Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-515/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əfəndiyev Yaşar Ziya oğlunun və onun vəkili İbrahimov Taleh Vəli oğlunun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-495/2020 saylı iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əfəndiyev Yaşar Ziya oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Balayeva Təranə Zakir qızı cavabdehlər Əfəndiyev Yaşar Ziya oğluna və Bakı MK (keçmiş MTK)-ya qarşı “mənzildə aparılmış təmir işlərinin dəyərinin tələb edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi 6 (keçmiş İ.QutqaşınIı küçəsi 3), ünvanında “Bakı” MK tərəfindən inşa edilmiş binanın 10-cu mərtəbəsində yerləşən 110 kv.m. sahəsi olan 3 otaqlı, 27 sayll mənzildə apardığı təmir işlərinin dəyəri olan 45000 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 6 (İ.Qutqaşinlı küçəsi 3) ünvanında “Bakı” MK tərəfindən inşa edilmiş binanın 10-cu mərtəbəsində yerləşən 110 m2 sahəsi olan 3 otaqlı, 27 saylı mənzilə dair 11.08.2016-cı il tarixli qəran ilə (protokolla) Ruhin Əsgərovun kooperativin üzvlüyündən çıxanldığı və onun üzvlüyə qəbul edildiyi, bundan sonra Ruhin Əsgərovun adına olan 2013-cü il tarixli müqavilənin və maliyyə arayışının 16.01.2016-cı il tarixi ilə onun adına rəsmiləşdirildikdən, ona yeni müqavilə və maliyyə arayışı verildikdən, maliyyə arayışında mənzilin dəyərinin tam ödənildiyi və “Bakı” MK-ya borcunun olmadığı qeyd edildikdən sonra həmin mənzilə köçmüş və 2016-cı ilin sentyabr ayından həmin mənzildə 45000 manat məbləğində təmir işləri aparmışdır. Bu günədək orada yaşamaqla komunal xərcləri ödəyir. Sonradan həmin mənzilin adına sənədləşməsi haqda Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)- 10151/2017 saylı mülki iş üzrə 28.12.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təminolunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1483/2019 saylı 07.03.2019-cu il tarixli qətnaməsi ilə Əfəndiyev Yaşar Ziya oğlunun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-10151/2017 sayllı 28.12.2017-ci il tarixli qətnaməsi ləğv edilməklə həmin iş üzrə yeni qətnamə çıxarılmış və onun iddiası təmin edilməmişdir. Həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının 05.09.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Belə olan halda çəkdiyi təmir işlərinin əvəzini cavabdehdən tələb etmək qəranna gəlmişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Əfəndiyev Yaşar Ziya oğlu Balayeva Təranə Zakir qızına qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 40000 manat manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil onun istifadəsində və sahibliyində olduğu, həmin mənzilə dair ona Bakı şəhər İcra Hakimiyyətindən sərəncam verildiyi halda ilkin iddia üzrə iddiaçı həmin mənzilə dair əsassız tələb irəli sürmüşdür. Mübahisəli mənzil onun tərəfındən təmir olunmuş və uzun müddət həmin mənzili kirayəyə vermişdir. Lakin ilkin iddia üzrə iddiaçı Balayeva Təranə Zakir qızı qanunsuz olaraq öz ailə üzvləri ilə onun mülkiyyətində olan mübahisəli mənzili zəbt edərək məskunlaşmışdır. Onlar məskunlaşdığı dövrdə mülkiyyətində olan mənzili kirayə vermək hüququndan və gəlir əldə etmək imkanından məhrum olmuşdur. Bununla da, ona xeyli maddi ziyan dəymişdir. Belə ki, internet səhifələrindən çıxarışa əsasən. sözügedən ərazidə aylıq kirayə haqqı 1000 manat təşkil edir. Balayeva Təranə Zakir qızının həmin mənzildə 11.08.2016-cı il tarixdən bugünədək qanunsuz məskunllaşdığını nəzərə alınmaqla, ona 40000 manat məbləğində maddi ziyan dəymişdir ki, həmin məbləğ də cavabdeh.tərəfindən ona ödənilməlidir. İlkin iddia üzrə iddiaçı Balayeva Təranə Zakir qızının mübahisəli mənzilə dair heç bir hüquqmüəyyənedici sənədi, müqaviləsi, maliyyə arayışı və kooperativ üzvlərinin ümumi yığıncağının protokol qərarı yoxdur. Əgər Balayeva Təranə Zakir qızı onun mülkiyyətində olan mənzildə qanunsuz məskunlaşdığı dövrdə hər hansı təmir işləri görmüşdürsə, o zaman onun xəbəri və məlumatı olmadan etmiş, onun razılığını almamışdır. O, ilkin iddia üzrə iddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş, onunla hər hansı pul məbləğinin qaytarılmasına dair razılıqları olmamışdır. Bundan əlavə, qeyd edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.12.2017-ci tarixli qətnaməsi ilə iddiaçı Balayeva Təranə Zakir qızının Bakı MTK-ya qarşı “mənzilə sahiblik, istifadə payı hüququnun tanınması” tələbi barədə iddiası təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.10.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Əfəndiyev Yaşar Ziya oğlunun Bakı MTK-ya, Balayeva Təranə Zakir qızıa, Cabbarov Əli Cabbar oğluna, Ağalarov Şahin Söhrab oğluna və Ağayeva Kəmalə İlham qızına qarşı “mənzilin təhvil verilməsi’' tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1483/2019 saylı, 07.03.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, Balayeva Təranə Zakir qızının iddiasının təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.10.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanifması qət edilmişdir. AR Ali Məhkəməsinin 05.09.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1483/2019 saylı, 07.03.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə onun sözügedən mənzilə hüququ tanınmış və mənzilin ona təhvil verilməsi qərara alınmışdır. Dəfələrlə T.Balayevadan mənzili boşaltmağı tələb etsə də, heç bir nəticə olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-495/2020 saylı iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, cavabdeh Əfəndiyev Yaşar Ziya oğlundan Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 6, (keçmiş İ.Qutqaşınlı küçəsi "3) ünvanında “Bakı” MK tərəfindən inşa edilmiş binanın 10-cu mərtəbəsində yerləşən 110 kv.m. sahəsi olan 3 otaqlı, 27 sayll mənzildə aparılmış təmir işlərinə görə 42322 (qırx iki min üç yüz iyirmi iki) manat məbləğində pulun alınıb iddiaçı Balayeva Təranə Zakir qızına verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Əfəndiyev Yaşar Ziya oğlunun cavabdeh Balayeva Təranə Zakir qızına qarşı “pul tələbinə dair” qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əfəndiyev Yaşar Ziya oğlu apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, Təranə Balayevanın ilkin iddiasının rədd edilməsini, Yaşar Əfəndiyevin qarşılıqlı iddiasının isə təmin edilməsi barədə iş uzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışlar ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə Yaşar Əfəndiyevin mübahisəli mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüquqları bir daha təsdiq edilmiş. Təranə Balayevanın isə mənzili qanunsuz və saxta müqavilə əsasında ələ keçirməsi cəhdləri boşa çıxmışdır. Bunu görən Təranə Balayeva hazırda mənzildə onun tərəfindən aparıldığı iddia olunan təmirin pulunun Yaşar Əfəndiyevdən tutulması barədə tələb irəli sürmüş, işə baxmış məhkəmə isə əsassız olan bu tələbi qismən də olsa təmin etmişdir. Lakın bu zaman Məhkəmə yuxarıda qeyd olunan məhkəmə aktları ilə müəyyən edilmiş halları, yəni mənzilin Təranə Balayevanın adına rəsmilləşdirılməsinin formal xarakter daşımasını, bu səbəbdən Təranə Balayevanın bu iddianı irəli sürmək üçun subyektiv huququnun olmadığını nəzərə almamışdır. Belə ki, artıq qeyd edildiyi kimi, mübahisəli mənzil Yaşar Əfəndiyevin qanuni sahibliyi və istifadəsində olmasına baxmayaraq. "Bakı" MK-nın sədri Emil Məhərrəmov, dostu Ruhin Əsgərov və koopretivin komendantı Eynur Xuduyevlə cinayət əlaqəsinə girərək dələduzluq yolu ilə mənzilin dəyəri kimi 118 000 manat pulu Şahın Ağalarovdan almış, mənzil isə sonuncunun təklifi ilə qohumu Təranə Balayevanın adına formal olaraq rəsmilləşdirmışdir, həmin mənzildə Təranə Balayeva heç bir təmir işi aparmayıb. Bu baxımdan hesab edir ki, Təranə Balayeva “mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsi barədə" tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Təranə Balayeva bu iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmadığı halda, Yasamal Rayon Məhkəməsi hesab etmişdir ki, Yaşar Əfəndiyev Təranə Balayevaya qarşı delikt törətmişdir və ona görə də ona dəymiş zərəri Yaşar Əfəndiyev ödəməlidir. Bundan başqa, mülki qanunvericilik əsassız varlanma ilə bağlı tələb hüququna kəsici müddət müəyyən etmiş və bu müddəti Təranə Balayevaya münasibətdə ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstənşlərə uyğun müəyyənləşdirilir. Odur ki, məhkəmə Təranə Balayevanın iddiasının həllində çıxış yolunu delikt" barədə maddi hüquq normalarını tətbiq etməkdə görmüşdür. Lakın, bu zaman Yasamal Rayon Məhkəməsi öz mövqeyim düzəməlli əsaslandıra bilməmiş və əsaslandıra da bilməzdi. Çünki, mülkiyyətçi olan Yaşar Əfəndiyev, evini qanunsuz zəbt etmiş Təranə Balayevaya (əslində Şahin Ağalarov) qarşı hər hansı hüquqa zidd hərəkət delikt törətməmişdir, Təranə Balayevaya hər hansı bir ziyan vurmamışdır əksinə Yaşar Əfəndiyevin mülkiyyətində olan əmlak muvvəqqətı də olsa həmin şəxslər tərəfindən qanunsuz olaraq onun əlindən alınmışdır. Cinayət işində şahid və zərərçəkmiş kimi dındirılərkən Şahin Ağalarov ifadəsində göstərmişdir ki, mənzili 0, MTKdan 2016-cı ilin oktyabrında, formal olaraq mənzili qohumu Balayevanın adına rəsmiləşdirmişdir, mənzili də Ş.Ağalarov özünün təmir etdirdiyini bildirmişdir. Bu hallar Ş.Ağalarov və onun nümayəndəsi tərəfindən əvvəlki mülki iş üzrə də verilmiş ifadələrdə, izahatlarda da təsdiq olunmuşdur. Belə olan halda mənzili aidiyyəti olmayan, mənzildə nə əsaslı, nə də cari təmir etdirməyən Təranə Balayevanın hazırki iddianı qaldırmaq hüququ yoxdur. Bundan başqa, təmir xərclərinin əvəzini tələb edən və bu tələbi Yaşar Əfəndiyevə münasibətdə təmin edən Yasamal Rayon Məhkəməsi mənzilin başqa şəxslə (şəxslərə), o cümlədən Şahin Ağalarova və ya Təranə Balayevaya verilməsi barədə Y.Əfəndiyevin nəinki razılığı, hətta məlumatının belə olmadığını nəzərə almamışdır. Mənzilin Yaşar Əfəndiyev tərəfindən təmir olunması, mənzilin təmirli olması və mebel ilə, habelə digər ev əşyaları ilə təchiz olunması həmçinin onunla təsdiq olunur ki, “Bakı" MK-nın sədri Emil Məhərrəmov və kooperativin komendantı Eynur Xudiyev həmin mənzili müxtəlif şəxslərə kirayə vermişlər. Bu fakt cinayət ışı uzrə təqsirləndirilən şəxs qismində onların verdikləri ifadələrlə, haebelə hazırki mülki işin baxılması zamanı Rayon Məhkəməsində şahid qismində dindirilmiş Şamçıyev Tale Əli oğlunun ifadəsi ilə tam təsdiq olunur. Bundan başqa. Təranə Balayevanın təşəbbüsü ilə hazırki mülki iş üzrə şahid kimi dindirilmiş Osmanov Mansur Musa oğlu da mənzilin Təranə Balayevayadək təmirli olmasını ifadəsində təsdiq etmişdir. Göründüyü kimi, mübahisəli mənzil əvvəldən təmirli olmuş və yaşayış üçün tam yararlı olmuşdur. Lakin Təranə Balayeva (əslində Şahin Ağalarov) guya həmin təmiri bəyənməmiş, özünün zövqünə görə mənzili cari təmir etdirmiş və bundan sonra həmin mənzildə yaşayaraq mənzildən özü və ailə üzvləri istifadə etmişlər. Mənzili qanunsuz zəbt etdiyi müddətdə mənzildə carı təmir işlərini aparmış şəxsin hazırda həmin təmirə çəkilmiş xərcin əvəzini mənzilin mülkiyyətçisi olan Yaşar Əfəndiyevdən tələb edən Təranə Balayevanın mövqeyi və bu tələbi əsaslı hesab edən məhkəmənin mövqeyi anlaşılmazdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə də müəyyən edilmişdir kı, Yaşar Əfəndiyev tərəfindən sözügedən mənzil tam təmir edilmiş, mebel və ev əşyaları ilə təchiz edilmişdir. Həmin mebel və ev əşyalarını T.Balayeva mənimsəmiş, zəbt etdiyi evin təmirini isə dağıtmışdır. Bu hərəkətləri ilə də T.Balayeva Y.Əfəndiyevə külli miqdarda zərər vurmuşdur. Lakın mənzildə aparılan təmir xərclərinin məbləğinin müəyyən edilməsi zamanı məhkəmə, mənzilin əvvəllər təmirli olduğunu və bu təmirin Yaşar Əfəndiyevi qane etdiyini, habelə evin əvvəlki təmirinin Şahin Ağalarov tərəfindən söküldüyünü nəzərə almamışdır. Onu da qeyd etmək istəyirik ki. mənzil üzərində məhkəmə aktları ilə artıq mülkiyyət hüququ təsdiq edilmiş Yaşar Əfəndiyev, hazırda Təranə Balayevanın (və ya Şahin Ağalarovun) mənzilin təmir etməsini qəbul etmir. Təranə Balayevanın mənzilə dair heç bir hüquq-müəyyənedici sənədi, o cümlədən qanuni müqavilə, maliyyə arayışı və ya kooperativ üzvlərinin ümumi yığıncağının protokol-qərarı yoxdur. Onun adına tərtib edilmiş saxta sənədlər isə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə etibarsız hesab edilib Təranə Balayeva tərəfindən Yaşar Əfəndiyevin mülkiyyətində olan mənzildə təmir işlərinin görüldüyü qəbul edilsə belə, həmin işlər mülkiyyətçi olan Yaşar Əfəndiyevin məlumatı olmadan aparılmış bununla bağlı mülkiyyətçinin hər hansı razılığı alınmamışdır. Yaşar Əfəndiyev Təranə Balayeva qarşısında hər hansı öhdəlik götürməmiş, hər hansı pul vəsaitinin qaytarılması ilə bağlı onlar arasında razılıq olmamışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə sözügedən mənzilə Yaşar Əfəndiyevin hüququ tanınmış və mənzilin Yaşar Əfəndiyevə təhvil verilməsi qərara alınmışdır. Mənzildə yaşayan Ş.Ağalarov və ailəsi icra sənədi əsasında mənzildən çıxarılmışlar. Hazırki iş üzrə verilmiş qarşılıqlı iddia ilə bağlı bildirir ki, mübahisəli mənzil Yaşar Əfəndiyevin istifadə və sahibliyində olduğu, habelə mənzilə dair sonuncunun adına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam verildiyi halda Təranə Balayeva həmin mənzilə dair əsassız tələb irəli sürmüşdür. Yaşar Əfəndiyev mübahisəli mənzili təmir etdirdikdən sonra uzun müddət kirayə verilmişdir. Bu hal, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Emil Məhərrəmov və Eynur Xuduyevin ifadələri ilə də təsdiq olunur. Cinayət işi üzrə qəbul edilmiş və artıq qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilir ki, Yaşar Əfəndiyev 2015-ci ilin yanvar ayından 2017-ci ilin dekabr ayınadək mənzilin kirayə verilməsindən (aylıq 400 manat olmaqla) ümumilikdə 14.400 manat pul əldə etmişdir. Lakin sonradan Şahin Ağalarov və Təranə Balayeva öz ailə üzvləri ilə Yaşar Əfəndiyevə məxsus mənzili qanunsuz olaraq zəbt etmiş və orada məskunlaşmışdır. Onların mübahisəli mənzili qanunsuz zəbt etdiyi dövrdə Yaşar Əfəndiyev mənzili kirayə vermək hüququndan və gəlir əldə etmək imkanından məhrum olmuşdur. Bununla da Yaşar Əfəndiyev xeyli miqdarda maddi zərərə uğramışdır. Belə ki, internet səhifələrindən çıxarışlara əsasən müəyyən edilir ki, sözügedən ərazidə analoji mənzillərin aylıq kirayə haqqı 1.000 manat təşkil edir. Təranə Balayevanın mənzildə 11.08 2016-cı il tarixdən bu günədək qanunsuz yaşadığını nəzərə alınsa, müəyyən edilir ki, Yaşar Əfəndiyevə vurulmuş zərər 40.000 manat məbləğindədir. Yaşar Əfəndiyevin mənzilindən məhrum olması Təranə Balayevanın təqsiri üzündən baş verdiyinə görə, 40.000 manat məbləğində pul Təranə Balayevadan Yaşar Əfəndiyevin xeyrinə tutulmalıdır. Göründüyü kimi, işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə maddi və ya prosessual hüquq normalarını pozmuş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütun faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin gəldiyi nəticə ışın hallarına uyğun deyildir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əfəndiyev Yaşar Ziya oğlu və onun vəkili İbrahimov Taleh Vəli oğlu apelyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Balayeva Təranə Zakir qızı və onun nümayəndəsi və vəkili Talıbov Hüseyn Əli oğlu apelyasiya şikayətinin dəlillərinə etriaz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-495/2020 saylı iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, ilkin iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şamçıyev Tale Əli oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 6 ünvanında yerləşən, “Bakı MK” tərəfindən inşa edilmiş binada həmin bina tikilən zamandan yaşayır. Həmçinin, Balayeva Təranə Zakir qızını və Əfəndiyev Yaşar Ziya oğlunu tanıyır. Həmin mənzildə Yaşar müəllimi Təranə xanımdan xeyli əvvəl görmüşdür. Belə ki, bildiyi qədəri ilə Yaşar müəllim orada heç vaxt daimi yaşamayıb, çünki Yaşar müəllimin evindən onun evinin tavanına su sızma hadisəsi olurdu, o, öz haqlı iradlarını bildirmäk üçün mənzilə yaxınlaşanda onu 3 nəfər türk vətəndaşı qarşılamış və bildirmişdirlər ki, onlar bu mənzildə kirayənişindirlər. Daha sonra, o, Yaşar müəllimin özü ilə telefon vasitəsiİə əlaqə yaratdıqda o, bildirmişdir ki, imkanı yoxdur və gələ bilməyəcək. Təranə xanım isə son bir neçə ildir ki, orada daimi yaşayır o, mənzilə köçdükdən sonra sözügedən mənzillə bağlı narahatçılığı aradan qalxmışdır.Təranə xanımın mənzildə təmir işləri apardığının şahidi olmuşdur. Həmçinin əlavə olaraq qeyd edir ki, qonşu kimi bir iki dəfə Təranə xanımın mənzilində olmuş və həqiqətən də mənzil tam təmirli və səliqəli idi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Osmanov Mansur Musa oqlu ifadəsində göstərdi ki,Balayeva Təranə Zakir qızını tanıyır. Onun mənzilinin təmiri ilə məşğul olmuşdur. Belə ki, o gələndə artıq parket döşəmə, divar kağızlan, həmçinin evin digər hissələri tamamilə sökülmüşdü. Heç bir əşya yox idi. Mənzildə ilk növbədə elektrik işlərini görmüş, daha sonra aynabənddə kafel-metlax iştərini də yerində yetirmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli, 2(004)- 10151/2017 qətnaməsindən görünür ki, iddiaçı iddiaçı Balayeva Təranə Zakir qızının cavabdeh “Bakı” MK-ya qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair” iddiası təmin edilərək iddiaçının Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 3 ünvanında cavabdeh tərəfindən inşa edilmiş binanın 10-cu mərtəbəsində yerləşən 3 otaqlı sahəsi 110 kv.m. olan 27 saylı mənzilə sahiblik və istifadə hüquqları tanınmışdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3981/2018 saylı, 09.10.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Əfəndiyev Yaşar Ziya oğlunun cavabdehlər “Bakı” MK-ya, Balayeva Təranə Zakir qızına, Cabbarov Əli Cabbar oğluna, Ağalarov Şahin Söhrab oğluna və Ağayeva Kəmalə İlham qızına qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” iddiası təmin edilərək Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 3 ünvanında yerləşən sahəsi 57.6 kv.m. olan 27 saylı mənzilə dair “Bakı” MK tərəfındən Balayeva Təranə Zakir qızının adına verilmiş 11.08.2016-cı il tarixli maliyyə arayışının, Balayeva Təranə Zakir qızının “Bakı” MK-ya üzv qəbul olunması barədə MK-nın üzvlərinin ümumi yığıncağının 11.08.2016-cı il tarixli, 04 saylı protokolundan çıxarışın, mənzilin Ağayeva Kəmalə İlhami qızının adına sənədləşdirilməsinə dair “Bakı” MK-nın üzvlərinin ümumi yığıncağının 21.07.2014-cü il tarixli, 02 saylı protokolunun, Ağayeva Kəmalə İlhami qızının “Bakı” MKya üzv qəbul olunması haqqında MK üzvlərinin ümumi yığıncağının 21.07.2014-cü il tarixli, 02 saylı protokolunun, “Bakı” MK tərəfındən mənzilə dair Cabbarov Əli Cabbar oğluna verilmiş 14.07.2015-ci il tarixli maliyyə arayışının və mənzilin Cabbarov Əli Cabbar oğlunun adına sənədləşdirilməsi barədə “Bakı” MK-nın üzvlərinin ümumi yığıncağının 14.07.2015-ci il tarixli, 12 saylı protokolunun, Cabbarov Əli Cabbar oğlunun “Bakı” MK-ya üzv qəbul olunması haqqında 14.07.2015-ci il tarixli 12 saylı protokolun etibarsız hesab edilməsi, Ağalarov Şahin Söhrab oğlu və onun ailə üzvlərinin Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 3 ünvanında yerləşən sahəsi 57.6 kv.m. olan 27 saylı mənzildən çıxarılması, iddiaçının Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 3 ünvanında yerləşən sahəsi 57.6 kv.m. olan 27 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 3 ünvanında yerləşən sahəsi 57.6 kv.m. olan 27 saylı mənzilin boşaldılaraq Əfəndiyev Yaşar Ziya oğluna təhvil verilməsi, iddiaçı Əfəndiyev Yaşar Ziya oğlunun Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 3 ünvanında yerləşən sahəsi 57.6 kv.m. olan 27 saylı mənzilindən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 5363/2019 saylı, 05.09.2019- cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-1483/2019 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, Balayeva Təranə Zakir qızının iddiasının rədd edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 07 mart 2019-cu il tarixli qətnaməsindən Balayeva Təranə Zakir qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki işdə ilkin iddia tələbi üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni həmin hissədə qanuni və əsaslı hesab etmir. Belə ki, hazırda iddiaçı Balayeva Təranə Zakir qızı iddia edir ki, o, mübahisəli mənzildə əsaslı təmir işlərini görərək, mənzilin təmirinə 45.000 manat vəsait sərf etmişdir. İş üzrə birinci instansiyası məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, 08 saylı, 10.02.2020-ci il tarixli mənzilin təmirinə çəkilmiş xərcin bazar dəyərinin müəyyən edilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi 6 (keçmiş İ.QutqaşınIı küçəsi 3), ünvanında “Bakı” MK tərəfindən inşa edilmiş binanın 10-cu mərtəbəsində yerləşən 110 kv.m. sahəsi olan 3 otaqlı, 27 saylı mənzildə 2016-cı ilin sentyabr ayında təmir işlərinin aparıldığı müəyyən edilmiş, təmir xərcləri 42322 manat təşkil etmişdir. Əlavə olaraq apelyasiya icraatı zamanı iş üzrə məhkəmə- əmtəəşünaslıq еkspеrtizаsı təyin еdilmiş və ekspеrtizаnın kеçirilməsi Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinə həvаlə еdilmişdir. Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin 17.02.2021-ci il tarixli, 10/3156 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi 6 ünvanında “Bakı” MK tərəfindən inşa edilmiş binanın 10-cu mərtəbəsində yerləşən 110 kv.m. sahəsi olan 3 otaqlı, 27 saylı mənzildə aparılmış təmir işlərinin ümumi dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təribən 32194,5 manat məbləğində müəyyən olunmuşdur. Kollegiya ilkin iddia tələbi üzrə apelyasiya şikayətinin dəlilərini haqlı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini ümumiyyətlə araşdırılmamışdır. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya subyektiv hüququn birinci elementin mövcudluğu ilə bağlı qeyd edir ki, Balayeva Təranə Zakir qızının hazırki iddia təələbi irəli sürməkdə müvafiq subyektiv hüququa malik olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və apelyasiya icraatı zamanı tədqiq edilmiş Bakı Ağır Cinayətlə Məhkəməsinin 1(101)-77/2019 saylı, 17 yanvar 2019-cu il tarixli hökmündən görünür ki, Məhərrəmov Emil Eldar oğlu........Bundan başqa o, təkrarən qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 6 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 3) 10-cu mərtəbəsində yerləşən, yaşayış sahəsi 57,6 kv.m. olan 27 №-li mənzilin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 15.04.2008-ci il tarixli 026400 nömrəli orderi əsasında Əfəndiyev Yaşar Ziya oğluna məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək göstərilən mənzilin Çingiz Bağırova məxsus olduğunu deyərək Kooperativin iclasının 21.07.2014-cü il 02 nömrəli protokol əsasında 134000 manata Ağayeva Kəmalə İlham qızına qanunsuz satıb, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin ofisində sonuncunun əri Ağayev Rövşən Canbaxış oğlundan cinayət əlaqəsində olduğu qeyrisinin vasitəsi ilə alaraq, ümumi cinayətkar niyyətə uyğun olaraq təkrarən vəzifəli şəxs kimi mənzilin Kəmalə Ağayevaya satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri-Kooperativin iclasının 21.07.2014-cü il 02 nömrəli protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışını imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək qeyrisinin vasitəsi ilə Rövşən Ağayevə verib, aldığı 134000 manat pulu aralarında bölməklə Əfəndiyev Yaşar Ziya oğlunu faktiki olaraq mənzildən istifadə hüququndan məhrum etməklə kütləvi surətdə vətəndaşların əmlak hüquqlarını mütləq şəkildə pozmaqla ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Əsgərov Ruhin İbrahim oğlu.......Bundan başqa o, təkrarən “Bakı” Mənzil-tikinti Kooperativinin İdarə heyətinin sədri Məhərrəmov Emil Eldar oğlu və Kooperativin komendantı qeyrisi ilə qabaqcadan razılaşaraq əlbir olub cinayət əlaqəsinə girərək özgənin əmlakını Emil Məhərrəmovun qulluq mövqeyindən yararlanaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 6 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 3) 10-cu mərtəbəsində yerləşən, yaşayış sahəsi 57,6 kv.m. olan 27 №-li mənzilin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 15.04.2008-ci il tarixli 026400 nömrəli orderi əsasında Əfəndiyev Yaşar Ziya oğluna məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədib mənzilin özünə məxsus olduğunu deməklə aldadaraq 11.08.2016-cı ildə 118000 manata Balayev Təranə Zakir qızına qanunsuz satmaqla, həmin pul vəsaitini Kooperativin ofisində sonuncunun qohumu Ağalarov Şahin Söhrab oğlundan alıb, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq “Bakı” Mənzil-tikinti Kooperativinin İdarə heyətinin sədri Emil Məhərrəmovun təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edib imzası və kooperativin möhürü ilə təsdiqlədiyi saxta rəsmi sənədləri - mənzilin Təranə Balayevaya satılması barədə qeyd olunan Kooperativin 11.08.2016-cı il 04 nömrəli iclas protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında maliyyə arayışını alıcıya verib, Şahin Ağalarovun 118000 manat məbləğində külli miqdarda əmlakını aralarında bölməklə.....Əfəndiyev Yaşar Ziya oğluna məxsus mənzilləri qanunsuz satmasına şərait yaratmaqla 8 fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurulması ilə nəticələnən vəzifə səlahiyyətindən sui-istifadə etməsinə və tamah niyyəti ilə vəzifə saxtakarlığı cinayətlərinin təkrarən törədilməsinə mənzillərin qanunsuz satılması üçün zərərçəkmişlərin tapılmasında ifadə olunan məlumatları ilə, habelə cinayətlərin törədilməsi üçün alıcılara həmin mənzilin ona məxsus olduğunu bildirməklə maneləri aradan qaldıraraq, həmin şəxslərə cinayətin vasitəsi olan saxta sənədləri bilavasitə təqdim edib cinayətin törədilməsi üçün vasitələri verməklə kömək etmişdir. Həmin hökmdən həmçinin görünür ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Ağalarov Şahin Söhrab oğlu ifadəsində göstərmişdir ki, 2016-cı ilin avqust ayında mənzil almaq məqsədi ilə Bakı şəhərində olan alqı-satqı ofislərinə məlumat vermişdir. Həmin ərəfədə Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 3 nömrəli evdə yerləşən binada mənzil satıldığını eşitmiş və həmin ünvana getmişdir. Orada binanın komendantı Eynur Xuduyevlə tanış olmuş və sonuncu ona 10-cu mərtəbədə yerləşən 3 otaqlı, 110 kv.m. olan 27 nömrəli mənzili göstərmişdir. Eynur Xuduyev mənzilin sahibinin Ruhin Əsgərov olduğunu və təcili olaraq 118.000 manata satıldığını qeyd etmişdir. Sonra Ruhin Əsgərovdan mənzili nə vaxt aldığını maraqlandıqda, o mənzili uzun müddətdir aldığını, hazırda pula ehtiyacı olduğuna görə təcili satmaq istədiyini bildirmişdir. O, razılaşaraq 11.08.2016-cı ildə “Bakı” Mənzil Kooperativinin ofisinə getmiş və orada Emil Məhərrəmovla tanış olmuşdur. Emil mənzili qohumu Balayeva Təranə Zakir qızının adına sənədləşdirməsini xahiş edərək onun şəxsiyyət vəsiqəsinin surətini Emilə vermişdir. Emil Məhərrəmov Təranə Balayevanın adına 11.08.2016-cı il tarixli 04 nömrəli iclas protokolundan çıxarış, iclas protokolu və maliyyə arayışı tərtib etmişdir. Maliyyə arayışında tam ödəniş qeyd edildikdən sonra 118.000 manat pulu Ruhin Əsgərova vermişdir. Mənzili aldıqdan sonra mənzili tam təmir etdirmiş və 2016-cı ilin oktyabr ayından həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarından göründüyü kimi, Balayev Təranə Zakir qızı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 6 (İ.Qutqaşinlı küçəsi 3) ünvanında “Bakı” MK tərəfindən inşa edilmiş binanın 10-cu mərtəbəsində yerləşən 110 m2 sahəsi olan 3 otaqlı, 27 saylı mənzil təmir etdirməsini sübut edəcək hər hansı sübutu nə birinci instansiya məhkəməsində, nə də apelyasiya icraatı zamanı təqdim edə bilməmişdir. Belə ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Əksinə isə iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlə Məhkəməsinin 1(101)-77/2019 saylı, 17 yanvar 2019-cu il tarixli hökmündən göründüyü kimi, hazırki iş üzrə iddiaçı Balayev Təranə Zakir qızı ümumiyyətlə zərəçəkmiş şəxs kimi tanınmamış, həmin iş üzrə zərəçəkmiş şəxs qismində Ağalarov Şahin Söhrab oğlu tanmış və o da cinayət işi üzrə vermiş olduğu ifadəsində mübahisəli mənzili aldıqdan sonra məhz özü tərəfindən tam təmir etdirdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Balayev Təranə Zakir qızının mənzili təmir etdirməsi sübut olunmadığından onun mübahisəli mənzilin təmirinə ödənilmiş pulun tələb edilməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə əlaqədar qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 40000 manat məbləğində ziyanın dəyməsini təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ilkin iddianın verilməsi üçün 10 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktublarından göründüyü kimi, aparılmış tədqiqatlarının dəyəri 100 manat təşkil edir. Buna əsasən kollegiya hesab edir ki, ilkin iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli və məhkəmətikinti-texniki ekspertizasının tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ilkin iddia üzrə iddiaçı Balayeva Təranə Zakir qızından tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-495/2020 saylı iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, ilkin iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əfəndiyev Yaşar Ziya oğlunun apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-495/2020 saylı iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin. İddiaçı Balayeva Təranə Zakir qızının cavabdehlər Əfəndiyev Yaşar Ziya oğluna və Bakı MK (keçmiş MTK)-ya qarşı mənzildə aparılmış təmir işlərinin dəyərinin tələb edilməsinə dair tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Balayeva Təranə Zakir qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN 1700326621, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWİFT BİK CTREAZ 22) köçürülsün. İlkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-515/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-515/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver