Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-512/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Notariat ofisinə qarşı (X19 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ və mülkiyyət hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlaka payın tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı (X19 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ və mülkiyyət hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlaka payın tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1239/2023 saylı qətnaməsindən üçüncü şəxs X12 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21a saylı evin, 12 saylı mənzili 006350 saylı, xx.xx.2005-ci il tarixli order əsasında X9 verilmişdir. Həmin sərəncama əsasən orderdə həm onun, həm də arvadı X12 adı yazılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin həmin sərəncamına, habelə orderə, Forma 2 arayışına və X12 razılıq ərizəsinə əsasən xx.xx.2005-ci il tarixdə bu mənzil X7 adına qeydiyyata alınmışdır. X14 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Miras qoyanın vəfatından sonra onun 4 vərəsəsi qalmışdır: X17 (qızı), X15 (oğlu), X19 (arvadı) və İddiaçı Mayıs qızı (əvvəlki nikahdan qızı). Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Ərarvadın ümumi əmlakından paya sağ qalmış ərə (arvada) verilən Mülkiyyət hüququ haqqında" Şəhadətnaməyə və eyni tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən həmin mənzilin ½ hissəsinə X12 pay hüququ müəyyən edilmiş, mənzilin digər ½ hissəsindən isə vərəsələr X10, X8 və X12 hər birinin 1/8 hissədə pay almaq hüququ tanınmış, 1/8 hissə isə açıq saxlanılmışdır. xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən İddiaçı Mayıs qızının həmin mənzildən 1/8 (açıq qalan hissə) hissədə pay almaq hüququ tanınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, X4 miras qalmış əmlaka dair Bakı şəhəri 13 saylı Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a-da yerləşən 12 saylı mənzilin 1/4 hissəsinə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 13 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 13 saylı Notariat ofisinin notariusu X2 təsdiq etdiyi qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən mərhum atası X4 miras qalmış Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21ada yerləşən 12 saylı mənzilin ½ hissəsi onun, ögey anası və iki qardaşı arasında bölünmüş, ona 1/8 hissə ayrılmışdır. Həmin mənzilin digər 1/2 hissəsinə isə ögey anasının adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həm mülkiyyət hüququ haqqında, həm də vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Belə ki, miras mənzil Bakı Şəhəri İcra Hakimiyyətinin 45 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı əsasında mərhum atası əmək fəaliyyətinə görə (atası millət vəkili olub) dövlət tərəfindən hədiyyə olaraq verilmişdir. Belə olduğu halda, həmin mənzil birgə nikah dövründə əldə edilmiş əmlak kimi deyil, tam miras kütləsi kimi vərəsələr arasında bölünməlidir.
4. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X19 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, nəzərə almaq lazımdır ki, mübahisəli mənzilin əvəzsiz olaraq əldə edilməsi barədə heç bir sübut yoxdur, əksinə həmin məzilin dəyərini miras qoyan tam şəkildə ödəmişdir. Odur ki, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 1239/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri 13 saylı Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə ləğv edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21A-da yerləşən 12 saylı mənzilin 1/4 hissəsinə dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 13 saylı Notariat ofisinin üzərinə qoyulmuşdur (hakim X11).
6. Məhkəmə iddia tələbini təmin edərkən qeyd etmişdir ki, sözügedən mübahisəli əmlak X7 X19 ilə ailə münasibətlərində olduğu müddətdə dövlət tərəfindən X7 xidməti fəaliyyətinə görə (həmin dövür üçün Azərbaycan Respublikası Milli Məclisinin deputatı) hədiyyə edilmişdir. Bu hal isə iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə öz təsdiqini tapmışdır. X19 isə mübahisəli əmlakın birgə nikah dövründə əldə edilmiş vəsait hesabına alındığını bildirsə də, bu halı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mübahisəli əmlak tərəflərin nikah dövründə X9 hədiyyə olaraq verildiyindən, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a, 12 saylı mənzil ər-arvadın birgə mülkiyyəti deyil də, sonuncunun ayrıca mülkiyyətində olmuş və həmin mənzil miras əmlakı olaraq vərəsələr arasında bərəbər paylarda bölünməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci, 1133-cü, 1145-ci, 1146-cı, 1159-cu, 1162-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci, 34.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76-cı, 77.1-ci, 119.1-ci, 217.3-cü, 217.4-cü maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X19 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, qanunun tələbinə görə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün müqavilələr, digər əqdlər, yaxud dövlət orqanlarının aktı olmalıdır. Hədiyyə iki tərəfli əqd olmaqla dövlət orqanının aktı hədiyyə hesab oluna bilməz. Qeyd olunan mənzil mərhuma hədiyyə kimi deyil, onun müraciəti əsasında Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə məhz ailəli olduğuna görə mənzil şəraitinin yaxşılaşdırılması üçün verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının 006350 saylı Orderindən də göründüyü kimi qeyd olunan mənzil Mayis Səfərliyə həyat yoldaşı Mətanət Səfərli ilə yaşamaq üçün verilmişdir. Lakin, birinci instansiya məhkəməsi mübahisəli mənzilin hədiyyə olmasını əsassız olaraq qeyd etmiş və Mətanət Səfərlinin həmin mənzildə payının olmaması nəticəsinə gəlməklə maddi hüquq normalarını pozmuşdur. Birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki halları hərtərəfli araşdırılmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinə qarşı etirazın və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159-cu və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 3-cü maddələrinin məzmununa görə isə mənzillər (evlər) əvəzsiz (pulsuz) olaraq şəxsi mülkiyyətə keçirilir. Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər-arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Bununla yanaşı, mənzilin (evin) özəlləşdirilməsində ər-arvaddan biri iştirak etdikdə, digəri isə könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan imtina etdikdə (özəlləşdirməyə razılıq verdikdə), həmin mənzil özəlləşdirmədə iştirak etmiş ərin (arvadın) şəxsi mülkiyyətinə keçir, buna görə də bölünə bilməz. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Bu halda, ər (arvad) mənzilin (evin) özəlləşdirilərək onlardan birinin mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlaka payın tanınması” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə rədd edilməlidir.
22. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalarına istinadən ilk növbədə qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsi həll edilərkən diqqətə alınmalı məqam ondan ibarətdir ki, vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, vərəsəlik hüququ ilə bağlı mübahisələrə baxılarkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinadən qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21a saylı evin, 12 saylı mənzili Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli sərəncamı və eyni tarixli order əsasında X9 verilmiş və orderə onun, habelə həyat yoldaşı (üçüncü şəxs) X12 adı qeyd edilmişdir. Lakin sonradan həmin sənədlərə və X12 razılığına əsasən xx.xx.2005-ci il tarixdə qeyd edilən əmlaka dair X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X14 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bundan sonra Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Ər-arvadın ümumi əmlakından paya sağ qalmış ərə (arvada) verilən “Mülkiyyət hüququ haqqında" Şəhadətnaməyə və eyni tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən həmin mənzilin ½ hissəsinə X12 pay hüququ müəyyən edilmiş, mənzilin digər ½ hissəsindən isə vərəsələr X10, X8 və X12 hər birinin 1/8 hissədə pay almaq hüququ tanınmış, 1/8 hissə isə açıq saxlanılmışdır. xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən İddiaçı Mayıs qızının həmin mənzildən 1/8 hissədə (açıq qalmış) pay almaq hüququ tanınmışdır.
24. Hazırda iddiaçı həmin əmlakın atasının səmərli əmək fəaliyyəti ilə əlaqədar dövlət tərəfindən ona hədiyyə verildiyini bildirir, bu səbəbdən həmin əmlakın ər-arvadın ümum birgə əmlakı hesab edilməməsinin mümkünsüzlüyü mövqeyindən çıxış edir. Bu mövqeyini rəhbər tutaraq o, xx.xx.2022-ci il tarixli (özünə münasibətdə verilmiş) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin tarixli çıxarışın ləğv edilməsini, həmin miras əmlak üzərində onun ¼ hissədə pay hüququnun tanınmasını tələb edir.
25. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X19 qeyd edilən əmlakın mərhum ərinə hədiyyə kimi, yəni əvəzsiz olaraq verilmədiyini, bu halı təsdiq edən hər hansı sübutun olmadığını, hər hansı dövlət orqanının aktının hədiyyə mahiyyəti daşıya bilməyəcəyini, əksinə miras qoyanın həmin məzilin dəyərini tam şəkildə ödədiyini qeyd edir və iddianın rədd edilməsini xahiş edir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış hər bir ailə üzvünə öz payını özəlləşdirmək hüququ vermişdir. Bu hüquqdan istifadə etməmək, başqa sözlə mənzilin digər ailə üzvünün adına özəlləşdirilməsi barədə razılıq vermək həmin ailə üzvünü mənzilə münasibətdə mülkiyyət hüququndan məhrum edir və həmin mənzil ərarvadın birgə (ümumi) mülkiyyəti sayılmır.
27. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında isə bununla bağlı qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə könüllü razılıq verdiyindən həmin mənzil ərarvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.
28. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, mübahisəli mənzil X9 iki nəfər ailə tərkibi ilə (özü və həyat yoldaşı X19) verilmiş və orderdə hər ikisinin adı qeyd edilmişdir. Bu baxımdan həmin mənzil birgə nikah dövründə və birgə gəlirlər hesabına əldə edilmiş əmlak kimi qiymətləndirilməlidir. Lakin sonradan mənzilin ona verilməsini təsdiq edən sənədlərə, o cümlədən orderə, habelə X12 razılıq ərizəsinə əsasən mənzil X7 adına qeydiyyata alınmışdır. Bu hal, o cümlədən X12 özlləşməyə razılıq verməsi iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təsdiq olunur. Həmin razılıq ərizəsinin verilməsi öz-özlüyündə mübahisələndirilən əmlakın ər-arvadın ümumi birgə əmlakı olması faktını aradan qaldırır. Bu səbəbdən məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin bu barədə dəlillərini əsassız hesab edir. Hüquqi nəticə etibarı ilə üçüncü şəxs mənzilin həyat yoldaşı X7 mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Bu baxımdan X7 ölümündən sonra ondan miras qalmış əmlakdan onun vərəsələrinin, o cümlədən iddiaçının bərabər həcmdə, yəni hər birinin ¼ hissədə pay almaq hüququ tanınmalıdır. Bu da öz növbəsində iddiaçının həmin əmlakdan 1/8 hissədə pay almaq hüququ barədə xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” nin ləğv edilməsini şərtləndirir.
29. Lakin xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququ haqqında şəhadətnamənin də verildiyi müəyyən edilmir, bu halı təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilmir. Bu da öz növbəsində bu tələbin əsassız olduğuna dəlalət edir və onun təmin edilməsini qeyri-mümkün edir.
30. Məhkəmə kollegiyası iddia tələbinin “miras əmlakdan 1/4 hissədə pay almaq hüququnun tanınması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərin qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ona münasibətdə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəhadətnamənin ləğvini mübahisələndirsədə, xx.xx.2021-ci il tarixli “Ər-arvadın ümumi əmlakından paya sağ qalmış ərə (arvada) verilən Mülkiyyət hüququ haqqında" Şəhadətnaməni və eyni tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməni mübahisələndirməmişdir. Bu da öz növbəsində onun miras əmlakdan ¼ hissədə pay almaq hüququnun olmasına baxmayaraq, mövcud vəziyyətdə onun bu payının tanınmasını hüquqi baxımdan qeyrimümkün edir. Belə ki, hazırda iddiaçının ləğvini tələb etdiyi xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə xx.xx.2021-ci il tarixli şəhadətnamələrdən qaynaqlanmışdır. Vərəsələrin, o cümlədən iddiaçının miras əmlakın ¼ hissəsinə payı yalnız bu şəhadətnamələr ləğv edildikdən sonra tanına bilər. Lakin onlar hazırda da qüvvədədir, iddiaçı tərəfindən mübahisələndirilməmiş və hazırki iddia üzrə mübahisə predmetini təşkil etmir. Bu da öz növbəsində həmin şəhadətnamələrə də hüquqi qiymət verilməsini qeyri-mümkün edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, bu tələb təmin edilə bilməz və qətnamə həmin hissədə ləğv edilməlidir.
31. Məhkəmə kollegiyasının bu mövqeyi miras əmlakdan ¼ hissədə pay hüququ əldə etmək üçün məhkəmə qaydasında ayrıca icraat çərçivəsində xx.xx.2021-ci il tarixli şəhadətnamələrin ləğvinin mübahisələndirməsi zərurətini yaradır. Başqa sözlə, iddiaçı belə bir hüquqa malikdir.
32. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “xx.xx.2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a-da yerləşən 12 saylı mənzilin 1/4 hissəsinə dair iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 13 saylı notariat ofisinin üzərinə qoyulması” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X16 aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1239/2023 saylı qətnaməsi “xx.xx.2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a-da yerləşən 12 saylı mənzilin 1/4 hissəsinə dair iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 13 saylı notariat ofisinin üzərinə qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumü mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X16 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.