Məhkəmə qərarları › İş №2(103)-5159/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5159/2024

16.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5159/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1na, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, və istifadə hüquqlarına xitam verilməsi, alğı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1na, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 164/2024 xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. ƏMDX DƏDKR publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,20 kv.m olan mənzil Cavabdeh2 tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2022-ci il tarixdə ********** №-li qeydiyyat aparılmışdır.

2. Cavabdeh2 tərəfindən Cavabdeh1na ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 hal-hazırda subay olduğunu, heç kimlə nikahda olmadığını və əmlakı əldə edərkən subay olduğunu, gələcəkdə bununla bağlı hər hansı bir iddia ortaya çıxarsa, məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir.

3. Cavabdeh3 tərəfindən Cavabdeh1na ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzilin özgəninkiləşdirilməsinə, satılmasına və bağışlanmasına etiraz etmədiyini bildirmişdir.

4. Cavabdeh4 tərəfindən Cavabdeh1na ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzilin özgəninkiləşdirilməsinə, satılmasına və bağışlanmasına etiraz etmədiyini bildirmişdir.

5. Cavabdeh1 təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Satıcı - Cavabdeh2 ilə Alıcı - İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin 93500 manat qiymətə satılması ilə bağlı razılığa gəlmişlər.

6. 14 dekabr 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Satıcı - Cavabdeh2, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,20 kv.m olan mənzili tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini Alıcı - İddiaçı mülkiyyətin verir. Daşınmaz əmlakın qiyməti 93500 manat müəyyən edilmişdir.

7. ƏMDX DƏDKR publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,20 kv.m olan mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2022-ci il tarixdə ********** №-li qeydiyyat aparılmışdır.

8. AR-nın DİN tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dur.

9. "xxxx" ASC Dostluq Filialının 14 dekabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı alqı-satqı müqaviləsi üzrə 93500 manat ödəniş etmişdir.

10. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı kart hesabına 1915 manat və 700 manat köçürülmüşdür.

11. X1 07 yanvar 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən 3 saylı mənzilin hazırki bazar qiyməti ilə təqribi dəyəri 230202,00 manat müəyyən edilir.

12. Əmlak Ekspert Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzilin 13 sentyabr 2023-cü il tarixinə bazar dəyəri 240 000 manat, likvid dəyəri 225 000 manat təşkil edir.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli 3-16-16/2-10/8378 №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzilin sənəd üzrə ümumi sahəsi 76.1 kv.m olmaqla hal-hazırki orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 146500,0 manat və texniki pasportda öz əksini tapmayan əlavə tikililər nəzərə alaraq bazar qiyməti təqribən 228000 manat məbləğində müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Midhət qızının, Cavabdeh3, Cavabdeh4 ünvan 1-ə olan istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılaraq mənzilin iddiaçıya təhvil verilməsi, ödənilmiş 100 (yüz) manat rüsum haqqının geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri Nərimanov rayonu Çernyayevski küçəsi ev 17 mənzil 3 ümumi sahəsi 43,2 kv.m olan sahəni 14 dekabr 2022ci il tarixdə Cavabdeh2 Midhət qızından Bakı şəhəri 54 saylı notariat ofisində alqı-satqı edərək almışdır. Cavabdeh2 Midhət qızı 14 mart 2023-cü İl tarixə kimi qeydiyyatdan çıxmağı evi təhvil verməyi və bütün kommunalları ödəməyi öz üzərinə götürmüşdür. Qeydiyyatda Cavabdeh3, Cavabdeh4 da vardır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də evi təhvil verməyib. Hətta ərazinin sahə müvəkkili də Cavabdeh2 xəbərdarlıq edib.

16. Eyni zamanda iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1na, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 54 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 14 dekabr 2022-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş mülkiyyət hüququna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətində olmuşdur. 14 dekabr 2022-ci il tarixdə iddiaçının oğlu Cavabdeh3 ona notariusa getməyini xahiş edərək, bir sıra sənədlərə imza etməyini xahiş etmişdir. Orada bilmişdir ki, oğlu Samir iş üzrə cavabdehin atası Böyükkişi Əliyevdən 55.000 ABŞ dolları məbləğində faizə pul almaq barədə onunla razılığa gəlmiş və cavabdehin atası pulun əvəzində ondan təminat istəmişdir. O da təminat olaraq Cavabdeh2 evini təklif etmişdir. Böyükkişi də bununla razılaşaraq evin girov qoyulması barədə notariusda müqavilə bağlamaq lazım olduğunu ona bildirmişdir. Onlar xx.xx.2022-ci il tarixdə 54 saylı notariat idarəsinə getmiş və orada sənədlər hazırlanmışdır. İddiaçıya həmin sənədlərə imza etməsini bildirmişlər. Sənədlərə imza edən zaman görmüşdür ki, orada mənzilin alğısatqısı yazılmış, buna etiraz edərək bildirmişdir ki, o, mənzili satmır, pulun əvəzində girov qoyur. Lakin bu zaman Samir bildirmişdir ki, narahat olmasın, sənədləşmə ancaq bu qaydada aparılır, imzalamasa pulu verməyəcək. O da məcbur qalıb həmin sənədlərə imza etmişdir. Böyükkişi oğluna ümumilikdə 55.000 ABŞ dolları məbləğində pulu faiz kimi vermiş, o həmin vaxtdan 3 ay, hər ay 2000 AZN olmaqla Böyükkişi Əliyevə faizləri ödəmiş, lakin sonradan maliyyə imkanları ilə bağlı işləri yaxşı getmədiyi üçün artıq faiz pulu ödəyə bilməmişdir, faktiki olaraq ona məxsus mənzillə bağlı cavabdeh İddiaçılə aralarında alğısatqı münasibətləri, onun mənzili satmaq fikri və belə bir iradəsi olmamışdır. Mənzili yalnız oğlu Samir pul qarşılığında girov qoymuşdur. Eyni zamanda alqı-satqı predmeti olmuş mənzil Bakı şəhəri Nərimanov rayonunun ən prestijli və bahalı yerində yerləşir. "Stalin" layihəli 4 mərtəbəli daş binanın 2- ci mərtəbəsində yerləşir. Mənzilin çıxarışında sahəsi 43.20 kv.m göstərilsə də, mənzilin hazırki ümumi sahəsi 132.3 kv.m təşkil edir, təmirli mənzildir. İddia ərizəsinə əlavə edilmiş ekspert rəyindən görünür ki, hələ 2021-ci ildə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə, həmin vaxt mənzili real bazar dəyəri ilə təqribi dəyəri 230.202.00 manat təşkil edir. Həmin müddətdən iki il keçməsini və mənzil bazarında qiymət artımını nəzərə alınsa, hazırda mənzilin dəyəri göstərilən qiymətdən yuxarıdır. Necə ola bilər ki, həmin mənzilin real qiyməti 250.000 manata yaxın olduğu halda, 93.500 manata satılsın. Mənzilin real bazar qiymətindən qat-qat aşağı satılması dediklərinin doğru olmasını bir daha isbat etmiş olur. Bundan başqa, mənzilin satılması heç bir zərurətdən və ehtiyacdan irəli gəlməmişdir.

18. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-211/2024 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin məhkəmənin icraatında olan 2(005)-2292/2023 (yeni qeydiyyat nömrəsi 2(005)-164/2024 ) nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilməsi, birləşdirilmiş iş üzrə 2(005)- 2292/2023 (yeni qeydiyyat nömrəsi 2(005)-164/2024 ) qeydiyyat nömrəsi saxlanılması qərara alınmışdır.

19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-164/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiasının təmin edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1na, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddiasının təmin edilməməsi,cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17 ünvanda yerləşən 3 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi,cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17 ünvanda yerləşən 3 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.

20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mənzilin alğı-satqısını girov niyyətilə həyata keçirilməsini təsdiq edən, oğlu və cavabdehin atası arasında telefon danışıqlarını əks etdirən səs yazıları, yazışmaların və şahidlərin olduğunu bildirsə də, həmin halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, qeyd olunan tərəflərin əsl niyyətinin aydınlaşdırılması, müqavilədəki iradə ifadələrinin həqiqi məzmunu, tərəflərin müqavilədən öncəki və sonrakı davranışları barədə məlumat verə biləcək hər hansı şahidin ifadə verməsi təmin edilməmiş, bundan başqa iddiaçının oğlu və cavadehin atası arasında olan yazışmaları, o cümlədən sonuncuların telefon danışıqları ilə bağlı səs yazılarını təqdim etməmişdir. Təqdim edilmiş yazışmalarda yalnız 1915 manat, 700 manat və 1000 manat məbləğində pulun Böyükkişi Əliyevin bank kartına köçürülməsi barədə ödəniş qəbzlərinin ekran görüntüləri müəyyən edilir. Lakin bu qəbzlərin əks olunduğu yazışmalarda hər hansı danışıqlar, yaxud faiz ödənişləri barədə müzakirələr əks olunmamış, həmçinin də həmin qəbzlər özü-özlüyündə 14 dekabr 2022-ci il tarixli alğısatqı müqaviləsinin yalan əqd olması barədə nəticəyə gəlinməsi üçün kifayətedici faktlar olmamışdır. Bundan əlavə iddiaçının qeyd etdiyi “oğlu və cavabdehin atası” arasında telefon danışıqlarını əks etdirən səs yazıları məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənilmiş, həmin yazıların cavabdehin atasına aid olmaması, yalnız iddiaçının oğlu Cavabdeh3 üçüncü şəxslərlə borc pulla bağlı danışıqlarının əks olunduğu müəyyən olunmuşdur. Yuxarıda sadalananları məcmu halda qiymətləndirib məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh2 cavabdehin atası ilə oğlu Cavabdeh3 arasında borc münasibətləri olduğuna istinad etsə də, bunu məhkəmədə sübut edə bilməmişdir. Beləliklə də məhkəməyə sübut qismində təqdim olunmuş ödəniş qəbzlərinin isə onlar arasında olan borcla bağlı olması müəyyən edilməmişdir. Məhkəmə iddiaçı Cavabdeh2 iddia tələbini əsaslandırarkən əmlakın qiymətinin aşağı olmasına istinad etməsinə münasibətdə qeyd edir ki, Cavabdeh1 təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən aydın olur ki, tərəflər arasında ünvan 1 ünvanında yerləşən mənzilin 93500 manat qiymətə satılması ilə bağlı razılıq əldə olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mənzilin dəyərinin aşağı qiymət müəyyən edilməsinin həmin müqavilənin əhəmiyyətsizliyini sübut edən hal olması ilə bağlı dəlilləri də əsassızdır. Belə ki, satılan əmlakın qiymətinin mövcud bazar qiymətlərindən daha aşağı və ya yuxarı olması həmin əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin etibarsızlığı üçün yeganə əsas ola bilməz. Göründüyü kimi, iddiaçı Cavabdeh2 öz iradə ifadəsini əks etdirərək alğı-satqı müqaviləsini bağlamış, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 əqdin etibarsızlığı tələbi sübuta yetirilmədiyindən, iddia tələbi təmin olunmamalıdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17 ünvanda yerləşən 3 saylı mənzil İddiaçı mülkiyyətindədir O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Bundan başqa məhkəmə, cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi hissəsində də iddianı əsaslı hesab edir. Belə ki, tərəflər arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinin 13cü bəndindən göründüyü kimi, “Satıcı” Cavabdeh2 xx.xx.2023-cü il tarixinədək mənzildən qeydiyyatdan çıxmağı öhdəlik götürmüşdür. Məhkəmə, yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” tələbi əsaslıdır və təmin olunmalı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17 ünvanda yerləşən 3 saylı mənzildən istifadə hüquqlarına xitam verilməli, həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq birinci iş üzrə İddiaçı təhvil verilməlidir.

21. Məhkəmə mövqeyini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il Qərarı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1,157.2,157.4,157.6,337.1,337.2,337.3,337.4, 337.5, 340.1,340.2, 339.6, 354 .1,354.2,390.1,390.3, 390.5,Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1,14.1,216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, № 2(005)-164/2024 saylı qətnaməsinin ləğv edilərək, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” hissəsində rədd edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1na, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair hissəsində təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, iddiaçı mənzilin alqı-satqısını girov niyyətilə həyata keçirilməsini təsdiq edən, oğlu və cavabdehin atası arasında telefon danışıqlarını əks etdirən səs yazıları, yazışmaların və şahidlərin olduğunu bildirsə də, həmin halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, iş materiallarında iddiaçının oğlu ilə cavabdehin atasını tanış edən şəxslər arasındakı telefon danışıqlarını əks etdirən diski məhkəməyə təqdim etmişdirlər, həmin danışıqlardan həqiqətən müəyyən edilir ki, tərəflər arasında faiz pul münasibətləri olmuş, qeyd edilən mənzilin alqı-satqısının həyata keçirilməsi formal olmuş və əsas məqsəd götürülən faiz pula münasibətdə mənzilin girov qoyulması olmuşdur. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş yazışmalarda yalnız 1915 manat, 700 manat və 1000 manat məbləğində pulun Böyükkişi Əliyevin bank kartına köçürülməsi barədə ödəniş qəbzlərinin ekran görüntüləri müəyyən edilir. Lakin bu qəbzlərin əks olunduğu yazışmalarda hər hansı danışıqlar, yaxud faiz ödənişləri barədə müzakirələr əks olunmamış, həmçinin də həmin qəbzlər özü-özlüyündə 14 dekabr 2022-ci il tarixli alğısatqı müqaviləsinin yalan əqd olması barədə nəticəyə gəlinməsi üçün kifayətedici faktlar olmamışdır. Bununla bağlı bildirilməlidir ki, Böyükkişi Əliyevin bank kartlarına ödənişlərinin faiz ödəmələri kimi qəbul etməyən məhkəmə, həmin ödənişlərin hansı məqsədlə edildiyini də müəyyən etməmişdir. Halbuki, bunların müəyyən edilməsi iş üçün çox əhəmiyyətli idi. Bir şeyi də nəzərinizə çatdırır ki, cavabdehin atası İlkin məhkəmə iclaslarında ödənişlərin edilməsinin məqsədi barədə bir birinə zidd cavablar vermişdir. Digər tərəfdən iddiaçının oğlu ilə digər şəxslər arasında telefon danışıqlarını əks etdirən səs yazıları barədə məhkəmənin qənaəti ilə razılaşmır. Belə ki, məhkəmə həmin yazıların cavabdehin atasına aid olmaması, yalnız iddiaçının oğlu Cavabdeh3 üçüncü şəxslərlə borc pulla bağlı danışıqlarının əks olunduğu qənaətindədir. Lakin, məhkəmənin nəzərinə çatdırır ki, həmin şəxslər faiz pulun götürülməsində vasitəçilik edən şəxslərdir. Dinləmələrdən dəqiq müəyyən edilir ki, həmin şəxslər iddiaçının oğlu və cavabdehin atası ilə aralarında olan faiz puldan danışırlar və həqiqətən evin alqı-satqısının edilməsində, məqsəd götürülmüş fazi pula görə girov məqsədi daşıyır. Göründüyü kimi, danışılardan həmin müqavilənin əslində “girov” müqaviləsi niyyəti ilə bağlandığını, mənzili satmaq fikri olmadığını, onun həqiqi iradə ifadəsinin əks olunmadığı aydın görünür. Bundan başqa məhkəmə satılan əmlakın qiymətinin mövcud bazar qiymətlərindən daha aşağı və ya yuxarı olması həmin əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin etibarsızlığı üçün yeganə əsas ola bilməməsini göstərir. Bununla bağlı bilidirir ki, X1 07 yanvar 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən 3saylı mənzilin hazırki bazar qiyməti ilə təqribi dəyəri 230202,00 manat müəyyən edilir. Əmlak Ekspert Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzilin 13 sentyabr 2023-cü il tarixinə bazar dəyəri 240 000 manat, likvid dəyəri 225000 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli 3-16- 16/2-10/8378 №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzilin sənəd üzrə ümumi sahəsi 76.1 kv.m olmaqla hal-hazırki orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 146500,0 manat və texniki pasportda öz əksini tapmayan əlavə tikililər nəzərə alaraq bazar qiyməti təqribən 228000 manat məbləğində müəyyən edilir. Göründüyü kimi 3 ekspert rəyindən görünür ki, mənzilin müqavilədə göstərilən alış qiyməti ilə ekspertlərin müəyyən etdiyi bazar qiyməti arasında əhəmiyyətli dərəcədə fərq var. Belə demək olarsa 3 dəfə aşağı qiymətə satılması müşahidə olunur ki, həqiqətən bu qiymətə həmin mənzilin alınması real görünmür. Bundan başqa iddia ərizəsində göstərdiyi kimi, iddiaçının oğlu ilə cavabdehin atası arasında olan faiz borc 55.000 dollar civarında olmuşdur ki, onu da manata çevirəndə mənzilin müqavilədə göstərilən satış qiyməti olan 93.500 manatla üst-üstə düşür. Bu o deməkdir ki, iddiaçının arqumentləri əsaslıdır. Göstərilən halların elə özü onu deməyə əsas verir ki, həqiqətən evin alqı-satqısı formal olmuş və girovun təminatı olaraq bağlanmışdır. Göstərilənlərə əsasən, iddiaçının oğlu ilə cavabdehin atasının arasında faiz pul münasibətlərin olması ilə bağlı hər hansı mötəbər sübutun təqdim edilməməsi ilə bağlı məhkəmənin mövqeyi absurddur. Bu qədər legitim sübut olmasına baxmayaraq məhkəmə heç birini qəbul etməmişdir. Məhkəmə tərəflər arasındakı münasibətlərin həqiqi xarakterini nəzərə almamışdır. Hazırda həmin şəxslərin çıxarılması ilə bağlı əsaslar olmadığından, “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi”tələbinə dair iddiası təmin edilə bilməz. Eyni zamanda Cavabdeh4 məhkəmədə iştirakı təmin edilmədən onun istifadə hüquqlarına xitam verilməsi qanunsuz olmuşdur.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

25. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 çıxış edərək bildirir ki, tərəflər arasında alğı-satqı olmayıb.Niyyətləri o olmayıb. Girovun təminatı olaraq ev satılıb.Ofeliyanın evi satmaq niyyəti olmayıb. İş materiallarında kifayət qədər sübutlar var. Qəbzlər, səs yazmalar təqdim edilib. Məhkəmə qeyd edib ki,kifayət qədər sübutlar təqdim edilməyib. İddiaçının oğlu ilə cavabdehin atasını tanış edən şəxslər olub, telefon danışıqlarını əks etdirən səs yazmaları məhkəməyə təqdim etmişlər.Qarşı tərəf evin yerini heç tanımır. Ekspert rəyi nəzərə alınmayıb. Vahid əmlakdır. İddiaçı alğı-satqı müqaviləsini Cavabdeh3 faiz pulun müqabilində cavabdehin atasına borcun təminatı olaraq girov niyyəti ilə bağlanılıb. Samir anasına bildirib ki, başqa cür faizə pul verilmir, cavabeh də razılaşıb. Ev 4 otaqlıdır, genişdir, dəyəri 200.000 manatdan çoxdur. Bununla bağlı ekspert rəyləri də var. Mənzil Nərimanov rayonu ərazisində yerləşir. Həmin ərazidə ən bahalı yerlərdən biri sayılır. Evin dəyəri təqribi 260.000 manat təşkil edir. Tərəflər arasında yazışmalar və qəbzlər var. Cavabdehin ödədiyi pul kirayə ödənişi olmayıb, əgər elədirsə bunu sübut etməlidirlər. Faiz borcunun təminatı olaraq ev girov qoyulub. Praktikada belə hallara rast gəlinir.Tərəflər arasında faiz münasibətləri olub. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

26. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 çıxış edərək bildirir ki, Tərəflər arasında girov münasibətləri olmayıb. Əgər elə olsa idi o zaman girov müqaviləsi bağlanmalı idi.Samir İİ kurs tələbəsi olsa da qanunvericiliyə əsasən faəliyyət qabiliyyətli şəxs hesab olunur. Heç bir hədə-qorxu olmayıb. Cavabdeh də müqaviləni təkid olmadan imzalayıb. Ekspert rəyində hazırkı dövr üçün mənzilin dəyəri hesablanıb. Səs yazmalarda 2 nəfər söhbət edir orada iddiaçının adı çəkilmir, kimin-kiminlə danışdığı bilinmir. Əgər cavabdeh aldadılıb müqaviləni imzalamışdırsa o zaman mənzilin boşaldılması barədə iddia qaldırmamışdan əvvəl bu halı bildirməli idi. Cavabdeh xahiş edib ki, müddət verilsin, evdən çıxacaqlar.İddiaçı müddət verdi, amma onlar məznildən çıxmadılar. Orada cavabdehlər kirayə pulu vermədən yaşayıblar.məqsədləri də budur. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. - Maklerlə danışılıb, evi iddiaçı bəyənib və alıb. İddiaçı həmin evi yaşayış üçün ev almayıb. Başqa evləri də var, Onları kirayəyə və s. verir. İddiaçı evi alıb, ekspert rəyi həmin zaman üçün 228.000 manat müəyyən edilib.Amma ev daha əvvəl alınıb.

Tətbiq edilən hüquq normaları:

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

Apellyasiya baxışının hədləri

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Midhət qızının, Cavabdeh3, Cavabdeh4 ünvan 1-ə olan istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılaraq mənzilin iddiaçıya təhvil verilməsini,eyni zamanda iddiaçı Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 54 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 14 dekabr 2022ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş mülkiyyət hüququna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir.

33. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı arasında bağlanılmış 14 dekabr 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsində qeyd olunub ki, satıcı - Cavabdeh2, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,20 kv.m olan mənzili tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini alıcı - İddiaçı 93500 manat dəyərində satmışdır.

34. ƏMDX DƏDKR publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,20 kv.m olan mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir.

35. İş materiallarında olan notariat işindən görünür ki,93500 manat depozit ödənilmişdir. "xxxx" ASC Dostluq Filialının 14 dekabr 2022-ci il tarixli ödəniş qəbzi İddiaçı alğı-satqı müqaviləsi üzrə 93500 manat ödəniş etməsi bunu sübuta yetirir.

36. Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1na ünvanlanan ərizə təqdim etmişdirlər ki,evin satılmasına razıdırlar.

37. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli 3-16-16/2-10/8378 №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzilin sənəd üzrə ümumi sahəsi 76.1 kv.m olmaqla hal-hazırki orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 146500,0 manat və texniki pasportda öz əksini tapmayan əlavə tikililər nəzərə alaraq bazar qiyməti təqribən 228000 manat məbləğində müəyyən edilir.

38. Lakin tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi notarial qaydada müqavilə bağlanarkən məhz mülkiyyətdə ola sahə, yəni ümumi sahəsi 43,20 kv.m olan mənzil İddiaçı 93500 manata satılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, əlavə tiktililərlə birlikdə mənzilin bazar dəyərinin artıq olması tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas təşkil etmir.

39. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılşaraq qeyd edir ki, Cavabdeh2 müqavilənin alğı satqı niyyəti ilə deyil, aralarında olan borc münasibətlərinin təminatı olaraq bağlanmasını sübut edə bilməmişdir.

40. Cavabdeh2 nümayəndə və vəkili sübut kimi təqdim etdikləri səs yazısına istinad edir. İlk növbədə qeyd edilməlidir ki, səs yazısı tədqiq edilərkən müəyyən edildi ki, telefon danışıqları mübahisə predmeti olan müqavilənin tərəfləri arasında olan danışıqlar deyildir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi etibarlı əqddir. Cavabdeh2 mənzili satmasına baxmayaraq o və onun ailə üzvü olan digər cavabdehlər əsassız olaraq mübahisə predmeti olan mənzildə qeydiyyatda qalaraq mənzildə yaşayırlar.

42. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-164/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar