Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5164/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-76/2024 saylı, 5 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. “Azərbaycan Beynəlxalq Bank” ASC-nin Sənaye filialı ilə X11 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1765 saylı kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 19 % hesablanmaqla 41.500 USD məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. “Azərbaycan Beynəlxalq Bank” ASC-nin Sənaye filialı ilə X11 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1765 saylı ipoteka müqaviləsindən görünür ki, X6 mülkiyyətində olan **-RR-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENS GL-450" markalı (buraxılış ili 2009, ban - 4JGBF7BE8AA538185, rəngi - Qara) buraxılış ili 2009, ban 4JGBF7BE8AA538185, rəngi Qara ipoteka müqaviləsi ilə yüklü edilmişdir.
3. X8 ünvanlanmış ipoteka predmetinə tutma yönəldilməsinə dair xx.xx.2021-ci il tarixli bildirişdən və həmin bildirişin reyestrindən məlum olur ki, bank X4 banka olan borcunu 3 gün müddətində ödəməsini və ya ipoteka predmetini tutma yönəldilməsinin təmin edilməsini tələb etmişdir.
4. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq reyestrindən çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixdə, 1765 saylı ipoteka müqaviləsindən görünür ki, X6 mülkiyyətində olan **-RR-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENS GL-450" markalı (buraxılış ili 2009, ban - 4JGBF7BE8AA538185, rəngi - Qara) buraxılış ili 2009, ban 4JGBF7BE8AA538185, rəngi Qara ipoteka müqaviləsi ilə yüklü edilmişdir.
5. AR Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/140 nömrəli mülki işin 108-109-cu vərəqlərində olan 29 iyun 2021-ci il tarixli (məbləğ 100.00 USD) və xx.xx.2021-ci il tarixli (Məbləğ 85.43) kassa mədaxil orderlərində “Səttarov Fuad” əlyazmaları qarşısındakı imzalar, mülki işin 110-13-cü və 123-cü vərəqlərində olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2019-cu il tarixli kassa mədaxil orderlərinin kserosurətlərində müvafiq olaraq “Cavabdeh”, “Səttərov F”, “Cavabdeh” “CavabdehV” əlyazmaları qarşısında əks olunmuş imzalar - X11 tərəfindən icra olunmuşdur.
6. AR Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5024 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış məlumatları 28 avqust 2013-cü il tarixli 1765 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə X6 “Azərbaycan Beynəlxalq Bankı” ASCyə olan borcu 33153,8 ABŞ dolları məbləğində müəyyən edilir. Əsas kredit borcu 28.906,29 ABŞ dolları, faiz borcu 4.247,51 ABŞ dolları.
7. Müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək borcalan tərəfindən 8450,0 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Aparılmış ödənişin 7615,0 ABŞ dolları əsas borc, 835 ABŞ dolları borc silinmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan borcu 24703,8 ABŞ dolları məbləğində müəyyən edilir. Əsas kredit borcu 21291,29 ABŞ dolları, faiz borcu 3.412,51 ABŞ dolları təşkil edir. - AR Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9343 nömrəli ekspert rəyindən görünür ki,Ekspertiza tədqiqatına təqdim edilmiş “Mercedes Benz GL450” markalı (buraxılış ili 2009, ban - 4JGBF7BF8AA538185, rəngi- Qara) avtomobilin orta bazar qiyməti təxminən 28000 manat, likvid qiyməti 22400 mnat müəyyən edilir. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 əsas borc üzrə 21 291,29 (iyirmi bir min iki yüz doxsan bir ABŞ dolları, 29 sent) ABŞ dolları, faiz borcu üzrə 7 371,95 (yeddi min üç yüz yetmiş bir ABŞ dolları, 95 sent) ABŞ dolları olmaqla, cəmi 28 663,24 (iyirmi səkkiz min altı yüz altmış üç ABŞ dolları, 24 sent) ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 236,18 (iki yüz otuz, altı manat, 18 qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-RR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GL-450” markalı (buraxılış ili 2009, ban - 4JGBF7BF8AA538185, rəngi-Qara) avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdeh X8 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdeh X4 tutulub “Aqrarkredit" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X13 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. “Azərbaycan Beynəlxalq Bank” ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) cavabdeh X11 (bundan sonra “Borc alan") arasında xx.xx.2013-cü il tarixdə, 1765 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19 % tətbiq edilməklə, 36 ay müddətinə 41500 (qırx bir min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq X6 mülkiyyətində olan **-RR-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENS GL-450" markalı (buraxılış ili 2009, ban - 4JGBF7BE8AA538185, rəngi - Qara) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X10 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 099725 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 21 291,29 (iyirmi bir min iki yüz doxsan bir ABŞ dolları, 29 sent) ABŞ dolları, faiz 7 371,95 (yeddi min üç yüz yetmiş bir ABŞ dolları, 95 sent) ABŞ dolları olmaqla, cəmi 28 663,24 (iyirmi səkkiz min altı yüz altmış üç ABŞ dolları, 24 sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsino görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir.
10. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində ərizə təqdim edərək bildirmişdir ki, hazırki iş üzrə Bank iddia müddətini ötürmüşdür. İş materiallarından göründüyü kimi kredit müqaviləsi 8 il əvvəl rəsmiləşdirilmiş və kreditin bitməsindən artıq 5 il ötmüşdür. İddiaçı məhkəməyə iddia ərizəsini xx.xx.2021ci il tarixdə təqdim etmişdir. Halbuki, iddia ərizəsinin verilməsinin son tarixi xx.xx.2019-cu ildə olmalı idi. Göründüyü kimi iddiaçı müqavilə münasibətlərindən irəli gələn iddialar üzrə 3 illik iddia müddətini ötürmüşdür. Konstitusiya Məhkəməsinin qərarlarına əsasən müqavilə münasibətlərindən irəli gələn münasibətlərdə iddia müddətinin axımı, son müəyyən edilmiş icra müddəti ilə müəyyən edilir. Yəni müqavilə müddəti bitən tarixdən iddia müddətinin axımı başlayır. Bu da hazırki işdə xx.xx.2016-cı il tarixə təsadüf edir. Eyni zamanda cavabdehin borcunun ekspert rəyində olan borcdan daha az olduğunu qeyd edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
11. AR Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/140 nömrəli rəyinə əsasən mülki işin 108-109-cu vərəqlərində olan 29 iyun 2021-ci il tarixli (məbləğ 100.00 USD) və xx.xx.2021-ci il tarixli (Məbləğ 85.43) kassa mədaxil orderlərində “Səttarov Fuad” əlyazmaları qarşısındakı imzalar, mülki işin 110-13-cü və 123-cü vərəqlərində olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2019-cu il tarixli kassa mədaxil orderlərinin kserosurətlərində müvafiq olaraq “Cavabdeh”, “Səttərov F”, “Cavabdeh” “CavabdehV” əlyazmaları qarşısında əks olunmuş imzalar - X11 tərəfindən icra olunmuşdur.
12. AR Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5024 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış məlumatları 28 avqust 2013-cü il tarixli 1765 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə X6 “Azərbaycan Beynəlxalq Bankı” ASCyə olan borcu 33153,8 ABŞ dolları məbləğində müəyyən edilir. Əsas kredit borcu 28.906,29 ABŞ dolları, faiz borcu 4.247,51 ABŞ dolları.
13. AR Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9343 nömrəli ekspert rəyindən görünür ki,Ekspertiza tədqiqatına təqdim edilmiş “Mercedes Benz GL450” markalı (buraxılış ili 2009, ban - 4JGBF7BF8AA538185, rəngi-Qara) avtomobilin orta bazar qiyməti təxminən 28000 manat, likvid qiyməti 22400 mnat müəyyən edilir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-76/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh X4 xx.xx.2013cü il tarixli 1765 saylı kredit müqaviləsi üzrə 21291,29 (iyirmi bir min iki yüz doxsan bir dollar iyirmi doqquz sent) ABŞ dolları əsas, 3.412,51 (üç min dörd yüz ok iki dollar əlli bir sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 24.703,80 (iyirmi dörd min yeddi yüz üç dollar səksən sent) ABŞ dolları pulun (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması; mülki iş üzrə ödənilmiş 236,18 manat dövlət rüsumunun 203 manatı cavabdeh X4 iddiaçı "xxxx" QSC BOKT-un xeyrinə tutulması; qalan hissədə iddiaçıya aid edilməsi; tələbin cavabdeh X8 məxsus olan və xx.xx.2013-cü il tarixli 1765 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş olan “Mercedes Benz GL-450” markalı (buraxılış ili 2009, ban- 4JGBF7BF8AA538185, rəngi-Qara) avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması; realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına cavabdeh X6 xx.xx.2013-cü il tarixli 1765 saylı kredit müqaviləsi üzrə borcu - ümumilikdə 24.703,80 ABŞ dolları məbləğində pulun (ödəniş gününə ABŞ dollarınAzərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) İddiaçı QSC BOKT-a ödənilməsi; borc ödənildikdən sonra artıq qalan vəsaitin müvafiq olaraq ipoteka qoyan X8 qaytarılması; ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borcun ümumi qaydada cavabdeh X4 tutulması qət edilmişdir.
15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh X6 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən sonuncu ödəniş 30 noyabr 2021-ci il tarixində edilmişdir. Cavabdeh qəbzlərdəki imzaların ona məxsus olmadığını bildirərək, bunu mübahisələndirsə də, AR Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/140 nömrəli rəyindən görünür ki, mülki işin 108-109-cu vərəqlərində olan 29 iyun 2021- ci il tarixli (məbləğ 100.00 USD) və xx.xx.2021-ci il tarixli (Məbləğ 85.43) kassa mədaxil orderlərində “Səttarov Fuad” əlyazmaları qarşısındakı imzalar, mülki işin 110-13-cü və 123-cü vərəqlərində olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2019-cu il tarixli kassa mədaxil orderlərinin kserosurətlərində müvafiq olaraq “Cavabdeh”, “Səttərov F”, “Cavabdeh” “CavabdehV” əlyazmaları qarşısında əks olunmuş imzalar - X11 tərəfindən icra olunmuşdur. Buradan görünür ki, cavabdeh tərəfindən ödənişlər həyata keçirildiyi üçün müddətin axımı dayanmışdır. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixində məhkəməyə mürcaiət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
17. Bundan başqa məhkəmə iddiaçı tərəfindən tələb edilən pulun məbləği ilə razılaşmamış və qeyd etmişdir ki, mülki iş üzrə icraat zamanı cavabdehin iddiaçıya olan borcun müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza təyin edilmiş, verilmiş ekspert rəyi ilə borcun faiz məbləğinin iddia ərizəsində tələb edilən məbləğdən əhəmiyyətli dərəcədə az olduğu müəyyən edilmişdir. Ekspert rəyinin sübut kimi qəbul edilməsinə mane olan hər hansı əsas müəyyən edilməmişdir. Odur ki, məhkəmə tələb olunan borc məbləğinin faiz borcu hissəsinin ekspert rəyində qeyd edilən məbləğdə götürülməsini ədalətli hesab etmişdir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 421.2, 442, 445, 448.1, 739.1, 739.2, 741-ci maddələrinə; «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33 və 34-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
19. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia müddəti ilə bağlı qanunvericiliyin normalarına düzgün istinad etməmişdir. Belə ki, Mülki Məcəllədə edilmiş dəyişilikliyə əsasən kredit müqaviləsi üzrə iddia müddəti 1 il müəyyən olunmuşdur. Həmçinin o 1 il də konkret olaraq müqavilənin bitməsi ilə müddətin axımının başlanması ilə müəyyənləşdirilmişdir. Lakin məhkəmə bununla bağlı məhkəmə qətnaməsində heç bir əsaslandırma etməmişdir. Məhkəmə iddia müddəti barədə qeyd etmişdir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməli və konkret tələbini göstərməlidir. Lakin bunları qeyd etsə də tam tərsinə qərar qəbul etmişdir. İş materiallarından göründüyü kimi kredit müqaviləsi 8 il əvvəl rəsmiləşdirilmiş və kreditin bitməsindən artıq 5 il ötmüşdür. İddiaçı məhkəməyə iddia ərizəsini xx.xx.2021-ci il tarixdə təqdim etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin bitməsindən artıq 8 ildən çox müddət ötmüşdür və bu vaxta qədər Bank cavabdehə qarşı məhkəmədə heç bir tələb irəli sürməmişdir. Lakin məhkəmə bu halları qiymətləndirməmiş və ümumiyyətlə onun iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə almamışdır. Həmçinin digər bir məsələ, manatdan başqa başqa pu lvəsaitinin ödəniş vasitəsi kimi istifadə olunması qadağandır. Lakin yenə də qətnaməni tam tərsinə qəbul etmişdir. Göründüyü kimi avtomobilin alınması üçün kredit verilmişdir ki, həmin vəsait də satıcıya ödənilmişdir ki, bu da öz növbəsində alqı satqı elementlərini özündə ehtiva edir. Bununla da məhkəmə manatdan başqa ödəniş vasitəsi ola bilməz prezumpsiyasını pozan Bankın xeyrinə qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsinin əsassız olmasının digər səbəbəbi isə məhkəmə tərəfindən onun təkrar ekspertizanın keçirilməsi barədə və məhkəmə iclasının təxirə salınması barədə ərizəmə münasibət bildirməməsidir. Təqdim edilmiş qəbzlər cavabdeh tərəfindən imzalanmamışdır. Faktiki olaraq bu şəxs iddia müddəti ötdüyünü bilə-bilə niyə də ödəniş etsin. Təqdim edilən xətşünaslıqla bağlı ekspert rəyi natamamdır və yenidən araşdırılmalıdır və təkrar ekspertiza keçirilməlidir.
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 23.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onlun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 25.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 27.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Buna baxmayaraq kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissəsi (“kredit müqaviləsi üzrə yaranmış borc” hissəsi) təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28.21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 29.194.1 və 194.2-ci maddələrinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 30.196-cı maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. 31.269.4 və 269.5-ci maddələrinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 32.354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 33.372-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 34.373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 35.375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 36.377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 37.380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 38.324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir 39.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 40.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
41. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 42.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 43.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 44.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 45.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 46.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
48.«X7 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir: “...iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”
49.Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən zidiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci istansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar).
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
50.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 51.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
52. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan qətnamənin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. İş materiallarından göründüyü kimi “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1765 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 36 ay müddətinə illik 19 faiz olmaqla 41.500 ABŞ dolları məbləğində kredit vərməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2013-cü il tarixli, 1765 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı kimi tərəflər arasında ipoteka müqaviləsi bağlanılmış, “Mercedes Benz GL450” markalı (buraxılış ili 2009, ban - 4JGBF7BF8AA538185, rəngi-Qara) nəqliyyat vasitəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
55. “Azərbaycan Beynəlxalq Bankı” ASC müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka həmin müqaviləyə görə borcu yaranmışdır.
56. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhviltəsliminə dair xx.xx.2018-ci il tarixli, S-AVK-2093 saylı təhvil-təslim aktına əsasən borclu şəxs Cavabdeh tərəf olduğu xx.xx.2013-cü il tarixli, 1765 saylı kredit müqaviləsinə dair sənədlər (xx.xx.2013-cü il tarixli kassa məxaric orderi, xx.xx.2013-cü il tarixli, 1765 saylı ipoteka müqaviləsi ilə) İddiaçı QSC-yə verilmişdir. Təhvil-təslim olan günə borclunun “Azərbaycan Beynəlxalq Bankı” ASC-dəki şəxsi borc hesablarından çıxarışa əsasən əsas borcu 26.341,29 ABŞ dolları, faiz borcu 7.371,95 ABŞ dolları, cəmi 33.713,24 ABŞ dolları borcu təşkil etmişdir. 57.Birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdeh iddia müddətinin tətbiqini xahiş emişdir. Məhkəmə iddiaçının məhkəməyə müraciət edərkən (xx.xx.2022-ci il tarixi) iddia müddətini ötürmədiyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilməsinin əsassız olduğu barədə mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
58. Belə ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında 36 ay müddətinə bağlanmış xx.xx.2013-cü il tarixli, 1765 saylı kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2016-cı il tarixdə bitir və cavabdeh icra müddəti bitdikdən sonra 3 il keçməmiş müxtəlif tarixlərdə (2018, 2019, 2020 və 2021-ci illərdə) borcunu etiraf etməsini göstərən hərəkətlər (ödəniş) etmiş, bununla da iddia müddətinin axımının kəsilməsinə və yenidən hesablanmasına əsas yaratmışdır.
59. Cavabdeh qeyd edilən ödənişlərin onun tərəfindən edilmədiyinə istinad etmişdir. Göstərilən dəlilləri yoxlamaq məqsədilə birinci instnasiya məhkəməsi tərəfindən məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/140 nömrəli rəyinə əsasən mülki işin 108-109-cu vərəqlərində olan 29 iyun 2021-ci il tarixli (məbləğ 100.00 USD) və xx.xx.2021-ci il tarixli (Məbləğ 85.43) kassa mədaxil orderlərində “Səttarov Fuad” əlyazmaları qarşısındakı imzalar, mülki işin 110-13-cü və 123-cü vərəqlərində olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2019-cu il tarixli kassa mədaxil orderlərinin kserosurətlərində müvafiq olaraq “Cavabdeh”, “Səttərov F”, “Cavabdeh” “CavabdehV” əlyazmaları qarşısında əks olunmuş imzalar - X11 tərəfindən icra olunduğu müəyyən edilmişdir.
60. Kollegiya Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq ekspert rəyini işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək qeyd edir ki, işə baxan məhkəmə üçün heç bir sübutun qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Belə ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.
61. Məhkəmə kollegiyası tədqiq edilən ekspert rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək bu rəyin mötəbərsizliyini təsdiq edən hər hansı sübutun olmaması qənaətinə gəlir. Əksinə hazırki iş üzrə toplanmış sübutlar cavabdehin istinad etdiyi dəlillərin mövcud olmasının mümkünsüz olduğuna dəlalət edir. Qeyd edilənlərə əsasən, kollegiya həmçinin təkrar ekspertizanın təyin edilməsini zəruri edən qanunvericilikdə nəzərdə tutulan əsasların, ekspert rəyi ilə əsassızlığına görə məhkəmənin razılaşmamasına əsas verən halların mövcud olmamasına istinadən təkrar ekspertiza tədqiqatının keçirilməsinə zərurət olmadığı qənaətinə gəlmişdir.
62. İş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5024 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış məlumatları 28 avqust 2013-cü il tarixli 1765 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə X6 “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan borcu əsas borcun 28.906,29 ABŞ dolları, faiz borcunun 4.247,51 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixə isə əsas borcun 21.291,29 ABŞ dolları, faiz borcunun 3.412,51 ABŞ dolları məbləğində təşkil etdiyi müəyyən edilmişdir.
63. Ekspert rəyi ilə müqavilə üzrə yaranmış əsas və faiz borcu iddia ərizəsində qeyd edilən kimi deyil, daha az məbləğdə müəyyən edildiyindən, məhkəmə də haqlı olaraq hesab etmişdir ki, ekspert rəyi ilə müəyyən olunan məbləğ cavabdehdən tutulmuşdur.
64. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş bu ekspert rəyini də iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyin mötəbərsizliyini təsdiq edən hər hansı sübutun olmaması qənaətinə gəlir.
65. Məhkəmə kollegiyası həmçinin cavabdehin kredit müqaviləsinə əsasən pulun ABŞ dolları valyutasında verilməsinin düzgün olmadığına dair dəlili ilə də razılaşmayaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Qərarınadakı hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir.
66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Başqa sözlə kredit müqaviləsi üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir, kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi də geri qaytarılmalıdır.
67. İş materiallarından da göründüyü kimi “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında 36 ay müddətinə bağlanmış xx.xx.2013-cü il tarixli, 1765 saylı kredit müqaviləsində pul öhdəliyi üzrə həyata keçirilməli ödənişlərin xarici valyutada aparılmalı olduğu şərtləşdirilmişdir (müqavilənin 2.1-ci bəndi). Belə olan halda da, pul öhdəliyinin xarici valyutada müəyyənləşdirilməsi də Mülki Məcəllənin 439.2-ci maddəsinə tam uyğun olmuşdur.
68. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
70. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 71.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-76/2024 nömrəli, 5 iyun 2024cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev