Məhkəmə qərarları › İş №2(103)-513/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-513/2023

06.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-513/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı(X15 və X6 üçüncü şəxs qismində cəlb olunmaqla ) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-513/2023 (Açar sözlər: “əqdin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması ”) Bakı şəhəri 06 fevral 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, X21 və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X16 və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-2470/2022 nömrəli qətnaməsindən üçüncü şəxs qismində iştirak edən X15 tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Baş podratçı Cavabdeh1 MTK və köməkçi podratçı "xxxx" MMC ilə sifarişçi Cavabdeh3 arasında bağlanmış “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” xx.xx.2007-ci il tarixli, 22 saylı müqavilənin surətindən görünür ki, podratçı ünvan 1 ünvanında tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində 140,6 kv.m ölçüsündə 3 otaqlı 3 saylı mənzili tikib sifarişçiyə təhvil verməyi, sifarişçi isə mənzilin dəyəri olan 267.140 manat pulu ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh1 MTK tərəfindən verilmiş AXU № 19 saylı, 01 avqust 2007-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh3 tərəfindən Cavabdeh1 MTK-ya xx.xx.2007-ci il tarixli müqavilə üzrə 267.140 manat pul ödənilmişdir.

3. Podratçı Cavabdeh2 MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” xx.xx.2013-cü il tarixli, 110 saylı müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, podratçı Cavabdeh2 MMC ünvan 1 ünvanında tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində 140,6 kv.m ölçüsündə 3 otaqlı 3 saylı mənzili tikib sifarişçiyə təhvil verməyi, sifarişçi isə mənzilin dəyəri olan 175.750 manat pulu Cavabdeh2 MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.

4. Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 24 dekabr 2013-cü il tarixli 110 saylı müqavilə üzrə Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində 140,6 kv.m sahəsi olan 3 saylı mənzilə görə müəssisəyə 175.750 (bir yüz yetmiş beş min yeddi yüz əlli) manat pul ödənilmişdir. İddiaçı 24 dekabr 2013-cü il tarixli 110 saylı müqavilə üzrə borcu qalmamışdır.

5. Cavabdeh2 MMC tərəfindən verilmiş AXU № 122 saylı, 24 dekabr 2013-cü il tarixli kassa mədaxil orderinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə xx.xx.2013-cü il tarixli müqavilə üzrə 175.750 manat pul ödənilmişdir.

6. “Mənzilin təhvil-təsliminə dair” xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında olan xx.xx.2013-cü il tarixli, 110 saylı müqaviləyə əsasən Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının İİİ mərtəbəsində yerləşən, 3 saylı, 3 otaqlı, sahəsi 140,6 kv.m olan mənzil, müqavilədə nəzərdə tutulmuş qaydada İddiaçı təhvil verilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-4747/2022 saylı Qətnaməsindən görünür ki, iddiaçı X6 Cavabdeh2 MMCyə qarşı mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə Cavabdeh2 MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının İİİ mərtəbəsində yerləşən, 3 saylı, 3 otaqlı, sahəsi 140,6 kv.m olan mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 1073/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.Həmin qətnamədən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1073/2022 nömrəli qətnaməsi ləğv edilərək iddia rədd edilməsi qət olunmuşdur.Həmin Qətnamədə qeyd edilmişdir ki”... xx.xx.2011-ci il tarixli 44 saylı X34 əsasən X6 tərəfindən MMC-yə mənzilə görə 89725 manat məbləğində pul ödənilmişdir. xx.xx.2013-cü ildə Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən MMC mənzilini tikib, mənzili daxili naxış, cihaz və daxili qapılar olmamaq şərti ilə İddiaçı təhvil verilməsini, sonuncu isə mənzili qəbul edib, ümumi dəyəri olan 175750 manatı MMC- yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışı və həmin tarixli, 122 saylı X34 əsasən İddiaçı tərəfindən MMC-yə mənzilə görə 175750 manat məbləğində pul ödənilmişdir. Cavabdeh2 MMC ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli razılaşmaya əsasən X7 Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa olunan çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində, 3 otaqlı, 3 №-li, 140,6 kv.m. mənzillə bağlı xx.xx.2011-ci il tarixli müqaviləni geri qaytarır və şirkətdən 1 kv.m-1000 manat olmaqla, 10000 manat məbləğini xx.xx.2014-cü il tarixdə alır, 130600 manat məbləğini xx.xx.2014-cü il tarixinə qədər alır və müqaviləyə xitam verir. Mübahisəli mənzil xx.xx.2017-ci il tarixli akt əsasında İddiaçı təhvil verilmiş, həmin tarixdə onunla kommunal xidmətlərə görə müqavilə bağlanmışdır. Mənzil İddiaçı tərəfindən təmir olunmaqla, hal-hazırda həmin mənzildə İddiaçı yaşayır.Göründüyü kimi, mübahisəli mənzillə bağlı tərəflər iradə ifadələri olaraq xx.xx.2014-cü il tarixli razılaşma bağlayaraq, 11 fevral 2011-ci ildə bağladıqları müqaviləni ləğv etmişlər. Həmin razılaşma bağlandığı andan 11 fevral 2011-ci ildə bağlanmış müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixli razılaşma əsasında cavabdeh tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdə 10000 manat məbləğində ödəniş olunmuşdur. Mübahisəli mənzil xx.xx.2017-ci il tarixli akt əsasında İddiaçı təhvil verilmiş, həmin tarixdə onunla kommunal xidmətlərə görə müqavilə bağlanmışdır. Mənzil İddiaçı tərəfindən təmir olunmaqla, hal-hazırda həmin mənzildə İddiaçı yaşayır.Kollegiya hesab edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilə onların qarşılıqlı razılığı əsasında ləğv olunmaqla, həmin müqavilə üzrə öhdəliklərine xitam verildiyindən, iddia tələbi əsassız olmaqla rədd olunmalıdır.”

8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-92/2023 saylı, xx.xx.2023-cü il tarixli Hökmündən görünür ki, Hökmdə qeyd edilmişdir ki, “...iş materiallarına əlavə edilmiş01 aprel 2014-cü il tarixli razılaşma sənədlərindən görünür ki, X10 və X6 Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə Cavabdeh2 MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının İİİ mərtəbəsində yerləşən, 3 saylı, 3 otaqlı, sahəsi 140,6 kv.m olan mənzili və 3 otaqlı 27 nömrəli mənzilləri podratçı Cavabdeh2 MMC-yə geri qaytarır və şirkətdən hər biri 10.000 (on min) manat məbləğində pul vəsaitini həmin tarixdə alır, hər biri üçün qalan 130.600 (yüz otuz min altı yüz) manat məbləğində pul vəsaitlərini isə xx.xx.2014cü il tarixədək şirkətdən alacaqlar (cild 1, iş vərəqi120)”

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı "əqdin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında 05 mart 2006-cı il tarixdə bağlanmış «Müştərək fəaliyyət üçün razılaşdırma» müqaviləsi əsasında Cavabdeh2 MMC tərəfindən inşa edilmiş, tamamlamaabadlıq işləri bina sakinlərinin təsis etdikləri «Nəsimi 19» Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən sona çatdırıldıqdan sonra bina sakinlərin istifadəsinə verilmişdir. Hazırda həmin çoxmərtəbəli yaşayış binası «Nəsimi 19» Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin idarəetməsindədir. ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının İİİ mərtəbəsindəki 140,6 kv.m ölçüsündə 3 otaqlı 3 saylı mənzil iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 24 dekabr 2013-cü il tarixli, 110 saylı müqavilə əsasında Podratçı Cavabdeh2 MMC tərəfindən inşa edilərək iddiaçıya verilmiş, əvəzində isə tərəfindən mənzilin müqavilə üzrə razılaşdırılmış dəyəri olan 175750 (bir yüz yetmiş beş min yeddi yüz əlli) manat məbləğində pul Cavabdeh2 MMC-yə ödənilmişdir. «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 24 dekabr 2013-cü il tarixli, 110 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə iddiaçı ilə Cavabdeh2 MMC arasında ünvan 1 ünvanında Cavabdeh2 MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində 140,6 kv.m ölçüsündə 3 otaqlı 3 saylı mənzilin tikilib iddiaçıya təhvil verilməsi, əvəzində iddiaçı tərəfindən mənzilin dəyərinin Cavabdeh2 MMC-yə ödənilməsi məqsədilə bağlanmışdır. AXU № 122 saylı, 24 dekabr 2013-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, həmin mənzilə görə iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə xx.xx.2013-cü il tarixli müqavilə üzrə 175750 (bir yüz yetmiş beş min yeddi yüz əlli) manat pul ödənilmişdir. xx.xx.2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, 24 dekabr 2013-cü il tarixli, 110 saylı müqavilə üzrə Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində 140,6 kv.m sahəsi olan 3 saylı mənzilə görə müəssisəyə 175750 (bir yüz yetmiş beş min yeddi yüz əlli) manat pul ödənilmişdir. İddiaçı 24 dekabr 2013-cü il tarixli, 110 saylı müqavilə üzrə borcu qalmamışdır. Beləliklə, istinad edilən müqavilədən, kassa mədaxil orderindən və maliyyə arayışından da göründüyü kimi İddiaçı Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında 05 mart 2006-cı il tarixdə bağlanmış «Müştərək fəaliyyət üçün razılaşdırma» müqaviləsi əsasında Cavabdeh2 MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş, «Nəsimi 19» Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən tamamlama-abadlıq işləri görüldükdən sonra istismarına icazə alınmış çoxmərtəbəli yaşayış binasının 3 saylı mənzilinin sahibidir. Məlum olduğu kimi «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binaları komplekslərinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş 246 saylı 09 dekabr 2019-cu il tarixli İcazədən görünür ki, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının istismarına sözügedən Fərmanın icrası qaydasında icazə verilmişdir. Eyni zamanda, sözügedən Fərmanın 5-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq: istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binaları komplekslərinin) tərkib hissələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında qanunla müəyyən edilmiş müddətdə təmin etsin. Fərmanın 5, 5.2-ci bəndlərinin tələblərinə görə ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının İİİ mərtəbəsindəki 140,6 kv.m ölçüsündə 3 otaqlı 3 saylı mənzili üzərində mülkiyyət hüququ isə hüquq sahibinin, yəni iddiaçının müraciəti əsasında qanunla müəyyən edilmiş müddətdə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmalıdır. ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının İİİ mərtəbəsindəki 140,6 kv.m ölçüsündə 3 otaqlı 3 saylı üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alaraq, bununla bağlı iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi **********39 saylı xx.xx.2021-ci il tarixli cavab məktubunda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) Cavabdeh1 Mənzil Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti) göstərildiyini, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə dair sənədlərin Cavabdeh2 MMC tərəfindən təsdiq edildiyini, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin hüquqi varisinin halhazırda Cavabdeh1 olduğunu, qeyd olunan ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra notarial qaydada təsdiq olunmuş alqı-satqı müqavilələri əsasında hüquqların dövlət qeydiyyatının aparıla biləcəyini, aparılan araşdırma zamanı idarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığını bildirərək mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Bundan sonra, iddiaçı 2021-ci ilin avqust ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək məhkəmədən ünvan 1 ünvanında yerləşən 1 girişli, zirzəmili, 17 mərtəbəli (+ mansarda) yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət, sahəsi 140,6 kv.m olan 3 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9745/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 MMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edildi. İnzibati iş üzrə məhkəmənin ilk iclası xx.xx.2021-ci il tarixdə, növbəti iclası isə xx.xx.2022-ci il tarixdə keçirildi. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilən iclasında məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi tərəfindən elektron sistemə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-326/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin yükləndiyini bildirib Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən, o cümlədən iddiaçının sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının İİİ mərtəbəsindəki 140,6 kv.m ölçüsündə 3 otaqlı 3 saylı mənzilinin özgəninkiləşdirilməsinin Cavabdeh3 və digər şəxslərə qadağan edildiyini elan etdi. Bundan sonra, iddiaçı Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 326/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinin verilməsi üçün əsas olmuş eyni tarixli, eyni saylı qərardadının surətini, ondan şikayət vermək hüququndan istifadə edə bilmək üçün iddiaçıya rəsmi qaydada təqdim edilməsini xahiş etdi. Lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsindən iddiaçıya bildirildi ki, mülki iş Bakı Apellyasiya Məhkəməsində olduğundan sözügedən qərardadın ona verilməsi hələlik mümkün deyil. Bundan sonra, iddiaçıya məlum oldu ki, iddiaçı X15 cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, o cümlədən ünvan 1 ünvanında yerləşən 1 girişli, zirzəmili, 17 mərtəbəli (+ mansarda) yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət, sahəsi 140,6 kv.m olan 3 saylı mənzili üzərində ½ hissədə payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 53/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 9894/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-53/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən mülki iş üzrə məhkəmə qətnamələri ilə tanış olduqda iddiaçıya məlum oldu ki, həmin iş üzrə iddiaçı X15 iddiaçıya məxsus mənzilə dair iddia tələbini onunla əsaslandırmışdır ki, guya 01 avqust 2007-ci il tarixdə baş podratçı Cavabdeh1 MTK, onun direktoru Cavabdeh3F və köməkçi podratçı Cavabdeh2 MMC, digər tərəfdən isə sifarişçi Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində 3 otaqlı, 3 №-li, sahəsi 140,6 kv.m olan mənzilə dair 22 №-li müqavilə bağlamışlar. ünvan 1 ünvanında yerləşən 1 girişli, zirzəmili, 17 mərtəbəli (+ mansarda) yaşayış binası Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında 05 mart 2006-cı il tarixdə bağlanmış «Müştərək fəaliyyət üçün razılaşdırma» müqaviləsi əsasında Cavabdeh2 MMC tərəfindən inşa edilmiş, binanın tamamlama-abadlıq işləri bina sakinlərinin təsis etdikləri «Nəsimi 19» Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən sona çatdırılmış, bundan sonra bina sakinlərin istifadəsinə verilmiş, bina istismara icazə alınması üçün «Nəsimi 19» Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən dövlət qəbulu komissiyasına təqdim edilmiş, binanın istismarına Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» xx.xx.2019-cu il tarixli, 529 nömrəli Fərmanının icrası qaydasında xx.xx.2019-cu il tarixdə 246 nömrə ilə İcazə verilmişdir. ünvan 1 ünvanında inşa edilmiş 1 girişli, zirzəmili, 17 mərtəbəli (+ mansarda) yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət, sahəsi 140,6 kv.m olan 3 saylı mənzil 2017-ci ildən bu günədək iddiaçının sahibliyində və istifadəsindədir. Mənzil iddiaçı tərəfindən iki ilə yaxın bir müddət ərzində təmir edilmiş, bundan sonra da ailə üzvləri ilə birlikdə həmin mənzilə köçərək bu günədək orada yaşayır. Mənzilə dair iddiaçı ilə Cavabdeh2 MMC arasında «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 24 dekabr 2013-cü il tarixli, 110 saylı müqavilənin bağlanmasından bu günədək kimsə 3 saylı mənzillə dair nə iddiaçıya, nə də Cavabdeh2 MMC-yə qarşı hər-hansı tələb irəli sürməmiş, mənzildə yaşadığı müddət ərzində kimsə iddiaçıya bu mənzil onundur, bu mənzildən çıxsın deyə müraciət etməmişdir. ünvan 1 ünvanında yerləşən 1 girişli, zirzəmili, 17 mərtəbəli (+ mansarda) yaşayış binasının 3-cü mərtəbəsində iddiaçının mənzilindən başqa 3 mənzil də, yəni 1, 2 və 4 saylı mənzillər də var. Həm həmin mənzillərin sahibləri, həm də binanın digər mənzillərinin sahibləri 3 saylı mənzilin sahibi kimi yalnız iddiaçını tanımışlar. Bu da təbiidir, çünki 3 saylı mənzilin iddiaçıdan başqa sahibi olmamışdır. Binanın tikintisində Cavabdeh1 MTK (sonradan MMC-yə çevrilmişdir) heç vaxt iştirak etməmişdir. Bina Cavabdeh2 MMC tərəfindən inşa edilmiş, lakin binanın bir çox mənzilləri Cavabdeh2 MMC-nin təsisçisi və direktoru tərəfindən bir neçə dəfə başqabaşqa şəxslərə satıldığından onların barəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başladılmış, cinayət işinin ibtidai istintaqı tamamlanaraq məhkəməyə verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cavabdeh2 MMC-nin təsisçisi İsa Məmmədov və direktoru Çingiz Məmmədov müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, yuxarı instansiya məhkəmələri tərəfindən hökm dəyişdirilmədən saxlanılmışdır.Həmin cinayət işinin ibtidai istintaqı zamanı binanın demək olar ki, əksər sakinləri, o cümlədən iddiaçı da ibtidai istintaq orqanı tərəfindən dindirilmiş, mənzilləri Cavabdeh2 MMC tərəfindən başqa şəxslərə satılaraq mənzilə olan hüquqları pozulmuş şəxslər, həmçinin mənzillərin ikinci, üçüncü dəfə satıldığı şəxslər zərərçəkmiş şəxslər qismində tanınmış, ibtidai istintaq yekunlaşdıqdan sonra isə ibtidai istintaq orqanının müstəntiqi binanın ünvan 1 ünvanında yerləşən həyətində bina sakinlərini toplayaraq hansı mənzillərin bir neçə dəfə satıldığını, hansı şəxslərin zərərçəkmiş şəxslər qismində tanındığını, hansı mənzillərin isə problemli olmadığını elan etmiş, problemli olmayan mənzillərin siyahısında iddiaçıya məxsus 3 saylı mənzil də olmuşdur. Bundan sonra, bina sakinləri olaraq Ümumi Yığıncaq çağıraraq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılmasını qərara almış, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaratmış, «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının verilməsindən sonra isə "xxxx" adlı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən binanın zəruri sənədləri müxtəlif dövlət qurumlarından toplanaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilmiş, nəticədə binanın istismarına 246 saylı, 09 dekabr 2019-cu il tarixli İcazə alınmışdır. Cavabdeh2 MMC-nin təsisçisi və direktoru barəsində cinayət işi başladıldıqdan sonra binanın tamamlama-abadlıq işləri dayandırılmış, tamamlama-abadlıq işləri bina sakinlərinin təsis etdikləri «Nəsimi 19» Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən sona çatdırıldıqdan sonra bina sakinlərin istifadəsinə verilmişdir. Bütün bu hadisələr olarkən cavabdehlərdən hər hansı biri, yaxud onların nümayəndələri tərəfindən nə iddiaçıya, nə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə, nə həmin cəmiyyətin yaradılması üçün toplanmış bina sakinlərinin Ümumi Yığıncağına, nə Cavabdeh2 MMC-nin təsisçisi və direktoru barəsində başladılmış cinayət işinin ibtidai istintaqını aparmış Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, nə həmin cinayət işinə baxmış məhkəmə instansiyalarından hər hansı birinə, nə də bina sakinlərindən ayrıayrılıqda hər hansı birinə 3 saylı mənzilə dair iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 24 dekabr 2013-cü il tarixli, 110 saylı müqavilədən başqa hər hansı ayrı müqavilənin olması, yaxud 3 saylı mənzilin Cavabdeh3 satılması, verilməsi ilə bağlı hər hansı söz, məlumat verməmiş, irad bildirməmiş, tələb irəli sürməmişlər. Sözügedən cinayət işinin nə ibtidai istintaqı, nə də məhkəmə istintaqı zamanı nə Cavabdeh2 MMC-nin təsisçisi, nə onun direktoru, nə hər hansı başqa bir işçisi tərəfindən, nə də həmin cinayət işi üzrə dindirilmiş Cavabdeh3 tərəfindən 3 saylı mənzilə dair 01 avqust 2007-ci il tarixdə Baş podratçı "xxxx" MTK, onun direktoru Cavabdeh3F və köməkçi Podratçı Cavabdeh2 MMC, digər tərəfdən isə Sifarişçi Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 3cü mərtəbəsində 3 otaqlı, 3 №-li, sahəsi 140,6 kv.m olan mənzilə dair 22 №-li müqavilənin bağlanmış olmasına dair bir söz belə deyilməmişdir. Digər tərəfdən, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına dair Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında 05 mart 2006-cı il tarixdə bağlanmış «Müştərək fəaliyyət üçün razılaşdırma» müqaviləsində Cavabdeh1 MTK Baş podratçı deyil, Sifarişçi adlandırılmışdır və Cavabdeh1 MTK sözügedən binanın tikintisində heç vaxt Baş podratçı kimi iştirak etməmişdir. Həmçinin, sözügedən binanın tikintisi ilə bağlı Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında elə bir sənəd, müqavilə və sair imzalanmamışdır ki, orada Cavabdeh1 MTK Baş podratçı adlandırılsın. «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 24 dekabr 2013cü il tarixli, 110 saylı müqavilənin bağlandığı tarixdən 3 saylı mənzilin iddiaçıya məxsus olduğu Cavabdeh2 MMC-yə məlumdur. Bu da təbiidir, çünki həmin müqavilənin bir tərəfi, daha doğru ifadə etsələr, mənzili iddiaçıya satan, yaxud mənzili iddiaçının sifarişi əsasında inşa edən tərəf Cavabdeh2 MMC-nin özüdür. Cavabdeh3 və Cavabdeh1 MTK-ya isə 3 saylı mənzilin iddiaçıya satılmış, yaxud iddiaçının sifarişi əsasında inşa edilmiş olması, bununla bağlı onunla Cavabdeh2 MMC arasında «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 24 dekabr 2013-cü il tarixli, 110 saylı müqavilənin bağlanmış olması, ən geci Cavabdeh2 MMC-nin təsisçisi İsa Məmmədovun və direktoru Çingiz Məmmədovun barələrində onların, o cümlədən ünvan 1 ünvanında inşa edilmiş çöxmərtəbəli yaşayış binasının bir çox mənzillərini bir neçə dəfə başqa-başqa şəxslərə satıb mənzil sahiblərinin mənzilə olan hüquqlarını pozmaları, mənzilləri təkrarən satdıqları şəxslərin isə külli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirmələri ilə bağlı cinayət işinin ibtidai istintaqının yekunlaşdığı 30 sentyabr 2017-ci il tarixdə məlum olmuşdur. Eyni zamanda, Cavabdeh3 tərəfindən oğlu X27 verilmiş Bakı şəhəri 17 saylı dövlət notariat kontorunun notariusu X11 tərəfindən təsdiq edilmiş 7E-3695 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli etibarnamədən, həmin etibarnamə əsasında X23 X17 qarşı Cavabdeh1 MTK-nın adından Nəsimi Rayon Məhkəməsinə verdiyi iddia ərizəsindən, Cavabdeh1 MTKnın sədri Cavabdeh3 tərəfindən oğlu X27 verilmiş xx.xx.2020-ci il tarixli etibarnamədən, iddia ərizəsinə əlavədən görünür ki, Cavabdeh3 həm fiziki şəxs olaraq, həm də Cavabdeh1 MTK-nın sədri olaraq X27 onların adından, o cümlədən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ona məxsus olan daşınar və daşınmaz əmlaklara dair sərəncam vermək və sair, habelə Cavabdeh1 MTK-nın sədrinin bütün səlahiyyətlərini icra etmək səlahiyyətlərini vermiş, sonuncu Cavabdeh1 MTK-nın adından Nəsimi Rayon Məhkəməsində cavabdehlər X17 və X18 qarşı X12 və X13 və digər şəxslərin onlara (Cavabdeh3 və Cavabdeh1 MTK-ya) məxsus ünvan 3 ünvanda inşa edilmiş yüksəkmərtəbəli, çoxmənzilli binadan mənzillərin alınmasına dair Cavabdeh2 MMC-dən əldə etdikləri müqavilələrin (iddiaçı ilə Cavabdeh2 MMC arasında 3 saylı mənzilə dair bağlanmış müqavilə də nəzədə tutulmuşdur) qanunsuz hesab edilməklə X12 və X13 və digər şəxslərin onlara (Cavabdeh3 və Cavabdeh1 MTK-ya) məxsus həmin binadan çıxarılması, həmçinin dəymiş maddi və mənəvi zərərə görə 200000 manat məbləğində pul vəsaitinin bu şəxslərdən müştərək qaydada tutularaq onların xeyrinə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmin mülki iş üzrə iddia ərizəsindən və iddia ərizəsinə əlavədən görünür ki, Cavabdeh3 və Cavabdeh1 MTK-nın səlahiyyətli nümayəndəsi iddia tələbini aşağıdakı kimi əsaslandırmışdır: «… nə X24, nə də ki, binanı zəbt etmiş digər şəxslərlə (iddiaçı digər şəxslərin içərisində iddiaçını da nəzərdə tutur) onların, yəni Cavabdeh3 və Cavabdeh1 MTK-nın heç vaxt heç bir əlaqələri olmamış, həmin şəxslər tərəfindən də onlara, yəni Cavabdeh3 və Cavabdeh1 MTK-ya bir manat da olsun pul vəsaiti ödənilməmişdir. Binanın tikintisinə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 107 saylı sərəncamı ilə icazə verildikdən sonra podrat şirkəti olan Cavabdeh2 MMC ilə Cavabdeh1 MTK arasında xx.xx.2006-cı il tarixdə müqavilə imzalanmışdır ki, həmin müqavilənin 3.1.14-cü bəndinə müvafiq olaraq inşa ediləcək binada mənzillərin satılması hüququ yalnız Cavabdeh1 MTK-ya aid olduğu saxlanılmaqla alıcılarla müqavilələrin yalnız Cavabdeh1 MTK tərəfindən bağlanılması təsbit edilmişdir. Həmçinin, binanın tikintisinin 1 il müddətinə başa çatdırılaraq Cavabdeh1 MTK-ya təhvil verilməsi nəzərdə tutulsa da, binanın tikintisi 2011-ci ilədək davam etmiş, Cavabdeh1 MTK-nın üzvlərindən bəzilərinin vəfatı ilə əlaqədar olaraq binanın nəzarətsiz qalmasından istifadə edən podratçı Cavabdeh2 şirkətinin rəhbəri X39 tərəfindən binadakı mənzillərin bir qismi dələduzluq yolu ilə saxta müqavilələrlə vətəndaşlara (İddiaçı da nəzərdə tutur) satılmışdır. Belə ki, podratçı Cavabdeh2 MMC-nin rəhbəri X39 binanın 3-cü mərtəbəsində yerləşən 1 nömrəli mənzili tanışı X3 müqavilə əsasında sataraq "xxxx" MMMC yaratmış və X25 həmin Cəmiyyətin İdarə Heyətinin sədri seçilmişdir. Bununla da X25 podratçı Cavabdeh2 MMC-nin rəhbəri X39 ilə əlbir olaraq binadakı digər mənzillərin alqı-satqı müqavilələrinin (iddiaçı ilə Cavabdeh2 MMC arasında 3 saylı mənzilə dair bağlanmış xx.xx.2013-cü il tarixli 110 saylı müqaviləni də nəzərdə tutur) qanunsuz olaraq Cavabdeh2 MMC-nin adından bağlanaraq satılmasında iştirak edən "xxxx" MMMC-nin adından satılmış mənzillərə dair onların dəyərinin alıcılar tərəfindən tam ödənilməsi və borcun olmaması barədə saxta maliyyə arayışları verməyə başlamışdır. Lakin "xxxx" MMMC-nin İdarə Heyətinin sədri kimi özünü təqdim edən X5 sənədlər (Cavabdeh2 MMC-nin müqaviləsi və "xxxx" MMMC-nin maliyyə arayışı) əsasında mənzil əldə etmiş bir qrup şəxslərlə (İddiaçı da nəzərdə tutur) binanı zəbt etmiş, onlara məxsus binadan çıxmaları barədə haqlı tələblərinə cavab olaraq isə bildirmişlər ki, bu bina onlara məxsusdur, onlar tərəfindən pullar Cavabdeh2 MMC-yə ödənilməklə əldə edilmiş və binanın hazırda idarə edilməsi "xxxx" MMMC tərəfindən həyata keçirilməkdədir…. Cavabdeh1 MTK-nın "xxxx" MMMC və onun üzvləri ilə heç bir əlaqəsi və ya hər-hansı müqaviləsi olmamış, onlar tərəfindən onlara heç bir ödənişlər aparılmamış, tərəflərindən onlara və ya digər şəxslərə heç bir maliyyə arayışı verilməmişdir ki, bu da "xxxx" MMMC-nin, eləcə də özünü həmin cəmiyyətin sədri elan etmiş X2 sənədlər tərtib etməklə bir qrup şəxs halında binanı zəbt etdiyi isbat olunur. Beləliklə, yuxarıda qeyd olunan saxtakarlıqlar nəticəsində də Cavabdeh2 MMC ilə iş üzrə cavabdeh X24 arasında 04 fevral 2008-ci il tarixli və 24 noyabr 2012-ci il tarixli, onlara məxsus binadan 2 mənzilin alınmasına dair müvafiq olaraq 44 saylı və 75 saylı müqavilələr bağlanmış və bu mənzillərə görə Cavabdeh2 MMC-yə pul ödənişləri həyata keçirilmişdir. X17 binadan 2 mənzil, X18 bir mənzil satıldığı kimi, digər şəxslərə də həmin qaydada mənzillər satılmışdır…. Beləliklə, yuxarıda göstərilən məhkəmə aktlarından da görünür ki, Cavabdeh2 MMC tərəfindən onlara məxsus binadakı mənzillərin satışına heç bir səlahiyyəti olmamışdır. Ona görə də Cavabdeh2 MMC-dən mənzillərin üçüncü şəxslərə satılması barədə əldə edilmiş sənədlərin heç bir hüquqi qüvvəsi olmamışdır». Həmin mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4576/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 MTK-nın cavabdehlər X17, X18, müstəqil tələb irəli sürməyən İİİ şəxslər "xxxx" MMMC-nə və X14 qarşı «müqavilələrin qanunsuz hesab edilməklə binadan çıxarılma, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(013)-3571/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4576/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Sözügedən mülki iş üzrə Cavabdeh3 və Cavabdeh1 MTK-nın səlahiyyətli nümayəndəsi X33 tərəfindən imzalanmış iddia ərizəsində, həmçinin sonradan Cavabdeh1 MTK-nın adından verilmiş iddia ərizəsinə əlavədə nə Cavabdeh3 səlahiyyətli nümayəndəsi X33 tərəfindən, nə də Cavabdeh1 MTK tərəfindən 01 avqust 2007-ci il tarixdə baş podratçı Cavabdeh1 MTK, onun direktoru Cavabdeh3F və köməkçi podratçı Cavabdeh2 MMC, digər tərəfdən isə sifarişçi Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 3cü mərtəbəsində 3 otaqlı, 3 №-li, sahəsi 140,6 kvm olan mənzilə dair bağlanmış 22 №-li müqavilənin mövcudluğundan bir kəlmə belə söz edilməmiş, iddia ərizəsinə əlavədə binanın İİİ mərtəbəsində yerləşən 1 nömrəli mənzilin Cavabdeh2 MMC tərəfindən X1 olması, digər mənzillərinin də eyni qaydada, yəni Cavabdeh2 MMC ilə digər sakinlər arasında bağlanmış müqavilələr əsasında həmin sakinlərə satıldığı göstərilsə də, ən azından X1 1 nömrəli mənzillə eyni, yəni İİİ mərtəbədə yerləşən iddiaçıya məxsus 3 nömrəli mənzilə dair guya 01 avqust 2007-ci il tarixdə baş podratçı Cavabdeh1 MTK, onun direktoru Cavabdeh3F və köməkçi podratçı Cavabdeh2 MMC, digər tərəfdən isə sifarişçi Cavabdeh3 arasında bağlanmış 22 №-li müqavilənin mövcudluğundan bəhs edilməmiş, həmin müqavilə həmin dövrdə mövcud olmuş sübut kimi iddia ərizəsinə əlavə edilməmiş, mülki işə əlavə edilməsi üçün məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, Cavabdeh1 MTK xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizələrlə müraciət edərək ünvan 1 ünvanında yerləşən 1 girişli, zirzəmili, 17 mərtəbəli (+ mansarda) yaşayış binasının 54 mənzili üzərində, o cümlədən həmin binanın 3-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət, sahəsi 140,6 kv.m olan 3 saylı mənzili üzərində də hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli **********44 nömrəli məktubla sözügedən yaşayış binasında yerləşən 12 ədəd mənzil və ümumi sahəsi 2116,3 kv.m olan qeriyaşayış sahəsinin üzərində ayrı-ayrı şəxslərin hüquqlarının məhkəmə qərarları əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını əsas gətirərək binanın qalan 54 mənzili, o cümlədən 3 saylı mənzili üzərində Cavabdeh1 MTK-nın hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Bundan sonra, Cavabdeh1 MTK Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzillərin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 1 girişli, zirzəmili, 17 mərtəbəli (+ mansarda) yaşayış binasının 54 mənzili üzərində, o cümlədən həmin binanın 3-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət, sahəsi 140,6 kv.m olan 3 saylı mənzili üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7440/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, iddiaçıya izah edilmişdir ki, qanunvericilikdə mənzil-tikinti kooperativinin deyil, onun üzvlərinin pay haqqını tam ödəmələri ilə onların yaşayış sahəsinə mülkiyyət hüququnu əldə etmələri nəzərdə tutulur, belə olan halda isə qeyd olunan mənzillər üzərində kooperativin mülkiyyət hüququnun qeydə alınmasını tələb etməyə subyektiv hüququ yoxdur. Bakı İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli məktubuna əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7440/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı qanuni qüvvəsini almışdır. Qeyd edilən inzibati iş üzrə, o cümlədən 3 saylı mənzilin sahibi olaraq iddiaçı, yəni İddiaçı da üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir. Lakin inzibati icraat üzrə iddiaçı Cavabdeh1 MTK tərəfindən guya 01 avqust 2007-ci il tarixdə baş podratçı Cavabdeh1 MTK, onun direktoru Cavabdeh3F və köməkçi podratçı Cavabdeh2 MMC, digər tərəfdən isə sifarişçi Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində 3 otaqlı, 3 №-li, sahəsi 140,6 kv.m olan mənzilə dair bağlanmış 22 №-li müqavilə ilə bağlı bir kəlmə bildirilməmiş, həmin müqavilə məhkəməyə təqdim edilməmiş, əksinə Cavabdeh1 MTK, o cümlədən 3 saylı mənzilin də üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı tələb irəli sürməklə təsdiq etmişdir ki, əslində 01 avqust 2007-ci il tarixdə baş podratçı Cavabdeh1 MTK, onun direktoru Cavabdeh3F və köməkçi podratçı Cavabdeh2 MMC, digər tərəfdən isə sifarişçi Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində 3 otaqlı, 3 №-li, sahəsi 140,6 kv.m olan mənzilə dair bağlanmış hər-hansı müqavilə yoxdur, olmamışdır. Digər tərəfdən, başqa bir kommersiya işi üzrə iddiaçı Cavabdeh1 MTK cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı «müqavilənin və onun əsasında olan hüquqi nəticələrin etibarsız hesab edilməsi və ləğv edilməsinə, pul tələbinə dair» iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh3 vurulmuş ziyan ilə bağlı 100.000 (yüz min) manat məbləğində pul vəsaitinin tutulub Cavabdeh1 MTK-nın xeyrinə ödənilməsi, Cavabdeh2 MMC-nin Cavabdeh1 MTK-nın keçmiş rəhbəri Cavabdeh3 ilə bağlanmış 05 mart 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, 17+mansarda mərtəbəli yaşayış binasına dair etdiyi hərəkət və hərəkətsizliyin nəticəsində olmuş və ola biləcək nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, 17+mansarda mərtəbəli yaşayış binasına dair Cavabdeh2 MMC və digər üçüncü şəxslər tərəfindən Cavabdeh1 MTK-nın sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə törədilmiş və törədilə biləcək maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi belə əsaslandırılmışdır: «Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli sərəncamı ilə Cavabdeh1 MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 717- ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, 17+mansarda mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmiş, bundan sonra həmin bina Cavabdeh1 MTK tərəfindən inşa edilmiş və tikintisi 2017-ci ildə başa çatdırılmışdır. Bununla bağlı müvafiq dövlət orqanları tərəfindən rəylər, icazə və sənədlər kooperativə təqdim edilmiş, binanın inşa edilməsi üçün bir neçə tikinti şirkəti, o cümlədən cavabdeh (Cavabdeh2 MMC) cəlb olunmuş və iddiaçı tərəfindən maliyyələşdirilmişdir; Cavabdeh2 MMC ilə Cavabdeh1 MTK arasında bağlanmış 05 mart 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi əsasında bir sıra mənzillər Cavabdeh2 MMC tərəfindən satılmış və sənədlər verilmiş, həmin müqavilədən kooperativin heç bir təsisçisinin xəbəri olmamışdır, bağlanmasına razılıq verilməmişdir, bununla bağlı kooperativin təsisçilərinin ümumi yığıncağı keçirilməmişdir; Müqavilə Cavabdeh2 MMC tərəfindən icra olunmalı idi, lakin müqavilə bağlandıqdan və inşaat işləri tamamlandıqdan 6 ay sonra aşkar olunmuşdur ki, Cavabdeh2 MMC başqa şəxslərdən borc almış və borcun geri qaytarılmasının təminatı kimi inşaatını apardığı sözügedən binanın mənzillərini göstərmişdir. MTK-nın rəhbəri Cavabdeh3 həmin borcun qaytarılması məqsədilə özündən 750.000 ABŞ dolları, MTK-nın digər üzvü olan atası X30 məxsus «Şimal DRES» qəsəbəsində yerləşən ixtisaslaşdırılmış təmir-tikinti idarəsinin əmlakını, yaxını X20 əmlakını, habelə özünün mülkiyyətində olan Quba rayonu, Qəçrəş kəndində yerləşən əmlak kompleksini, təsisçisi olduğu "xxxx" MMC-nin X38 küçəsi 2 ünvanında yerləşən qeyri-yaşayış binasını X8 vasitəsilə Cavabdeh2 MMC–nin təsisçisi İsa Məmmədovun adına keçirmiş, İsa Məmmədov özünün "xxxx" ASC-yə olan 6.500.000 ABŞ dolları borcunu Cavabdeh2 MMC-nin adına rəsmiləşdirib, Cavabdeh3 aldığı əmlakları həmin borcun təminatı kimi göstərərək bankdan aldığı krediti özünün borcunun ödənilməsinə yönəltmiş, nəticədə X44 Kərimovdan 750.000 ABŞ dolları almış və üç daşınmaz əmlakın qarşılığında 6.500.000 ABŞ dolları əldə etmiş, sonradan bankdan götürdüyü krediti qaytarmadığından həmin üç daşınmaz əmlak bankın balansına keçmişdir; Cavabdeh2 MMC MTK-nın payçılarının xəbəri olmadan, ümumi yığıncağın müzakirəsinə çıxarılmayan və təsdiq olunmayan qanunsuz podrat müqaviləsi bağlamış, müqavilənin heç bir şərtini icra etməmiş, müqavilənin 3.1.14-cü bəndini pozaraq mənzillərə dair qanunsuz alqı-satqı müqavilələri bağlamış və maliyyə arayışları vermiş, müqavilənin 1.1 və 1.3-cü bəndlərini də pozmuşdur. Müzakirə olunan müqavilə MTK-nın nizamnaməsinin 7.1.1-ci bəndinin tələbinin pozulması ilə bağlanmışdır, buna görə də həmin müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən bağlanılan bütün əqdlər (3 saylı mənzilə dair iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə də nəzərdə tutulur), verilmiş sərəncamlar və s. hərəkətlər etibarsızdır və ləğv olunmalıdır. Başqa bir iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-662/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qanuni qüvvədə olan qərarında iddiaçı ilə cavabdeh arasında bağlanmış 05 mart 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin qanunsuz və əsassız olmasına münasibət bildirilmişdir. Cavabdeh3 Cavabdeh2 MMC ilə mübahisələndirilən müqaviləni bağlamaqla iddiaçının işgüzar nüfuzuna toxunmuş, MTK barəsində xoşagəlməz söz-söhbətlər yaranmış, bununla da iddiaçıya ziyan dəymişdir». Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-731/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-783/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-731/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)-619/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmiş, iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Sözügedən kommersiya işi üzrə iddiaçı Cavabdeh1 MTK tərəfindən Cavabdeh3 vurulmuş ziyan ilə bağlı 100.000 (yüz min) manat məbləğində pul vəsaitinin tutulub Cavabdeh1 MTK-nın xeyrinə ödənilməsi, Cavabdeh2 MMC-nin Cavabdeh1 MTK-nın keçmiş rəhbəri Cavabdeh3 ilə bağlanmış 05 mart 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, Cavabdeh2 MMC-nin tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, 17+mansarda mərtəbəli yaşayış binasına dair etdiyi hərəkət və hərəkətsizliyin nəticəsində olmuş və ola biləcək nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, 17+mansarda mərtəbəli yaşayış binasına dair Cavabdeh2 MMC və digər üçüncü şəxslər tərəfindən Cavabdeh1 MTK-nın sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə törədilmiş və törədilə biləcək maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilsə də, nə həmin iş üzrə iddiaçı Cavabdeh1 MTK tərəfindən, nə Cavabdeh3 tərəfindən, nə də digər Cavabdeh2 MMC tərəfindən 01 avqust 2007-ci il tarixdə baş podratçı Cavabdeh1 MTK, onun direktoru Cavabdeh3F və köməkçi podratçı Cavabdeh2 MMC, digər tərəfdən isə sifarişçi Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində 3 otaqlı, 3 №-li, sahəsi 140,6 kv.m olan mənzilə dair 22 №-li müqavilənin bağlanmış olması ilə bağlı bir məlumat verilməmiş, həmin müqavilə məhkəməyə təqdim edilməmişdir. Bütün bunlar göstərir ki, əslində 01 avqust 2007-ci il tarixdə baş podratçı Cavabdeh1 MTK, onun direktoru Cavabdeh3F və köməkçi podratçı Cavabdeh2 MMC, digər tərəfdən isə sifarişçi Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində 3 otaqlı, 3 №-li, sahəsi 140,6 kv.m olan mənzilə dair 22 №-li müqavilə bağlanmamışdır. Belə çıxır ki, həmin müqavilə sonradan, lakin əvvəlki tarixə bağlanmış, əgər ondakı Cavabdeh2 MMC-yə aid möhür və onun rəhbərinə aid imza saxtalaşdırmayıbsa, uydurma əqddir. Əgər Cavabdeh2 MMC-yə aid möhür və onun rəhbərinə aid imza saxtalaşdırılıbsa, onda həmin əqd saxtalaşdırılmış «sübut»dur. ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının İİİ mərtəbəsindəki 140,6 kv.m ölçüsündə 3 otaqlı 3 saylı mənzili iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 24 dekabr 2013-cü il tarixli 110 saylı müqavilə əsasında Podratçı Cavabdeh2 MMC tərəfindən inşa edilərək iddiaçıya verilmiş, əvəzində isə tərəfindən mənzilin müqavilə üzrə razılaşdırılmış dəyəri olan 175750 (bir yüz yetmiş beş min yeddi yüz əlli) manat məbləğində pul Cavabdeh2 MMC-yə ödənilmişdir. Qeyd edilən 3 saylı mənzil 2017-ci ildən iddiaçının faktiki sahibliyində və istifadəsindədir. İddiaçı həmin mənzili təmir etdirib ailəsi ilə birlikdə 5 ildən çoxdur ki, həmin mənzildə yaşayır. Göstərilənlərə əsasən «Baş podratçı Cavabdeh1 MTK, onun direktoru Cavabdeh3F və köməkçi podratçı Cavabdeh2 MMC, digər tərəfdən sifarişçi Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində 3 otaqlı, 3 №-li, sahəsi 140,6 kv.m olan mənzilə dair bağlanmış 22 №-li, 01 avqust 2007-ci il tarixli müqavilənin» etibarsız hesab edilməsinə, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının İİİ mərtəbəsindəki 140,6 kv.m ölçüsündə 3 otaqlı 3 saylı mənzilin üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

11. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

12. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında 24 dekabr 2013-cü il tarixdə çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 110 saylı müqavilə imzalanmışdır. İddiaçı tərəfindən Cavabdeh2 MMCyə 175750 manat pul ödənilmiş, İddiaçı bu barədə maliyyə arayışı verilmişdir. Həmin bina ilə bağlı cinayət işinin icraatında bu mənzil mübahisə predmeti olmamışdır. Cavabdeh2 MMC 24 dekabr 2013-cü il tarixli “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 110 saylı müqaviləni qanuni hesab etdiyindən, iddianı etiraf edir. Məhkəmə iclasında üçüncü şəxs X9 nümayəndəsi X33 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 MMC-nin nümayəndəsi və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 2470/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsin, «Baş podratçı Cavabdeh1 MTK, onun direktoru Cavabdeh3 və köməkçi podratçı Cavabdeh2 MMC, digər tərəfdən sifarişçi Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində 3 otaqlı, 3 №-li, sahəsi 140,6 kv.m olan mənzilə dair bağlanmış 22 №-li, 01 avqust 2007-ci il tarixli müqavilə etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının İİİ mərtəbəsindəki 140,6 kv.m ölçüsündə 3 otaqlı 3 saylı mənzilin üzərində İddiaçı sahiblik və istifadə hüquqları tanınması qət olunmuşdur.

15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 24 dekabr 2013-cü il tarixli 110 saylı müqavilə üzrə Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində 140,6 kvm sahəsi olan 3 saylı mənzilə görə Cavabdeh2 MMC-yə 175.750 (bir yüz yetmiş beş min yeddi yüz əlli) manat pul ödəmişdir.

17. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 01 avqust 2007-ci il tarixdə baş podratçı Cavabdeh1 MTK, onun direktoru Cavabdeh3 və köməkçi podratçı Cavabdeh2 MMC, digər tərəfdən isə sifarişçi Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 3cü mərtəbəsində 3 otaqlı, 3 №-li, sahəsi 140,6 kv.m olan mənzilə dair 22 №-li müqavilə bağlanmamışdır.

18. Belə ki, həmin müqavilə sonradan, lakin əvvəlki tarixə bağlanmış uydurma əqddir.

19. Məhkəmə onu da qeyd edir ki, mübahisələndirilən müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, həmin müqavilənin sifarişçisi ilə podratçısı eyni şəxsdir.

20. Bundan əlavə, Cavabdeh2 MMC tərəf iddia tələbini qəbul edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında 24 dekabr 2013-cü il tarixdə çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 110 saylı müqavilə imzalanmışdır. İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə 175750 manat pul ödənilmiş, İddiaçı bu barədə maliyyə arayışı verilmişdir. "xxxx" MMC 24 dekabr 2013-cü il tarixli “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 110 saylı müqaviləni qanuni hesab etdiyindən, iddianı etiraf edir.

21. Yuxarıda qeyd olunanlara görə məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli mənzilin həqiqi və vicdanlı alıcısı məhz İddiaçıdur. Belə ki, o, xx.xx.2013-cü il tarixdə Cavabdeh2 MMC-yə müqavilədə müəyyənləşdirilmiş pul vəsaitini ödəyərək mənzili almış və 2017-ci ildən həmin mənzildə əsaslı təmir edərək bu günədək orada ailəsi ilə birlikdə yaşayır və bu müddət ərzində (9 il) bu günə kimi həmin mənzillə bağlı İddiaçı qarşı hər-hansı tələb irəli sürülməmiş, mənzilin başqa şəxsə məxsus olması ilə bağlı onu narahat etməmişlər. Bu və iş üzrə müəyyən olunmuş, yuxarıda göstərilən digər hallar ona dəlalət edir ki, hazırda mübahisələndirilən 22 №-li, xx.xx.2007-ci il tarixli müqavilə əsl həqiqətdə uydurma, yalnız görünüş üçün bağlanmış bir əqd olmaqla etibarsız hesab olunmalıdır.

22. Göstərilənlərə görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, «Baş podratçı Cavabdeh1 MTK, onun direktoru Cavabdeh3 və köməkçi podratçı Cavabdeh2 MMC, digər tərəfdən sifarişçi Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 3cü mərtəbəsində 3 otaqlı, 3 №-li, sahəsi 140,6 kvm olan mənzilə dair bağlanmış 22 №-li, 01 avqust 2007-ci il tarixli» müqavilə etibarsız hesab edilməli, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının İİİ mərtəbəsindəki 140,6 kvm ölçüsündə 3 otaqlı 3 saylı mənzilin üzərində İddiaçı sahiblik və istifadə hüquqları tanınmalıdır.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci, 337.2-ci, 337.3-cü, 337.4-cü, 390.1-ci, 6-cı, 6.2-ci, 152.1-ci, 152.5-ci, 340.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

24. Qətnamədən üçüncü şəxs qismində iştirak edən X15 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 2470/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

25. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli qətnaməni qəbul edərkən, maddi və prosessual hüquq normalarının pozuntularına yol vermişdir.Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.Həmçinin, məhkəmə icraatı zamanı, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə “iddia müddətinin tətbiqi” barədə ərizə təqdim edilməsinə, o cümlədən, əlavə ərizə təqdim edilərək, mübahisəli mənzil barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1073/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsinin olması (həmin qətnamə üzrə mübahisəli mənzilin X4 təhvil verilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması qət edilmiş və həmin qətnamədən apellyasiya qaydasında şikayət verilmişdir) qeyd edilməsinə və bunun nəzərə alınmasının məhkəmədən xahiş edilməsinə baxmayaraq, sonradan, Cavabdeh2 MMC-nin direktoru tərəfindən iddianın etiraf edilməsi və iddia müddətinin tətbiqinə dair ərizəsi məhkəməyə təqdim edilmiş, məhkəmə isə, iddianın etirafını qəbul edərək, bu barədə öz qətnaməsində qeydlər aparmışdır.Hesab edir ki, məhkəmə tərəfindən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmuş və bununla üçüncü şəxs Kübra Kərimovanın hüquqları və qanunla qorunan mənafeyi pozulduğundan, məhkəmə iddianın etirafını qəbul etməməli, o cümlədən, iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verməli idi, ona görə ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizənin təqdim edilməsi mülki qanunvericilikdə nəzərdə tutulsa da, onun sonradan geri götürülməsi məsələsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Ən azından, məhkəmə bu barədə öz qətnaməsində müvafiq hüquqi əsaslandırma aparmalı idi. Lakin, təəssüf ki, məhkəmə bu məsələni öz qətnaməsində qeyd etməyə belə tənəzzül etməmişdir. AR MPM-nin 52.5-ci maddəsinə əsasən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir.Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmçinin, qeyd etmək istəyir ki, üçüncü şəxs X9 cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsinə” dair iddia tələbi üzrə məhkəmə mübahisəsinin davam etməsini (hazırki iş üzrə mübahisəli mənzilin qeyd olunan icraatda ½ hissədə bölünməsi məsələsi mübahisələndirildiyindən) nəzərə almamışdır. AR MPM-nin 254.1.4-cü maddəsinə əsasən, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə icraatın dayandırılması barədə müvafiq qərardad qəbul etməlidir.Qeyd olunanlara əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-2470/2022 saylı, 08 avqust 2022-ci il tarixli qətnaməsini ləğv edərək, iddia tələblərinin təmin edilməməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə yazılı etiraz

26. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

27. Həmçinin, X7 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X28 və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

29. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflər iclasda iştirak etməmişlər.Apellyasiya baxışı zamanı 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş X7 isə telefon əlaqəsi vasitəsilə İspaniya şəhərində yaşadığından işə onun iştirakı olmadan baxılmasına razı olduğunu bildirmişdir.

30. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

31. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (maddə 337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4).

32. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

33. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

34. 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir

35. 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

36. 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Maddə 217.4-cü məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır.

46. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

Apellyasiya baxışının hədləri

48. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı tam hissədə yoxlanılır.

49. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

51. Belə ki, əqdin etibarsızlığı dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır.

52. Mülki Məcəllənin tələblərinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (maddə 337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4).

53. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 24 dekabr 2013-cü il tarixli 110 saylı müqavilə üzrə Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində 140,6 kvm sahəsi olan 3 saylı mənzilə görə Cavabdeh2 MMC-yə 175.750 (bir yüz yetmiş beş min yeddi yüz əlli) manat pul ödəmişdir.

54. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-4747/2022 saylı Qətnaməsindən görünür ki, iddiaçı X6 Cavabdeh2 MMC-yə qarşı mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə Cavabdeh2 MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının İİİ mərtəbəsində yerləşən, 3 saylı, 3 otaqlı, sahəsi 140,6 kv.m olan mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 1073/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.Həmin qətnamədən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1073/2022 nömrəli qətnaməsi ləğv edilərək iddia rədd edilməsi qət olunmuşdur.Həmin Qətnamədə qeyd edilmişdir ki”... xx.xx.2011-ci il tarixli 44 saylı X34 əsasən X6 tərəfindən MMC-yə mənzilə görə 89725 manat məbləğində pul ödənilmişdir. xx.xx.2013-cü ildə Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən MMC mənzilini tikib, mənzili daxili naxış, cihaz və daxili qapılar olmamaq şərti ilə İddiaçı təhvil verilməsini, sonuncu isə mənzili qəbul edib, ümumi dəyəri olan 175750 manatı MMC- yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışı və həmin tarixli, 122 saylı X34 əsasən İddiaçı tərəfindən MMC-yə mənzilə görə 175750 manat məbləğində pul ödənilmişdir. Cavabdeh2 MMC ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli razılaşmaya əsasən X7 Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa olunan çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsində, 3 otaqlı, 3 №-li, 140,6 kv.m. mənzillə bağlı xx.xx.2011-ci il tarixli müqaviləni geri qaytarır və şirkətdən 1 kv.m-1000 manat olmaqla, 10000 manat məbləğini xx.xx.2014-cü il tarixdə alır, 130600 manat məbləğini xx.xx.2014-cü il tarixinə qədər alır və müqaviləyə xitam verir. Mübahisəli mənzil xx.xx.2017-ci il tarixli akt əsasında İddiaçı təhvil verilmiş, həmin tarixdə onunla kommunal xidmətlərə görə müqavilə bağlanmışdır. Mənzil İddiaçı tərəfindən təmir olunmaqla, hal-hazırda həmin mənzildə İddiaçı yaşayır.Göründüyü kimi, mübahisəli mənzillə bağlı tərəflər iradə ifadələri olaraq xx.xx.2014-cü il tarixli razılaşma bağlayaraq, 11 fevral 2011-ci ildə bağladıqları müqaviləni ləğv etmişlər. Həmin razılaşma bağlandığı andan 11 fevral 2011-ci ildə bağlanmış müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixli razılaşma əsasında cavabdeh tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdə 10000 manat məbləğində ödəniş olunmuşdur. Mübahisəli mənzil xx.xx.2017-ci il tarixli akt əsasında İddiaçı təhvil verilmiş, həmin tarixdə onunla kommunal xidmətlərə görə müqavilə bağlanmışdır. Mənzil İddiaçı tərəfindən təmir olunmaqla, hal-hazırda həmin mənzildə İddiaçı yaşayır.Kollegiya hesab edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilə onların qarşılıqlı razılığı əsasında ləğv olunmaqla, həmin müqavilə üzrə öhdəliklərinə xitam verildiyindən, iddia tələbi əsassız olmaqla rədd olunmalıdır.”

55. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 01 avqust 2007-ci il tarixdə baş podratçı Cavabdeh1 MTK, onun direktoru Cavabdeh3 və köməkçi podratçı Cavabdeh2 MMC, digər tərəfdən isə sifarişçi Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 3cü mərtəbəsində 3 otaqlı, 3 №-li, sahəsi 140,6 kv.m olan mənzilə dair 22 №-li müqavilə bağlanmamışdır.

56. Belə ki, həmin müqavilə sonradan, lakin əvvəlki tarixə bağlanmış uydurma əqddir. Göründüyü kimi, mübahisəli mənzillə bağlı uzun sürən məhkəmə çəkişmələrində və cinayət işi ilə bağlı işlərə baxılarkən həmin mənzilin Cavabdeh3 məxsus olması barədə heç bir iddia, etiraz və ya ifadələr verilməmişdir.

57. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, mübahisələndirilən müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir.Eyni zamanda, həmin müqavilənin sifarişçisi ilə podratçısı eyni şəxsdir.

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

59. Bundan əlavə, Cavabdeh2 MMC tərəf iddia tələbini qəbul edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında 24 dekabr 2013-cü il tarixdə çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 110 saylı müqavilə imzalanmışdır. İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə 175750 manat pul ödənilmiş, İddiaçı bu barədə maliyyə arayışı verilmişdir. "xxxx" MMC 24 dekabr 2013-cü il tarixli “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 110 saylı müqaviləni qanuni hesab etdiyindən, iddianı etiraf edir.

60. Yuxarıda qeyd olunanlara görə məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli mənzilin həqiqi və vicdanlı alıcısı məhz İddiaçıdur. Belə ki, o, xx.xx.2013-cü il tarixdə Cavabdeh2 MMC-yə müqavilədə müəyyənləşdirilmiş pul vəsaitini ödəyərək mənzili almış və 2017-ci ildən həmin mənzildə əsaslı təmir edərək bu günədək orada ailəsi ilə birlikdə yaşayır və bu müddət ərzində (9 il) bu günə kimi həmin mənzillə bağlı İddiaçı qarşı hər-hansı tələb irəli sürülməmiş, mənzilin başqa şəxsə məxsus olması ilə bağlı onu narahat etməmişlər. Bu və iş üzrə müəyyən olunmuş, yuxarıda göstərilən digər hallar ona dəlalət edir ki, hazırda mübahisələndirilən 22 №-li, xx.xx.2007-ci il tarixli müqavilə əsl həqiqətdə uydurma, yalnız görünüş üçün bağlanmış bir əqd olmaqla etibarsız hesab olunmalıdır.

61. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarına əsasən mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.

62. Göstərilənlərə görə məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməli, «Baş podratçı Cavabdeh1 MTK, onun direktoru Cavabdeh3 və köməkçi podratçı Cavabdeh2 MMC, digər tərəfdən sifarişçi Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 3cü mərtəbəsində 3 otaqlı, 3 №-li, sahəsi 140,6 kvm olan mənzilə dair bağlanmış 22 №-li, 01 avqust 2007-ci il tarixli» müqavilə etibarsız hesab edilməli, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının İİİ mərtəbəsindəki 140,6 kvm ölçüsündə 3 otaqlı 3 saylı mənzilin üzərində İddiaçı sahiblik və istifadə hüquqları tanınmalıdır.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 2470/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar