Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5172/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh oğluna qarşı “mənzilə köçürmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair ilkin; iddiaçı oğlunun cavabdeh İddiaçı qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaların çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlu və oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh oğluna qarşı “mənzilə köçürmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair ilkin, iddiaçı oğlunun cavabdeh İddiaçı qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaların çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1735/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçının apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh oğluna qarşı “mənzilə köçürmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən övladları xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D" yaşayış massivi, ev 6, mənzil 49-a köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh oğlu İddiaçı qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaların çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi, İddiaçı məxsus stol-stul, komod, yataq dəsti, paltar dolabı və digər mebel əşyaları, yorğandöşək, xalça, qab-qaşıq və digər cehiz əşyaları, pal-paltar, ayaqqabı və digər iddiaçının şəxsi istifadəsində olan əşyaların X4 məxsus ünvan 1 ünvanında yerləşən mənzildən İddiaçı tərəfindən çıxarılması, X4 məxsus məxsus ünvan 1 ünvanında yerləşən mənzildən İddiaçı istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1735/2023 nömrəli qətnaməsi ilə (hakim ) İddiaçı cavabdeh oğluna qarşı “mənzilə köçürmə” tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək İddiaçı məxsus stol-stul, komod, yataq dəsti, paltar dolabı və digər mebel əşyaları, yorğan-döşək, xalça, qab-qaşıq və digər cehiz əşyaları, pal-paltar, ayaqqabı və digər iddiaçının şəxsi istifadəsində olan əşyaların X4 məxsus ünvan 1 ünvanında yerləşən mənzildən İddiaçı tərəfindən çıxarılması, X4 məxsus ünvan 1 ünvanında yerləşən mənzildən İddiaçı istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir.
4. Qətnamə ilə razılaşmayan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddia üzrə iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
6. İşdə olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı Vəkil1 1 il müddətinə məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktlarını və sənədləri almaq və digər səlahiyyətləri etibar etmişdir.
7. İşdən görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1735/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə İddiaçı rəsmi qaydada çatdırılmış, lakin onun apellyasiya şikayəti elektron kabinet vasitəsilə xx.xx.2023ci il tarixdə göndərilmiş, bununla da qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 1 aylıq prosessual müddət ötürülmüşdür.
8. İş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir.
9. Birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin məcburi tələblərini nəzərə almamış, müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
10. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin müddətlə bağlı tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün qeyri-mümkün sayılmalı və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
11. Göstərilənlərə əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1735/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Hakimlər: