Məhkəmə qərarları › İş №2(103)-5126/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5126/2025

08.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5126/2025 08.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-59/2024 saylı qərardadından Cavabdeh1 tərəfindən tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-59/2024 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 6, 52 saylı mənzildən Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 istifadə hüququna ümumilikdə 12000 (on iki min) manat məbləğində kompensasiya müqabilində xitam verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat və mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməsi qət edilmişdir. İş üzrə Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-59/2024 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh1 həmin qərardaddan narazı qalaraq şikayət vermiş, şikayət Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin olunmamış və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından bəlli olur ki, mübahisələndirilən qətnamə apellyatorun ünvanına xəbərnaməli poçt vasitəsilə göndərilmiş, xx.xx.2024-cü il tarixdə xəbərnamənin “şəxsən” qrafası imza edilməklə cavabdeh tərəfindən rəsmi qaydada alınmış, cavabdehin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin axını xx.xx.2024-cü il tarixdə bitmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti geri qaytarılır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti yuxarıda qeyd olunan prosessual hüquq normalarına uyğun verilmədiyindən, birinci instansiya məhkəməsi şikayəti qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-59/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar