Məhkəmə qərarları › İş №2(103)-5178/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5178/2025

29.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5178/2025 29.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs və onun vəkili və nümayəndəsi X4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair ilk, Cavabdeh Rəhman Fərman oğlu və İddiaçı2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2024 nömrəli 09 yanvar 2024-cü il tarixli qətnaməsindən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı1 və İddiaçı2 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanındakı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşlıqlı iddia üzə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı "yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 8, mənzil 24 ünvanında yerləşən mənzildən istifadə hüququ itirlmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2024 nömrəli 09 yanvar 2024-cü il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanındakı mənzilə köçürülməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakim Firuzə Mirzəyeva) Məhkəmə araşdırılması zamanı iş üzrə İddiaçı1 xx.xx.2024-cü il tarixdə öldüyü müəyyən edilmişdir (Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış). Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mülki iş üzrə icraata “İddiaçı1 mənzilə köçürülmə” hissəsində xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər; 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər; 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər; 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Mülki-Prosessual Məcəlləsində "iddiaçı" prosesin tərəfi kimi müəyyən edilmiş və "iddiaçının" ümumi qaydada anlayışı verilmiş, bu kateqoriyaya aid şəxslərin hüquq və vəzifələri təsbit edilmişdir. Məhkəmə kollegiyası göstərilən maddələrin tələblərini nəzərə alaraq qeyd edir ki, İddiaçı1 məhkəmə qətnaməsi qəbul edildikdən sonra öldüyündən o, işdə iştirak edən şəxs kateqoriyasına aid edilə bilməz və mübahisə edilən hüquq münasibəti iddiaçı kimi onun mənzilə köçürülməsi olmaqla onun şəxsiyyəti ilə bağlı olmaqla hüquq varisliyinə də yol verilmir. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-197/2024 nömrəli 09 yanvar 2024-cü il tarixli qətnaməsi qismən - “İddiaçı1 ünvan 2 ünvanındakı mənzilə köçürülsün” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 261-ci, 263-264, 384-385-ci, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2024 nömrəli 09 yanvar 2024-cü il tarixli qətnaməsi qismən - “İddiaçı1 ünvan 2 ünvanındakı mənzilə köçürülsün” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar