Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-514/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququnun müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X12 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı Hüseynov Füzuli Əlirza oğlunun “müqavilənin tərəfi qismində tanınması, vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2938/2024 saylı 18 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.1996-cı ildə Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yerləşən 1 saylı evin 20 nömrəli mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
2. xx.xx.2005-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlaması müqaviləsinə görə İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzili Hüseynov Füzuli Əlirza oğluna bağışlamağı öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında xx.xx.2005-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yerləşən 1 saylı evin 20 nömrəli mənzili mülkiyyət hüququ üzrə Hüseynov Füzuli Əlirza oğlunun adına qeydiyyata alınmışdır.
3. Bakı şəhəri Nərimanov rayonu İcra hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 69 saylı sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi 1 saylı evin altındakı 41,4 kv.metrdən ibarət zirzəmi Hüseynov Füzuli Əlirza oğluna ayrılmışdır.
4. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X9 tərəfindən tərtib edilmiş 7E-3571 reyestr saylı xx.xx.2018-ci il tarixli etibarnamə ilə Hüseynov Füzuli Əlirza oğlu harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarının idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədlri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, koopertaiv və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı 5 il müddətinə xx.xx.2023-cü il tarixədək Cavabdeh2 etibar etmişdir.
5. "xxxx" MMC ilə İddiaçı arasında, həmçinin "xxxx" MMC ilə Hüseynov Füzuli Əlirza oğluna xx.xx.2018-ci il tarixli, müvafiq olaraq 39 və 40 nömrəli şərtli müqavilələr bağlanılmışdır.
6. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)1372/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən göründüyü kimi xx.xx.2018-ci il tarixli, 39 nömrəli şərtli müqavilənin məzmununda aşağıdakılar göstərilmişdir:
7. 1.1.2 - "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binadan daşınmaz əmlakın istifadəçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 50,16 kv.metr olan təmirli mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür.
8. 1.1.3 - "xxxx" MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və İddiaçı təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmək məqsədilə İddiaçı kompensasiya şəklində aylıq 350 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəyir. İddiaçı kommunal xidmətlərə görə borcu olduğu halda "xxxx" MMC həmin borc məbləğlərini ona veriləsi kirayə haqlarından tutaraq müvafiq borcların ödənilməsini təmin etməyi öhdəsinə götürür.
9. xx.xx.2018-ci il tarixli, 40 nömrəli şərtli müqavilənin məzmununda aşağıdakılar göstərilmişdir:
10. 1.1.1 - “Əmlak mülkiyyətçisi” ... “Qeydiyyat Vəsiqəsi”nə əsasən öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 38,6 kv.metrdən və Bakı şəhəri Nərimanov rayonu İcra hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 69 saylı sərəncamına əsasən ona ayrılmış evin altındakı 41,4 kv.metrdən ibarət zirzəmi olan faktiki sahəsindən 20%-i miqdarında əlavə olmaqla, yəni ümumi sahəsi 96,5 kv.metr olan təmirli mənzili qəbul etməyi öhdəsinə götürür.
11. 1.1.2 - "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 1 ünvanında yerləşən Hüseynov Füzuli Əlirza oğlunun mülkiyyətində olan yaşayış sahəsinin və xidməti istifadəsinə ayrılmış olan zirzəminin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binadan daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 96,5 kv.metr olan təmirli mənzili Hüseynov Füzuli Əlirza oğlunun mülkiyyətinə verməyi öhdəsinə götürür.
12. 1.1.3 - "xxxx" MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və Hüseynov Füzuli Əlirza oğlunu təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmək məqsədilə Hüseynov Füzuli Əlirza oğluna kompensasiya şəklində aylıq 300 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəyir. “Əmlak mülkiyyətçisi”, yəni Hüseynov Füzuli Əlirza oğlunun kommunal xidmətlərə görə borcu olduğu halda "xxxx" MMC həmin borc məbləğlərini ona veriləsi kirayə haqlarından tutaraq müvafiq borcların ödənilməsini təmin etməyi öhdəsinə götürür.
13. 8.3 - "xxxx" MMC tərəflər arasında Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin məhkəmədə baxılması və nəticələri üzrə tərəflərin atacağı hüquqi addımlarla bağlı araşdırmanın dəqiq müddətinin müəyyən edilməsinin mümkünsüzlüyünü və layihə üzrə digər mülkiyyətçilərlə bağlanılmış müqavilələrdə göstərilmiş müddətdə öhdəliyi yerinə yetirmək və mümkün əsassız maliyyə itkisinin qarşısının alınması məqsədilə mübahisə tərəflərilə “Şərtli Müqavilənin” bağlanılmasını məqsədəmüvafıq hesab edərək "xxxx" MMC qeyd olunan mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, qərarı və ya qərardadından irəli gələcək hüquqlarla və ya vəzifələrlə bağlı mübahisə Hüseynov Füzuli Əlirza oğlunun xeyrinə olacağı təqdirdə onunla mübahisə olunan bütün sahə, yəni 96,5 kv.m. sahə üzrə qeyd-şərtsiz yeni müqavilə bağlamağı öhdəsinə götürür.”
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Hüseynov Füzuli Əlirza oğluna qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
15. "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 85 nömrəli müqavilənin “mülkiyyətçi” qrafasında Cavabdeh2 qeyd edilmiş, sonuncu müqaviləni “etibarnamə ilə” imzalamışdır. Həmin müqavilənin məzmununda göstərilmişdir: 1.1 - "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan “mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünə və bu sahədə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, bu binadan, “mülkiyyətçi”nin söküntüsünü nəzərdə tutulmuş, mülkiyyətində olan 2 otaqlı, sahəsi 71,2 kv.m olan mənzilin ümumi sahəsinə 20% əlavə etməklə, yeni 96 kv.m orta təmirli vəziyyətdə “mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür; 1.2 - “Mülkiyyətçi” "xxxx" MMCdən mülkiyyətində olan 71,2 kv.m sahənin əvəzinə götürdüyü 96 kv.m 4-cü mərtəbədə yerləşən 1 ədəd sahəsi 96 kv.m olan 3 otaqlı mənzili qəbul etməyi öhdəsinə götürür.
16. 07.11.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Hüseynov Füzuli Əlirza oğlu xx.xx.2023-cü il tarixdə mədə cisminin bədxassəli yeni törəməsi səbəbindən ölmüşdür. Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin inşa etdiyi Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv.m. olan 3 otaqlı mənzilə dair 85 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilənin Cavabdeh1 MMC ilə Hüseynov Füzuli Əlirza oğlu arasında bağlanmış hesab edilməsi və həmin mənzilin 1/5 hissəsinə İddiaçı vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən 1 saylı evin 2 otaqdan ibarət 20 saylı mənzili Hüseynov Füzuli Əlirza oğlunun paylı mülkiyyətində olmuşdur. Həmin mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğuna görə, Cavabdeh1 MMC tərəfindən sökülmüş və yerində yeni bina inşa edilmişdir. Bina sökülərkən Cavabdeh1 MMC F.Hüseynova məxsus payın (mənzilin) əvəzində, ona həmin ərazidə yeni inşa olunan binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv.m. təşkil edən 3 otaqlı mənzil vermişdir. Hüseynov Füzuli Əlirza oğlu 16 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun bütün dəfn xərclərini anası – o çəkmişdir. X10 Əlirza oğlunun aşağıdakı vərəsələri vardır: valideyni – o; arvadı – Cavabdeh2; uşaqları – X5, X6 və X7. O, oğlundan qalmış miras əmlaka - Cavabdeh1 MMC-nin inşa etdiyi Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv.m olan 3 otaqlı mənzilə 1/5 hissədə vərəsəlilk hüququnun rəsmiləşdirilməsi məqsədilə, müvafiq sənədlərin əldə olunmasından ötrü əvvəlcə Cavabdeh1 MMC-yə müraciət etmişdir. O, Cavabdeh1 MMC-dən əldə etdiyi mənzilə dair müqaviləni, habelə digər sənədləri notariat ofisinə təqdim etmiş, lakin notariat ofisindən şifahi şəkildə bildirilmişdir ki, həmin müqavilədə tərəf qismində Cavabdeh2 göstərildiyinə görə, vərəsəlik hüququnun rəsmiləşdirilməsi mümkün deyil. Mənzillə bağlı Cavabdeh1 MMC ilə 85 nömrəli, 5 iyun 2019-cu il tarixli müqaviləni əslində onun oğlu Hüseynov Füzuli Əlirza oğlu bağlamış, Cavabdeh2 isə F.Hüseynovun adından etibarnamə əsasında çıxış etmişdir (müqavilənin “tərəflərin məlumatları” hissəsində Cavabdeh2 müqaviləni etibarnamə ilə imzaladığı açıqaydın görünür). Belə ki, "xxxx" MMC məhz Hüseynov Füzuli Əlirza oğlunun mülkiyyətində olan mənzilin əvəzində ona yeni binadan mənzil vermişdir. Bu mənada müqavilə yalnız Cavabdeh1 MMC ilə Hüseynov Füzuli Əlirza oğlu arasında bağlana bilərdi (müqavilədə texniki yanlışlığa yol verilmiş və etibarnamə üzrə nümayəndə olan Cavabdeh2 müqavilənin tərəfi qismində qeyd olunmuşdur).
19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2938/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatlarda qeyd olunanları texniki səhvin aradan qaldırılması olaraq məhkəməyə təqdim etsə də, faktiki olaraq müraciətin əsasında müqaviləyə düzəliş edilməsi tələbi durur. Halhazırda texniki səhvin düzəldilməsi xahiş edilən müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış, eyni zamanda İddiaçı ilə Hüseynov Füzuli Əlirza oğlu arasında 2018-2019-cu illəri əhatə edən və faktiki olaraq eyni daşınmaz əmlak ətrafında yaranan məhkəmə mübahisələri mövcud olmuş, Hüseynov Füzuli Əlirza oğlu xx.xx.2023-cü il tarixdə ölmüş, iddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.
21. İddiaçı iddia ərizəsində mülkiyyətçinin adının dəyişdirilməsi xahiş edilən müqavilənin tərəfi deyil. Müqavilədə mülkiyyətçi olaraq Cavabdeh2 qeyd olunmuş, bununla yanaşı müqavilənin tərəflərin rekvizitləri hissəsində həmin şəxsin etibarnamə əsasında çıxış etməsi göstərilmişdir. Lakin, Hüseynov Füzuli Əlirza oğlunun yalnız 15 kv.m. sahəsi olan daşınmaz əmlakın mülkiyyətçisi olması, müqavilənin isə 2 otaqlı, sahəsi 71,2 kv.m. olan daşınmaz əmlak barədə bağlanması işin mübahisələndirilməyən hallarındandır (*həmin hissədə iddiaçı müqaviləyə hər hansı düzəlişin edilməsini xahiş etməyib). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
22. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, İddiaçı sırf potensial vərəsə olması Hüseynov Füzuli Əlirza oğlunun sağlığında bağlanmış və icra edilmiş müqaviləyə hər hansı dəyişiklərin edilməsinə əsas vermir.
23. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəllənin 421 və 422-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
24. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2938/2024 nömrəli, 9 fevral 2024-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün araşdırma aparmamışdır. Həmin mənzilə dair mülkiyyət hüququ Bakı şəhər, İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsində 388№-li reyestr kitabında 55806-cı səhifəsində qeydəalma 30, 25104 №-ə ilə xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmış və MH seriyalı 064409№-li qeydiyyat vəsiqəsi ilə verilmişdir. Mülkiyyətində olan mənzili xx.xx.2005-ci il tarixdə bağışlanma müqaviləsi ilə övladı X4 bağışlamışdır. X16 Əlirza oğlu xx.xx.2023-cü ildə vəfat etmişdir. Gəlini sözügedən etibarnamə ilə onu evdən çıxararaq, mənzildən istifadəsinə məhdudiyyət qoymuşdur. Qeyd etmişdir ki, övladına xx.xx.2014-cü il tarixdə “Şizofreniya Paranoid forma” diaqnozu qoyulmuş və 1saylı Respublika Psixatriya Xəstəxanasında müalicə almışdır, ünvan 6 ünvanladığı müraciətə cavab olaraq xx.xx.2014-cü il tarixdə №3742 arayışdada qeyd olunmuşdur ki, övladım “Şizofreniya paranoid forma” diaqnozundan əziyyət çəkir. Hüseynov Füzuli Əlirza oğlunun anlaqsız vəziyyətindən istifadə edərək Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli 7E-3571 nömrəli etibarnamə nə dərəcə düzgün ola bilər?
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, Hüseynov Füzuli artıq dünyasını dəyişmişdir. O, 2018-ci ildə həyat yoldaşı Cavabdeh2 etibarnamə vermişdir. Sökülən evin əvəzində verilən 96.5 kv.m-lik ev 2 hissədən ibarətdir, zirzəmi və üst hissədən ibarətdir. 2005-ci ildə qeydiyyat vəsiqəsi cavabdehin adına tərtib olunmuşdur və 13.2 kv.m-lik sahəyə aiddir. Bu sahə yaşayış sahəsinə aiddir. 2005-ci ildə onlar artıq ər-arvad idi. Anası zirzəmidən yuxarıda olan evi 2005-ci ildə bağışlamışdır. Bununla bağlı Ali Məhkəmənin qərarı vardır. Bu əmlak birgə nikah dövründə əldə olunmuş əmlak deyildir. Zirzəmi birbaşa Füzulinin adına verilmişdir. 2005-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı İddiaçı oğluna qarşı iddia vermişdir. Birinci instansiya məhkəməsi, apellyasiya və Ali məhkəmələrdə iddia təmin olunmamışdır. Zirzəmi birgə nikah dövründə əldə olunmuşdur. Digər hissə isə anası tərəfindən bağışlanmış hissə idi. Füzuli etibarnaməni arvadına verir. Nazilə xanım özü öz adından müqavilə bağlayır, müqavilənin tərəfi qismində Nazilə xanım çıxış edir. İddiaçı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldıran zaman 2018-ci il tarixli şərtli müqavilələr bağlanır. Şərtli müqavilədə belə bir tələb var idi, əgər Cəbrayılova X8rşı qaldırmış olduğu iddia tələbi təmin olunarsa, artıq Hüseynov Füzili həmin evdən əl çəkir, iddia təmin olunmadığı halda İddiaçı həmin evə hüququ qalmır. Şərtli müqavilə MTK, Hüseynov Füzuli və İddiaçı arasında bağlanır. Şərtli müqavilə bağlanan zaman yaşayış sahəsi və zirzəmi ilə birgə bağlanır. Elvira xanımın iddiası təmin olunmadığına görə onların arasında bağlanmış müqavilə qüvvədən düşür. İddiaçı öz tələblərindən imtina edir. Hazırki əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçməmişdir. Qarşı tərəfin vərəsəlik hüququ yaranmamışdır. Həmin mənzilə dair 3 müqavilə bağlanmışdır. Birinci müqavilə şərli müqavilə idi, Elvira xanımla Cavabdeh1 arasında bağlanmışdır. İkinci müqavə də şərtli müqavilə idi, Hüseynov Füzuli ilə Cavabdeh1 arasında bağlanmışdır. Hər iki şərtli müqavilədə iddia tələbinin perspektivindən asılı olaraq digər tərəf öz tələblərindən imtina etməli idi.
28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Mübahisənin predmeti bölünməz olduğundan kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
33. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.\
35. 390.1-ci maddəyə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
36. 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
37. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
38. 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
39. 404.4-cü maddəsinə əsasən, müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.
40. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
41. 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
42. 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
43. 424.1-ci maddəsinə əsasən, müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır.
44. 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
45. 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
46. 1134-cü maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
47. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
48. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
49. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
50. 1321.3-cü maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
51. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
54. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. 220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi və prosessual hüquq norması düzgün tətbiq edilməmişdir.
57. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı xx.xx.1996-cı il tarixdə adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yerləşən 1 saylı evin 20 nömrəli mənzilini xx.xx.2005-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlaması müqaviləsinə əsasən oğlu Hüseynov Füzuli Əlirza oğluna bağışlamışdır. Həmin müqavilə əsasında xx.xx.2005ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yerləşən 1 saylı evin 20 nömrəli mənzili mülkiyyət hüququ üzrə Hüseynov Füzuli Əlirza oğlunun adına qeydiyyata alınmışdır.
58. İddiaçı daha sonra Hüseynov Füzuli Əlirza oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Hüseynov Füzuli Əlirza oğlu arasında bağlanmış 26 avqust 2005ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-3210/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Hüseynov Füzuli Əlirza oğluna qarşı verdiyi “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.
59. Sözügedən mülki iş üzrə araşdırma aparılan zaman "xxxx" MMC ilə İddiaçı, həmçinin "xxxx" MMC ilə Hüseynov Füzuli Əlirza oğlu arasında xx.xx.2018-ci il tarixli, müvafiq olaraq 39 və 40 nömrəli şərtli müqavilələr bağlanılmışdır.
60. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1372/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən göründüyü kimi xx.xx.2018-ci il tarixli, 39 nömrəli şərtli müqavilənin məzmununda aşağıdakılar göstərilmişdir:
61. 1.1.2 - "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binadan daşınmaz əmlakın istifadəçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 50,16 kv.metr olan təmirli mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür.
62. 1.1.3 - "xxxx" MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və İddiaçı təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmək məqsədilə İddiaçı kompensasiya şəklində aylıq 350 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəyir. İddiaçı kommunal xidmətlərə görə borcu olduğu halda "xxxx" MMC həmin borc məbləğlərini ona veriləsi kirayə haqlarından tutaraq müvafiq borcların ödənilməsini təmin etməyi öhdəsinə götürür.
63. xx.xx.2018-ci il tarixli, 40 nömrəli şərtli müqavilənin məzmununda aşağıdakılar göstərilmişdir:
64. 1.1.1 - “Əmlak mülkiyyətçisi” ... “Qeydiyyat Vəsiqəsi”nə əsasən öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 38,6 kv.metrdən və Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 69 saylı sərəncamına əsasən ona ayrılmış evin altındakı 41,4 kv.metrdən ibarət zirzəmi olan faktiki sahəsindən 20%-i miqdarında əlavə olmaqla, yəni ümumi sahəsi 96,5 kv.metr olan təmirli mənzili qəbul etməyi öhdəsinə götürür.
65. 1.1.2 - "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 1 ünvanında yerləşən Hüseynov Füzuli Əlirza oğlunun mülkiyyətində olan yaşayış sahəsinin və xidməti istifadəsinə ayrılmış olan zirzəminin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binadan daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 96,5 kv.metr olan təmirli mənzili Hüseynov Füzuli Əlirza oğlunun mülkiyyətinə verməyi öhdəsinə götürür.
66. 1.1.3 - "xxxx" MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və Hüseynov Füzuli Əlirza oğlunu təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmək məqsədilə Hüseynov Füzuli Əlirza oğluna kompensasiya şəklində aylıq 300 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəyir. “Əmlak mülkiyyətçisi”, yəni Hüseynov Füzuli Əlirza oğlunun kommunal xidmətlərə görə borcu olduğu halda "xxxx" MMC həmin borc məbləğlərini ona veriləsi kirayə haqlarından tutaraq müvafiq borcların ödənilməsini təmin etməyi öhdəsinə götürür.
67. 8.3 - "xxxx" MMC tərəflər arasında Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin məhkəmədə baxılması və nəticələri üzrə tərəflərin atacağı hüquqi addımlarla bağlı araşdırmanın dəqiq müddətinin müəyyən edilməsinin mümkünsüzlüyünü və layihə üzrə digər mülkiyyətçilərlə bağlanılmış müqavilələrdə göstərilmiş müddətdə öhdəliyi yerinə yetirmək və mümkün əsassız maliyyə itkisinin qarşısının alınması məqsədilə mübahisə tərəflərilə “Şərtli Müqavilənin” bağlanılmasını məqsədəmüvafıq hesab edərək "xxxx" MMC qeyd olunan mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, qərarı və ya qərardadından irəli gələcək hüquqlarla və ya vəzifələrlə bağlı mübahisə Hüseynov Füzuli Əlirza oğlunun xeyrinə olacağı təqdirdə onunla mübahisə olunan bütün sahə, yəni 96,5 kv.m. sahə üzrə qeyd-şərtsiz yeni müqavilə bağlamağı öhdəsinə götürür.”
68. Məhkəmə kollegiyası vurğulayır ki, Mülki Məcəlləyə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Belə olan halda bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. (MM, 404.1 və 404.2-ci maddələr)
69. xx.xx.2018-ci il tarixli, 40 nömrəli şərtli müqavilənin məzmunundan göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yerləşən 1 saylı evin 20 nömrəli mənzilinə dair mülkiyyət hüququ qeydiyyata alınmış şəxs, yəni Hüseynov Füzuli Əlirza oğlu müqavilənin bağlanmasında müqavilə tərəfi olaraq iştirak etmiş, həmin müqavilə təmsilçisi vasitəsilə bağlanmış, Hüseynov Füzuli Əlirza oğlunu Cavabdeh2 etibarnamə əsasında təmsil etmişdir. Müqavilə tərəflərinin hüquq və vəzifələrinin əmələ gəlməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş - İddiaçı cavabdeh Hüseynov Füzuli Əlirza oğluna qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işin nəticəsindən asılı edilmişdir.
70. Şərtli müqavilələrin bağlanmasına əsas olmuş məhkəmə mübahisəsi yeklunlaşdıqdan sonra (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2363/2019 saylı qərarı) da mübahisəli əmlaka dair "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli, 85 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin “əmlakın mülkiyyətçisi” qrafasında Cavabdeh2 qeyd edilsə də, sonuncu müqaviləninin bağlanmasında etibarnamə əsasında iştirak etmişdir. Həmin müqavilənin məzmununda aşağıdakılar göstərilmişdir:
71. 1.1 - "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan “mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünə və bu sahədə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, bu binadan, “mülkiyyətçi”nin söküntüsünü nəzərdə tutulmuş, mülkiyyətində olan 2 otaqlı, sahəsi 71,2 kv.m olan mənzilin ümumi sahəsinə 20% əlavə etməklə, yeni 96 kv.m orta təmirli vəziyyətdə “mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür.
72. 1.2 - “Mülkiyyətçi” "xxxx" MMC-dən mülkiyyətində olan 71,2 kv.m sahənin əvəzinə götürdüyü 96 kv.m-i (4-cü mərtəbədə yerləşən 1 ədəd sahəsi 96 kv.m olan 3 otaqlı mənzili) qəbul etməyi öhdəsinə götürür.
73. Nəzərə alınmalıdır ki, iddiaçının düzəldilməsini xahiş etdiyi səhv, adi qrammatik səhvi olmayaraq, müqavilə tərəflərinin mənafelərinə toxuna, onun mahiyyətini və şərtlərini təhrif edə biləcək müqavilənin mətnindəki qeyri-dəqiqlikdir. Bununla belə məhkəmə kollegiyası vurğulayır ki, müqavilənin dəyişdirilməsi, düzəldilməsi və s. tərəflərdən birinin tələbi ilə mümkündür. İddiaçı müqavilə tərəfi olmayan şəxs olduğundan onun hazırkı müqaviləni mübahisələndirmək hüququ tanına bilməz.
74. Buna baxmayaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər.
75. Belə ki, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiyi üçün həmin sahə də ər-arvad arasındakı bölgünün predmeti olur.
76. Mülki Məcəllənin 178.8-ci maddəsinə uyğun olaraq podrat müqaviləsi üzrə inşa edilən çoxmənzilli yaşayış binalarının dövlət reyestrində ilkin qeydiyyata alınmamış müstəqil tərkib hissələri (mənzil və ya qeyri-yaşayış sahələri) üzərində mülkiyyət hüququ əmələ gəlmədiyi üçün ər-arvadın ümumi mülkiyyəti sayıla və bölünə bilməz.
77. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda xx.xx.2019cu il tarixli, 85 nömrəli müqavilənin kimin tərəfindən bağlanmasından asılı olmayaraq bu müqavilə əsasında yaranmış mülki hüquq və vəzifələr ər-arvad olan Cavabdeh2 ilə Hüseynov Füzuli Əlirza oğluna bərabər şəkildə məxsusdur. Belə ki, təhvil verilmiş mənzilə hüquqlar onların ümumi əmlak aktivinə daxil olmuşdur. Daşınmaz əmlakın gələcəkdə Cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alınması həmin mənzil üzərində bərabər pay hüququnun mərhum Hüseynov Füzuli Əlirza oğlunun miras əmlakına daxil olmasını istisna etmir.
78. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi vacib sayır ki, Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv.m. olan 3 otaqlı mənzil ər-arvada - Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 1 sahəsi 15 kv.m olan 20 saylı 1 otaqlı mənzilin xx.xx.2005-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlaması müqaviləsinə əsasən Hüseynov Füzuli Əlirza oğlunun mülkiyyətinə keçməsi, habelə birgə nikahda olarkən Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi 1 saylı evin altındakı 41,4 kv.metrdən ibarət zirzəminin Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 69 saylı sərəncamına əsasən Hüseynov Füzuli Əlirza oğluna ayrılması nəticəsində yaranmış əmlakın əvəzinə verilmiş olsa da, xx.xx.2019-cu il tarixli, 85 nömrəli müqavilənin birgə nikah dövründə bağlandığı, bununla da Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələrinə uyğun olaraq nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiya ilə ehtiva edildiyi nəzərə alınmalı, xx.xx.2019-cu il tarixli, 85 nömrəli müqaviləyə əsasən Cavabdeh2 ilə Hüseynov Füzuli Əlirza oğlunun mənzilun üzərində yaranmış hüquqa payları bərabər şəkildə müəyyən edilməlidir.
79. Yuxarıda qeyd edilənlərə əsasən də məhkəmə kollegiyası hesab edir ki, iddianın “Cavabdeh1 MMC-nin inşa etdiyi Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv.m. olan 3 otaqlı mənzilə dair 85 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilənin Cavabdeh1 MMC ilə Hüseynov Füzuli Əlirza oğlu arasında bağlanmış hesab edilməsi” hissəsində rədd edilməsi onun ölmüş oğlunun vərəsəsi olaraq tanınmasını, Mülki Məcəllənin müvafiq maddələrinə əsasən miras əmlakdakı payının müəyyən edilməsini istisna etmir.
80. Belə ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməsi onun vərəsəlik hüququnun realizəsini təmin etmək, ölmüş oğlunun vərəsəsi olaraq tanınmaq zərurətindən irəli gəlir. Bu onun məhkəməyə müraciət etdiyi iddia ərizəsinin məzmunundan da müəyyən edilir.
81. Göründüyü kimi iddiaçı tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən 1 saylı evin 2 otaqdan ibarət 20 saylı mənzili Hüseynov Füzuli Əlirza oğlunun paylı mülkiyyətində olmuşdur. Həmin mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğuna görə,Cavabdeh1 MMC tərəfindən sökülmüş və yerində yeni bina inşa edilmişdir. Bina sökülərkən Cavabdeh1 MMC F.Hüseynova məxsus payın (mənzilin) əvəzində, ona həmin ərazidə yeni inşa olunan binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv.m. təşkil edən 3 otaqlı mənzil vermişdir. Hüseynov Füzuli Əlirza oğlu 16 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. X10 Əlirza oğlunun aşağıdakı vərəsələri vardır: valideyni – o; arvadı – Cavabdeh2; uşaqları – X5, X6 və X7. O, oğlundan qalmış miras əmlaka - Cavabdeh1 MMC-nin inşa etdiyi Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv.m. olan 3 otaqlı mənzilə 1/5 hissədə vərəsəlilk hüququnun rəsmiləşdirilməsi məqsədilə, müvafiq sənədlərin əldə olunmasından ötrü əvvəlcə Cavabdeh1 MMC-yə müraciət etmişdir. Cavabdeh1 MMC-dən əldə etdiyi mənzilə dair müqaviləni, habelə digər sənədləri notariat ofisinə təqdim etmiş, lakin notariat ofisindən şifahi şəkildə bildirilmişdir ki, həmin müqavilədə tərəf qismində Cavabdeh2 göstərildiyinə görə, vərəsəlik hüququnun rəsmiləşdirilməsi mümkün deyil.
82. Belə olan halda, tərəflərin miras əmlakdakı payları müəyyən edilməli, paylar müəyyən edilərkən Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv.m. olan 3 otaqlı mənzilə Cavabdeh2 ilə Hüseynov Füzuli Əlirza oğlunun birgə nikahda olduqları dövrdə əldə edildiyi, onların əmlakdakı paylarının bərabər hesab edildiyi, sonuncunun-mirasqoyanın hüququ yaranmış paya münasibətdə İddiaçı birinci növbədən vərəsəsi olduğu nəzərə alınmalılıdır.
83. Həmçinin nəzərə alınmalıdır ki, vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir.
84. Hüquqi müəyyənlik prinsipi baxımından da, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
85. Məhkəmə digər miras şərikləri arasında mirasın bölüşdürülməsi barədə ixtilafların olmamasına baxmayaraq hüquqi müəyyənlik prinsipi baxımından hesab edir ki, hazırkı məsələ üzrə yekun hüquqi nəticə verilməli, Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv.m. olan 3 otaqlı mənzilə dair "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 85 nömrəli müqavilədən əmələ gəlmiş hüququn 1/10 hissəsinə - İddiaçı, 1/10 hissəsinə - X6, 1/10 hissəsinə - X2, 1/10 hissəsinə - X1, 1/10 hissəsinə - Cavabdeh2 miras payı müəyyən edilməlidir. Həmçinin sonuncunun həmin hüququn ½ (1/2+1/10=6/10) hissəsinin mülkiyyətçisi olduğu qeyd edilməlidir.
86. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir.
87. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
88. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
89. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qimsən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2938/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv.m. olan 3 otaqlı mənzilə dair "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 85 nömrəli müqavilədən əmələ gəlmiş hüququn 1/10 hissəsinə - İddiaçı, 1/10 hissəsinə - X6, 1/10 hissəsinə - X7, 1/10 hissəsinə - X5, 6/10 hissəsinə - Cavabdeh2 miras payı müəyyən edilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev