Məhkəmə qərarları › İş №2(103)-5177/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5177/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5177/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMMC-yə qarşı “pul” tələbinə iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(005)-3223/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(005)- 3223/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Məhkəmə mövqeyini belə izah etmişdir ki, qanunvericilikdə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizələrinin verilməsi zamanı ərazi aidiyyəti barədə hər hansı norma birbaşa öz əksini tapmamışdır. Qanunla başqa hal nəzərdə tutulmadığından qanunvericiliyin tələbinə əsasən iddia cavabdehin qeydiyyat ünvanı üzrə aidiyyəti məhkəməyə verilməlidir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh MMMC-nin hüquqi ünvanı isə ünvan 2 iddia ərizəsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qərardadında onun iddia ərizəsinin geri qaytarılmasının yeganə əsası kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində CavabdehMMMC-nin hüquqi ünvanının Nərimanov rayonunda deyil, Nəsimi rayonunda olduğunu göstərmişdir. Lakin hesab edir ki, məhkəmə bu əsasla iddia ərizəsinin geri qaytarılması qənaətinə gəlməkdə haqlı deyildir. Belə ki, onun elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əlavə olunmuş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri- Kommersiya Qurumlarının xx.xx.2023-cü il tarixli, 3-16-5/2-14-6765/2023 saylı reyestrdən çıxarışdan da açıq-aydın şəkildə görünür ki, Cavabdeh MMMC-nin əvvəlki hüquqi ünvanı ünvan 7kı hüquqi ünvanı ünvan 9ycan Republikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində cavabdehin hüquqi ünvanının əvvəlki ünvan olaraq qalması heç də vətəndaşın problemi deyildir və bu yalnız hüquqi şəxsin hüquqi ünvanına dair nizamnamədə edilmiş dəyişikliyi aparan dövlət qurumunun səhvi kimi qiymətləndirilməlidir. Hətta o, cavabdeh orqanın hazırkı ünvanı ilə əlaqədar onların özlərindən maraqlandıqda ona bildirdilər ki, həqiqətən də cəmiyyətin hüquqi ünvanı dəyişdirilmiş və bu barədə hazırkı ünvana dair məlumatların elekron informasiya sistemində yerləşdirilməsilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə rəsmi müraciət də olunmuş və həmin məktubunun bir nüsxəsini də ona vermişlər. Məhkəməyə təqdim etdiyi rəsmi sənədlərdən də göründüyü kimi iddia ərizəsi Cavabdeh MMMC-nin hazırkı hüquqi ünvanı məhz Nərimanov rayonu olduğundan tamamilə haqlı olaraq Nərimanov Rayon Məhkəməsinə təqdim etmişdir. Həmçinin, şikayətə əlavə olunmuş Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəsin almış və artıq məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edən e-2(005)-3039/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından da göründüyü kimi digər analoji mülki iş üzrə Cavabdeh MMMC-yə qarşı verilmiş iddia ərizəsi məhz Nərimanov rayon məhkəməsi tərəfindən heç bir aidiyyat qaydaları pozulmadan icraata götürülmüşdür. Hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3223/2024 qərardadı ləğv edilərək, onun iddia ərizəsi Nərimanov rayon Məhkəməsi tərəfindən icraata qəbul olunmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3223/2024 saylı, 06 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan maddələrində mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuş, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Hazırki mübahisəli münasibətlərin hüquqi təbiətindən də müəyyən edilir ki, iddiaçı Mülki Məcəllənin podrat müqaviləsinə aid maddələrinə istinadən sifarişçinin müqaviləyə zidd davranışı nəticəsində ona dəymiş zərərin ödənilməsini tələb edir. Belə olan halda da, sözügedən mübahisəyə qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növünün tətbiqini şərtləndirən hallar müəyyən edilmir. Beləliklə hazırki mübahisəyə cavabdeh-hüquqi şəxsin ünvanının, yəni dövlət qeydiyyatına alındığı və rəsmi sənədlərində əks olunduğu hüquqi ünvanının məhkəməsində baxılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri- Kommersiya Qurumlarının xx.xx.2023-cü il tarixli, 3-16-5/2-14-6765/2023 saylı reyestrdən çıxarışdan görünür ki, Cavabdeh MMMC-nin əvvəlki hüquqi ünvanı ünvan 7kı hüquqi ünvanı ünvan 12nin Cavabdeh MMMC-nin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə xx.xx.2024-cü il tarixli müraciəti ilə MMMC-nin hüquqi ünvanına dair edilmiş dəyşikliyin müvafiq elektron sistemdə qeydiyyata alınması xahiş edilmişdir. Göründüyü kimi iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh MMMC-nin dövlət qeydiyyatına alınması barədə rəsmi sənədində əks olunan hazırki hüquqi ünvanı ünvan 13ənin həmin sənədlərin mötəbərliyini şübhə altına alması üçün hər hansı hallar da müəyyən edilməmişdir. Mövcud qanunvericiliyə əsasən də hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd elektron sistemdən yox, reyestrdən çıxarışdır (qeydiyyat şəhadətnaməsi və s.). Belə ki, qurumun adı, təşkilati-hüquqi forması, qeydiyyat nömrəsi və tarixi, hüquqi ünvanı, qanuni təmsilçisi və s. haqqında qeydlər məhz dövlət reyestrində öz əksini tapır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sadalanan əsaslarla iddia ərizəsini, mümkünlüyü haqqında məsələni lazımi qaydada araşdırmadan geri qaytarmaqda haqlı olmamış, iddiaçının ədalət mühakiməsinə çatımlıq hüququnu pozmuşdur. Ona görə də həmin qərardad ləğv olunmalı, iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) birinci instansiya məhkəməsinə göndərilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Qeyd edilməlidir ki, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhz ona görə mübahisəyə müvafiq ərazi aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3223/2024 saylı 22 iyul 2024-cü il tarixli qərardadı tamamilə ləğv edilsin. İddiaçı Cavabdeh MMMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar