Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5129/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1565/20220 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 36 saylı evin 1-ci mənzilinin əvəzinə həmin evin yerində inşa edilmiş Bakı şəhəri, M.Abbasov küçəsi, E saylı evin 9 nömrəli mənzilinə köçürülmələri barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı tərəfindən iddianın təmin etmə tədbiri barədə məhkəməyə ərizə ünvanlanmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)- 1565/2020 saylı qərardadı ilə, İddiaçı1 “Bakı şəhəri, Nizami rayonu. Ş.Mirzəyev küçəsi, 36 saylı evin 1-ci mənzili və onun əvəzində inşa edilmiş Bakı şəhəri, M.Abbasov küçəsi E saylı evin 9-cu mənzilinin üzərinə həbs qoyulması” barədə vəsatətinin təmin olunmaması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı1 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020 tarixli, 2(103)- 5864/2020 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(007)-1565/2020 nömrəli qərardadının ləğv edilməsi, İddiaçı1 iddianı təmin tədbiri barədə ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu. Ş.Mirzəyev küçəsi, 36 saylı evin 1 saylı və onun əvəzində inşa edilmiş Bakı şəhəri, M.Abbasov küçəsi, E saylı evin 9 saylı mənzillərinin özgəninkiləşdirilməsi cavabdehlər X1 və Cavabdeh2 qadağan edilməsi qərara alınmışdır. Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020 tarixli, 2(103)-5864/2020 saylı qərardadının mövcudluğunun mülkiyyətində olan mənzilə dair sərəncam verməyə mane olduğunu bildirmiş və həmin qərardad ilə mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu. Ş.Mirzəyev küçəsi, 36 saylı evin 1 saylı mənzilin üzərinə qoyulmuş qadağanın götürülməsi və bu barədə Azərbaycan Respublikası İqtisadi Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və ona rəsmi məlumat verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 1565/20220 saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020 tarixli, 2(103)-5864/2020 saylı qərardadı ilə Bakı şəhəri, Nizami rayonu. Ş.Mirzəyev küçəsi, 36 saylı evin 1 saylı və onun əvəzində inşa edilmiş Bakı şəhəri, M.Abbasov küçəsi, E saylı evin 9 saylı mənzilinin özgəninkiləşdirilməsi Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi barədə iddianın təmin etmə tədbirinin ləğv edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın icrasının Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qərardaddan şikayət verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 1565/20220 saylı qərardadının ləğv olunaraq işin yenidən araşdırılmasını, mümkün olmadıqda isə şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1565/20220 saylı qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1565/20220 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətin forma və məzmununa riayət edilmədiyindən, elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılması, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun iddiaçıya izah olunması qərara alınmışdır. Hazırda iddiaçılar tərəfindən xx.xx.2022-ci il qərardaddan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən şikayət verilərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 1565/20220 saylı qərardadının ləğv olunaraq işin yenidən araşdırılmasını, mümkün olmadıqda isə şikayətinin Bakı Apelllyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hazırki qərardadı qəbul edən zaman prosessual qanun pozğunluğuna yol vermişdir. Belə ki, onun iştirakı məhkəmə baxışı zamanı təmin olunmamışdır (məhkəmənin vaxtı barədə ona zamanında xəbər verilməmişdir.) Bundan başqa məhkəmə çəkişmə prinsipinə əməl etmədən onun şikayət olunan qərardadla bağlı əsaslarını təmin etmək imkanı verməmişdir. Daha sonra məhkəmə hüquqlarının müdafiə olunması üçün vəkil xidmətindən istifadə etməyə şərait yaratmamışdır ki, bu pozuntular hüquqlarının əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Kollegiya qeyd edir ki, 2(007)-1565/2020 saylı mülki iş üzrə məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin qətnamə ilə iddia tələbi rədd edilmişdir. Daha sonra həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 1598/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1565/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu. Ş.Mirzəyev küçəsi, 36 saylı evin 1 saylı mənzilin üzərinə qoyulmuş qadağanın götürülməsi və bu barədə Azərbaycan Respublikası İqtisadi Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və ona rəsmi məlumat verilməsini xahiş etmişdir. Göründüyü kimi iddia tələbi təmin edilmədiyindən, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldığından ərizəni qismən təmin etmiş, Bakı şəhəri, Nizami rayonu. Ş.Mirzəyev küçəsi, 36 saylı evin 1 saylı və onun əvəzində inşa edilmiş Bakı şəhəri, M.Abbasov küçəsi, E saylı evin 9 saylı mənzilinin özgəninkiləşdirilməsi Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi barədə iddianın təmin etmə tədbiri ləğv edilmişdir. Məhkəmə eyni zamanda şikayətdə qeyd edilən iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2022-ci il tarixli məhkəmə iclası barədə xəbərdar edilməməsi ilə bağlı qeyd edir ki, İddiaçı1 mobil nömrəsinə SMS xəbərdarlıq göndərilmiş və həmin SMS ona çatdırılmışdır. Məhkəmə həmçinin bildirir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli qərardadı xx.xx.2022ci il tarixdə İddiaçı1 elektron kabinetinə yüklənilmiş, daha sonra onun tərəfindən xx.xx.2022-ci il tarixdə qəbzə imza çəkilməklə rəsmi qaydada qəbul edilmişdir. Göründüyü kimi iddiaçılar tərəfindən ilk dəfə qərardaddan şikayət verilərkən qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülməmiş, daha sonra nöqsanlar aradan qaldırıldıqdan sonra elektron kabinet vasitəsilə müəyyən olunmuş formada şikayət verilmişdir. Sadalanan normaların məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsinin, gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Mülki Prosessual Məcəllənin: 397.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3.-ci maddəsinə əsasən Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Odur ki, Kollegiya 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1565/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5129/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5129/2022
13.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver