Məhkəmə qərarları › İş №2(103)-5150/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5150/2020

31.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5150/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X11, X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X18 Nazirliyinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1347/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun tutduğu vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Əmək və X18 nazirinin xx.xx.2019-cu il tarixli **********1 nömrəli əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikası Əmək və X18 Nazirliyi yanında Dövlət X24 və Reabilitasiya Xidmətinin Respublika X14 Tibbi-sosial reabilitasiya şöbəsində tibb qardaşı-növbətçi vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmək və X18 nazirinin xx.xx.2019-cu il tarixli **********1 nömrəli əmri ilə əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək və X18 Nazirliyi yanında Dövlət X24 və Reabilitasiya Xidmətinin Respublika X14 Tibbi-sosial reabilitasiya şöbəsində tibb qardaşı-növbətçi vəzifəsində çalışan İddiaçı xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas: Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsinin xx.xx.2019-cu il tarixli **********1 nömrəli yazılı məruzəsi olmuşdur (səh.9); xx.xx.2019-cu il tarixli **********1 nömrəli yazılı məruzəyə əsasən, Azərbaycan Respublikası Əmək və X18 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli **********8 nömrəli əmrinə əsasən Xidmətin Aparatının Reabilitasiya və inzibati idarəetmə şöbəsinin əməkdaşları tərəfindən Xidmətin Respublika X14 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə funksional vəzifələrin icrası vəziyyəti araşdırılmışdır. Mərkəzdə aparılmış araşdırma ilə bəzi hüquqi-normativ aktların işdə düzgün tətbiq edilməməsi səbəbindən artıq və əsassız ödənişlərə, çatışmazlıq və digər nöqsanlara yol verilməsi halları aşkar edilmişdir (səh.31); müvafiq olaraq, İddiaçı xidməti araşdırma nəticəsində aşkar edilmiş pozuntuların ona aid olan hissəsini öz izahatı ilə təsdiq etmişdir, İddiaçı xx.xx.2019-cu il tarixli izahatında Qarayev Azər, Hümbətova Əfruz, Balabəyov Abdulla, Ramazanov Əli, Vəkilov Soltan, Haciyev Səttar, Qurbanov Şakir, Katanova Aidə adlı şəxslərin həmin dövrdə baş həkim vəzifəsini müvəqqəti icra edən Günay Rəfiyevanın icazə və tapşırığı ilə növbədənkənar həkim müayinəsinə qəbul edilməsi və həmin şəxslərin Mərkəzdə müalicə olunmadıqları halda, onların adına epikrizlər verilməsi və həmin şəxslərdən 3 nəfərin: Katanova Aidə, Balabəyov Abdulla, Ramazanov Əlinin baş tibb bacısı vasitəsilə qeydiyyat kitabına imza etməklə, müvafiq epikrizlərin götürülməsində köməklik göstərməsini və qarşılıq olaraq həmin şəxslərin hər birindən 20-30 manat həcmində pul vəsaiti qəbul etməsini etiraf etmiş və öz imzası ilə təsdiq etmişdir (səh.24); Əmək və X18 Nazirliyinin Bakı şəhəri üzrə X10 Komitəsinin sədrinin "X10 Təşkilatının təqdim edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 15 nömrəli rəyi ilə İddiaçı əmək funsiyalarının icrasında ciddi nöqsanlara yol verdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir (səh.26); cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin nümayəndəsi X22 məhkəmə iclasında iddianı qəbul etmədi və iddia tələbinə qarşı verdiyi yazılı etirazını müdafiə edərək izahatında bildirdi ki, İddiaçı xx.xx.1997-xx.xx.1999-cu ilədək Azərbaycan Respublikası Əmək və X18 Nazirliyi yanında Dövlət X24 və Reabilitasiya Xidmətinin Respublika X14 Tibbi-sosial reabilitasiya şöbəsində tibb qardaşı vəzifəsində, xx.xx.1999xx.xx.2019- cu ilədək isə həmin şöbədə tibb qardaşı-növbətçi vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən Azərbaycan Respublikası Əmək və X18 nazirinin xx.xx.2019-cu il tarixli **********1 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı işdən azad edilməsinə əsas Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin xx.xx.2019-cu il tarixli **********1 nömrəli xidməti məruzəsi olmuşdur. Məruzədə göstərilir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bindan sonra - Xidmət) xx.xx.2019-cu il tarixli **********8 nömrəli əmrinə əsasən Xidmətin Aparatının Reabilitasiya və inzibati idarəetmə şöbəsinin əməkdaşları tərəfindən Xidmətin Respublika X14 (bundan sonra- Mərkəz) xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə funksional vəzifələrin icrası vəziyyəti araşdırılmışdır. Mərkəzdə aparılmış araşdırma ilə bəzi hüquqi-normativ aktların işdə düzgün tətbiq edilməməsi səbəbindən artıq və əsassız ödənişlərə, çatışmazlıq və digər nöqsanlara yol verilməsi halları aşkar edilmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Müvafiq olaraq, İddiaçı xidməti araşdırma nəticəsində aşkar edilmiş pozuntuların ona aid olan hissəsini öz izahatı ilə təsdiq etmişdir. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixli izahatında Qarayev Azər, Hümbətova Əfruz, Balabəyov Abdulla, Ramazanov Əli, Vəkilov Soltan, Haciyev Səttar, Qurbanov Şakir, Katanova Aidə adlı şəxslərin həmin dövrdə baş həkim vəzifəsini müvəqqəti icra edən Günay Rəfiyevanın icazə və tapşırığı ilə növbədənkənar həkim müayinəsinə qəbul edilməsi və həmin şəxslərin Mərkəzdə müalicə olunmadıqları halda, onların adına epikrizlər verilməsi və həmin şəxslərdən 3 nəfərin: Katanova Aidə, Balabəyov Abdulla, Ramazanov Əlinin baş tibb bacısı vasitəsilə qeydiyyat kitabına imza etməklə, müvafiq epikrizlərin götürülməsində köməklik göstərməsini və qarşılıq olaraq həmin şəxslərin hər birindən 20-30 manat həcmində pul vəsaiti qəbul etməsini etiraf etmiş və öz imzası ilə təsdiq etmişdir. İddiaçıya tənbeh verilməmişdən əvvəl izahatı alınmış və Əmək və X18 Nazirliyinin Bakı şəhəri üzrə X10 Komitəsinin rəyi alınmışdır. Göründüyü kimi, sübuta yetirilmişdir ki, iddiaçı öz əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir (səh.21). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1347/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş,ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72, 80, 186, 187, 310; "Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.2.3, 9.2.7, 10.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki,Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilərkən və onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. Cavabdehin əmrinin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İddiaçı apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1347/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 60, 71; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika X14 Tibbi-sosial reabilitasiya şöbəsində xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilə qədər tibb qardaşı vəzifəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixədək tibb qardaşı növbətçi vəzifəsində işləmiş və işlədiyi 22 il ərzində hansısa intizam tənbehi olmamışdır, daim işinə nizam intizamlı və məsuliyyətli olmuş və xx.xx.2019-cu il tarixdə ona qanuna müvafiq olaraq hər hansı xəbərdarlıq edilmədən nazirliyin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika Əlillərin Bərpa Mərkəzinin Tibbi-sosial reabilitasiya şöbəsində tibb qardaşı- növbətçi vəzifəsindən əsassız və qanunsuz olaraq xaric edilmiş və onun cavabdehlə aramda olan əmək müqaviləsinə onun razılığı olmadan qanuna zidd olaraq xitam verilmişdir. xx.xx.2019-cu il tarixli **********1 əmri o, xx.xx.2019cu ildə rəsmi olaraq almışdır. Onun himayəsində 5 azyaşlı uşaq var və ailəsinin sosial vəziyyəti pisdir və onun işdən xaric olması onun və ailəsinin sosial vəziyyətini daha da ağırlaşdırdı. Qətnamə qəbul edərkən icraatında olan mülki işə tam və obyektiv hüquqi qiymət vermək marağında olmadan maddi hüquq normalarını düzgün tətbiq etməyərək, prosessual pozuntuya yol vermişdir.Beləki, 1 ci instansiya məhkəməsi qətnaməsini yalnız cavabdehin təqdim etdiyi hüquqi əsası olmayan sənədlərə istinad edərək qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, 23 il Azərbaycan Respublikası Əmək və X18 Nazirliyi yanında Dövlət X24 və Reabilitasiya Xidmətinin Respublika X14 Tibbi-sosial reabilitasiya şöbəsində tibb qardaşınövbətçi vəzifəsinə işlədiyini, heç kimdən pul almadığını, 4 nəfərin müalicəsi üçün növbədə güzəştə görə xahiş etdiyini, cavabdeh tərəfindən ona heç bir iş təklif edilmədiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X22 apellyasiya şikayətini qəbul etməyərək, xidməti yoxlama zamanı iddiaçının bir neçə nəfərə kömək etdiyini, 20-30 manat məbləğində pul alaraq növbənin irəli çəkilməsində kömək göstərdiyini, iddiaçının maddi vəziyyətini nəzərə alaraq, həmçinin 2-3 nəfərdən az məbləğdə pul aldığı üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunduğunu, cavabdehə iş üçün müraciət etdiyini, məşğulluq idarəsinə göndərildiyini, lakin sonradan adına torpaq sahəsinin olduğunu, məşğulluq idarəsindən iş əldə etmək üçün ona torpaq sahəsini ailə üzvündən birinin adına keçirtməsini bildirdiyini, başqa iş də təklif etdiyini, lakin iddiaçının başqa işlə saatların toqquşduğu üçün işləmək istəmədiyini bildirir və şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Azərbaycan Respublikası Əmək və X18 Nazirliyi apellyasiya şikayətini qəbul etmərək, etiraz təqdim edərək bildirmişdir ki, apellyasiya şikayətində göstərilən tələblər əsassızdır və Məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin xx.xx.2019-cu il tarixli **********1 nömrəli xidməti məruzəsinə əsasən əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Nazirlik yanında Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika X14 baş mühasibi X2, Tibbi-sosial reabilitasiya şöbəsinin müdiri X19, böyük tibb bacısı X7, növbətçi tibb qardaşı İddiaçı Məmməd oğlu, palata üzrə tibb bacısı X20 barədə vafiq intizam tənbeh tədbirləri görülsün. Məruzədə göstərilir ki, Azərbaycan Respublikası Əmək və X18 zirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra- İmət) xx xxxx 2019-cu il tarixli **********8 nömrəli əmrinə əsasən Xidmətin Aparatının abilitasiya və inzibati idarəetmə şöbəsinin əməkdaşları tərəfindən Xidmətin Respublika X14 (bundan sonra-Mərkəz) xx xxxxxx 2018-ci il tarixdən xx xxxx 2019-cu il ixədək olan dövr üzrə funksional vəzifələrin icrası vəziyyəti araşdırılmışdır. Mərkəzdə aparılmış araşdırma ilə bəzi hüquqi-normativ aktların işdə düzgün tətbiq lilməməsi səbəbindən artıq və əsassız ödənişlərə, çatışmazlıq və digər nöqsanlara yol verilməsi halları aşkar edilmişdir (surəti əlavə edilmişdir). Müvafiq olaraq, İdiaçı İddiaçı xidməti araşdırma nəticəsində aşkar edilmiş pozuntuların ona aid lan hissəsini öz izahatı ilə təsdiq etmişdir (surəti əlavə olunmuşdur). Belə ki, izahata əsasən idiaçı İddiaçı, Qarayev Azər, Hümbətova Əfruz, Balabəyov Abdulla, Ramazanov Əli, Vəkilov Soltan, Haciyev Səttar, Qurbanov Şakir, Katanova Aidə adlı şəxslərin həmin dövrdə Baş həkim vəzifəsini müvəqqəti icra edən Günay Rəfiyevanın icazə və tapşırığı ilə növbədən kənar ləkim müayinəsinə qəbul edilməsi və həmin şəxslərin Mərkəzdə müalicə olunmadıqları halda onların adına epiqrizlər verilməsi və həmin şəxslərdən 3 nəfərin: Katanova Aidə, Balabəyov Abdulla, Ramazanov Əlinin baş tibb bacısı vasitəsilə qeydiyyat kitabına imza etməklə müvafiq epiqrizlərin götürülməsində köməklik göstərməsini və qarşılıq olaraq həmin şəxslərin hər birindən 20-30 manat həcmində pul vəsaiti qəbul etməsini etiraf etmiş və öz imzası ilə təsdiq etmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyinin Bakı şəhəri üzrə X10 Komitəsinin rəyi alınmışdır. Ona görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020- ci il tarixli, 2(004)-1347/2020 nömrəli qətnaməsinin dəyişdirmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında müəyyən olunur ki: cavabdeh Azərbaycan Respublikası Əmək və X18 Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xidməti məruzəyə əsasən, Mərkəzin gecə növbəsində tibb qardaşı vəzifəsində işləyən İddiaçı yoxlamaya dəvət olunmuş, O, verdiyi rəsmi izahatında 1997-ci ildən hazıra kimi Mərkəzdə tibb qardaşı vəzifəsində işlədiyini, səkkiz nəfərin onun yaxın tanışlarının və qohumları olduğunu, onlara kömək etmək məqsədi ilə o dövrdə Mərkəzin baş həkimi vəzifəsini müvəqqəti icra edən Günay xanımdan xahiş etdiyini, Oda həmin şəxsləri növbədən kənar qəbul edərək onun xahişi ilə Arifə, Elmira və Arif həkimin yanına göndərdiyini, həmin həkimlər tərəfindən onları müayinə etdirdiyini, sonra isə həmin şəxslər Mərkəzdə müalicə almadıqları halda epiqrizlər yazaraq verdiklərini, həmin şəxslərdən 3 nəfərinin: Katanova Aidə, Əli və Abdullanın epiqrizlərini baş tibb bacısından (Ülviyyə Rəcəbova) xahiş edərək qeydiyyat kitabına onun özü tərəfindən imza edərək götürdüyünü, bunların öz səhvi olduğunu və dolanışığı xatirinə hər xəstədən 20-30 manat alaraq bu işi gördüyünü bildirmişdir.Yuxarıda qeyd edilən nöqsan və çatışmazlıqları nəzərə alaraq Mərkəzin işlərinin günün tələblərinə uyğun düzgün qurulmasını, ümumi işlərə nəzarətin səthi aparılması, araşdırma ilə aşkar olunmuş nöqsan və çatışmazlıqlara yol verdiklərinə görə Mərkəzin baş həkimi vəzifəsini müvəqqəti icra etmiş, şöbə müdiri X15, stasionar reabilitasiya kartaları təsdiq edilmədiyinə və yol verdiyi nöqsanlara görə Fizoterapiya və psixoloji korreksiya şöbəsinin müdiri Ləyaqət Misirova, mühasibatlıq işlərində yol verdiyi ciddi nöqsanlara görə baş mühasib X8, dərmanların məxarici işlərində yol verdiyi nöqsan və çatışmazlıqlara görə baş tibb bacısı X6, ərzaq anbarında aşkar edilmiş nöqsanlara görə təsərrüfat işləri üzrə baş həkimin müavini X12, mal-material qiymətlilərindən düzgün istifadə etmədiyinə görə təsərrüfat bacısı X13, saxta yolla şəxsləri müalicə adı altında epiqrizlər yazılmasına şərait yaratdığına görə gecə növbəsinin tibb qardaşı X1, həkimqastroenteroloq İradə Hacıyeva, müalicə almayan şəxslərə epiqrizlər yazdıqlarına görə Elmira Əliyeva və Arif Abdullayev, palata üzrə tibb bacısı X16, işdə yol vedikləri ciddi nöqsanlara görə gözətçi X23 və X3, xadimə vəzifəsində işləyən X9 barəsində müvafiq tədbir görülməsi üçün Nazirliyin Kadr və kadr hazırlığı şöbəsinə müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 68-76, 186-190, 287-300, 308-313-cü maddələri; MPM-nin 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən və aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi üzrə qanunvericiliyin tələblərinə riayət edilməsi, iddiaçının özünün izahatında hüquq pozuntusuna yol verdiyinin etiraf etməsi təqdim edilmiş sənədlərlə tam təsdiq edilir və onun əməllərinə haqq qazandıran, habelə əmrin ləğv edilməsinə əsas verən xüsusatlar müəyyən edilmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1347/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar