Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5176/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-193/2022 saylı, 04 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh MMC-yə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı, 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən (Vəkil) elektron qaydada verdikləri apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3183/2022 saylı, 17 mart 202-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş və mülki iş geri qaytarılmışdır. Qərardaddan iddiaçıların verdiyi kassasiya şikayəti forma və məzmuna riayət edilmədən verildiyindən AR Ali Məhkəməsinin 2(102)-3097/22 saylı, 19 aprel 2022-ci il tarixli qərardadına əsasən geri qaytarılmışdır. Daha sonra iddiaçılar nöqsanı aradan qaldıraraq qətnamədən apellyasiya şikayəti eyni zamanda şikayət vermə müddətinin bərpa olunmasına dair ərizə də vermiş və birinci instansiya məhkəməsi eyni saylı, 13 iyun 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, müddət üzrlü hesab olunaraq bərpa olunmuş və şikayətə baxılması üçün mülki iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət icraata qəbul edilmişdir. Bundan əlavə, məhkəməyə Nərimanov Rayon Məhkəməsindən xx.xx.2022-ci il tarixli sorğu daxil olmuş, müddətin bərpa edilməsinə dair 13 iyun 2022-ci il tarixli qərardaddan Cavabdeh MMC tərəfindən verilən şikayətin mümkünlüyünün yoxlanılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçılar mülki işin baxışdan çıxarılaraq geri qaytarılmasına etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən şikayətə münasibət bildirilməsi üçün qətnamədən verilmiş apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv olunmalı və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-193/2022 saylı, 04 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5176/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılsın. Nərimanov Rayon Məhkəməsinin e2(005)-193/2022 saylı 13 iyun 2022-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə münasibət bildirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-5176/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5176/2022
03.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver