Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5153/2025 13.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 5 saylı Notariat Ofisinə qarşı iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququnun tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X23 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 5 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-3610/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X43 Süleymanoviç (iddiaçının babası) xx.xx.1973-cü il tarixdə vəfat etmişdir.
2. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.1991-ci il tarixli şəhadətnaməyə əsasən X1 vərəsələri Cavabdeh3 və X10rlar (iddiaçının dayıları).
3. İddiaçının anası X20 xx.xx.1987-ci il tarixində vəfat etmişdir.
4. İddiaçı dayısı X22 Quliyev ilə xx.xx.1996-cı ildə nikaha girədək Bakı şəhəri, Yasamal rayonu, X38 küçəsi, 79/81 saylı fərdi yaşayış evi gəlin köçmüşdür.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X38 küçəsi, 79/81 saylı fərdi yaşayış evi ilkin olaraq X18 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 5 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1958-ci il tarixli 18722 reyestr nömrəli vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.1958-ci il tarixdə X2, X4, X11, X12 adlarına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X5 məxsus hissəsindən Bakı şəhəri 5 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1991-ci il tarixli 1n-134 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1991-ci il tarixdə Cavabdeh3 və X7 adlarına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X13 məxsus hissəsi Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-328 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 3M-4821 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlakın X17 məxsus hissəsi 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 2V-91 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Hazırda Bakı şəhəri, Yasamal rayonu, X38 küçəsi, 79/81 saylı fərdi yaşayış evinin 1/5 hissədən bir hissə X2, 1/5 hissədən bir hissə X4, 1/5 hissədən bir hissə X4, 1/5 hissədən bir hissə X11, 1/5 hissədən X8 4/5 hissədən bir hissə Cavabdeh3, 4/5 hissədən bir hissə Cavabdeh2 mülkiyyətlərindədir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 5 saylı Notariat qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsindəki 79/81 saylı evə vərəsəlik hüququnun tanınması, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsindəki 79/81 saylı evə vərəsəlik hüququ əsasında 1/14 payının müəyyən edilməsi, Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoru tərəfindən Vaqif və X3 verilmiş, Orucəli Quliyevin qanun üzrə vərəsələri olması haqqında xx.xx.1991 – ci il tarixli şəhadətnamə qismən – X14 çatan miras pay hissəsinin onlara verilməsi hissəsində etibarsız hesab edilməsi və həmin hissə əsasında daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeyd ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsindəki 79/81 saylı ev anasının nənəsi X21 məxsus olmuşdur. Onun Orucəli (babası) və Rəcəbəli (anasının əmisi) adlı iki oğlu övladı olmuşdur. Nənəsi Umleyla vəfat etdikdən sonra, həm babası (Orucəli), həm də anası (Təyarə), həm də o, müvafiq ardıcıllıqla mirası faktiki qəbul etmiş, həmin evdə yaşamışlar. Orucəlinin anasından başqa həm də 6 övladı olub. Cavabdeh3 (dayısı) və Cavabdeh2 atası X19 (dayısının) həmin övladlardan ikisidir. O həmçinin dayısı Ağababanın oğlu Zaurla ailəli olmuşdur, boşanmışlar. Dayısının qızı Samirə (cavabdeh) ona qarşı Yasamal Rayon Məhkəməsində həmin evdən istifadə hüququnun itirilmiş hesab edilərək evdən çıxarılmağı haqqında iddia qaldırdıqdan sonra bu il sənədlər vasitəsilə ona məlum olmuşdur ki, anasının nənəsi X15 oğlu Orucəliyə qalmış və onun 7 övladı (biri də anası) arasında bölünməli olan miras payı 2 dayısı (Vaqif və Ağababa) 1991 – ci ildə vərəsəliklə yalnız öz adlarına sənədləşdirmişlər (dayısı Ağababanın da payı onun vəfatından sonra qızı Samirənin adına sənədləşdirilib). Halbuki, Orucəlinin (1973 – cü ildə vəfat edib) qızı olan anası Təyarə onun varisi kimi mirası faktiki qəbul etmiş, anası vəfat (1987 – ci il) etdikdən sonra isə iddiaçı onun yeganə övladı olaraq həmin mirası faktiki qəbul etmişdir.
8. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddia ərizəsinə etiraz ünvanlayaraq belə əsaslandırmışlar ki, babası Orucəli 1973-cü il tarixində vəfat etdikdən sonra iddiaçının anası sözügedən ünvanda yaşamadığına görə faktiki olaraq mirası qəbul etməmişdir və buna dair hər hansı vərəsəlik hüququnun tanınması ilə əlaqədar heç bir rəsmi sənəd mövcud deyil. Ondan əlavə, İddiaçı anası Təyarə 1970-ci il tarixində ailə quraraq sözügedən ünvandan köçmüşdür. İddiaçı 1996-cı il tarixində dayısı oğlu X26 ilə ailə quraraq həmin ünvana gəlin köçmüşdür. Göründüyü kimi, nə İddiaçı, nə də anası Təyarə xanım heç bir mirası faktiki qəbul etməmişlər.
9. Cavabdehlər həmçinin iddia müddətinin tədbiqi barədə ərizə verərək bildirmişlər ki, iddiaçı miras hüququnun tanınması tələbi ilə 30 ildən sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göründüyü kimi, iddiaçı iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən iddia müddəti tədbiq edilməklə iddianın mümkün sayılmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişri.
10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 3610/2025 nömrəli qətnaməsi ilə (hakim Ü.A.Xəlil) iddia təmin edilməmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mirası əmlakı qəbul etməsi iş materialları və işin halları ilə müəyyən olunmur. Çünki iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirasın faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatda mübahisəli fərdi yaşayış evinə 1996-cı il tarixdə Zaur Quliyevlə ailə həyatı qurduqdan sonra gəldiyini, həmin vaxtadək həmin evdə olmadığını bildirmişdir. Bundan başqa, iddiaçının anası həmin evdən ailə həyatı qurduqdan sonra çıxıb getmiş və miras əmlakın qəbulu ilə bağlı heç bir hərəkət etməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, anası ilə birlikdə Rüstəmov küçəsində yaşamış, mübahisəli evdə nənəsi yaşamış, anası vəfat edəndən sonra xalası ilə birlikdə Qarayevdə yaşamış, mübahisəli mənzilə 1996-cı ildə, yəni dayısı X7 oğlu X26 ilə nikaha daxil olduqdan sonra gəlmişdir.
12. Göründüyü kimi iddiaçı mirası nə rəsmi, nə də qeyri-rəsmi üsulla qəbul etməmişdir. Odur ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
13. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilməsinə baxmayaraq, iddia tələbi əsassız olduğundan məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirmir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1257.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 191.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Orucəlinin (1973 – cü ildə vəfat edib) qızı olan anası Təyarə onun varisi kimi mirası faktiki qəbul etmiş, anası vəfat (1987 – ci il) etdikdən sonra isə o, onun yeganə övladı olaraq həmin mirası faktiki qəbul etmişdir. Xüsusilə vurğulayır ki, anası dayıları özlərinə vərəsəlik şəhadətnaməsi almamışdan əvvəl vəfat etmişdir. 1991 – ci ildə dayıları vərəsəlik sənədləşdirərkən notarius vəfat edən anasının övladının (iddiaçının) olmasını niyə nəzərə almadığı ona məlum deyil. İddiaçı və onun anası öz miras payından imtina etməmişlər. İddiaçı və onun anası mirası faktiki qəbul etmişlər. Lap tutaq ki, guya iddiaçı və anası mirası faktiki qəbul etməsə belə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən, onların mirası qəbul etməsinə müddət şamil edilə bilinməz. Qətnamədə vurğulanır ki, iddiaçı mübahisəli mənzildə yaşamadığı üçün guya varis hüquqlarını itirmişdir. Bu bir neçə hüquqi əsasla səhv yanaşmadır. 1. Mirası faktiki qəbul etmiş hesab edilmək üçün miras evdə yaşamaq tələbi qanunda yoxdur. Miras evdə yaşamaq mirası faktiki qəbul etməyi göstərən hərəkətlərdən biridir, yeganəsi deyil. Yəni, varisin miras evdə yaşamaması o demək deyil ki, o, vərəsəliyi qəbul etməyib. Xüsusilə nəzərə alınmalıdır ki, anası vəfat edərkən iddiaçı yetkinlik yaşına çatmamışdır, istər həmin il, istərsə də sonrakı illər anasını itirmiş qız uşağı kimi (Azərbaycan əxlaq və birgə yaşayış qaydalarını da nəzərə almaqla) öncə xalasının, sonra isə “gəlin köçməklə” dayısı ailəsinin himayəsində, faktiki olaraq təsirində və nəzarətində yaşamışdır. Hətta tutaq ki, guya iddiaçı mirası faktiki qəbul edən hərəkətlər etməmişdir. Bu belə onun varis hüquqlarına xitam vermir. Çünki tərəflərin arasında bununla bağlı əvvəllər məhkəmə mübahisəsi olmamış, hər hansı məhkəmə aktı qüvvəyə minməmişdir. Konstitusiya Məhkəməsinin iddia ərizəsində ətraflı istinad etdiyi qərarının mahiyyəti isə təkcə 2000-ci il Mülki Məcəlləsi ilə məhdudlaşmır. Həmin qərarın mahiyyəti odur ki, vərəsəlik hüququ mülkiyyətin müdafiəsinin tərkib hissəsidir və şəxs noratiat qaydasında təsdiqlənmiş imtina vermədikcə, miras onun mülkiyyətidir. Mülkiyyətə müvafiq təminat mübahisəli vərəsəlik şəhadətnaməsi veriləndə qüvvədə olan Konstitusiya qanunları ilə də təminat verilirdi. Nəzərə alınmalıdır ki, notarius vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə etməli olduğu halda bunu etməmişdir. Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoru tərəfindən Vaqif və X3 verilmiş, Orucəli Quliyevin qanun üzrə vərəsələri olması haqqında xx.xx.1991 – ci il tarixli şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin surətini onlara təqdim edilməsi üçün 5 saylı Dövlət Notariat Kontoruna vəkil sorğusu vermişlər. Məhkəmə prosesi gedişində aldığı cavabda qeyd edilmişdir ki, həmin sənədlər notariat kontorunda saxlanmayıb, dövlət arxivinə müraciət etsinlər. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoru tərəfindən Vaqif və X3 verilmiş, Orucəli Quliyevin qanun üzrə vərəsələri olması haqqında xx.xx.1991 – ci il tarixli şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin surətinin dövlət arxivindən tələb edilərək iş materiallarına əlavə edilməsini məhkəmədən xahiş etmişlər (Qeyd: cavabdehin iddiaçıya qarşı istifadə hüququna xitam verilməsi iddiası üzrə məhkəmə icraatı mövcud olduğundan, cari iddianın təxirəsalınmadan qaldırılması zərurət idi, məhkəməyədək sübutların toplanması üçün kifayət edəcək vaxt yox idi). Məhkəmə vəsatəti təmin etsə də, həmin sənədlərin əldə edilməsi üçün bütün prosessual imkan və səlahiyyətlərini tətbiq etmədi, bu isə işə obyektiv baxıla bilinməsinə mane oldu, iş materialları – məhkəmənin prossesual hərəkətləri tarixlərlə əlaqəli təhlil edilsə, işə tələsərək baxıldığı görünür. Məhkəmə qətnamədə gəldiyi nəticəni əsaslandırmaq üçün 2000-ci il Mülki Məcəlləsinə istinad etdiyi halda, onun şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarına zidd əsaslandırma və nəticə vermişdir. Yəni, mirasın qəbuluna müddət şamil etməməli olduğu halda etmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasındakı izahatını qətnamənin 30-cu bəndində əhəmiyyətli təhrif edərək əks etdirmişdir. Belə ki, iddiaçının həmin evdə bir müddət yaşamamasını həmin evdə “olmaması” kimi qeyd edib. Bir evdə hansısa bir müddət yaşamamaq həmin evdə həmin müddətdə olmamaq demək deyil. Güman ki, məhkəmə mirası qəbula işarə olan bütün elementləri diqqət mərkəzindən kənarlaşdırmaq istəmişdir. Məhkəmə mübahisələndirilən vərəsəlik şəhadətnaməsinin verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilib – edilməməsini yoxlamamışdır. Halbuki, iddiaçı həmin icraat zamanı onun hüquqlarının pozulduğunu bildirmişdir və həmin sənədlərin onun üçün əlçatan olmadığını əsaslandıraraq vəsatət vermişdir (məhkəmə bu vəsatəti təmin etsə də, onun icrası ilə bağlı zəruri tədbirlər görməmişdir).
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
19. İddiaçının nümayəndəsi və vəkili həmçinin bildirdi ki, istənilən halda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Əgər mübahisəli münasibətə 2000-ci il Mülki Məcəlləsi tətbiq edilməlidirsə, onun şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarına zidd olduğundan qətnamə ləğv edilməlidir. Əgər mübahisəli hüquq münasibətlərinə 2000-ci il Mülki Məcəlləsi tətbiq edilməli deyilsə, qətnamə yenə də ləğv edilməlidir. Çünki məhkəmə qərar qəbul edərkən 2000-ci il tarixli Mülki Məcəlləsinə istinad etmişdir. Halbuki, ona görə iddia ərizəsində və şikayətdə ona çox istinad etməmişik ki, mübahisə hüquqi fakt baş verən dövrün maddi hüquq normaları tətbiq edilməklə həll edilir. Ölüm faktı baş verən dövr üçün Azərbaycan SSR Mülki Məcəlləsi tətbiq olunmalı idi. Hesab edir ki, hansı məcəllənin tətbiq olunmasından asılı olmayaraq, iddiaçının pozulmuş vərəsəlik hüququ var və bu hüquq təmin edilməlidir. Birinci vacib məsələ mirasın faktiki qəbulu, ikinci məsələ isə hüquqi baxımdan mirasın qəbulu faktıdır. Son zamanlar hüquqlarını müdafiə etdiyi şəxsə qarşı qeydiyyat çıxarılma və istifadə hüququna xitam verilməsi ilə bağlı iddialar olduqdan sonra ona bu hal məlum olmuşdur. Anası ölərkən iddiaçı yetkinlik yaşına çatmamışdı, xalasının himayəsinə verilmişdi. Yetkinlik yaşına çatmamış, xalasının himayəsinə verilmiş bir övladın miras qəbulu ilə bağlı pay davası döyməsi real vəziyyətə uyğun deyildi. Şərti olaraq götürülsə ki, iddiaçı mirası qəbul hərəkətləri etməyib, yenə də Konstitusiya Məhkəməsinin şərhinə əsasən hesab edir ki, burda iddia müddətindən söhbət gedə bilməz, ona görə ki, şərh 2000-ci il Mülki Məcəlləsinin tətbiqi ilə bağlı qəbul edilsə də, hüququn mahiyyətini şərh edir və həmin norma sovet Mülki Məcəlləsində də eyni norma idi, yəni şəxs ya faktiki, ya hüququ olaraq mirası qəbul etməli idi. İddianı məhdud informasiya, vaxt və sənəd şəraitində qaldırmışlar. Çünki İddiaçı qarşı istifadə hüququna xitam verilməsi ilə bağlı iddia qaldırıldıqdan sonra, həmin iş vasitəsilə Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubunu əldə edə bilmişik, payların tarixçəsi ilə bağlı bizdə o zaman sənəd olmamışdır. Notariat qovluğunun əldə edilməsi ilə bağlı məhkəmədə vəsatətimiz oldu, sənədləşmənin qanunvericiliyə uyğun həyata keçirilməsinə ciddi şübhələrimiz var, məhkəmə vəsatətin təmini istiqamətində lazımi işlər görməmişdir. Biz texniki pasport əldə edə bildik. Texniki pasportdan görünür ki, birincisi, Təyarə xanım Oruc Əlinin övladı kimi bir pay əldə etmək hüququna malikdir, ikincisi Oruc Əli vəfat etdikdən sonra arvadı Nümayəndə2 Mustafa qızı ərindən olan çatacaq payı əldə edib. Mərhum Təyarə xanıma iki xəttdən miras qala bilir.
20. İddiaçı ona verilmiş suallara cavab olaraq bildirdi ki, anası 1969-cu ildə ailə həyatı qurmuş, anası ilə atası 1981-1982-ci illərdə ayrılmışlar. Ayrıldıqdan sonra da anası Neftçilərdə olan həmin evdə qalıb. O, ayrılanda həyat yoldaşı – dayısı oğlu ona dedi ki, mən evi səninlə uşaqlara qoyuram, sən məndən aliment istəmə. Uzun müddət evin çıxarışını ona göstərmirdilər. O, həmin evdə yaşamağa davam edirdi. Keçən il ona qarşı evdən çıxarılma barədə iddia qaldırıldı, məhkəmə gedəndə gördü ki, çıxarışda onun anasının adı yoxdur. Bütün vərəsələr rəhmətə gedəndən sonra ona qarşı iddianı qaldırdılar.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan SSR Mülki Məcəlləsi (1964-cü il redaksiyası): Maddə 73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Maddə 77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Maddə 78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Maddə 82. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Maddə 85. Aşağıdakı hallara iddia müddəti aid edilmir: - Qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi qeyri-əmlak hüquqlarının pozulmasından əmələ gələn tələblərə; - Kolxozların və kooperativ və sair ictimai təşkilatların və ya vətəndaşların qanunsuz olaraq yiyələndikləri dövlət əmlakının qaytarılması haqqında dövlət təşkilatlarının tələblərinə; - Dövlət əmək əmanət kassalarına və SSRİ Dövlət Bankına qoyulmuş əmanətlərin verilməsi haqqında əmanətçilərin tələblərinə; - SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilmiş hallarda digər tələblərə. Maddə 527. Vərəsəlik qanun üzrə və ya vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələrdilər. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı işdə iddia tələbi təmin edilmədiyindən və qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
27. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları tətbiq edilməmişdir. Mülki-prosessual qanunvericiliyin tələbləri baxımından bu hal qətnamənin ləğv edilməsi üçün əsasdır.
28. İş materialları və tərəflərin birinci instansiya məhkəməsində işə baxılarkən verdikləri izahatları ilə müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsindəki 79/81 saylı ev ilkin olaraq X18 adına qeydiyyatdan keçmişdir. X41 (iddiaçının babası) və Rəcəbəli adlı iki oğlu olmuşdur. xx.xx.1958-ci il tarixli vərəsəlik haqqında şəhadətnaməyə əsasən Rəcəbəli Quliyevin vərəsələri – arvadı X16, övladları Ənvər, Əbülfəz və Dünya qızının hərəsinin adına evin 1/5 hissədən bir hissə mülkiyyətinə keçmiş, 4/5 hissə isə X18 adına qalmışdır. Orucəli Quliyevin (1973-cü ildə vəfat etmişdir) 7 övladı olmuş, onun yalnız iki oğlu – Cavabdeh3 və Ağababa (iddiaçının dayıları) evin 4/5 hissəsinə dair (hər birinə 4/5 hissədən bir hissə) xx.xx.1991-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin hissə dövlət reyestrində onların adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Ağababa Quliyevin vəfatından sonra onun payı hazırda qızı – cavabdeh X9 mülkiyyətindədir. İddiaçı dayısı X22 Quliyev ilə xx.xx.1996-cı ildə nikaha girədək həmin evə gəlin köçmüşdür.
29. Hazırki iş üzrə iddiaçının tələbi sözügedən evə vərəsəlik hüququnun tanınması, həmin evə vərəsəlik hüququ əsasında 1/14 payının müəyyən edilməsi, Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoru tərəfindən Vaqif və X3 verilmiş, Orucəli Quliyevin qanun üzrə vərəsələri olması haqqında xx.xx.1991-ci il tarixli şəhadətnamənin qismən – X14 çatan miras pay hissəsinin onlara verilməsi hissəsində etibarsız hesab edilməsi və həmin hissə əsasında daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydin ləğv edilməsi barədədir.
30. İddiaçı iddia edir ki, onun anası X20 (1987-ci ildə vəfat etmişdir) atası Orucəli Quliyevin vərəsəsi olmaqla mirası faktiki olaraq qəbul etmiş, iddiaçı da yeganə vərəsə olmaqla anasından qalan mirası faktiki olaraq qəbul etmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının babası və anası vəfat etdiyi vaxtlar qüvvədə olan mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələrdilər. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur.
32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə ilkin olaraq müəyyən edilməli olan hal iddiaçının anası Təyarə Quliyeva tərəfindən atası Orucəli Quliyev 1973-cü ildə vəfat etdikdən sonra mirası qəbul edib-etməməsidir. Bunun üçün Təyarə Quliyeva ya mirası faktiki surətdə idarə etməli, ya ona yiyələnməli, ya da ki, vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməli idi. O da qeyd edilməlidir ki, iddiaçı özü birbaşa babası Orucəli Quliyevin vərəsəsi ola bilməz, çünki babası vəfat edərkən anası sağ olmuşdur.
33. Lakin hazırki iş üzrə iddiaçı tərəfindən göstərilənlərlə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, habelə Təyarə Quliyeva tərəfindən 1973-cü ildən sonra özü vəfat etdiyi xx.xx.1987-ci il tarixinədək vərəsəliklə bağlı mübahisə açması müəyyən edilmir.
34. İddiaçının özünün bildirdiklərinə əsasən valideynləri 1969-cu ildə nikaha daxil olmuş və başqa ünvanda yaşamışlar, valideynləri təxminən 1973-cü ildə ayrılmış, iddiaçı özü də anası vəfat edən tarixədək onunla başqa ünvanda yaşamışdır.
35. O da qeyd edilməlidir ki, yuxarıda istinad olunan mülki qanunvericiliyin müddəalarına əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il təşkil edir və iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir.
36. Hazırki iş üzrə o da müəyyən edilir ki, iddiaçı tərəfindən qeyd olunan iddia müddəti də ötürülmüşdür. İddiaçı anası vəfat etdiyi vaxt yetkinlik yaşına çatmadığını bildirsə də, yetkinlik yaşına çatdıqdan (xx.xx.1988-ci il) sonra da uzun illər dövründə hər hansı iddia irəli sürməmiş, halbuki, bildirdiklərinə əsasən anası vəfat etdikdən sonra xalası (Orucəli Quliyevin digər vərəsəsi) ilə birgə yaşamış, 1996-cı ildə də miras qalmış evə gəlin köçmüşdür.
37. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya həmçinin qeyd edir ki, iddiaçı tərəfin istinad edilən Konstitusiya Məhkəməsi Plenumunun qərarı hazırda qüvvədə olan mülki qanunvericiliyin müddəaları ilə bağlı olmuş, həmin qərarda ifadə olunan hüquqi mövqeyin xx.xx.1965-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinə də tətbiq olunmalı olduğu qeyd edilməmişdir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 3610/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 5 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.