Məhkəmə qərarları › İş №2(103)-5160/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5160/2019

18.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5160/2019 18.06.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, Şərafət Asif qızı Məmmədovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi İddiaçı və vəkili X6 iştirakı ilə İddiaçı cavabdeh X1rşı “Zəmanət məktubunun, zaminlik müqaviləsinin və təsisçilərin ümumi yığıncağının protokolunun etibarsız hesab olunması haqqında” barədə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-4592/2019 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X1rşı «zəmanət məktubunun, zaminlik müqaviləsinin və təsisçilərin ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2018-ci il tarixdə kuryer vasitəsilə iddiaçıya X2 kreditlərin idarə edilməsi üzrə səlahiyyətli şəxsi Səməd Novruzov tərəfindən imzalanmış “kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair” bildiriş daxil olmuşdur. Bildiriş iddiaçıya bu günlərdə daxil olsa da, onun göndərilmə tarixi kimi xx.xx.2017-ci il göstərilmişdir. Bildirişdə qeyd olunmuşdur ki, ləğvetmə prosesində olan QSC “xxxxxxxxxxxxx” KB ilə “xxxxxxxxxxxx” MMC arasında xx.xx.2014cü il tarixdə 1xx/xx/3502/14 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən “xxxxxxxxxxxx” MMC-yə illik 15 faiz ödənilməsi şərtilə 36 ay müddətinə ******* ABŞ dolları məbləğində və xx xxxx 2016-cı il tarixli 01 saylı əlavə sazişə əsasən əlavə daha 63.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə müxtəlif şəxslərlə ipoteka müqavilələri bağlanılmaqla yanaşı, guya X9 və iddiaçı ilə bank arasında 1xx/xx/3502/14 saylı zaminlik müqaviləsi və həmin zaminlik müqaviləsinə xx xxxx 2016-cı il tarixli 01 saylı əlavə saziş bağlanmışdır. Sonra digər şəxslərlə yanaşı iddiaçıya da sözügedən müqavilələrlə bağlı yaranmış 1.781.272,64 ABŞ dolları məbləğində borcun Banka qaytarılmasının təmin edilməsi təklif olunmuşdur. İddiaçının sözügedən müqavilələrdən xəbərinin olmaması onu təəccübləndirdi. “xxxxxxxxxxxxx” KB-nın lisenziyasının Mərkəzi Bank tərəfindən geri alındığını iddiaçı bildiyi üçün dərhal həmin bankın keçmiş işçisi kimi tanıdığı, hazırda başqa bankda çalışan şəxsə ona məsələnin aydınlaşdırılması üçün kömək edilməsini xahiş etdi. Sonradan iddiaçıya məlum olmuşdur ki, zaminlik müqaviləsində və xx.xx.2016cı il tarixli zaminlik məktubunda iddiaçının adından kimsə imza etmiş, zaminlik məktubundakı “İddiaçı” və “yuxarıda yazılanların mahiyyətini başa düşürəm və nəticəsini qəbul edirəm. Öz imzamla təsdiq edirəm” məzmunlu mətnlər də başqa şəxs tərəfindən icra edilmişdir. İddiaçı “xxxxxxxxxxxx” MMC-nin vətəndaş X9 ilə birgə təsisçisidir. Lakin qeyd edilən kredit və zaminlik müqavilələri iddiaçının məlumatı olmadan bağlanmışdır. İddiaçıya verilən sənədlərdən biri də “xxxxxxxxxxxx” MMC-nin təsisçilərinin xx.xx.2016-cı il tarixli, 10/12 saylı protokoludur. Həmin protokolda da iddiaçının adından kimsə başqa şəxs imza etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-4592/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, “xxxxxxxxxxxx” MMC-nin X4 xx.xx.2016-cı il tarixli protokolu, QSC “xxxxxxxxxxxxx” KB-na ünvanlanmış xx.xx.2016-cı il tarixli bəyanat və zəmanət məktubu və QSC “xxxxxxxxxxxxx” KB ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 1xx/xx/3502/14 saylı zaminlik müqaviləsi etibarsız hesab edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X5 apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı QSC “xxxxxxxxxxxxx” KB-yə xx xxxx 2016-cı il tarixində bəyanat və zəmanət məktubu ünvanlamış, həmin məktubda qeyd etmişdir ki, o, zaminlik müqaviləsinin rəsmiləşdirilməsi zamanı heç kəsin təsiri və təzyiqi altında olmadığına görə öz şüuru və iradəsi ilə hərəkət etdiyinə, zaminlik müqaviləsində müəyyən edilmiş qaydada öz üzərinə götürdüyünə, kreditin və ona hesablanacaq faizlərin kredit müqaviləsində göstərilmiş qaydada və müddətdə qaytarılmalı qaydada cinayət, mülki və digər məsuliyyət daşıyacağını dərk etdiyinə, kreditin alınması ilə bağlı banka verdiyi bütün məlumatlar və sənədlərin doğru və həqiqi olması və bunun üçün şəxsən özünün məsuliyyət daşıdığına bəyanat və zəmanət verir. Bundan başqa, kreditor QSC “xxxxxxxxxxxxx” KB ilə borcalan “xxxxxxxxxxxx” MMC zaminlər Səttarov Muxtar və X7 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 1xx/xx/3502/14 saylı zaminlik müqaviləsi əsasında bank “xxxxxxxxxxxx” MMC-yə 36 ay müddətinə illim 15% olmaqla ******* ABŞ dolları məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinə əsasən Səttarov Muxtar və İddiaçı “xxxxxxxxxxxx” MMC-yə zamin durmuşlar. Bundan əlavə, QSC “xxxxxxxxxxxxx” KB ilə borcalan “xxxxxxxxxxxx” MMC, zaminlər Səttarov Muxtar və İddiaçı arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 1xx/xx/3502/14 saylı zaminlik müqaviləsinə və 01 saylı əlavədən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin 1.1-ci yarımbəndində dəyişiklik edilərək, kreditin müddəti xx.xx.2022-ci ilədək müəyyən edilmişdir. Bütün yuxarıda qeyd olunan sənədlərə baxmayaraq Nəsimi Rayon Məhkəməsi xətşünaslıq ekspertizasının keçirilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin eksperti həmin sənədlərdəki imzanın həqiqətən də iddiaçıya məxsus olub olmamasını yoxlamaq üçün yalnız məhkəmədə təqdim olunan iddiaçının eksperimental imza nümunələrinə əsaslanaraq nəticə çıxarmışdır ki, mübahisələndirilən sənədlərdə imza iddiaçıya məxsus deyil. Ekspertin tədqiqatı obyektiv araşdırılmamışdır. Belə ki, tədqiqatın obyektiv aparılması üçün ekserimental imza nümunələri ilə yanaşı sərbəst imza nümunələri də götürülüb tədqiq olunmalı idi. İddiaçı və vəkili X8 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını, sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-4592/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan təsisçilər X9 və İddiaçı tərəfindən tərtib edilmiş “xxxxxxxxxxxx” MMC-nin X4 10/12 saylı, xx.xx.2016-cı il tarixli protokolundan görünür ki, cəmiyyətə ayrılmış 1xx/xx/3502 14 saylı, xx.xx.2014-cü il tarixli 36 ay müddətinə bağlanmış kredit müqaviləsi üzrə təqdim edilmiş 1.912.300.00 ABŞ dolları məbləğində kredit müqaviləsinə əsasən 1.501.759,46 ABŞ dolları məbləğində əsas borcun qalığı və hesablanmış faizlərin kapitalizasiya olunaraq restrukturizasiya edilməsi və kredit müqaviləsinin müddətinin xx.xx.2017-ci il tarixdən etibarən 60 (altmış) ay uzadılması ilə əlaqədar QSC «xxxxxxxxxxxxx» KB-nın «Korporativ» filialına müraciət olunması qərara alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən QSC “xxxxxxxxxxxxx” KB-ya ünvanlanmış xx.xx.2016-cı il tarixli bəyanat və zəmanət məktubundan görünür ki, o, zaminlik müqaviləsinin rəsmiləşdirilməsi zamanı heç kəsin təsiri və təzyiqi altında olmadığına, öz şüuru ilə hərəkət etdiyinə, zaminlik müqaviləsində göstərilən şəxsin kredit öhdəliklərinin icrasını zaminlik müqaviləsində müəyyənedilmiş qaydada öz üzərinə götürdüyünə, kreditin və ona hesablanacaq faizlərin kredit müqaviləsində göstərilmiş qaydada və müddətdə qaytarılmalı olduğunu dərk etdiyinə, kreditin qaytarılmaması halında qanunvericiliklə müəyyən edilmiş qaydada cinayət, mülki və digər məsuliyyət daşıyacağını dərk etdiyinə, kreditin alınması ilə bağlı banka verdiyi bütün məlumatlar və sənədlərin doğru və həqiqi olması və bunun üçün şəxsən özünün məsuliyyət daşıdığına bəyanat və zəmanət vermişdir. İş materiallarında olan kreditor QSC “xxxxxxxxxxxxx” KB ilə borcalan “xxxxxxxxxxxx” MMC, zaminlər X9 və İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/3502/14 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, bank “xxxxxxxxxxxx” MMC-yə 36 ay müddətinə, illik 15% olmaqla 1.912.300 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinə əsasən X9 və İddiaçı borcalan “xxxxxxxxxxxx” MMCyə zamin durmuşlar. İş materiallarında olan kreditor QSC “xxxxxxxxxxxxx” KB ilə borcalan “xxxxxxxxxxxx” MMC, zaminlər X9 və İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 1xx/xx/3502/14 saylı zaminlik müqaviləsinə 01 saylı əlavədən görünür ki, xx.xx.2014-cü il tarixli, 1xx/xx/3502/14 saylı kredit müqaviləsinin 1-ci bəndinin 1.1-ci yarım bəndinə dəyişiklik edilərək, kreditin müddəti xx.xx.2022-ci ilədək 1.564.759,46 ABŞ dolları müəyyən edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26583 №-li, xx xxxxxx 2018-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 70-72-ci vərəqələrində olan “xxxxxxxxxxxxx” QSC KB ilə İddiaçı adına olan xx xxxxxx 2014- cü il tarixli, 1xx/xx/3502/14 saylı zaminlik müqaviləsinin 1-ci və 2-ci vərəqələrin aşağı sağ küncüdə olan və 3-cü vərəqin aşağı sol küncündə “ZAMİN İddiaçı” qrafasında, 69-cu vərəqdə olan xx xxxxxx 2014-cü il tarixli, 1xx/xx/3502/14 saylı zaminlik müqaviləsinə xx xxxx 2016-cı il tarixli, 01 saylı əlavə sazişdə “ZAMİN İddiaçı” qrafasında, 67-ci vərəqədə olan “xxxxxxxxxxxx” MMC- nin X4 xx xxxx 2016-cı il tarixli, 10/12 saylı protokolunda “Təsisçi İddiaçı” qrafasındakı, həmçinin 68-ci vərəqədə olan QSC “xxxxxxxxxxxxx” KB-yə ünvanlanmış xx xxxx 2016-cı il tarixli bəyanat və zəmanət məktubundakı “İmza” qrafasındakı və həmin bəyanat və zəmanət məktubundakı “İddiaçı”, “Yuxarıda yazılanların mahiyyətini başa düşürəm və nəticələrini qəbul edirəm və bunu öz imzamla təsdiq edirəm” yazıları və imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 124 (bir yüz iyirmi dörd) manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəməxətşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, mübahisələndirilən “xxxxxxxxxxxx” MMC-nin X4 xx.xx.2016-cı il tarixli protokolu, QSC “xxxxxxxxxxxxx” KB-na ünvanlanmış xx.xx.2016-cı il tarixli bəyanat və zəmanət məktubu və QSC “xxxxxxxxxxxxx” KB ilə iddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 1xx/xx/3502/14 saylı zaminlik müqaviləsinin üzərindəki imza həqiqətən də İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Göründüyü kimi “xxxxxxxxxxxx” MMC-nin X4 xx.xx.2016-cı il tarixli protokolu, QSC “xxxxxxxxxxxxx” KB-na ünvanlanmış xx.xx.2016-cı il tarixli bəyanat və zəmanət məktubu və QSC “xxxxxxxxxxxxx” KB ilə iddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 1xx/xx/3502/14 saylı zaminlik müqaviləsinin bağlanması zamanı lazımi subyektin iştirakı şərti pozulmuş və qeyd olunan sənədlər qüvvədə olan mülki qanunvericiliklə müəyyən olunmuş şərtlərin pozulması ilə hazırlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi əsaslı olmuşdur və əsaslı olaraq aşağıdakı hüquq normaları tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin329.1 və 329.2-cimaddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Göstərilən Məcəllənin 337.3-cümaddəsinintələbinəəsasənəhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» xx xxxxx 2004-cü il tarixli qərarında qeyd etmişdir ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4-cü maddələri). Apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlili ekspert rəyinin obyektiv aparılmamasından ibarətdir. Apellyator qeyd etmişdir ki, yalnız məhkəmədə təqdim olunan iddiaçının eksperimental imza nümunələrinə əsaslanaraq nəticə çıxarmışdır ki, mübahisələndirilən sənədlərdə imza iddiaçıya məxsus deyil. Tədqiqatın obyektiv aparılması üçün ekserimental imza nümunələri ilə yanaşı sərbəst imza nümunələri də götürülüb tədqiq olunmalı idi. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin ekspert rəyi ilə razılaşmaması onun əsassız olmasına dəlalət etmir. Ekspert rəyi məhkəmədə tədqiq edilən sübut növlərindən biridir. İş materiallarının içərisində iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi də Ekspertiza Mərkəzinə təqdim edilmiş və tədqiq edilmişdir. (səh 55)bundan başqa, iddiaçının hzırki iş üzrə şəxsən imzaladığı məhkəmə bildirişləri də sərbəst imza nümunəsi kimi nəzərə alınmışdır (səh 44). Həmçinin, məhkəməyə təqdim edilmiş iddia ərizəsində, etibarnamədə olan imza və s. sənədlərdə olan imzalar da sərbəst imza nümunəsi kimi tədqiq edilmişdir( səh 4, səh 13) Yəni, göründüyü kimi Ekspertiza Mərkəzinə kifayət qədər sərbəst imza nümunələri təqdim edilmiş, ekspert bununla kifayətlənmişdir. Tədqiqat üçün əlavə sərbəst imza nümunələrinin təqdim edilməsi zərurəti yaranacağı təqdirdə ekspert müvafiq vəsatətlə məhkəməyə müraciət edə bilərdi. Belə vəsatət isə olmamışdır. Cavabdeh rəylə razılaşmadığı halda özünün şəxsə sərbəst imza nümunələrini təqdim etmək imkanı olmuş, lakin belə sənədlərin təqdim olunmasını təmin etməmişdir. Məhkəmə isə işin araşdırılmış halları baxımından təkrar və ya əlavə etkspertiza keçirilməsinə lüzum olmaması nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)- 4592/2019 saylı qətnaməsi cavabdeh X3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Vüqar Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar