Məhkəmə qərarları › İş №2(103)-5161/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5161/2020

11.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5161/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, Cavabdeh28-nın nümayəndəsi Kərimov Neman Söhrab oğlu, Cavabdehlər Cavabdeh15, X7, X3, Cavabdeh Muxtarov X12 və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-9232/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh10 tərəfindən verilən apellyasiya şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Yasamal Rayon İcra Hakimiyyəti Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və M.H.ünvan 1 və 7 ünvanına yerləşən mənzillərin sahibləri Cavabdeh6, Cavabdeh9, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15 Hüseyin oğlu, Cavabdeh20, Cavabdeh26, ünvan 2 ünvanında yerləşən mənzillərin sahibləri X4, Bakı şəhəri, C.Cabbarlı küçəsi 37, 39 ünvanında yerləşən mənzillərin sahibləri Muxtarov X12, X2 yaşayış sahələrinin qarşılıqlı əvəzi kimi həmin ünvanda tikiləcək yeni binalarda sökülən mənzillərin ahəsinin 20%-dən artıq sahəsi olan orta təmirli mənzillərlə təmin edilənədək yaxın ərazidə müvəqqəti kirayə qalmalarına görə hər mənzil üçün 300 manat kirayə haqqının Cavabdeh28 tərəfindən cavabdehlərə ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir (İddia ərizəsi dəqiqləşdirilmişdir). Cavabdeh26 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Yasamal Rayon İcra Hakimiyyətinə qarşı özünə məxsus evə görə pul məbləğinin və kompensasiyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-9232/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmişdir, qarşılıqlı iddia isə təmin edilməmişdir. Qətnamə qanunla müəyyən edilmiş qaydada və müddətdə icra edilməsi üçün müvafiq İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh10 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh10 izahat verərək bildirdi ki, birinci instansiya məhkəməsinin iclasının keçirilməsi ilə bağlı heç bir məlumatı olmamış, onun iştirakı təmin olunmamışdır. Əlavə olaraq, o qeyd etdi ki, Cavabdeh28 tərəfindən ona hər hansı vəsait ödənilməmişdir, icra hakimiyyyətinin onun mülkiyyətinin sökülməsi ilə bağlı iddia vermək hüququ yoxdur. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın ona aid hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh10 nümayəndəsi və vəkili C.Cəfərov apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, hazırkı iş üzrə iddiaçı Yasamal Rayon İcra Hakimiyyətidir. İddiaçı cavabdeh “xxxxxxx” MTK ilə aralarında olan xx.xx.2016-cı il tarixli müqaviləyə əsaslanmışdır. Belə olan halda aydın olur ki, İcra Hakimiyyətinin vətəndaşların xüsusi mülkiyyətində olan obyektlərin sökülməsi ilə bağlı subyektiv hüququ olmamışdır. İddia ərizəsində də iddiaçı hansı hüquqlarının pozulmasını göstərə bilməmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin Cavabdeh10 aid hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh28-nın nümayəndəsi N.Kərimov apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, Cavabdeh10 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmamasına dair apellyasiya şikayətinin dəlili əsasssızdır, belə ki, onun qeydiyyatda olduğu ünvana məhkəmə bildirişləri göndərilmiş, məhkəmə iclasları barədə onun məlumatının olmaması barədə deyilənlər həqiqətə uyğun deyildir. Belə ki, cavabdehin mülkiyyətində olan, Bakı şəhəri, C.Cabbarlı küçəsi 39 ünvanında yerləşən sahəsi 24,4 kv.m olan iki otaqlı mənzildə onun qohumları yaşayıb və onlara indiyədək Cavabdeh10 razılığı və göstərişi əsasında MTK tərəfindən kirayə haqqının əvəzi olaraq 30.000 manatdan çox pul ödənilib. Bundan başqa, o bildirdi ki, apellyasiya şikayəti iddiaçının subyektiv hüququnun olmaması ilə əsaslandırılmışdır, lakin hazırkı mülki iş üzrə rayon məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsindən digər cavabdehlər apellyasiya şikayəti vermiş, onların şikayətləri apellyasiya və daha sonra, kassasiya qaydasında yoxlanılmış və yekun məhkəmə aktı öz qüvvəsini almışdır, apellyasiya şikayəti işi yubatmaq məqsədilə verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən də məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verildiyindən apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Göstərilənlərə əsasən, hazırkı apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh15, X7, X3 ayrı-ayrılıqda apellyasiya şikayəti üzrə yekun məhkəmə qərarını Kollegiyanın mülahizəsinə buraxdıqlarını bildirdilər. Hazırkı məsələyə məhkəmə kollegiyasının iclasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Belə olan halda Məkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, proses iştirakçılarının fikirlərini dinləyib, apellyasiya şikayətini nəzərdən keçirərək belə hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-9232/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh26, S.Xələfova, Cavabdeh15, Cavabdeh14, D.Yəhyazadə tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1515/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, cavabdehlər Cavabdeh26, Cavabdeh15 həmin qətnamədən kassasiya şikayəti vermiş, şikayətlər Azərbaycan Republikası Ali Məhkəməsinin 2(102)-3442/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Yasamal Rayon Məhkəməsinin 2(004)- 9232/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli icra vərəqəsinə əsasən iş icraya yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadında gəlinən nəticəyə əsasən məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366.1-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə ki, apellyasiya şikayəti iddiaçının subyektiv hüququnun olmaması ilə əsaslandırılmışdır. Bununla bağlı Kollegiya qeyd edir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 9232/2016 saylı, xx xxxxxxx 2016-cı il qətnaməsi iddiaçının subyektiv hüququ ilə bağlı hissədə apellyasiya qaydasında bir dəfə yoxlanıldığından və Azərbaycan Respublikası Ali Məhkəməsinin 04/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadının tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh10 tərəfindən verilən apellyasiya şikayəti qanunverciliyin tələblərinə uyğun olmadığından (apellyasiya şikayəti məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verildiyindən) və hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan qeyri-mümkün hesab edilməlidir. MPM-in tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.1, 366.2, 366.3.). İstinad olunan normanın mahiyyətindən də bəlli olur ki, hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, və 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Muxtarov X10 Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-9232/2016 saylı, xx xxxxxxx 2016-cı il qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar