Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5134/2023 23.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-594/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Beh müqaviləsindən(əlyazma) görünür ki, İddiaçı Cavabdeh 1000 manat məbləğində beh verir ki, “Grand Narimanoff” YK, blok B, mənzil 7 ünvanı üzrə ümumi sahəsi 116kv m mənzilin Azərbaycan Beynəlxalq Bankı vasitəsilə ipoteka ilə alınmasına dair razılaşırlar. Həmin müqavilədən görünür ki , Beh məbləğini götürən Cavabdeh isə İpoteka şərtləri, yəni mənzilin bank tərəfindən giymətləndirmə prosesində uyğunsuzluğu olduqda və ya bank tərəfindən sənədləşmədə hər hanası problemlər yaranarsa behin geri qaytarılmasına təminat verdiyini öhdəsinə götürmüşdür.
2. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankın xx.xx.2023-cü il tarixli, 717 nömrəli məktubundan görünür ki, İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 116 kv.m. olan mənzilin alınmasından ötrü daxili ipoteka kreditinin verilməsi ilə əlaqədar Bankın Səbail filialınamüraciətedilmiş və sonrakı mərhələdə qiymətləndirmə şirkəti tərəfindən mənzilə 156.000 manat məbləğində likvid qiymət müəyyən edilmişdir. Belə olan halda, mənzilin alınması üçün İddiaçı ehtyacı olduğu kredit məbləğinin mənzilin likvid dəyərindən çox olması səbəbindən Bank daxili qaydalara müvafiq olaraq müştəriyə ilkin ödənişin artırılması şərti ilə daxili ipoteka kreditinin veriləcəyinin mümkünlüyü bildirilmişdir. Əslində Bank tərəfindən İddiaçı imtina edilməmiş, tam əksinə ilkin ödənişin artırılması şərti ilə daxili ipoteka kreditinin verilməsinə dair Bankın təklifinə müştəri etirazını bildirərək filialı tərk etmişdir.
3. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 46 nömrəli müqavilədən görünür ki, İddiaçı ilə fərdi qaydada fəaliyyət göstərən X6 arasında hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (bir min) manat məbləğində pulun və məhkəməyə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır o, 2022- ci ilin avqust ayında mənzil almaq üçün ev alqı-satqısı ilə məşğul olan X3 müraciət etmişdir. X5 Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Grand Narimanoff” yaşayış kompleksində ümumi sahəsi 116 kv metr olan mənzilin satıldığını bildirdi. Makler ona mənzili göstərdi və mənzilin sahibi, iddia üzrə Cavabdeh ilə tanış etdi. Cavabdeh ilə mənzilin qiymətini 235000 (iki yüz otuz beş min) manata razılaşdılar və o mənzili Azərbaycan Beynəlxalq Bankından ipoteka krediti götürərək alacağını bildirdi. Bundan sonra aralarında xx.xx.2022-ci il tarixli yazılı beh müqaviləsi bağlandı. Beh müqaviləsinin şərtlərinə əsasən, 0- İddiaçı Cavabdeh hazırda yaşadığı mənzilin alınması niyyəti ilə 1000 manat məbləğində beh vermişdir. Bundan sonra “Grand Narimanoff” YK, blok B, mənzil 7 ünvanı üzrə ümumi sahəsi 116, 0 kv m. olan mənzili ABB (Azərbaycan Beynəlxalq) Bankı vasitəsilə İPOTEKA ilə alınmasına yönəldəcəyini qeyd etdi. Beh məbləğini götürən Cavabdeh isə İpoteka şərtləri, yəni mənizilin bank tərəfindən giymətləndirmə prosesində uyğunsuzluğu olduqda və ya bank tərəfindən sənədləşmədə hər hanası problemlər yaranarsa behin geri qaytarılmasına təminat verdiyini öhdəsinə götürdü. O, Beh müqaviləsini bağlayarkən 1000 manat məbləğində behi Cavabdeh ödədi. Bundan sonra o, Azərbaycan Beynəlxalq Bankına ipoteka üçün müraciət etdi. Lakin Azərbaycan Beynəlxalaq Bankı ipoteka krediti verməkdən imtina etdiyi üçün o, mənzili ala bilmədi və cavabdehə müraciət etdi ki, verdiyi 1000 manat behi qaytarsın. Lakin cavabdeh beh məbləğini ona qaytarmaqdan imtina etdi və telefonlarına cavab vermədi. Buna görə də o, Cavabdeh ona verməli olduğu 1000 manat pulun alınması üçün məhkəməyə müraciət etməli olur və hesab edir ki, 1000 manat məbləğində pulun və məhkəmə xərclərinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməlidir.
6. İddiaçı nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh 1000 (bir min) manat məbləğində pulun, məhkəməyə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 80 manat haqqın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-594/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günay Həşimova) Cavabdeh 1000 (bir min) manat məbləğində pulun, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 80 (səksən) manat hüquqi xidmət üçün vəkil haqqı olmaqla, cəmi 1110 (bir min yüz on) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 329.2, 334.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 491.1, 491.2, 491.3cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2022-ci il avqust ayinda Cavabdeh, 3 otaqlı mənzilini 250 min manat dəyərində satişa elan etmişdir. Elaniı bina.az saytinda yerleşdirmişdir. Elanını makler Ramil görub və zəng edərək müraciyyət etdi ki, evinizi muştəriyə gostərmək istiyir. Sentyabrın 1-də makler Ramil onları evə müştəri Aşımova Kəmaləni evə baxmağa dəvət eləmişdi. Kəmalə xanım evi baxdıqdan sonra bəyənib və ipoteka vasitəsi ilə almağa qerar vermişdir. 235 min manata razilaşmışlar. Evi satişa çixarmagının səbəbi vergiyə 5 min manat borcu və bu məbləğin üstünə hər keçən günə peniya gelirdi və borcu şişirdi.( 36%). Kəmalə xanım evinə beh qoyanda əl yazısı ilə ona bir razılaşmaya qol çekdirmişdir, bankla bağlı hər hansi problem yaşanarsa behi geri qaytarmağına xaişi ilə və o ərəfədə borcunun surətli artmağına görə, evi tez satilmalı idi. Ona gorə razilaşmaya imza atmışdır. Mənzilinin çıxarışı yox idi, muqavilə ilə satırdı. Razılaşma vərəqinə imza atdiqdan sonra, növbəti gunnən ondan surətli cıxarış təşkil etməyini xahiş etmişlər (banka təqdim etmək ücün). Halbuki, sürətli çıxarışı əldə etmək üçün 400 manat rüsum xərcləməli idi. Ona verilən 1000 manat behin məbləgindən rusumları ödəmişdir. Ondan razılaşandan sonra növbəti gün şəxsi mənzilin alğı-satqısın etdiyini söylədi (65 min manat). Qalan məbləği bank vasitəsi ilə alacaq. 5 gün ərzində sürətli çıxarış əldə elmiş və makler Ramilə təqdim etmişdir. 20 gündən sonra Kəmalə xanım makler vasitəsi ilə işin alınmadığını söyləmişdir, bank və behini qaytarılmağını tələb etmişdir. Bu arada BTB banka yönəldimələri, orda kömək edecekler. Bank əməkdaşı onları dəvət etmişdir, amma Ramil makler ona səs atmışdır ki, onlar artiq podmayak ev aliblar, pulları ona çatır. Qaradağ Rayon Məhkəməsində işə baxılarkən bunları hakimə bildirsəmdə hakim söylədiklərini nəzərə almadan qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq apellyasiya baxışını onun iştirakım olmadan keçirməsini, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə Kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
13. 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
14. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
15. 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
16. 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
17. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
18. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
19. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
20. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
21. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
22. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
23. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
24. 337.5-ci maddəsinə əsasən,Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-594/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
36. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
38. Belə ki, iş materillarından müəyyən edilmişdir ki, tərəflər arasında sadə əlyazma ilə “beh” müqaviləsinin bağlanması və 1000 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verilməsi mülki işin mübahisəsiz hallarına aiddir. Tərəflər arasındakı mübahisəli hal isə iddiaçı cavabdeh tərəfindən müqaviləyə əsasən yaranmış vəziyyətə görə verilmiş behin qaytarılmasını öhdəsinə götürməsinə baxmayaraq, hal-hazırda ondan asılı olmayan səbəblərdən evin alqı-satqısı müqaviləsinin bağlanması mümkün olmadığı halda cavabdeh ona verilmiş 1000 manat məbləğində beh pulunu geri qaytarmamasını qeyd edərək, pulu tələb edir, cavabdeh isə iddianı qəbul etməyərək, evin sənədlərinin hazırlanmasına onun tərəfindən xərc çəkildiyini, müqavilənin baş tutmamasının təqsiri iddiaçıda olduğundan pulun qaytarılmamalı olduğunu əsas gətirir.
39. Kollegiya qeyd ki, tərəflər arasında bağlanmış daşınmaz əmlaka sərəncam verilməsinə dair beh müqaviləsi Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən notariat qaydada təsdiq edilməmişdir.
40. Məhkəmə haqlı olaraq Mülki Məcəllənin 491.-ci 329-cu və 337-ci maddələrini əsas götürərək, tərəflər arasında müqavilə bağlanarkən mülki qanunvericiliyin müqavilənin forması ilə bağlı şərtlərinə riayət edilmədiyindən onlar arasında bağlanmış beh müqaviləsinin etibarsız əqd hesab etmişdir.
41. Həmçinin kollegiya qeyd edir ki, Mülki Məcəllənin 337-ci maddəsinin tələbinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır və həmçinin tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır.
42. Göründüyü kimi, hazırki halda iddiaçının iddia tələbinin predmetini “pul tələbi” təşkil etdiyindən və onlar arasından bağlanmış müqavilə etibarsız əqd hesab edildiyindən məhkəmə haqlı olaraq hesab etmişdir ki, hazırkı mülki iş üzrə iddia tələbi təmin edilməli, Cavabdeh 1000 (bir min) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır.
43. Həmçinin məhkəmə kollegiyası iddia tələbinin vəkil haqqı ilə bağlı hissəsinə dair qeyd edir ki, işə əlavə edilmiş qəbzdən də göründüyü kimi, iddiaçı tərəfindən mülki iş üzrə hüquqi xidmət üçün vəkilə 80 manat məbləğində pul ödənilmiş və hazırda iddiaçı həmin məbləği də cavabdehdən tələb edir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsas iddia tələbi təmin edildiyindən müvafiq olaraq ondan törəmə iddia tələbi olan 80 manat məbləğində vəkil haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
45. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
48. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-594/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kasasiya şikayəti verilə bilməz.