Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5169/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair ilk və iddiaçı Cavabdehlər İddiaçı və X3 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilin üzərinə həbs qoyulması və onun özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi, iddiaçı Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilinə köçürülməsi və onun həmin mənzildə yaşamasına cavabdehlər və digər şəxslər tərəfindən törədilən maneələrin onlara qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(005)- 1926/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil qeyd olunan məhkəmənin 29 mart 2021-ci il tarixli 2(005)-1926/2021 saylı qərardadından şikayət verərək, qərardadı qismən, iddianın təmin tədbirinə dair ərizənin təmin olunmadığı hissədə ləğv edərək, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş iddianın təmin tədbiri barədə ərizənin tam təmin edilməsinə və hazırki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilinə köçürülməsi və onun həmin mənzildə yaşamasına cavabdehlər və digər şəxslər tərəfindən törədilən maneələrin onlara qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq ilk iddia üzrə İddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh və nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı iddianı təmin etmə tədbirinə dair ərizənin təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddianı təmin etmə tədbiri barədə ərizə ünvan 1 ünvanında yerləşən 427,8 kv.m. torpaq sahəsində aparılan bütün tikinti işlərinin dayandırılması, həmin ərazidən istifadə edilməsinin, o cümlədən həmin əraziyə daxil olunması, həmin ərazidə hər hansı bir fəaliyyət göstərilməsinin cavabdehə və bu işə cəlb olunan başqa şəxslərə qadağan edilməsi barədədir Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1-ci maddəsində iddianı təmin etmək üçün tədbirlərin siyahısı göstərilmişdir (məsələn, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək, borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq və s.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2ci maddəsinin tələbinə görə isə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci və 158.1.2-ci maddələrinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək olar. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: Bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli; bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilin üzərinə həbs qoyulması mövcud vəziyyətin mübahisə mahiyyəti üzrə həll olunana qədər saxlanılması məqsədi daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Eyni izamanda kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilinə köçürülməsi və onun həmin mənzildə yaşamasına cavabdehlər və digər şəxslər tərəfindən törədilən maneələrin onlara qadağan edilməsi hissəsində ərizəsi əsaslandırılmadığından, ərizəni həmin hissədə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə 29 mart 2020-ci il tarixli qərardadı iddianı təmin etmə tədbirinə dair ərizənin təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5169/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5169/2021
20.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver