Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5177/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Teymur Aydınovun iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması və mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə” ilk iddiasına, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-yə qarşı “bankın hərəkətlərinin qanunsuz hesab edilməsi və qanunsuz hərəkətlərin dayandırılması barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 20.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia ərizəsində tələb olunub ki, Cavabdeh1 və Cavabdeh2 bankın mülkiyyətində olan, Sabunçu rayonu, Səmədbəy Mehmandarov küçəsi, ev № 1-də yerləşən 23 №-li mənzildən (bundan sonra – mənzil) çıxarılsınlar, mənzil boşaldılaraq banka təhvil verilsin, Cavabdeh2 mənzilə olan istifadə hüququ itirilmiş hesab olunsun. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, bankın hərəkətləri qanunsuz hesab edilsin və qanunsuz hərəkətlərin dayandırılması vəzifəsi bankın üzərinə qoyulsun. Qətnamə ilə qət olunub ki, ilk iddia təmin edilsin, Cavabdeh1 və Cavabdeh2 mənzildən çıxarılsın, mənzil boşaldılaraq banka təhvil verilsin, Cavabdeh2 mənzildən istifadə hüququ itirilmiş hesab olunsun, qarşılıqlı iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd olunsun, qarşılıqlı iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən bankın nümayəndəsi Teymur Aydınov apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mənzil kreditin qaytarılmasının təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilib. Kredit vaxtında qaytarımadığına görə mənzilə tutma yönəldilib, bank mənzili alıb, mənzil üzərində bankın mülkiyyət hüququ 26.09.2018-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. Cavabdeh1 və Cavabdeh2 n mənzilə hüquqları yoxdur, onlar mənzilə qanunsuz sahiblik edirlər. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də birinci instansiya məhkəməsi ilk iddianı təmin etməklə, qarşılıqlı iddianı isə rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 20.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5177/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5177/2021
18.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver