Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5169/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1258/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Bakı Dövlət Universitetinə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ödənilməli olan 6288,08 manat son haqq-hesaba gəlir vergisi olaraq hesablanmış və tutulmuş 1297,02 manatın artıq tutulmuş 430 manat hissəsinin, həmin məbləğin ödənilməməsinə görə gecikdirilmiş hər gün üçün 1 faizi məbləğində hesablanmış 4030 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə 1/156 saylı əmrlə Bakı Dövlət Universitetində tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2017-ci il tarixdə Bakı Dövlət Universiteti tərəfındən son haqq-hesab kimi 6288,xx xxxxxxxx 4676,66 manat onun bank hesabına ödənilmiş və qalan 1611,42 manat qanunla müəyyən olunmuş ödənişlərin icrasına yönəldilmişdir.Hesablanmış 6288,xx xxxxx 2011-2017-ci illər ərzində ödənilməmiş məzuniyyət günləri ilə əlaqədar olmuş və bu məbləğdən 1297,02 manat gəlir vergisi tutulmuşdur. Bakı Dövlət Universitetinin xx.xx.2019-cu il tarixli, 01-Sm/372 saylı məktubuna əlavə edilərək ona təqdim olunmuş son haqq-hesab cədvəlindən məlum olmuşdur ki, gəlir vergisi olaraq tutulmuş 1297,02 manat, hesablanmış 6288,08 manatın 20 faizini təşkil etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101.1-ci maddəsinə görə muzdla işləyən fıziki şəxslərin aylıq gəlirlərinin 2500 manatadək olan hissəsindən 14 fazi, 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur. Onun aylıq gəliri 1057 manat olmuşdur. Hesablanmış 6288,08 manat isə 2011-2017-ci illər ərzində ona ödənilməli olan məbləğ olmuşdur. Həmin məbləğ 2011-2017-ci illər ərzində ona ödəməmiş və 6288,08 manat onun aylıq gəliri kimi göstərmiş və bu məbləği 25 faiz gəlir vergisinə cəlb etmişdir. Nəticədə ondan 430 manat artıq gəlir vergisi tutulmuşdur. Bu məbləğin qaytarılması ilə bağlı Bakı Dövlət Universitetinə xx.xx.2019-cu il tarixli müraciəti ilə bağlı xx.xx.2019-cu il tarixli 01-Hüq/802 saylı cavab məktubunda araşdırma başa çatdıqdan sonra ona məlumat veriləcəyi qeyd edilmişdir. Eyni məsələ ilə bağlı xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət ünvanlamış, xx.xx.2019-cu il tarixli **********093900 saylı cavab məktubda qeyd edilmişdir ki, işəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqları işçinin muzdlu işdən aylıq gəlirlərinə aid edilir və həmin kompensasiya haqları iş illəri üzrə ayn-ayrılıqda (cəmlənmədən) Vergi Məcəlləsinin 101.1ci maddəsində göstərilən 1-ci cədvələ əsasən gəlir vergisinə cəlb edilir. Ondan artıq tutulmuş 430 manat məbləğində gəlir vergisinin qaytarılması ilə bağlı Bakı Dövlət Universitetinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinə 29 aprel, 06 may, 28 may, 08 iyul, 23 iyul və xx xxxxxx 2019-cu il tarixli müraciətlər ünvanlansa da, ödənişin icrası təmin olunmamış, bunun səbəbləri qanuni əsaslarla izah edilməmiş və onun kobud surətdə pozulmuş hüquqlarınım bərpası təmin olunmamışdır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbində imperativ şəkildə qeyd edir ki, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. İş üzrə qeyd etdiyi konkret faktlarla, rəsmi sənədlərlə və istinad olunan hüquq normalarının tələbləri ilə sübut olunur ki, 430 manat məbləğində gəlir vergisinin artıq tutulması və bu məbləğin bu günə qədər ona qaytarılmaması bilavasitə işəgötürənin təqsiri üzündən baş vermişdir. Aparılan riyazi hesablamalarla müəyyən edilir ki, xx.xx.2017-ci il tarixdə ona ödənilməli olan 430 manatın hər gecikdirilmiş gün üçün azı bir faiz ödənci bir ay üzrə 130 manat təşkil etmiş, əmək münasibətlərinə 31 aydır ki, xitam verilmişdir. Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri əsasında aparılan hesablamalarla müəyyən edilir ki, ödənilməli olan 430 manatdan əlavə ona 4030 manat da faiz borcu ödənilməlidir. Barəsində Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən tərtib olunmuş haqq-hesab sənədləri xx.xx.2019cu il tarixli, 01-Sm/372 saylı məktubla ona təqdim olunduqdan sonra məlum olmuşdur ki, onunla son haqq-hesab aparılarkən 25 faiz gəlir vergisinə cəlb olunmuşdur. Rəsmi sənədlərlə sübut olunur ki, hüququnun pozulduğu günlə bağlı iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən etibarən başlanmışdır. Sonradan İddiaçı ərizə verərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cavabdeh qismindən çıxarılmasını və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qisməndə cəlb olunmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1258/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı “pul tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi,ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X4 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1258/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixdə 1/156 saylı əmrin surətindən görünür ki, ləğv olunmuş Tədris şöbəsinin sabiq müdiri, Kimya fakultəsi Kimyanın tədrisi metodikası kafedrasının daxili əvəzçiliklə 0,5 ştat dosent əvəzi İddiaçı xəstəliyi bitən gündən etibarən işə çıxmadığına və yeni yaradılmış Tədris Departamentində müvafıq işlə təmin olunması barədə ərizə ilə müraciət etmədiyinə, Kimyanın tədrisi metodikası kafedrasında daxili əvəzçiliklə 0,5 ştat dosent əvəzi kimi dərslərə gəlmədiyinə görə xx.xx.2017-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu ləğv olunmuş Tədris şöbəsinin sabiq müdiri və Kimyanın tədrisi metodikası kafedrasının daxili əvəzçiliklə 0,5 ştat dosent əvəzi vəzifələrindən azad edilmiş və onunla bağlanmış əmək nıüqavilələrinə xitam verilmişdir. İş materiallarında olan Bakı Dövlət Universiteti tərəfindən iddiaçının nümayəndəsi Nümayəndə ünvanlanmış 13.03.019-cu il tarixli, 01-Sm/372 saylı məktubun məzmunundan müəyyən olunur ki,müraciətə cavab olaraq bildirilmişdir ki, Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən işçilərin işəgötürən tərəfindən əmək haqqının hesablanması, ödənilməsi ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən haqq-hesab sənədləri tərtib edilir. İddiaçı aylıq əmək haqqı 997 manat və elmlər namizədliyinə görə 60 manat təşkil emişdir. Son haqq-hesabın ödənilməmiş məzuniyyət günləri (2012-27 t/g; 2013-28 t/g; 2014-23 t/g; 2015-/g; 2016-21 t/g; 2017-14 t/g (4 aya) cəmi 185 gün olmaqla 6288,08 manat hesablanmışdır. xx.xx.2017ci il tarixindən xx.xx.2017-ci il tarixədək olan dövrdə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar xəstəlik vərəqələrinə əsasən müəssisə tərəfindən 478,80, DSMF tərəfindən 1887,75 manat hesablanmış və 2017-ci ilin iyun ayında ödəniş olmuşdur. İş materiallarına əlavə olunmuş İddiaçı 2017-ci ilin may ayı üçün son haqq-hesab cədvəlinin və xx.xx.2017-ci il tarixli, 724 nömrəli ödəniş tapşırığının surətlərindən görünür ki, İddiaçı cəmi 6288,08 manat son haqq-hesab hesablanmış, həmin məbləğdən 1297,02 manat gəlir vergisi, 125,76 manat həmkarlar ittifaqına üzvlük haqqı, DSMF-nun hesabına 188,64 manat olmaqla, cəmi 1611,42 manat tutulduqdan sonra 4676,66 manat onun hesabına köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən iddiaçının nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2019-cu il tarixli **********093900 saylı məktubun məzmunundan müəyyən olunur ki, iddiaçının istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə ödənilmiş məbləğdən gəlir vergisinin lesablanması barədə müraciətinə baxılaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Vergi Məcəlləsinin 101.1-ci maddəsinə görə muzdla işləyən fiziki şəxslərin aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilməklə 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur. Qeyd olunanlara əsasən işəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqları işçinin muzdlu işdən aylıq gəlirlərinə aid edilir və həmin kompensasiya haqları iş illəri üzrə ayrı-ayrılıqda (cəmlənmədən) Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən 1-ci cədvələ əsasən gəlir vergisinə cəlb edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, BPM**********37 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Bakı Dövlət Universiteti tərəfindən 539,74 manat İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-də olan hesabınaköçürülmüşdür. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1-ci maddəsinə görə muzdla işləyən fiziki şəxslərin aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilməklə 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə görə isə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 172-ci maddəsinin Qeyd hissəsində göstərilir ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxtərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.
Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq haqlı olaraq qeyd etmişdir ki, cavabdeh Bakı Dövlət Universiteti tərəfindən İddiaçı ödənilmiş son-haqq hesab məbləğindən tutulmuş 539,74 manat vergi məbləği onun bank hesabına köçürüldüyündən və iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 4030 manat məbləğində zərər dəyməsi barədə iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla, yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1258/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1258/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov