Məhkəmə qərarları › İş №2(103)-5159/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5159/2021

26.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5159/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Nəbiyeva Tahirə İlyas qızının iştirakı ilə, İddiaçı Nəbiyeva Tahirə İlyas qızının cavabdeh «xxxx» ASC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində) "müavinət tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-624/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Nəbiyeva Tahirə İlyas qızının cavabdeh "xxxx” ASC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01.01.2020-ci tarixindən 31.12.2020-ci il tarixinədək maaşının üçdə iki hissəsindən az olmayaraq hesablanaraq "xxxx” ASC-dən onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1990-cı ildən fasiləsiz olaraq "xxxx" ASC zavodunda işləyir. İşlədiyi müddətdə onun heç bir nöqsanları olmayıb. Zavod rəhbərliyi bəzi sexlərini icarəyə verərək mənfəət qazanır. İddiaçı özünündə orda səhm payı olduğunu, bugünə qədər səhmdar olaraq ona zavodun gəlirlərindən ayrılmamışdır. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Həmkarlar İttifaqları Təşkilatına kompensasiya ilə bağlı müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. İddiaçı 27.01.2020-ci il tarixinədək işlədiyini daha sonra ödənişsiz məzuniyyətə buraxıldığını bildirmişdir. İşlədiyi ayın maaşını ala bilməmiş, pandemiya dövründə də ona ödəniş olunmamışdır. Nərimanov Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx” ASC tərəfindən 01 yanvar 2020-ci il tarixdən - 27 yanvar 2020-ci il tarixədək, eləcə də 27 iyul 2020-ci il tarixdən - 31 dekabr 2020-ci il tarixədək əmək haqqının üçdə iki hissəsi miqdarı hesablanaraq Nəbiyeva Tahirə İlyas qızına ödənilməsi qət olunmuşdur. Qətnamədən «xxxx» ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnarr.ə qəbul edərkən nəyə istinad etdiyini, işin hansı hallarını əsas olaraq götürdüyünü vurğulamamış, birbaşa olaraq iddianın təmin edilməli olduğunu qeyd etmişdir. “xxxx” ASC-də səyyar vergi yoxlaması aparılmış, bunun nəticəsində 27.12.2019 tarixli Qərar qəbul olunmuşdur. Buna görə, müəssisənin fəaliyyətinin davam etdirilməsi mümkün olmamışdır. Müəssisə fəaliyyət göstərmədiyi üçün heç bir gəlir əldə etməmişdir və işçilərin əmək haqqını ödəmək üçün müəssisənin büdcəsində vəsait mövcud deyildir. Cavabdeh məqsədli və iradəvi şəkildə işçilərin vəsaitini ödəməkdən yayınmamışdır. Əgər bu, məqsəd olsa idi, qanuni olaraq işçilərin sayını, ştatları ixtisar edərək məqsədinə nail olardı. Əmək Məcəlləsinin 7C.b maddəsinə əsasən, işəgötürən işçilərlə əmək müqaviləsinə işçilərin sayı və ya ştatları ixtisar edərək ləğv edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi səbəbləri barədə məhkəməyə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissəsədən apellyasiya şikayəti vermişdir. Başqa sözlə, qətnamənin iddia tələbin təmin edilməməsi ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, "xxxx” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti Sədrinin 24 dekabr 2019-cu il tarixli 13 nömrəli "işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə” əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, idarə heyəti sədrinin əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin 25.12.2019-cu il tarixdən geri çağırılmasını əmr edilmişdir. "xxxx” ASC-nin İdarə Heyəti Sədrinin işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 27 yanvar 2020-ci il tarixli 01 saylı əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcələsinin 129-cu maddəsinin 2ci hissəsinə və kollektiv müqavilənin 4.10-cu maddəsinə əsas tutaraq aşağıda adları istisna olmaqla (Rəhbərlik: Hüseynova Arzu Əlihüseyn - idarə heyətinin sədr müavini, Hüsiyev Xosrov Hüsü - baş mühasib, Növbəli nəzarət sahəsi: Musayev Elxan Təbriz - rəis, Məmmədov Fərhad Qeybulla - nəzarətçi, İbadov Eyvaz Alı - nəzarətçi, Əliyev İlham Ağamuğlan - nəzarətçi) bütün işçi heyyəti 28.01.2020-ci il tarixdən 1 (bir) ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmaları, Xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti, öz hesabında məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onlarda ödənişsiz məzuniyyətdə hesab edilmələri əmr edilmişdir. 27.01.2020-ci il tarixli "xxxx” ASC-nin xəbərdarlığının surətinə əsasən şüşə qablar, karton qutuları və material anbarının qutu hazırlayanı işində işləyən Nəbiyeva Tahirə İlyas qızının 01.04.2020-ci il tarixindən Araq süzmə qutu hazırlayan iş yeri ixtisar olduğu üçün əmək müqaviləsinə 01.04.2020-ci il tarixindən xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş yerinin ixtisar olması ilə əlaqədar hər iş həftəsi əmək haqqı saxlanılmaqla iş axtarmağa görə 1 (bir) iş günü əmək funksiyasının icrasından azad edilir. "xxxx” ASC-nin İdarə Heyəti Sədrinin “işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə” 02 mart 2020-ci il tarixli, 03 saylı əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Səhmdar cəmiyyənin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq İdarə heyətinin 27.01.2020-ci il tarixli 01 saylı əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddəti 31 dekabr 2020-ci il tarixə kimi uzadılması əmr edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 15.01.2020-ci il tarixli Qətnaməsinin surətinə əsasən iddiaçı Nəbiyeva Tahirə İlyas qızının cavabdeh "xxxx” ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilərək, "xxxx" ASC tərəfindən 22.05.2019-cu il tarixdən 25.12.2019-cu il tarixədək əmək haqqının üçdə iki hissəsi miqdarının hesablanaraq Nəbiyeva Tahirə İlyas qızına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20.05.2020-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-560/2020 saylı, 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, “xxxx" ASC tərəfindən iddiaçı Nəbiyeva Tahirə İlyas qızına 22 noyabr 2019-cu il tarixdən 25 dekabr 2019-cu il tarixədək əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Nəbiyeva Tahirə İlyas qızı 1990cı il tarixdən "xxxx” ASC-də müxtəlif vəzifələrində işləmiş, müəyyən edilmişdir ki, işəgötürənin 27 yanvar 2020-ci il tarixli əmri ilə işçilərin 25.12.2019-cu il tarixdən geri çağırılmasını əmr edilmiş, 27 yanvar 2020-ci il tarixli əmri ilə 28.01.2020-ci il tarixdən 1 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, 02 mart 2020-ci il tarixli əmri ilə 27.01.2020ci il tarixli 01 saylı əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddəti 31 dekabr 2020- ci il tarixə kimi uzadılması əmr edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinin tələblərinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsində isə təsbit olunmuşdur ki, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsiməbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Kollegiya birinci instansiya mhəkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Cavabdeh tərəfindən 24 dekabr 2019-cu il tarixdə “işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə" əmr verilmiş, işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə əmrin verildiyi 27.01.2020-ci il tarixdən 6 ay müddətində yəni, 27.07.2020-ci il tarixədək ödənişsiz məzuniyyətin verilməsi qanuni olmuşdur. Həmin müddət başa çatdıqda işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə əmr verilməmiş, qanunla ödənişsiz məzuniyyətin verilmə müddətinin 27.07.2020-ci il tarixdə bitməsinə baxmayaraq həmin müddətin 6 aydan çox – 31.12.2020-ci il tarixədək uzadılması qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsininin 129.1 və 129.2-ci maddələrinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan, hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Əmək Məcəlləsinin 169.1 və 169.2-ci maddələrinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir, işçinin təqsiri üzündən boşdayanma vaıxtı ödənilmir. İş materiallarından görünür ki, 24 dekabr 2019-cu il tarixli 12 saylı əmrilə ödənişsiz məzuniyyətə buraxılmış işçilər geri çağırılmış, işçi əmək fəaliyyətini 27 yanvar 2020-ci il tarixədək davam etdirmiş, buna görə də birinci instansiya məhkəməsi əsaslı olaraq iddiaçının iddia tələbində 01.01.2020-ci il tarixdən tələb olunmasını nəzərə alaraq iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edir; belə ki, cavabdeh tərəfindən zavodun fəaliyyətinin dayandırılması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-624/2021 saylı, 03 mart 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar