Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5176/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 noyabr 2020-ci il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə, iddiaçının vəkili (vəkili) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 7.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin müraciətinə əsasən cavabdeh ilə birgə fəaliyyət göstərmək məqsədilə 24.01.2018-ci il tarixdə cavabdehə 7.000 manat pul vermişdir. Razılığa əsasən Kürdəxanı - Pirşağı yolunun kənarında torpaq, qum, çınqıl və atsep alveri ilə məşğul olana cavabdeh iddiaçıdan aldığı pul vəsaiti hesabına fəaliyyətini genişləndirməli və iddiaçıya da, qazanc verməli idi. Birgə fəaliyyətə başlamamışdan əvvəl iddiaçı əri Azad Bayramov ilə birlikdə cavabdehin işlətdiyi karyerə baxmış və həqiqətən də yuxarıda qeyd olunan fəaliyyətin qurulduğunu görmüşlər. Qeyd olunan pul vəsaitinin iddiaçıdan alınması barədə cavabdehin özü tərəfindən sadə qəbz tərtib edilmiş və imzalanmışdır. Razılaşmaya baxmayaraq cavabdeh fəaliyyətini nə genişləndirməmiş, nə də ki, iddiaçıda aldığı pulu iddiaçıya qaytarmamış, pulun qaytarılmasını yubadaraq iddiaçıya maddi ziyan vurmuşdur. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.11.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsini, cavabdehin iddiaçıya vurduğu zərərin əvəzinin ödənilməsi məqsədi ilə 5.450 manat, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədi ilə 30 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, iddianın qalan hissəsinin təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iddianın bir qismini təmin etməməklə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İş üzrə cavabdeh də Rayon Məhkəməsinin qətnaməsindən Məhkəməyə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Belə ki, iddiaçının iddia tələbinin əsası kimi qeyd etdiyi müqavilə öhdəliyindən bəhs etməsinin heç bir hüquqi əsası yoxdur. Çünki, tərəflər arasında pulun borc şəklində verilməsini əks etdirən hər hansı bir sübut mövcud deyil. İddiaçı iddia tələbinin əsası kimi onu qeyd edir ki, cavabdeh ilə aralarında ona 7.000 manat pulun verilməsi ilə bağlı sadə yazılı formada müqavilə bağlanılıb. Halbuki, qeyd olunan müqavilə üzrə heç bir qarşılıqlı öhdəlikdən söhbət getmir. İddiaçı və cavabdeh üzərilərinə heç bir öhdəlik götürməmiş, müqavilədə qeyd olunan pulun hansı müddətdə hansı şərtlərlə qaytarılmasından bəhs olunmayıb, hətta iddiaçı özü də qeyd edir ki, birgə fəaliyyət göstərmək məqsədilə qeyd olunan pulu cavabdehə verib. İddiaçının özünün də iddia ərizəsində göstərdiyi kimi, tərəflər birgə fəaliyyət göstərmək məqsədi ilə birgə iş qurmuşlar. Bu səbəbdən də hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan öhdəlik münasibətləri hansısa müqavilə üzrə yaranmış öhdəlik münasibətləri kimi nəzərə alınmamalıdır və bundan əlavə iddiaçının da cavabdehə verdiyi pul məbləği borc pul kimi verilməyib, sadəcə olaraq birgə iş görmək məqsədilə verilib. Digər tərəfdən nəzərə alınmalıdır ki, sözügedən iş üzrə cavabdeh birgə fəaliyyətləri dövründə gördüyü işdən 3.100 manat qazanc əldə edib və əldə etdiyi qazancından 1.550 manatı iddiaçıya vermişdir. Tərəflər birgə iş qurmaq məqsədi ilə fəaliyyət göstərmişlər. Əgər iddiaçı cavabdehə borc kimi pul verirdisə niyə onun həyat yoldaşı Azad Bayramov da cavabdeh ilə birgə işə nəzarət edirdi? Borc verən şəxsin cavabdehin işi neçə, hansı formada görməsinin iddiaçıya nə aidiyyatı vardır? İddiaçının iddia ərizəsinin məzmunundan da görünür ki, birgə fəaliyyət göstərmək məqsədi ilə iş görülüb. Yəni tərəflərdən iddiaçı müəyyən məbləğdə pul vermiş, cavabdeh isə qum, atsep və başqa tikinti materiallarını təmin etmişdir. Sonradan vəd olunan pulun verilməməsi nəticəsində maddi sıxıntıları yarandığından birgə iş fəaliyyətləri baş tutmamışdır. Lakin iddia ərizəsinə qiymət verilərkən qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. İddiaçının vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışı iclasında iştirak edərək iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaçının şikayətinin məzmununa uyğun izahat verdi. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, iş üzrə cavabdeh apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək 1.550 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, o, İddiaçı 7.000 manat məbləğində pul aldığını etiraf etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 02.04.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı Cavabdeh 2018-ci ilin fevral ayında borc verdiyi 7.000 manat pulun qaytarılmaması barədə bölməyə daxil olmuş müraciətinə baxılmış və müraciətdə qaldırılan xüsusatlar mülki xarakterli olduğu üçün aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət edilməsi izah olunmuşdur. Cavabdeh 15-ci Polis Bölməsində verdiyi izahatından görünür ki, o, İddiaçı iş görmək adı ilə 7.000 manat məbləğində pul aldığını, lakin işləri baş tutmadığı üçün aldığı pulu geri qaytara bilmədiyini etiraf etmiş, həmin puldan 1.550 manatını İddiaçı geri qaytardığını bildirmiş və qalan pulu da geri qaytaracağına söz vermişdir. Göstərilənləri və iş üzrə tərəflərin bildirdiklərini nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MPM-nin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nın MPM-nin 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə tərəfindən müəyyən edilir ki, İddiaçı birlikdə iş görmək adı ilə Cavabdeh 2018-ci ilin fevral ayında 7.000 manat məbləğində pul vermiş, Cavabdeh aldığı pulları işləri baş tutandan sonra geri qaytaracağını vəd etmişdir. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, aldığı pulun müəyyən bir hissəsini 1.550 manatını geri qaytardığını bildirsə də buna dair hər hansı sübut təqdim edə bilməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin Rayon Məhkəməsi iddianı 1.550 manat pul tələbi hissəsində təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdehin alınmış puldan 1.550 manatın qaytarılmasını bildirməsi iş materialları ilə sübuta yetmədiyi halda, Rayon Məhkəməsi həmin hissədə iddianı əsassız hesab etmiş və iş üzrə səhv nəticəyə gəlmişdir. Həmin hissədə qətnamə ləğv edilməli və iddia təmin edilməlidir. İddiaçının qətnaməsi formal xarakter daşımır və əsassız deyil. Eyni zamanda müəyyən edilir ki, qətnamənin ləğv edilib iddianın tam və ya qismən rədd edilməsi üçün əsaslar yoxdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, formal xarakter daşıyır. Çünki 7.000 manat məbləğində pul borc deyil birgə fəaliyyət göstərmək məqsədi ilə iddiaçı tərəfdən cavabdehə verilsə də, həmin məbləğin cavabdehdə tam və ya qismən qalmasının hüquqi əsası yoxdur. Beləliklə, Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək 1.550 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları MPM-nin 119.1ci maddəsinin tələbinə görə cavabdehə aid edilməli, bu məqsədlə apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 15 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 noyabr 2020-ci il tarixli qətnamə qismən, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək 1.550 (bir min beş yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli qətnaməsi qalan hissədə, yəni 5.450 (beş min dörd yüz əlli) manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 (otuz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları Cavabdeh aid edilsin. Bu məqsəd ilə 15 (on beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5176/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5176/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver