Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5161/2025 29.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbinə qarşı “attestasiya komissiyasının qərarının və əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-4795/2025 saylı qətnaməsindən cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbi qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli attestasiya komissiyasının qərarının ləğv edilməsi, 30 saylı Uşaq Musiqi Məktəbinin direktoru Zakir Əhədovun xx.xx.2025-ci il tarixli, 37 №-li əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-4795/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 30 saylı Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli, 37 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı 30 saylı Uşaq Musiqi Məktəbində müəllim vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə xx.xx.2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqının ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)- 5161/2025 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək, İddiaçı tərəfindən məhkəməyə əlavə qətnamənin çıxarılması barədə ərizə verildiyi bildirilmiş və həmin ərizəyə münasibət bildirilməsi üçün mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən tərəflər məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-5161/2025 saylı qərardadı ləğv edilməli, İddiaçı əlavə qətnamənin çıxarılması barədə ərizəsinə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 4795/2025 saylı qətnaməsindən cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384-cü, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-5161/2025 saylı qərardadı ləğv edilsin. İddiaçı əlavə qətnamənin çıxarılması barədə ərizəsinə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-4795/2025 saylı qətnaməsindən cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5161/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5161/2025
29.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver