Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5109/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Rəfayil oğlunun Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5109/2024 (Açar sözlər: pul) Bakı şəhəri 09 sentyabr 2024-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı Rəfayil oğlu, İddiaçı Rəfayil oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Rəfayil oğlunun Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1425/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-671/2023 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC və İddiaçı qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC və İddiaçı birgə qaydada DC00300687-01 saylı kredit müqaviləsinə əsasən 95,249.76 manat əsas borc, 9,202.84 manat faiz borcu, 4700 manat cərimə borcu, DC00300687-02 saylı kredit müqaviləsinə əsasən 61,390.07 manat əsas borc, 11479.95 manat faiz borcu, 3000 manat cərimə borcu, DC00300687-03 saylı kredit müqaviləsinə əsasən 72,270.70 manat əsas borc, 13651,13 manat faiz borcu, 2942,28 manat cərimə borcu, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 274.286,73 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Rəfayil oğlu Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 274286,73 manat və 566 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC, "xxxx" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli DC00300687-01 saylı kredit müqaviləsinə əsasən mal alışı məqsədilə 227.672 manat, xx.xx.2021-ci il tarixli DC00300687-02 saylı kredit müqaviləsinə əsasən eyni məqsədlə 75.000 manat, xx.xx.2021-ci il tarixli DC00300687-03 saylı kredit müqaviləsinə əsasən isə yenə də eyni təyinatla internet üzərindən bankın saytı vasitəsilə 74.841 manat kredit verilmişdir. Həmin kreditlər "xxxx" MMC-nin faktiki sahibi Cavabdeh tərəfindən əldə edilmişdir. Cavabdeh bir neçə belə şirkəti vardır və həmin şirkətlər vasitəsilə iddiaçı "xxxx" ASC-dən və digər kommersiya banklarından ("xxxx" ASC və s.) iri məbləğdə kreditlər götürmüşdür. İddiaçı cəmi 8 ay "xxxx" MMC-də Cavabdeh sürücüsü işləmişdir. Cavabdeh öz adını gizlətmək və məsuliyyətdən yayınmaq üçün ondan - xidməti asılılığı olan işçisinə əvvəlcə asan imza aldırmış (guya mühasibatlıq sənədləşmələrinin aparılması üçün), sonradan onlayn qaydada Bankdan külli miqdarda kreditlər götürmüşdür. Hətta kredit götürülərkən Bankda kreditin kim tərəfindən götürülməsi onlara agah olmuşdur. Qeyd edir ki, Cavabdeh yaşayış ünvanı elə "xxxx" MMC-nin hüquqi ünvanı ilə eynidir. Bununla bağlı iddiaçı müvafiq quruma müraciət etmiş və maps arayışı almışdır. Həmin maps arayışı iddia ərizəsinə əlavə edilir. Qeyd edir ki, İddiaçı Rəfayil oğlu əvvəlcə Cavabdeh tərəfindən təsisçi kimi qeydiyyata alınmış və onun adına asan imza alınmışdır. Asan imza İddiaçı Rəfayil oğluna məxsus olsa da, Cavabdeh olmuşdur. İddiaçı asan imzanın nömrəsini də bilmir. İddiaçı özünün VÖEN-i olmuş və onu bağlatmışdır. Cavabdehin hərəkətlərindən zərər çəkən təkcə İddiaçı deyil. Bir çox şəxslər cavabdehin hərəkətlərindən ziyan çəkmişdir. Onların məhkəmədə şahid kimi ifadə verməsi zəruridir. Bundan başqa digər kreditlərlə bağlı "xxxx" ASC tərəfindən 2023-cü ilin əvvəlində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət olunmuşdur. Həmin idarədə şikayətlə bağlı müvafiq araşdırmalar aparılmışdır. Məlum olmuşdur ki, "xxxx" QSC-nin əməkdaşların hazırkı iş üzrə cavabdehin hərəkətlərindən məlumatlıdırlar. Həmin müəssisənin işçiləri şahid kimi çağrılıb dindirilmiş və izahatları alınmışdır. Həmin şirkətin də 3-cü şəxs kimi işə cəlb edilməsi zəruridir. Eyni zamanda həmin şirkətin mühasibi - Gülxar adlı şəxs də araşdırmaya cəlb edilmiş və izahatı alınmışdır. Həmin mühasibin verdiyi məlumata görə o, Cavabdeh bütün maliyyə işlərini həyata keçirmişdir. "xxxx" QSC-nin əməkdaşların da iş üzrə şahid kimi dindilməsi zəruridir. Cavabdeh bütün banklardan başqa şəxslərin adına götürdüyü kreditləri ödəyə bilmədiyi üçün ölkəni tərk etmişdir. Hazırda məlumata görə həmin şəxs axtarışdadır. Nəticə olaraq onlayn qaydada internet üzərindən İddiaçı Rəfayil oğlunun adına götürülmüş kreditlərlə bağlı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 671/2023 saylı qətnaməsi ilə hər üç kredit üzrə ümumilikdə 274.286,73 manat pulun İddiaçı Rəfayil oğlu və "xxxx" MMC-dən tutulması qərara alınmışdır. Həmin qətnamə bankın təqdim etdiyi faktiki sənədlər əsasında qəbul edilsə də, həqiqətdə həmin pullar Cavabdeh tərəfindən götürülmüşdür. Göstərilən faktiki hallar İddiaçı Rəfayil oğlunun hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozmuş və onu ağır duruma salmışdır. İddiaçı bu kreditlərin mövcudluğundan bank məhkəmədə iddia qaldıran zaman xəbər tutmuş, onda heç bir kredit, zaminlik müqaviləsi yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir.
4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1425/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Rəfayil oğlunun Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-yə qarşı “Cavabdeh 274286,73 manat pul tutularaq İddiaçı Rəfayil oğluna ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələbində göstərdiyi məbləğləri onun etibarından suiistifadə etməklə cavabdeh tərəfindən "xxxx" ASC-dən götürülməsini iddia etsə də, bu halı təsdiq edən mötəbər yazılı sübutları (Cavabdeh İddiaçı Rəfayil oğlunun etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə onun pul vəsaitini ələ keçirməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü, bu halı etiraf etməsinə dair Cavabdeh imzası olan yazılı sübutu və sair) məhkəməyə təqdim etməmişdir. İddiaçı sübut etmə vəzifəsini yerinə yetirməmişdir. Bu səbəbdən iddia tələbi özüözlüyündə əsassız olduğundan rədd edilməlidir.
6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 82.3, 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən İddiaçı Rəfayil oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-1425/2024 saylı qətnaməsinin tam ləğv edilməsi, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, "xxxx" ASC tərəfindən 2023-cü ilin əvvəlində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət olunmuşdur. Həmin idarədə şikayətlə bağlı müvafiq araşdırmalar aparılmış və cinayət işi açılmışdır. Məlum olmuşdur ki, "xxxx" QSC-nin əməkdaşların hazırki iş üzrə cavabdehin hərəkətlərindən məlumatlıdırlar. Həmin müəssisənin işçiləri şahid kimi çağrılıb dindirilmiş və izahatları alınmışdır. Şirkətin mühasibi – Gülxar adlı şəxs də istintaqa cəlb edilmiş və izahatı alınmışdır. Həmin mühasibin verdiyi məlumata görə o, Cavabdeh bütün maliyyə işlərini həyata keçirmişdir. Bu halla bağlı tərəflərindən "xxxx" QSC-nin əməkdaşların da iş üzrə şahid kimi dindilməsi barədə iddia ərizəsində qeyd etsələr də məhkəmə bu məsələyə əhəmiyyət verməmişdir. Heç bir şahidi dindirmədən, heç bir sübutu qiymətləndirmədən, işin faktiki və hüquqi hallarını araşdırmadan məhkəmə necə qətnamə qəbul etmişdir, anlaşılmır. Hazırda məhkəmədə iddia qaldırmaqla yanaşı Aqşin Hüseyinov Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Məlum olmuşdur ki, bir çox zərərçəkmiş şəxslər də eyni ərizə ilə müraciət ediblər. İş üçün əhəmiyyəti olan hallar cavabdeh haqqında cinayət işinin başlanılması, onunla bağlı faktiki halların nədən ibarət olması, dəymiş zərərin müəyyən edilməsi üçün sübutların qiymətləndirilməməsi, şahidlərin ifadələrinin alınmaması və bir çox başqa hallardır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən İddiaçı Rəfayil oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirir ki, cavabdeh dələduzluq edib. Rayon məhkəməsində işə düzgün baxılmadı. Kredit müqavilələrində fiziki imzası yoxdur. Ona bankdan kredit heç vaxt verilməyib. Vergi Xidmətinə müraciət edib hazırda VÖEN aça bilmir. Rayon məhkəməsi işə səthi yanaşdı. Hakim onları dinləmədi. Borcun ödənilməsini cavabdehə yönləndirilməsini xahiş edir.
11. Məhkəmə iclasında iştirak edən İddiaçı Rəfayil oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirir ki, cavabdehin bir neçə şirkətləri var, şirkətlər sahibidir. Cavabdeh xidməti asılılığı olan işçisinə yəni, iddiaçıya əvvəlcə ASAN imza aldırıb. Banklardan ASAN imza vasitəsi ilə kreditlər götürülüb. İddiaçı cavabdehin yanında sürücü işləyib, ASAN imza aldırıb. "xxxx" ASC-dən pul götürülüb. "xxxx" QSC-nin hüquqi ünvanı ilə cavabdehin yaşayış ünvanı eynidir. "xxxx" ASC bildirmişdir ki, cavabdeh külli miqdarda kreditlər götürüb. "xxxx" ASC Bakı Kommersiya Məhkəməsinə pul tələbi ilə bağlı iddia qaldırmışdır və iddiası qismən təmin edilmişdir. Həmin işdə cavabdehlərdən biri də İddiaçı olmuşdur. İddiaçı ASAN imzanın nömrəsini bilmir. Həmin ASAN imza İddiaçı yoxdur. Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti versələr də, şikayəti geri qaytarıldı, şikayət vermə hüququ məhdudlaşdırıldı. Hazırda cavabdeh axtarışdadır. Bankın müraciəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb. Şahidlərin dindirilməsi və sübutların təmin edilməsi ilə bağlı vəsatət işə baxan əvvəlki hakimin dövründə təmin olunsa da, məhkəmə şahidləri dindirməmiş, işin faktiki və hüquqi hallarını araşdırmamışdır. Rayon məhkəməsində iddiaçı xəstə idi, onun da ərizəsi var idi. Bunları nəzərə almadan məhkəmə yekun qərar qəbul edib. Şahidləri də var ki, onlar da iddiaçı kimi zərərçəkmiş şəxslərdir. "xxxx" QSC-nin əməkdaşlarının dindirilməsini məhkəmədən xahiş etmişdilər. Onlar da iddiaçı kimi zərərçəkmiş şəxlərdir. Amma, təmin edilmədi. İddiaçının VÖEN-i olub və amma bağlatdırıb. ASAN imza Cavabdeh məxsusdur. Həmçinin, qətnamə elan olunduqdan 1 saat sonra isə tam şəkildə elektron sistemə yerləşdirilib. Bu da ziddiyətli məqamdır. Məhkəmə işə səthi yanaşıb. Dəymiş zərəri tələb edir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Bakı Kommersiya Məhkəməsində vəsatətləri olub. Məhkəmə formal mülahizələr əsasında qətnamə qəbul edib. Apellyasiya şikayət vermə hüququ məhdudlaşdırıldı. Apellyasiya instansiyası şikayətini qeyri-mümkün hesab edib, rayon məhkəməsinə qaytardı. Rayon məhkəməsi də apellyasiya şikayətini geri qaytarmalı idi ki, onlar yenidən apellyasiya şikayəti verə bilsinlər. Rayon məhkəməsinda şahid vəsatəti təmin olundu, lakin, sonradan hakim təyinatla bağlı dəyişdi və vəsatəti təmin edilmədi. İddia tələbinin artırılması barədə ərizəni də digər hakim işə baxan zaman təqdim ediblər.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 17.Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. İşin halları ilə müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-671/2023 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC və İddiaçı qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC və İddiaçı birgə qaydada DC00300687-01 saylı kredit müqaviləsinə əsasən 95,249.76 manat əsas borc, 9,202.84 manat faiz borcu, 4700 manat cərimə borcu, DC00300687-02 saylı kredit müqaviləsinə əsasən 61,390.07 manat əsas borc, 11479.95 manat faiz borcu, 3000 manat cərimə borcu, DC00300687-03 saylı kredit müqaviləsinə əsasən 72,270.70 manat əsas borc, 13651,13 manat faiz borcu, 2942,28 manat cərimə borcu, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 274.286,73 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
20. İddiaçı hazırkı iddia tələbində Cavabdeh "xxxx" MMC-nin faktiki sahibi olmasını və pulun faktiki olaraq onun tərəfidən götürlüməsini əsas gətirərək 274.286,73 manat pul vəsaitinin Cavabdeh tutulmasını xahiş edir.
21. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin müəyyən edilən hallarından görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC03457LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmçinin "xxxx" ASC ilə "xxxx" MMC olan razılaşmanın təminatı olaraq İddiaçı ilə "xxxx" ASC arasında 17 iyul 2021-ci il tarixli DG**********9 nömrəli zaminlik müqaviləsi imzalanmışdır.
23. "xxxx" ASC tərəfindən "xxxx" MMC və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, tərəflər arasında imzalanmış müqavilələr üzrə borcun tutulması xahiş edilmiş və iddia tələbinə əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-671/2023 nömrəli qətnaməsi qəbul edilmiş, qanuni qüvvəsini almışdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəf olduğu kommersiya mübahisəsi üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar artıq iddiaçıya münasibətdə işin mübahisəsiz halını təşkil edir.
25. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsində qeyd edilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən müəyyən edldiyi kimi "xxxx" MMC-nin kredit öhdəliyi üçün İddiaçı zamin durmuşdur. Öhdəlik icra olunmadığı üçün borc hər ikisindən tələb edilmişdir. 27.İddiaçı hazırda qətnamə ilə ondan tutulan pulun Cavabdeh tərəfindən ödənilməsini tələb edir. Göründüyü kimi iddiaçının tələbi əsassızdır.
28. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
29. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
30. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Rəfayil oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1425/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev