Məhkəmə qərarları › İş №2(103)-5174/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5174/2022

18.07.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5174/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-779/2020 saylı qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4800 manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli 2(005)-779/2020 nömrəli qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti təqdim edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-779/2020 nömrəli qətnaməsi üzrə mülki iş materiallarını Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-779/2020 saylı qərardadı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-779/2021 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil şikayət verərək, xx.xx.2021-ci il tarixli, 2(005)-779/2020 saylı qərardadın ləğv edilməsini, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 779/2020 saylı qərardadından Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş “prosessual müddətin bərpa olunmasına dair” ərizəsi təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-779/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli qərardadın nəticə hissəsində apellyasiya şikayətinin geri qaytarılması və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət verilməsi tərəfə izah edilsin qeyd edilmişdir. O da, şikayət vermədən prosessual müddətini bərpası barədə ərizəylə MPM-nin 133-cü maddəsinə əsasən müraciət etmişdir. Həmin vaxtdan da müvafiq prosessual hərəkətlər edilərək müxtəlif şikayətlər, ərizə verilmiş, müddətin bərpa olunmasına cəhdlər edilmişdir. xx.xx.2021-ci il tarixli,2(005)-779/2021 saylı qərardad rəsmi qaydada şikayətçiyə verilməmişdir. Əksinə o, məhkəməyə zəng vuraraq həmin qərardadın surəti xx.xx.2021-ci il tarixdə almışdır. Həmin qərardaddan şikayət deyil, prosessual müddətin bərpa edilməsi barədə xx.xx.2021-ci il tarixdə ərizəylə müraciət etmişdir. Bu mənada tərəfindən üzrlü səbəbə görə həmin qərardaddan şikayət verilməsi müddəti buraxılmışıdır. Ona şikayətlər yazmaq, əlavə məhkəmə mübahisələri açmaqla əsas məqsəddən uzaqlaşdırlmışdır. Bununla da hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-6207/2020 saylı qətnaməsinin surəti barəsində psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizə verilmiş şəxs X4 müvafiq poçt ünvanına göndərilmiş, (xəbərnaməyə əsasən) Bəkirov soyadlı şəxs qətnamənin surətini xəbərnaməyə imza etməklə almışdır. Qeyd edilən xəbərnamədən görünür ki, xəbərnamədə “X7” qeyd edilmiş, xəbərnaməyə imza edilməklə alınması göstərilsə də, həmin xəbərnamədə qətnamənin hansı tarixdə alınması qeyd edilməmişdir. Lakin xəbərnaməyə poçt xidməti tərəfindən xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə möhür vurulması qeyd edilən qətnamənin məhz 2020-ci ilin dekabr ayında alınmasını təsdiq edir. Digər tərəfdən, barəsində psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizə verilmiş şəxs X4 vəkili X2 müvafiq poçt ünvanına göndərilmiş və qeyd edilən qətnamə Əlimərdan Sadıxov tərəfindən 16 dekabr 2020-ci il tarixdə xəbərnaməyə imza edilməklə, alınmışdır. Lakin məhkəməyə daxil olmuş X4 apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti xeyli müddət sonra, yəni 28 fevral 2022-ci il tarixdə verilmişdir. X4 2 nömrəli X1 xx.xx.2021-ci il tarixdə qohumlarının müşayiəti ilə evə yazılmasına baxmayaraq həmin qətnamədən evə yazıldıqdan 1 ildən çox müddət keçdikdən sonra, qətnamə icra olunduqdan sonra apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. [152] Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1 və 363.1.3-cü maddələrinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Həmin Qanunun 16-cı maddəsinin 1-ci bəndinə əsasən peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir. Şikayətdə qeyd edilən hallar qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, R.Bəkirov psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilmiş olsa belə, qətnamə həmin şəxsin iş materiallarında olan ünvanına göndərilmiş, xəbərnamə həmin ünvanda imza edilməklə qəbul edilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* saylı orderə əsasən X3 barəsində psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizə verilmiş şəxsə vəkil olaraq həm Nəsimi Rayon Məhkəməsində, həm də Bakı Apellyasiya Məhkəməsində yüksək keyfiyyətli hüquqi yardım göstərməyə mükəlləfiyyətli olmuşdur. Lakin o, müdafiə etdiyi şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməmiş, məhkəmə qətnaməsini rəsmi şəkildə qəbul etsə də, prosessual qanunvericilikdə müəyyən edilmiş müddət bitdikdən sonra apellyasiya şikayəti verilmişdir. Onun etibarnamə olmadan apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmasa da, hər bir halda qətnaməni rəsmi şəkildə qəbul etdikdən sonra bu barədə təmsil etdiyi şəxsə məlumat verməli idi. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya düzgün nəticəyə gəlmiş, haqlı olaraq “buraxılmış müddətin bərpasına” dair ərizəni təmin etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(005)- 779/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar