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş və 2 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasının qoşulduğu «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulmuşdur ki, Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər bu Konvensiyanın mənasına görə ayrı-seçkilik hesab olunmur.

76. Məhkəmə Kollegiyası «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiyanın yuxarıdakı müddəası ilə yanaşı olaraq iddiaçının mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməklə qeyd etməyi vacib hesab edir ki, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması ilə onun əlil övladı Cavabdeh2 sağlamlığına zərər verilməsi, yaxud həyatı müqayisə edilməli olduğundan, iddiaçının mülkiyyətində digər daşınmaz əmlaklar da olduğundan, (Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 7 saylı evin 74 saylı və Bakı şəhəri,Nizami rayonu,B.Nuriyev küçəsindəki 75 saylı evin 159 saylı mənzilləri və Bərdə rayonu Qayalı kəndində 0.08 ha.torpaq sahəsi.Həmin əmlaklar hal-hazırda iddiaçının mülkiyyətində və istifadəsindədir. Cavabdeh3 birgə nikah vaxtı əldə olunan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 7 saylı evin 74 saylı mənzilindən pay tələb etməmişdir və iddiaçıdan həmin əmlakın əvəzinə xəstə uşaqları ilə hazırkı mübahisəli mənzildən istifadə etmələrinə onlara imkan verilməsini xahiş edirlər. Lakin iddiaçı bununla razılaşmır.), həmçinin təklif etdiyi 60.000,0 manat kompensasiya müqabilində iddiaçının başqa bir mənzil almq imkanı da olduğundan (Belə ki, "xxxx"MMC-nin 28 mart 2022-ci il tarixli qiymətləndirmə ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri,Nizami rayonu,B.Nuriyev küçəsindəki 75 saylı evin 159 saylı mübahisəli mənzilinin bazar dəyəri 98.000,0 manat təşkil edir..), eyni zamanda, özgəsinin qayğı və köməyinə ehtiyacı olan Cavabdeh2 sağlamlığına zərər verilməsi, yaxud həyatı baxımından təhlükəli olan hallardan qorumaq, habelə qayğısına qalmaq iddiaçının özünün də valideyn borcu olduğundan, nəhayət Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Cavabdeh3 fəaliyyət qabiliyyətli olmayan övladı cavabdeh kimi göstərilmiş Cavabdeh2 üzərində qəyyum təyin edilməsi qərara alındığından, İddiaçı cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin olunmamalıdır.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(007)-104/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar