Məhkəmə qərarları › İş №2(103)-5146/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5146/2021

31.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5146/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndələri X9 və X7 iştirakları ilə, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (X6, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 3-cü şəxs qismində cəlb edilməklə) Cavabdeh İstehsalat Birliyi xxxx MMC-yə qarşı orderin etibarsız hesab edilməsinə və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələblərə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2300/2021 saylı 05.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti X2, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyini və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyini üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh "Cavabdeh" İstehsalat Birliyi "xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh" İstehsalat Birliyi "xxxx" Zavodu (Bakı "xxxx" İstehsalat Birliyinin hüquqi varisi) tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 44 saylı mənzilinə dair X1 adına yazılan 12.12.2006-cı il tarixli, 0220 saylı orderin verilməsinə əsas olmuş Bakı "xxxx" İstehsalat Birliyinin 09.11.2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun), ünvan 1 ünvanındakı yataqxana binasının 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 18,0 kv.metr olan 2 saylı mənzillərinə dair X1 adına yazılan Bakı "xxxx" İstehsalat Birliyinin 12.12.2006-cı il tarixli, 0220 saylı orderinin etibarsız hesab edilməsi və X1 yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki : Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3106/2020 saylı, 11.03.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Bakı Şəhər icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti cavabdeh X3 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "Cavabdeh” İstehsalat Birliyi "xxxx” Zavodu MMC-yə və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin cəlb olunduğu - ünvan 1 saylı yataqxana binasının 2 saylı mənzilinə dair cavabdehin qanunsuz olaraq əldə etdiyi 12.12.2006-cı il tarixli, 0220 saylı orderin etibarsız hesab edilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5850/2019 saylı 03.10.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək, iddiaçı Bakı Şəhər İcra Hakimıyyəti Mənzıl-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh X3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "Cavabdehlstehsalat Birliyi "xxxx” Zavodu MMC-yə və Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı "orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə almışdır ki, sözügedən orderin verilməsi 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun olmuş və orderin etibarsız hesab edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır (səh.45).Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 4752/2020 saylı, 17.11.2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3106/2020 saylı, 11.03.2020-ci il tarixli qətnaməsindən (orderin etibarsız hesab edilməsi tələbi) Bakı Şəhər İcra Hakimıyyəti Mənzıl-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır (səh.54). Aşağıdakı sənədlərin nüsxəsi sübut qismində birinci instansiya məhkəməsinə təqdim edilmişdir: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 2 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da balansa qəbul edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131 s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 26.07.2013-cü il tarixli, 294 saylı sərəncam (səh.12), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131 s nömrəli sərəncamın əlavəsində göstərilən siyahı üzrə yataqxana binalarının balansa götürülməsi, həmin yataqxanalarda 1992-1993-cü illərdə məskunlaşdırılmış çoxsaylı məcburi köçkün ailələrinin istifadəsinə verilmiş mənzillərə dair ayrı- ayrı şəxslərin adlarına orderlərin verilməsi barədə sənədlər təqdim edilməməsi, ona görə də, təhviltəslim aktında da sənədlərin təhvil verilməsi barədə məlumatın öz əksini tapmamasına dair 07.01.2014-cü il tarixli təhvil- qəbul aktı (səh.13), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin işçisi X5 iş yerində mənzil növbəsinə götürülməklə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 26.01.2009-cu il tarixli 23 saylı Sərəncamı (səh.19), 002679 saylı, 27.01.2009-cu il tarixli orderin surəti (səh.20), iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən cavabdeh "Cavabdeh" İstehsalat Birliyi "xxxx" Zavodunun (Bakı "xxxx" İstehsalat Birliyinin hüquqi varisi) ünvan 1 ünvanında yerləşən yataqxana binasının 44 saylı mənzilinə dair X1 adına yazılan 12.12.2006-cı il tarixli, 0220 saylı orderin verilməsinə əsas olmuş Bakı "xxxx" İstehsalat Birliyinin 09.11.2004-cü il tarixli, 41 saylı birgə qərar (protokol) (səh.21). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2300/2021 saylı 05.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 60; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1, 9; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119, 217.4, 218.3-ci maadələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən cavabdeh "Cavabdeh" İstehsalat Birliyi "xxxx" Zavodunun (Bakı "xxxx" İstehsalat Birliyinin hüquqi varisi) ünvan 1 ünvanında yerləşən yataqxana binasının 44 saylı mənzilinə dair X1 adına yazılan 12.12.2006-cı il tarixli, 0220 saylı orderin verilməsinə əsas olmuş Bakı "xxxx" İstehsalat Birliyinin 09.11.2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun), ünvan 1 ünvanındakı yataqxana binasının 1 -ci mərtəbəsində yerləşən yaşayış sahəsi 18,0 kv.metr olan 2 saylı mənzilinə dair X1 adına yazılan orderin verilməsinin 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun olması və orderin etibarsız hesab edilməsinə əsas olan halların müəyyən olunmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mövcud olduğuna görə, bununla da, iddiaçının həmin orderi başqa bir əsasla mübahisələndirməsi üçün subyektiv hüquqa malik olmadığından, həmçinin, etibarsız hesab edilməsi barədə iddia ərizəsi, iddia müddəti ötürülməklə verildiyindən, məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməli və iddia tələbi təmin edilməməlidir. İddiaçı apellyasiya şikayəti verərək, cavabdeh "Cavabdeh" İstehsalat Birliyi "xxxx" Zavodu tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 2 saylı mənzilinə dair X1 adma yazılan 12.12.2006-cı il tarixli 0220 saylı orderin verilməsinə əsas olmuş Bakı "xxxx" İstehsalat Birliyinin 09.11.2004-cü il tarixli 41 saylı birgə qərarının (protokolun), ünvan 1 ünvanındakı yataqxana binasının 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 18,0 kv.metr olan 2 saylı mənzilə Bakı "xxxx" İstehsalat Birliyi tərəfindən X1 adına yazılan 12.12.2006-cı il tarixli 0220 saylı orderinin etibarsız hesab edilməsi və X1 yaşayış sahəsinə istifadə hüququnun itirilməsinə dair iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsrrüfatı Departamentinin iddia tələbinin rədd edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(011)-2300/2021 saylı qətnaməsi qanunsuz və əsassız olduğundan, həmin qətnamənin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 129; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 360, 386, 389; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 85, 164.1, 165.1; 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 37, 48, 50, 106, 107-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, ünvan 1 saylı yataqxana binasının 2 saylı mənzilində 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X13, arvadı X10, 3 oğlu Həbib, Həmid və Umud Qarayevlər məskunlaşdırılmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. İş üzrə 3-cü şəxs X6 qeyd edilən binanın 2 saylı mənzilindən məcburi köçkün ailələri köçürüldükdən sonra, həmin otağın qapısını bağlayaraq, sahibliyin həyata keçirilməsinə maneçilik törədir, lakin bir gün də olsun həmin mənzildə yaşamamış və halhazırda da yaşamır. Belə ki, D.N.Cəfərov mübahisələndirilən orderi əldə edərkən, ondan əvvəl və sonra Bakı "xxxx" İB-yi ilə əmək münasibətlərində olmamışdır, yəni heç vaxt həmin müəssisədə işləməmişdir. D.N.Cəfərov gələcəkdə ələ keçirmək məqsədilə qeyd edilən 2 saylı mənzilin qapısını bağlayaraq sahibliyin həyata keçirilməsinə maneçilik törədir.D.N.Cəfərov qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda güya Bakı "xxxx" İstehsalat Birliyinin 12.12.2006-cı il tarixli, 0220 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə faktiki olaraq boş olmayan 2 saylı mənzil onun istfadəsinə verilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən mənzil növbəsində olan şəxslərin istifadəsinə xüsusi təyinatlı mənzil fonduna aid müvəqqəti yaşayış sahəsi sayılan yataqxanada daimi yaşamaq üçün mənzil verilməsi əsassızdır. D.N.Cəfərov qeyd edilən orderi müxtəlif yollardan istifadə edərək qanunsuz olaraq əldə edərkən Bakı "xxxx" İstehsalat Birliyi ilə əmək münasibətlərində olmamışdır. O, məcburi köçkün ailəsinin istifadəsində və sahibliyində olan 2 saylı mənzili ələ keçirmək məqqsədilə heç bir hüquqi əsas olmadan binanın Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentininbalansında olmasına baxmayaraq müxtəlif şəxslərin vasitəsilə qanunsuz yataqxana orderi əldə etmişdir. Çünki yataqxanada yaşayış sahəsi ilə təmin edilməsi barədə order ona qəti surətdə verilə bilməzdi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərəncamın əlavəsində göstərilən siyahı üzrə yataqxana binaları 07.01.2014-cü il tarixli təhvil-qəbul aktına əsasən balansa götürülmüş, həmin yataqxanalarda 1992-1993-cü illərdə məskunlaşdırılmış çoxsaylı məcburi köçkün ailələrinin istifadəsinə verilmiş mənzillərə dair ayrı-ayrı şəxslərin adlarına orderlərin verilməsi barədə sənədlər təqdim edilməmiş, ona görə də, təhvil-təslim aktında da sənədlərin təhvil verilməsi barədə məlumat öz əksini tapmamışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 11.02.2019-cu il tarixli, 48 saylı məktubla cavabdeh "Cavabdeh" İstehsalat Birliyi "xxxx" zavoduna müraciət edilərək məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. "Cavabdeh" İstehsalat Birliyi "xxxx" zavodu tərəfindən 04.03.2019-cu il tarixli, 02/47 saylı cavab məktubu ilə bildirilmişdir ki, "ünvan 1 saylı yataqxana binası 01.01.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır".D.N.Cəfərov əldə etdiyi 12.12.2006-cı il tarixli, 0220 saylı orderlə bağlı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə sorğu verilmiş, "Cavabdeh" İstehsalat Birliyi "Radioquruşdırma" zavodunun 24.01.2020-ci il tarixli, 17/11 saylı cavab məktubu ilə göndərilmiş məlumatda bildirilmişdir: "X6 müəssisəmizdə işləyib-işləməməsi haqqında "xxxx" zavodunda heç bir sənəd aşkarlanmamışdır.X6 müəssisəmizin işçisi olmadığı halda mənzil növbəsinə necə və hansı səbəbdən qeydiyyata düşməsi haqqında məlumatımız yoxdur". Müəssisə ilə əmək münasibətlərində olan işçilərin mənzil növbəliliyi üzrə protokol müəssisənin əmri ilə, tərtib olunan növbəlilik siyahısı isə ildə bir dəfə aidiyyəti üzrə rayon icra hakimiyyəti tərəfindən təsdiq olunur.Göründüyü kimi, məcburi köçkün ailəsinin faktiki olaraq sahiblik edərək istifadəsində olan boş olmayan 2 saylı mənzilə dair X1 əldə etdiyi orderin verilməsinə əsas kimi göstərilmiş 09.11.2004-cü il tarixli, 41 saylı protokolun və 12.12.2006-cı il tarixli, 0220 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. X1 adma yazılmış order mənzil qanunvericiliyinin tələblərinə zidd olduğundan aşağıda göstərilənlərə əsasən etibarsız hesab edilməlidiriddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh "Cavabdeh" İstehsalat Birliyi "Radioquruşdırma" zavoduna qarşı - "yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun), qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi" barədə iddia tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 05 mart 2021-ci il tarixli, 2(011)-2300/2021 saylı qətnamə çıxarılarkən məhkəmə maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş və düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüququ aktı tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir. Belə ki, 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsində göstərilmişdir. "Dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, orderin yataxana üçün olduğunu, lakin tərəfin mənzil tələb etdiyini, orderin işləməyən şəxsə verildiyini, təhvil təslim aktının mənzil üçün yox bina üçün verildiyini, orderin əldə edildiyi andan etibarsız olduğunu, sakinlərin onlar tərəfindən sonradan qeydə alındığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək, 2009-cu ilsə qüvvədə olan Mənzil Məcəlləsinə əsasən həmin mənzillərin iş dövrü üçün verildiyini, işə xitam verilən zaman mənzildən köçməli olduğunu, orderin kökünün olmadığını, məcburi köçkünlərin yerləşdiyi mənzillərə orderin verilmədiyini bildirmişdir . Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh İstehsalat Birliyi xxxx MMC-nin nümayəndəsi, üçüncü şəxslər X6, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi nümayəndələrinin iştirakları olmadan mülki işə baxılması mümkün hesab edilmişdir. İddia tələbinin və məhkəmə aktının istinad etdiyi maddi hüquq normasında orderi etibarsız hesab etmək haqqında tələbin orderin verildiyi gündən etibarən üç il ərzində, habelə, birtərəfli əqd kimi digər mülki hüquq normasına müvafiq təfsir edilməsi baxımından əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddianın onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilindiyi göstərişlərinə müvafiq olaraq qeyd edilməlidir ki, iddia müddətinin axımının başlanması və iddiaçının hüququnun pozulmasının bilməli olduğu an Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013cü il tarixli, 131s nömrəli sərəncamın (icrasına başlandığı zaman) qanuni qüvvəsinin aldığı tarixdir ki, hətta üç illik müddət nəzərə alındıqda iddia müddətin ötürüldüyü labüddür. Bundan əlavə, tələbin yönəlməsi üzrə cavabdehlərin sırasına aid prosessual forma və məzmuna tam cavab verməyən iddianın mahiyyəti digər məhkəmə icraatında araşdırılmış preyudisiya əsaslarına müvafiq yenidən müzakirəsin belə istisna edir. Orderi müxtəlif yollardan istifadə edərək qanunsuz olaraq əldə edilməsinə dair isə qeyd edilməlidir ki, hüquqpozmanın səciyyəsinə görə iddiaçının müvafiq hüquq-mühafizə orqanına müraciət etmək və ondan (nəticəsindən asılı olaraq) irəli gələn hüquqları mövcuddur. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikasının Konstitusiyanın 43; Mülki Məcəllənin 139.1, 139-1, 152-158, 337-354, 372-384, münasibətlər yarananan zaman qüvvədə olan (qüvvədən düşmüş) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49, Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2 və 217.4, 220, 372, 385-388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İş üzrə ödənilmiş məhkəmə xərcləri (dövlət rüsumları) isə tələblərə müvafiq olaraq onu ödəyən şəxsə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2300/2021 saylı 05.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar