Məhkəmə qərarları › İş №2(103)-5121/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5121/2020

29.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5121/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh Mazaim oğlunun və onun vəkili X7 iştirakları ilə İddiaçı Cavabdeh Mazaim oğluna qarşı “torpaq sahəsinin boşaldılması və mülkiyyətçiyə qaytarılması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xudiyeva X13 Rauf Mazaim oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair xx xxxx 2004-cü il tarixli şəhadətnaməyə əsasən onun sahibliyində olan Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən yolun sağ tərəfində yarımstansiyaya çatmamış 0,03 ha torpaq sahəsinin 65,5 kv.m-ni Cavabdeh Mazaim oğlu tərəfindən tikilən qanunsuz tikililərin (hasarın) sökülməsi və həmin torpaq sahəsinin cavabdehdən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 4586 nömrəli arayışı ilə X8 ona məxsus Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən yolun sağ tərəfində yarımstansiyaya çatmamış yerləşən 0,06 ha torpaq sahəsindən 0,03 ha ona və 0,03 ha torpaq sahəsini X1. Müqaviləyəəsasən o, 0,03 ha torpaq sahəsini 12.400.000 manata, X5 isə 0,03 ha torpaq sahəsində tikili olduğu üçün 18.300.000 manata satmışdır. O, aldığı 0,03 ha torpaq sahəsinə xx xxxx 2004-cü il tarixdə Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə almışdır. X9 isə ona məxsus olan 0,03 ha torpaq sahəsini sonradan, qohumu olan xalası oğlu Cavabdeh vermişdir. O, adı gedən ünvanda fərdi yaşayış evi tikib, həyat yoldaşı X15 ilə birlikdə yaşayırlar. Hər ikisi 1993-cü il tarixdən Cəbrayıl rayonu qaçqını olaraq, şəhid ailəsidir. Oğlu X2 Federasiyasında qaçqın kimi yaşayır və fəhlə işləyir. Orada qazandığı pul ilə 0,03 ha torpaq sahəsini almış və üç otaqlı fərdi yaşayış evi tikmişdir. O və həyat yoldaşı savadsız və yaşlı adamlardır. Cavabdeh onların yaşlı və savadsız olduğundan istifadə edib, ona məxsus olan 0,03 ha torpağın sahəsinin 65,5 kv.m-ni zəbt etmişdir. Onların bu barədə məlumatı olmamışdır. Qohumlarını onlara başa salmışdırlar ki, onların torpaq sahəsi 0,03 ha-dan azdır. Bundan sonra o, qonşusu Cavabdeh ona məxsus olan zəbt etdiyi torpağı boşaldıb təhvil verilməsini xahiş etmişdir. Həmin zamana qədər aralarında qonşuluq münasibətləri yaxşı olmuşdur. Müraciətdən sonra cavabdeh onlarla dalaşmış və hədələyərək zəbt etdiyi torpaq sahəsini qaytarmayacağını bildirmişdir. O, bu barədə dəfələrlə ərazi Polis Bölis Bölməsinə, yerli bələdiyyə və Zığ qəsəbə üzrə nümayəndəliyinə müraciət etsə də, hər dəfəsində ona tövsiyyə edilmişdir ki, iş mübahisəli olduğundan məhkəməyə müraciət edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair xx xxxx 2004-cü il tarixli JN-12881D KOD 00600003 nömrəli şəhadətnaməyə əsasən Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən yolun sağ tərəfində yarımstansiyaya çatmamış 0,03 ha torpaq sahəsinin 65,5 kv.m. hissəsində Cavabdeh Mazaim oğlu tərəfindən tikilən tikililərin (hasar) sökülməsi və həmin torpaq sahəsinin Cavabdeh Mazaim oğlundan alınaraq İddiaçı təhvil verilməsi, Cavabdeh Mazaim oğlundan aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, mütəxəssis rəyinin verilməsinə dair çəkilmiş xərcin dəyəri kimi 96,96 manatın isə tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi və üzərində olan tikilini iddiaçının topaq sahəsindən ayıran hasar olmuşdur. İddiaçının iddia etdiyi torpaq sahəsi onun yaşadığı evin girəcəyində yerləşir. Belə ki, həmin torpaq sahəsində onun darvazası yerləşir. Evə daxil olmaq üçün yeganə giriş həmin darvazadan keçir. Bunlar birinci instansiya məhkəməsində etiraz ərizəsinə əlavə edilmiş və iş materiallarında olan 2003-cü ildə çəkilmiş Nazlı Atakişiyevanın əri Aqil cavabdehin oğlu Ümidlə çəkdirdiyi fotoşəkildən də görünür. Belə ki, iddia edilən torpaq sahəsi və iddiaçı tərəfindən sökülməsi tələb edilən tikililər və hasar sonradan deyil, əvvəlcədən Bəylər Gülmalıyevə satılan vaxtdan mövcud olmuşdur. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən Cavabdeh və onun vəkili apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin ttəmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahul etmişlər. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat vermişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu kontekstdə məhkəmə kollegiyası şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair xx xxxx 2004cü il tarixli JN-12881D KOD 00600003 nömrəli şəhadətnaməyə əsasən Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən yolun sağ tərəfində yarımstansiyaya çatmamış 0,03 ha torpaq sahəsinin 65,5 kv.m. hissəsində Cavabdeh Mazaim oğlu tərəfindən tikilən tikililərin (hasar) sökülməsi və həmin torpaq sahəsinin Cavabdeh Mazaim oğlundan alınaraq İddiaçı təhvil verilməsi” hissəsində dəyişdirilməli, 0,03 ha torpaq sahəsinin 65 kv.m. hissəsində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması müəyyənləşdirilməlidir. Belə ki, iş materiallarında olan X8 ilə İddiaçı və X9 arasında bağlanmış xx.xx.2014cü il tarixli AN-İ seriyalı ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X8 ona məxsus Bakı şəhəri, Hövsan qəsəbəsinə gedən yolun sağ tərəfində yarımstansiyaya çatmamış yerləşən 0,06 hektar torpaq sahəsindən 00,3 kvadrat metrini İddiaçı, 00,3 kvadrat metrini isə B.Ə.Gülmahyevə satmışdır. İş materiallarında olan xx xxxx 2004-cü il tarixli Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair JN-12860D KOD 00600003 nömrəli şəhadətnamədən görünür ki, Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunun xx xxx 2004-cü il tarixli 4Ə/3-444 saylı alqı-satqı müqaviləsi ilə satılmış 0.03 hektar torpaq sahəsi (Hövsan qəsəbəsinə gedən yolun sağ tərəfində yarımstansiyaya çatmamış sahə) fərdi yaşayış evinin tikintisi üçün X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx xxxx 2004-cü il tarixli Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair JN-12881D KOD 00600003 nömrəli şəhadətnamədən görünür ki, Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunun xx xxx 2004-cü il tarixli 4Ə/3-444 saylı alqı-satqı müqaviləsi ilə satılmış 0.03 hektar torpaq sahəsi (Hövsan qəsəbəsinə gedən yolun sağ tərəfində yarımstansiyaya çatmamış sahə) fərdi yaşayış evi tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh qısa müddətdə zəbt etdiyi torpaq sahəsinin ona qaytarılması, əks halda müvafıq məhkəmə orqanına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu X10 rayonu hüquq mərkəzinin direktoru Ə.Əliyevə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı məxsus olan 300 m2 (0.03 ha) torpaq sahəsi Şəhadətnaməyə əsasən JN-12881 D KOD 00600003 ayrılmışdır. Lakin layihə smeta bürosunun layihəsinə əsasən layihəçi “xxxxxxx” M.M.C. göstəricilərinə əsasən faktiki olaraq 234.5 m2-dir. Şəxsi müşahidə etdikdən sonra həqiqətən də bu fakt təsdiq olunub. İddiaçı məxsus olan 300 m2 torpaq sahə əvəzinə 234.5 m2 torpaq sahəsi şəxsi istifadəsindədir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin “X18” MMC-nin direktoru Ə.Əliyevə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, "xxxxxx” MMC tərəfindən çəkilmiş layihəyə əsasən İddiaçı məxsus 300 m2 torpaq sahəsindən yalnız 234.5 m2 sahəsi onun istifadəsindədir. İş materiallarında olan Layihəçi “xxxxxxx” MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsinə gedən yolun sağ tərəfində yarımstansiyaya çatmamış yerləşən X12 mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş 1 (bir) mərtəbəli fərdi yaşayış evinin layihəsindən görünür ki, torpaq sahəsi sənəd üzrə - 300.0 m2 (0.03 ha), faktiki olaraq 234.5 m2-dir (0.02345 ha). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 22850 №-li ekspert rəyində qeyd olunmuşdur ki, Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Hövsan qəsəbəsində yərləşen yolun sağ tərəfində yarımstansiyaya çatmamış 0,03 ha torpaq sahəsinin hazırda iddiaçının istifadədə olan sahəsi 0,0235 ha təşkil edir. Qərardadın ikinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair xx xxxx 2004-cü il tarixil şəhadətnaməyə əsasən X6 rəsmən sahibliyinə verilmiş Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən yolun sağ tərəfində yarımstansiyaya çatmamış 0,03 ha torpaq sahəsinin hazırda faktiki olaraq Cavabdeh Mazaim oğlu tərəfindən istifadədə olan sahəsi (faktiki ölçüsü) 0,0393 ha təşkil edir. Qərardadın üçüncü sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair xx xxxx 2004cü il tarixli şəhadətnaməyə əsasən X6 rəsmən sahibliyinə verilmiş Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən yolun sağ tərəfində yarımstansiyaya çatmamış 0,03 ha torpaq sahəsinin hazırda faktiki olaraq Cavabdeh Mazaim oğlu tərəfindən istifadədə olan sahəsindən iddiaçı Xudiyeva llfat Əvəz qızının sahibliyində olan torpaq sahəsinə münasibətdə zəbt etmə sayılır və həmin sahə 65,0 m2 təşkil edir. Beləliklə, iddiaçıya məxsus olan və hazırda çatışmayan 65 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və onun faktiki istifadəsində olması halıdır. Bu hal iş üzrə keçirilmiş ekspertiza üzrə verilmiş rəy ilə birmənalı qaydada təsdiq edilib və həmin rəy mübahisələndirilməyib. Cavabdeh özü də, torpağın zəbt olunması halını mübahisələndirmir, bununla belə, həmin hissənin daha əvvəldən onun sahibliyində və faktiki istifadəsində olduğunu, iddiaçının isə uzun illər ərzində buna etiraz etmədiyini bildirir. Kollegiya qeyd edir ki,Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Kollegiya həmçinin hesab edir ki, iddiaçı, mübahisəsi gedən torpaq sahəsi üzərindəki hüquqlarının ona tanıdığı imkandan istifadə edərək orada tikilmiş özbaşına tikililərin sökülməsini tələb etməkdə də haqlı olmuşdur. Çünkü Mülki Məcəllənin 180-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, iddia edilən torpaq sahəsi və iddiaçı tərəfindən sökülməsi tələb edilən tikililər və hasar sonradan deyil, əvvəlcədən Bəylər Gülmalıyevə satılan vaxtdan mövcud olması barədə apellyatorun dəlili üzrə əlavə əsaslandırma aparılmasına zərurət hesab etmir. Belə ki, cavabdehin mübahisəsi gedən torpaq sahəsi üzərində qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq hər hansı hüquq əldə etdikləri müəyyən edilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, qüvvədə olan Mülki Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməkdə haqlı olsa da, Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair xx xxxx 2004-cü il tarixli JN-12881D KOD 00600003 nömrəli şəhadətnaməyə əsasən Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən yolun sağ tərəfində yarımstansiyaya çatmamış 0,03 ha torpaq sahəsinin 65,5 kv.m. hissəsində Cavabdeh Mazaim oğlu tərəfindən tikilən tikililərin (hasar) sökülməsi və həmin torpaq sahəsinin Cavabdeh Mazaim oğlundan alınaraq İddiaçı təhvil verilməsi nəticəsinə gəlməkdə səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 22850 №-li ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair xx xxxx 2004-cü il tarixli şəhadətnaməyə əsasən X6 rəsmən sahibliyinə verilmiş Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən yolun sağ tərəfində yarımstansiyaya çatmamış 0,03 ha torpaq sahəsinin hazırda faktiki olaraq Cavabdeh Mazaim oğlu tərəfindən istifadədə olan sahəsindən iddiaçı Xudiyeva llfat Əvəz qızının sahibliyində olan torpaq sahəsinə münasibətdə zəbt etmə sayılır və həmin sahə 65,0 m2 təşkil edir. Buna görə də kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməli və ekspert rəyinə uyğun olaraq 0,03 ha torpaq sahəsinin 65,0 kv.m. hissəsində cavabdeh tərəfindən tikilən tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas mövcud deyil. Mülki Prosessual Məcəllənin 14.2-cimaddəsinəəsasən, məhkəməyalnıztərəflərintəqdimetdiklərisübutlarıaraşdırmalıvəonlardanistifadəetməli, 77.1ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Mazaim oğlunun apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-130/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi “Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair xx xxxx 2004-cü il tarixli JN-12881D KOD 00600003 nömrəli şəhadətnaməyə əsasən Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən yolun sağ tərəfində yarımstansiyaya çatmamış 0,03 ha torpaq sahəsinin 65,5 kv.m. hissəsində Cavabdeh Mazaim oğlu tərəfindən tikilən tikililərin (hasar) sökülməsi və həmin torpaq sahəsinin Cavabdeh Mazaim oğlundan alınaraq İddiaçı təhvil verilməsi” hissəsində dəyişdirilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-130/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair xx xxxx 2004-cü il tarixli JN-12881D KOD 00600003 nömrəli şəhadətnaməyə əsasən Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən yolun sağ tərəfində yarımstansiyaya çatmamış 0,03 ha torpaq sahəsinin 65,0 kv.m. hissəsində Cavabdeh Mazaim oğlu tərəfindən tikilən tikililərin (hasar) sökülməsi və həmin torpaq sahəsinin Cavabdeh Mazaim oğlundan alınaraq İddiaçı təhvil verilməsi müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Valeh Ağayev Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar