Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5116/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı İman oğlu, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və Ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(006)-3263/2018 saylı qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və Ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, sığorta hadisəşinin baş verməsi ilə əlaqədar 166.000 manat məbləğində kompensasiya ödənilməsinin Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh bankda ləğv edilməzdən iki depozit məbləği olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25.11,2014-cü il qanuni qüvvəyə minmiş qətnaməsi ilə 10 sentyabr 2008-ci il tarixli, 1770 saylı “VİP Depozit” müqaviləsi əsasında illik 14 faizlə depozit hesaba qoyulmuş 60.000 manat və 08 sentyabr 2009-cu il tarixli, LD100604223 saylı “Standart Depozit” müqaviləsi əsasında illik 12 faizlə depozit hesaba qoyulmuş 30.000 manat əmanətin 26 may 2010cu il tarixdən hesaba qaytarılıb müqavilə şərtlərinin yerinə yetirilməsi ilə İddiaçı əmanətçi hüquqlarının "xxxx" KB tərəfindən tam bərpa edilməsinə dair müvafiq icra vərəqəsi verilmişdir. Nəsimi İcra şöbəsinin icraata başlamaq haqqında qərarı 10 günlük könüllü icra müddətində icra olunmaq üçün 06.08.2015-ci ildə borclu banka təqdim edilmiş, lakin bank məhkəmə qərarını icra etməmişdir, icra məmuru bank barəsində təqdimatla məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin 18.09.2015-ci il qərarı ilə bank həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilənərək 3000 manat məbləğdə cərimə edilmişdir. Ancaq Nəsimi rayon İcra şöbəsinin icraata başlamaq haqqında 06.08.2015-ci il tarixli qərarından sonra, Maliyyə Bazarlarına Nəzarət X2 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən bankın lisenziyası 01 oktyabr 2016-cı il tarixdə ləğv edilənədək ötən bir ildən çox müddətdə fəaliyyətdə olmasına baxmsyaraq, bank qanuni qüvvəsini almış məhkəmə qərarını icra etməkdən qərəzli olaraq boyun qaçırmış, iddiaçının depozit hesablarını bankın mühasibat uçotu və hesabatı sənədlərində bərpa edilməmiş, əsas məbləğlər və hesablanmış faizlər ödəniş sistemlərinə daxil edilməmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bank müflis elan olunduqda banka qarşı bütün tələblər Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür.Hazırda bank ləğvetmədə olduğunu əsas gətirərək depoziti və faizləri ödəməkdən imtina edir. İddiaçının depozitlərinin hər ikisi tam həcmdə qorunan depozitlərdir. Göstərilənlərə əsasən sığorta hadisəsinin baş verməsi ilə əlaqədar 166.000 manat məbləğində kompensasiya ödənilməsinin Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(006)- 3263/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, sığorta hadisəsinin baş verməsi ilə əlaqədar 166.000 manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli, 2(103)- 3269/19 nömrəli qətnaməsi ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2019-cu il tarixli, 2(102)-7043/2019 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 15 may 2019-cu qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1563/2020 saylı, 09.06.2020-ci il tarixli qətnaməsi ilə, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(006)- 3263/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Ali Məhkəmənin 2(102)-128/2021 saylı, 01.03.2021-ci il tarixli qərarı ilə, İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1563/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi qanunsuz və əsassız olduğundan ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Konstitusiya Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanun bankla əmanətçi arasında olan münasibətlərə şamil edilmir. Bu Qanun yalnız iştirakçı bankda sığorta hadisəsinin baş verməsi ilə əlaqədar əmanətçilərə kompensasiyanın ödənilməsi məsələlərini tənzimləyir. Həmin qanunun normalarının təhlilindən görünür ki, banka qoyulmuş əmanətə görə kompensasiya yalnız sığorta hadisəsi, yəni bankın müflis elan olunması, məcburi ləğv edilməsi və s. baş verdikdə və öz öhdəliklərini yerinə yetirə bilməməsi faktı təsdiq edildikdə ödənilir. Belə halda qoyulmuş əmanətin əvəzinə kompensasiya bank tərəfindən deyil, Fond tərəfindən verilir. Əgər belə sığorta hadisəsi baş verməmişdirsə, qoyulan əmanət bankla bağlanan bank əmanəti müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdə bank tərəfindən hansı valyutada qoyulmuşdursa, həmin valyutada da mülkiyyət kimi geri qaytarılmalıdır. Göründüyü kimi, əmanətçi ilə bank arasında mübahisələr bankın işlək dövründə yaranmış və bununla bağlı məhkəmənin qərarı həmin dövrə təsadüf etmişdir. Odur ki, əmanətçinin əmanətinin qaytarılması barədə məhkəmə qərarı sığorta hadisəsindən əvvələ təsadüf etdiyi üçün Əmanətlərin Sığortalanması Fondu bununla bağlı heç bir öhdəlik daşımır. “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 4.1-ci maddəsinin mahiyyətindən göründüyü kimi, əmanətçilərin müraciəti əsas şərt kimi göstərilir. Lakin, iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciət daxil olmamışdır. Göründüyü kimi məhkəmə qorunan və qorunmayan əmanət anlayışlarını fərqləndirə bilməmiş, banka qoyulmuş istənilən əmanətin sığorta hadisəsi baş verərsə Fond tərəfindən ödənilməli olduğu göstərilmişdir. “Əmanətlərin sığortalanması haqqında” qanunun 4.1.4-cü maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunun aparılması və kompensasiya ödənilməsi Əmanətlərin Sığortalanması Fondunun funksiyalarından biridir. Qanunun istinad edilən normasının tələblərindən göründüyü kimi, sığortalanmış əmanət üzrə kompensasiya ödənişinin həyata keçirilməsi Fondun müqavilədən deyil, Qanundan irəli gələn öhdəliyidir. Odur ki, müqavilənin uzadılması, faizlərin dəyişdirilməsi və ya müqavilə ilə bağlı digər münasibətlərin yaranması üçün Fond öhdəlik daşımır və öhdəlik yalnız “Əmanətlərin Tam Sığortalanması” haqqında qanunda göstərilən şərtlər daxilində qorunan hesab edilən əmanətlərə kompensasiya ödənişi edilməsidir. Məhkəmə tərəfindən dəfələrlə əmanətçi ilə bank arasında bağlanmış əmanət müqaviləsində əmanətin sığortalanmalı olması barədə qeyd olması təkrarlanmış, nəzərə alınmamışdır ki, müqavilə şərtləri üçün Fond heç bir öhdəlik daşımır. İddiaçının tələbi 10.01.2017-ci il tarixində 1482 nömrəsi ilə kreditorların reyestrinə daxil edilmişdir. “Banklar haqqında” qanunun 72-ci maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Qanunverici ləğv olunmuş banklara münasibətdə xüsusi qaydanı nəzərdə tutur. Belə ki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. İddiaçının tələbi qeydə alınmış və iflas proseduruna nəzarət edən məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20.11.2018-ci il tarixli 2-1(103)-223/2018 saylı qərardadının surətindən görünür ki, iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 noyabr 2014-cü il tarixli qətnaməsinə və Bakı. Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının həmin qətnamə üzrə verilmiş icra sənədinə izah verilməsinə dair 2(103)- 6306/2016 saylı, 03.11.2016-cı il tarixli qərardadına əsasən tələbkar İddiaçı ödənilməli olan faiz borcunun miqdarının müəyyən edilməsi ekspertizaya həvalə edilmişdir. İddiaçının tələbi pul tələbi olduğundan, həmin iddia tələbinə bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, apelyatorun “qərarın sığorta hadisəsindən əvvələ təsadüf etməsi” ilə bağlı arqumenti başa düşülən deyil və hüquqi cəhətdən əsaslandırılmamışdır. Qanuni qüvvəsini almış 25.11.2014-cü il tarixli məhkəmə aktı ilə əmanətçi hüquqları tam həcmdə bərpa edilmiş, bank ləğv olunarkən, yəni sığorta hadisəsi baş verəndə onun "xxxx" KB-də 10 sentyabr 2008-ci il tarixli, 1770 saylı “VİP Depozit” və 08 sentyabr 2009-cu il tarixli LD100604223 saylı “Standard Depozit” müqavilələrdə göstərilən şərtlərlə 60 min manat və 30 min manat qorunan əmanətlər olmuşdur. Qanuna əsasən həmin əmanətlərə görə kompensasiya almalıdır. Apellyatorun digər arqumenti ondan ibarətdir ki, “Əmanətlərin tam sığortalanması” haqqında 19 yanvar 2016-cı il tarixli qanun qüvvəyə minəndən sonra iddiaçı “faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması üçün müqavilədə müvafiq dəyişiklik edilməsi haqqında müraciət etməmişdir”. Hazırkı iş üzrə mübahisələndirilən hər iki depozit müqaviləsində faiz dərəcəsi qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsindən də aşağıdır və istinad edilən qanunun tələblərinə cavab vermir. Birinci instansiya məhkəməsinin qətnaməsi də məhz qeyd edilən qanunun müddəaları ilə əsaslandırılmışdır. Həmçinin cavabdeh nəzərə almamışdır ki, hazırkı iddianın predmeti kreditor tələbi olmayıb, qorunan əmanətlərə görə kompensasiyanın ödənişi tələbi olmaqla bankın ləğvedicisinə qarşı yox, birbaşa fonda qarşı yönəlmişdir. Hazırda ləğv prosesinə nəzarət edən Bakı Apellyasiya Məhkəməsinin icraatında ləğvetmə prosesində olan “BankStandard” KB-nin ləğvedicisi tərəfindən verilmiş “tələbləri etiraz olunmuş kreditorların siyahısının təsdiqi barədə” ərizə vardır. Həmin ərizədə ləğvedici səbəbini belə göstərmədən kreditor tələbini “etiraz olunanlar” siyahısına salınmış, məhkəmə baxışında etirazını heç cür əsaslandıra bilməmiş, nəticədə depozit müqavilələri üzrə ödənilməli olan “faiz borcunun miqdarının” dəqiqləşdirilməsi üçün məhkəmə ekspertizasının təyin edilməsinə nail olmuşdur. Halbuki, bankın öz vəzifəsi olduğuna görə, faizin hesablanması məhkəmə tərəfindən əvvəlcədən rəsmi şəkildə ona həvalə edilmiş, ancaq müxtəlif bəhanələrlə bundan yayınmaqla məsələnin həllini süni şəkildə uzatmışlar. Birinci instansiya məhkəməsi də əvvəlcə cavabdehin mövqeyinə uyğun olaraq iş üzrə icraata xitam verilməsi haqqında səhv qərardad çıxarmış, ancaq həmin qərardad apellyasiya qaydasında ləğv edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Surxaylı apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan QSC "xxxx" KB ilə əmanətçi İddiaçı arasında bağlanmış 10.09.2008-ci il tarixli, 1770 saylı "xxxx" depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 60.000 manat) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.3-cü maddəsinə əsasən müqavilənin müddəti 36 aydır. Bank əmanətçiyə illik 14 % ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan QSC "xxxx" KB ilə əmanətçi İddiaçı arasında bağlanmış 08.09.2009-cu il tarixli, LD100604223 saylı “Standart Depozit” müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 30.000 lat) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.3-cü maddəsinə əsasən müqavilənin müddəti 12 aydır. Bank əmanətçiyə illik 12 % ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan QSC "xxxx" KB-nın 16.04.2012-ci il tarixli arayışından görünür ki, İddiaçı bankdakı hesabları 26.05.2010-cu il tarixdə ləğv edilmişdir. İşin materiallarında olan Bakı Apeliyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.11.2014- il tarixli, 2(103)-4595/2014 saylı qətnaməsi ilə cavabdehlər "xxxx" MMC, X21, X15, X6, "xxxx" QSC təfindən ayrı- ayrılıqda verilmiş apeliyasiya şikayətləri qismən, X4 tərəfindən verilmiş apeliyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2013-cü il tarixli qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi, İddiaçı iddia tələbinin qismən təmin olunması, ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilə dair "xxxx" MMC ilə X15 arasında bağlanmış C-2/24 saylı, 11,04.2005-ci il tarixli müqavilə və həmin müqavilə əsasında "xxxx" MMC ilə X15 arasında bağlanmış 7-İ, ******* saylı, 14.07.2010-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Əlizadə Afaqın adına verilmiş, mülkiyyətin Dövlət reyestrində qeydə alınması haqda 12.08.2010-cu il tarixli, qeydiyyat nömrəsi **********1, seriya MA ******* saylı Çıxarışın ləğv edilməsi, X15 ilə X16 arasında bağlanmış AN-İ, ******* saylı 7.01.2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə sasında X8 adına verilmiş mülkiyyətin Dövlət reyestrində qeydə alınması haqda 28.04.2011-ci il tarixli, qeydiyyat nömrəsi **********, seriya MA ******* saylı çıxarışın ləğv edilməsi, həmin alqısatqı müqaviləsi əsasında ödənilmiş 230.000 manat puluX15ndan alınaraq X10 verilməsi, ünvan 2 ünvanına dair "xxxx" MMC ilə X6 arasında bağlanmış D-2/10 saylı, 12.04.2005-ci il tarixli müqavilə, həmin müqavilə əsasında "xxxx" MMC ilə X6 arasında bağlanmış AZ-İ, >217869 saylı, 14.07.2010-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X3 adına verilmiş, mülkiyyətin Dövlət reyestrində qeydə alınması haqda 12.08.2010-cu il tarixli, qeydiyyat nömrəsi **********, seriya MA, ******* saylı çıxarışın ləğv edilməsi, X6 ilə X20 arasında bağlanmış AN-İ, ******* saylı, 25.08.2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyətin Dövlət reyestrində qeydə alınması haqqında X11 adına verilmiş seriya MA ******* çıxarışın ləğv edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında müqaviləsi əsasında ödənilmiş 157.100 manat pulun X1 alınaraq X14 verilməsi, ünvan 3 ünvandakı 24 saylı mənzilin İddiaçı istifadə və sahibliyinə qaytarılması, “StandardBank" KB-də 08 sentyabr 2009-cu il tarixli, LD100604223 saylı “Standart Depozit" müqavilə və 10 sentyabr 2008-ci il tarixli, 024 saylı 7İP “Depozit müqavilə" ilə banka qoyulmuş əmanətlərin 26 may 2010-cu il tarixdən hesaba qaytarılıb, ötən müddət üçün müqavilə şərtlərinin yerinə yetirilməsi ilə İddiaçı əmanətçi hüquqlarının "xxxx" KB tərəfindən tam bərpa olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 3(006)-963/2015 saylı, 18.09.2015-ci tarixli qərarı ilə QSC "xxxx" KB Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.11.2016-cı tarixli, 2(103)-6306/2016 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 07 iyul 2015-ci il tarixdə verilmiş icra vərəqəsinin izah edilməsi barədə Nəsimi rayon icra şöbəsinin ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə 5.11.2014-cü il tarixli qətnaməsi QSC "xxxx" KB-də 08.09.2009-cu il tarixli, D100604223 saylı “Standart Depozit” müqavilə və 10.09.2008-ci il tarixli, 1770 saylı “VİP depozit” müqavilə ilə banka qoyulmuş əmanətlərin 26.05.2010-cu il tarixdən hesaba qaytarılıb, ötən müddət üçün müqavilə şərtlərinin yerinə yetirilməsi ilə İddiaçı əmanətçi hüquqlarının QSC “Bank Standart” KB tərəfindən tam bərpa olunması hissəsində, İddiaçı QSC “Bank Standart” KB-də 08.09.2009-cu il tarixli “Standart” və 3.09.2008-ci il tarixli "xxxx" depozit hesablarında 26.05.2010-cu il tarixə olan məbləğləri QSC Bank Standart” KB tərəfindən hesaba ödənilməklə bu hesabların bərpa edilməsi və bu məbləğlərə həmin müqavilənin şərtlərinə uyğun olaraq həmin tarixdən hesablama aparıb (müqavilələrdə qeyd olunan faizə və müddətə uyğun ödənişlər əlavə edilməklə) onun əmanətçi hüquqları bərpa edilməklə icra edilməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin ləğv prosesində olan QSC «Bank >andard» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı 07.12.2016-cı il tarixli məktubdan görünür ki, Maliyyə Bazarlarına Nəzarət X2 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən "xxxx" kommersiya bankının lisenziyası 01 dyabr 2016-cı ildən etibarən ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fonduna üzv olmuşdur. Əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödənilməlidir. Bu məqsədlə zəruri olan vəsaitlərin hökumət zəmanəti ilə Mərkəzi Bank tərəfindən Fonda ödənilməsi müvafiq orqanlarla razılaşdırılmış, Palata tərəfindən banka müvəqqəti inzibatçı təyin edilmişdir. "xxxx" KB tərəfindən İddiaçı depozit hesablarından qeyri-qanuni olaraq əmanətlərin silindiyi 2010-cu ilin may ayından, icra vərəqəsinin könüllü icra edilmədiyi 01 oktyabr 2016cı il tarixə kimi ötən müddət 6 il 4 ay, başqa sözlə 76 ay təşkil edir. Göstərilənlərə əsasən 60.000 anat əmanətin illik 14 faizi, 60.000 x 0,14=8400 manat, ayda ödənilən faiz 8400 manat/12 ay=700 manat; 30.000 manat əmanətin illik 12 faizi 30.000 x 0,12=3600 manat, ayda ödənilən faiz 3.600 manat / 12 ay = 300 manat təşkil edir. Belə olan halda "xxxx" Depozit müqaviləsi üzrə hesablanacaq faiz məbləği 76 (ay) x 700 (aylıq faiz) = 53.200 manat; “Standart Depozit" üqaviləsi üzrə hesablanacaq faiz məbləği, 76 (ay) x 300 (aylıq faiz) = 22.800 manat təşkil edir. Belə olan halda "Bank Standard” QSC tələbkara 2015-ci ilin 01 oktyabr tarixinə 90.000 manat əsas məbləğ + (53.200+22.800=) 76.000 manat faiz = 166.000 manat məbləğində vəsait qaytarmalıdır. Qeyd olunanlara əsasən 166.000 manat borcun tələbkara ödənilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan icra vərəqəsi toplanmış sənədlərlə birlikdə icra edilməsi üçün təkrarən göndərilmişdir. İş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı 27.01.2017-ci il tarixli məktubdan görünür ki, İddiaçı 166.000 manat məbləğində tələbi ərizəsinə əsasən Bank tərəfindən 10 yanvar 2017-ci il tarixində 1482 nömrəsi ilə kreditorların reyestrinə daxil edilmişdir. İş materiallarında olan İddiaçı QSC "xxxx" KB-ya ünvanladığı 20.02.2017-ci il tarixli pretenziya bildirişindən görünür ki, o, banka 166.000 manat ) kompensasiyanın ödənilməsi ilə bağlı müraciət etmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, “apellyasiya məhkəməsi mübahisəyə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun və 01 mart 2016-cı il tarixində qüvvəyə minmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanununun müvafiq müddəalarını tətbiq etməklə, əmanətlərin cəlb edildiyi günə və sığorta hadisəsinin baş verdiyi günə, yəni 30.09.2016-cı il tarixə onların faiz dərəcələrinin X9 müəyyən etdiyi illik faiz dərəcəsinə uyğun olub-olmamasını müəyyən edilməklə, əmanətlərin qorunan əmanət və tam sığortalanmış əmanət hesab olunub-olunmamasına ətraflı hüquqi qiymət verməmişdir”. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma aparılmış və məhkəmə bununla bağlı mütəxəssis cəlb etmişdir. Mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı mülkiyyətinə münasibətdə onun vəsaiti bankın aktivi deyil, öhdəliyi kimi qiymətləndirilməlidir. Həmçinin mütəxəssis rəyində göstərilmişdir ki, iflas prosesi başlanmazdan əvvəl KB "xxxx" QSC tərəfindən məhkəmə qərarının icra edilməməsi hazırda ləğv prosesini həyata keçirən Əmanətlərin Sığortalanması Fondu Tərəfindən İddiaçı tələbinin adi kreditor tələbi kimi qeydiyyata alınmasını deyil, ona qorunan əmanət qismində kompensasiyanın ödənilməsini şərtləndirir. Həmçinin Ali Məhkəmənin 2(102)-128/2021 saylı,01.03.2021-ci il tarixli qərarında qeyd olunan sözügedən əmanətin qorunan olub-olmaması məsələsinin araşdırılmaması ilə bağlı qeyd edilmişdir ki, əmanətlərin qorunan faiz dərəcləri aşağıdakı kimi hesablanmalıdır. Tətbiq olunan dövr manatda olan qorunan əmanət xarici valyutada olan üçün illik faiz dərəcəsinin həddi qorunan əmanət üçün illik faiz dərəcəsinin həddi 13.08.2007-09.04.2008 23.4% 10.04.2008-08.06.2008 25.2% 09.06.2008-13.10.2008 27% 14.10.2008-30.10.2008 21.6% 31.10.2008-30.11.2008 18% 01.12.2008-31.12.2008 15% 14.4% 01.01.2009-31.05.2010 15% 15% 01.06.2010-01.03.2016 15% 12% 02.03.2016-30.06.2019 15% 3% 01.07.2019-01.06.2020 10% 2.5% 01.06.2020-bu günədək 12% 2.5% Göründüyü kimi, İddiaçı əmanəti 01.07.2019-cu ilədək bütün dövrlər üçün qorunan əmanətlər üzrə müəyyən edilmiş faiz dərəcəsinə uyğun olmuşdur. Bundan əlavə iddiaçının tələbi bank ləğv olunan tarixə qədər, yəni 01.10.2016-cı il tarixə qədər hesablanmış və tələb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5116/2021 saylı,16.07.2021 –ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən, 10.09.2008-ci il tarixli 1770 saylı “ VİP” Depozit müqaviləsi üzrə: Rəyin tədqiqat hisəsində göstərilənlər əsas götürülməklə, 10.09.2008-ci il tarixli 1770 saylı "xxxx" müqaviləsi üzrə İddiaçı tərəfindən QSC “bank Standar KB-nə qoyulmuş 60000 ( altmış min) manat məbləğində əmanət vəsaiti üzrə , 26.05.2010-cu il tarixindən 11.09.2011-ci il tarixinə hesablanmalı olan faiz məbləği 10.848,45 manat, müqavilə müddətinin bitdiyi 11.09.2011ci il tarixdən "xxxx" KB QSC ləğv edilən tarixədək, yəni 01.10.2016-cı il tarixədək hesablanmalı olan faiz məbləği isə 45.500 ( qırx beş min beş yüz) manat məbləğində müəyyən edilmişdir. 08.09.2009-cu il tarixli LD100604223 №-li “ Standart “ depozit müqaviləsi üzrə: Rəyin tədqiqat hisəsində göstərilənlər əsas götürülməklə, 08.09.2009-cu il tarixli LD100604223 №-li "xxxx" Depozit müqaviləsi üzrə İddiaçı tərəfindən QSC "xxxx" KB-nə qoyulmuş 30.000 (otuz min) manat məbləğində əmanət vəsaiti üzrə 26.05.2010-cu il tarixindən 09.09.2012-ci il tarixinə hesablanmalı olan faiz məbləği 8230 ( səkkiz min iki yüz otuz) manat , müqavilə müddətinin bitdiyi 09.09.2012-ci il tarixdən “Bank Standart “ KB QSC ləğv edilən tarixədək, yəni 01.10.2016-cı il tarixədək hesablanmalı olan faiz məbləği isə 18.275 ( on səkkiz min iki yüz yetmş beş) manat olmaqla, ümumilikdə 26.505 ( iyirmi altı min beş yüz beş) manat məbləğində müəyyən edilir. Beləliklə, ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə bildirilmişdir ki, iş materiallarının 2-ci cildinin 29-30-cu səhifələrində olan icbari Sığorta bürosunun hüquqi Təminat və Sığorta hadisələri şöbəsinin rəisi Həsənli Məhəmməd vahid oğlu tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilən hallar əsas götürülməklə tərəflər arasında imzalanmış 10.09.2008-ci il tarixli 1770 saylı "xxxx" Depozit müqaviləsi və 08.09.2009-cu il tarixli LD100604223 №-li "xxxx" Depozit müqaviləsi üzrə "xxxx" KB QSC tərəfindən İddiaçı məxsus hesablar üztrə 26.05.2010-cu il tarixdən 01.10.2016-cı il tarixədək ödənilməli olan faizin məbləği ümumilikdə 82.853,45(56348+26505) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti depozit müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 2.1,2.6-cı maddələrinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət - qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya - sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Göstərilən Qanunun 8.1.20-ci maddəsinə əsasən X19 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi bankla razılaşdırmaqla müəyyən edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci ıddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 0 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. İş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçı ləğv prosesində olan bankın əmanətçisi olmuş və bankın əmanətçi olaraq onun qarşısında yerinə yetirilməmiş öhdəlikləri var. Belə ki, bank ləğv olunarkən, yəni sığorta hadisəsi baş verdikdə iddiaçının "xxxx" KB-da 10 sentyabr 2008-ci il tarixli, 1770 saylı “VİP Depozit” müqavilə əsasında depozit hesabda illik 14 faizlə 60000 manat və 08 sentyabr 2009-cu il tarixli, LD100604223 saylı “Standart Depozit" müqavilə əsasında illik 12 faizlə 30000 manat əmanəti olmuşdur. İş materiallarından görünür ki, hər iki müqavilənin 8.2-ci bəndinə əsasən hər iki əmanət sığortalanmışdır. Eyni zamanda hazırkı iddia tələbinin hüquqi əsasını da “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun və 01 mart 2016-cı il tarixində qüvvəyə minmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanununun müvafiq müddəları təşkil edir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.4cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir, ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, abelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Eyni Qanunun 28.5-ci maddəsinə əsasən fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda X9 qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edildiyi kimi, hazırki iş üzrə iddiaçı məhkəmədən kənar qaydada 166.000 manat məbləğində kompensasiyanın ödənilməsi haqda 20 fevral 2017-ci tarixdə 06/552 nömrə ilə qeydiyyata alınmış ərizə ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, bundan sonra sonuncu dəfə 28 fevral 2018-ci il tarixdə kompensasiyanın ödənilməsinə dair Əmanətlərin Sığortalanması Fonduna Pretenziya bildirişi təqdim etsə də, Əmanətlərin Sığortalanması Fondu rəsmi müraciətə cavab verməmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 31.1 -ci maddəsinə əsasən əmanətçilər kompensasiyaların ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli üçün X13 və ya məhkəməyə müraciət edə bilərlər. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçı qanunvericiliyin tələblərinə riayət etməklə Əmanətlərin Sığortalanması Fonduna pretenziya bildirişləri ilə müraciət etmiş, lakin heç bir cavab verilmədiyindən qanunla müəyyən edilmiş hüquqlarından istifadə etməklə haqlı olaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bundan başqa, "xxxx" KB-da 10 sentyabr 2008-ci il tarixli, 1770 saylı “VİP depozit” müqavilə əsasında depozit hesabda illik 14 faizlə 60000 manat və 08 sentyabr 2009-cu tarixli, LD100604223 saylı “Standart Depozit” müqavilə əsasında illik 12 faizlə 30000 manat əmanəti olmuşdur ki, hər iki müqavilənin 8.2-ci bəndinə əsasən hər iki əmanət sığortalanmışdır. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Maliyyə Bazarlarına Nəzarət X2 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən "xxxx" kommersiya bankının lisenziyası 01 oktyabr 2016-cı ildən etibarən ləğv edilmişdir. "xxxx" KB tərəfindən İddiaçı depozit hesablarından qeyri-qanuni olaraq əmanətlərin silindiyi 2010-cu ilin may ayından, icra vərəqəsinin könüllü icra edilmədiyi 01 oktyabr 2016-cı il tarixə kimi ötən müddət 6 il 4 ay, başqa sözlə 76 ay təşkil edir. Belə olan halda 60.000 manat əmanətin illik 14 faizi, 60.000 x 0,14=8400 manat, ayda ödənilən faiz 8400 manat/12 ay=700 manat; 30.000 manat əmanətin illik 12 faizi 30.000 x ,12=3600 manat, ayda ödənilən faiz 3.600 manat / 12 ay = 300 manat təşkil edir. Beləliklə "xxxx" Depozit müqavilə üzrə hesablanacaq faiz məbləği 76 (ay) x 700 (aylıq faiz) 53.200 manat; “Standart Depozit" müqavilə üzrə hesablanacaq faiz məbləği, 76 (ay) x 300 aylıq faiz) = 22.800 manat olmaqla, cəmi 90.000 manat əsas məbləğ + (53.200+22.800) 76.000 manat faiz = 166.000 manat təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa əxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işg örməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla edilməsi) başa düşülür. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində iddiaçı iddia tələbində göstərilən 166000 manat məbləğində kompensasiyanın tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq iddia tələbini təmin etmişdir. MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Odur ki, kollegiya qeyd edir ki, ekspert rəyində faiz məbləğinin yüksək hesablanmasına baxmayaraq, iddiaçı iddia tələbində 166 000 manat məbləğində kompensasiya tələb etdiyindən, həmin məbləğdə kompensasiyanın Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ödənilməlidir. MPM-nin 124.1-ci maddəsində göstərilmişdir ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Kollegiya ekspert xərcinin kimdən tutulması ilə bağlı MPM-nin 124.1-ci maddəsini rəhbər tutaraq vurğulayır ki,iddia tələbi tam təmin edildiyindən ekspertiza xərci cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3263/2018 saylı, 23.noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X5 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5116/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5116/2021
15.10.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver