Məhkəmə qərarları › İş №2(103)-5172/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5172/2024

28.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5172/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), X7 və X5 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı ümumi yığıncağın qərarının ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1627/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “ümumi yığıncağın qərarının ləğv edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1627/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Şahin Abdullayev) iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsi ərazi aidiyyəti üzə düzgün olmayaraq Səbail Rayon Məhkəməsinə verilmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tələbə Azərbaycan Dövlət X6 hüququ ünvanı üzrə Səbail rayon Məhkəməsində baxılmalıdır. Belə ki, onun idarə heyətinə sədr vəzifəsi seçildiyi xx.xx.2024-cü il tarixli ümumi yığıncağın qərarı Agentlik tərəfindən ləğv edilmiş və xx.xx.2024-cü il tarixdə qanunsuz ümumi yığıncaq keçirilmiş Zaur Həsənəliyev adlı şəxs sədr vəzifəsinə seçilmişdir. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi səlahiyyətlərindən kənara çıxan hərəkətlər edərək birliyin yığıncağını keçirmişdir. Onun sədr seçilməsi barədə qərarı səlahiyyətlərini aşıb ləğv etmişdir. İclas Azərbaycan Dövlət X6 təşəbbüsü ilə qanunsuz keçirildiyinə görə birliyin xx.xx.2024-cü il tarixli ümumi yığıncağının qərarının ləğv edilməsi barədə tələbə dair cavabdehliyi də məhz o daşıyır. Səbail Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 1627/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü fəslində birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxmalı olan səlahiyyətli məhkəmənin müəyyən edilməsinə qaydalar təsbit olunmuşdur. Həmin Məcəllənin 35.2-ci maddəsində qeyd edilmişdir ki, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının tələbi Cavabdeh ümumi yığıncağının qərarının ləğv edilməsi ilə bağlı olduğundan həmin tələbə qarşı adıçəkilən Birlik cavabdehlik daşıyır. Həmçinin qeyd edilməlidir ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən və vergi ödəyicisinə dair məlumatlarından Cavabdeh müstəqil hüquqi şəxs olması müəyyən olunur ki, bu da mülki qanunvericiliyə əsasən onun məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək hüququnun mövcudluğuna dəlalət edir. Belə ki, AR Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırki mübahisəyə ərazi aidiyyəti üzrə baxmalı olan məhkəmə MPM-nin 35.2-ci maddəsində təsbit olunmuş göstərişə uyğun müəyyən edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh hüquqi ünvanı kimi Ağcəbədi rayonu, Hüsülü kəndi göstərilmişdir. Belə olan halda kolegiya hesab edir ki, iddiaçı Cavabdeh hüquqi ünvanın aid olduğu yer üzrə məhkəməyə iddia verməli olduğu halda, ərazi aidiyyətini düzgün təyin etməyərək Səbail Rayon Məhkəməsinə müraciət etmiş və nəticədə qanunvericiliyin tələbini pozmuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Beləliklə, şərh olunanlardan kollegiyanın gəldiyi qənaətə görə birinci instansiya məhkəməsi haqlı olaraq işə cavabdeh hüquqi şəxsin qeydiyyatda olduğu yer üzrə məhkəmədə baxılmalı olmasını əsas gətirərək iddia ərizəsininin geri qaytarılması qərara alınmışdır. Şikayətin dəlillərini əsassız hesab edərək məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti iddiaçının da qeyd etdiyi kimi Cavabdeh ümumi yığıncağının qərarıdır və iddia ərizəsinin özündə də cavabdeh qismində Cavabdeh göstərilmişdir. İddiaçının Azərbaycan Dövlət X6 mübahisəli qərarın qəbulunda təsirinin olduğunu hesab etməsi işə ərazi aidiyyəti üzrə həmin Agentliyin hüquqi ünvanı üzrə baxılmasına əsas yaratmır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1627/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar