Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5112/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı1 və İddiaçı2 Quran qızının Cavabdeh, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Gədəbəy rayon notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi və tərəflərin bərabər pay hüquqlarının tanınması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunmaması qət edilmiş, həmin qətnamədən İddiaçı2 verdiyi apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin apellyasiya şikayəti üzrə qətnaməsi çıxarıldıqdan sonra – 15 mart 2023-cü il tarixdə - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsindən məktub daxil olmuş, məktubda İddiaçı1 da qətnamədən apellyasiya şikayəti verdiyi bildirilməklə işin birinci instansiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı2 tərəfindən kassasiya şikayəti verildiyindən mülki iş kassasiya instansiyası məhkəməsinə göndərilmiş, Ali Məhkəmənin 06 iyun 2023-cü il tarixli qərarı ilə həmin kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Beləliklə, İddiaçı2 apellyasiya şikayəti üzrə təkrar apellyasiya baxışı keçirilməlidir və eyni zamanda yuxarıda qeyd olunduğu kimi, qətnamədən İddiaçı1 da apellyasiya şikayəti vermiş olduğu müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 və İddiaçı2 Quran qızının Cavabdeh, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Gədəbəy rayon notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi və tərəflərin bərabər pay hüquqlarının tanınması” tələblərinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 verdiyi apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən İddiaçı1 verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-5112/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5112/2023
28.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver