Məhkəmə qərarları › İş №2(103)-518/2021

Bakı Apellyasiya Məhkəməsi Əlavə qətnamə — İş №2(103)-518/2021

10.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-518/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı X7 nümayəndəsi X9, Cavabdeh X2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi, cavabdehin uşaqları və ona məxsus əşyaları ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə əlavə qətnamə çıxarılması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının öz təşəbbüsü ilə olan məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, N.Nərimanov küçəsi, ev 77, 7 saylı mənzildən cavabdeh X3 14000 manat kompensasiya ödənilməklə ümumi birgə nikahdan anadan olmuş X5 və X4 istifadə hüququna xitam verilməsi və şəxsi cehiz əşyaları ilə birlikdə yaşayış sahəsindən çıxarılması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, N.Nərimanov küçəsi, 77 saylı evin, 7 saylı mənzilinə cavabdeh X3 20000 manat miqdarında kompensasiya ödənilməklə birgə nikahdan doğulmuş X5 və X4 istifadə hüququna xitam verilməsi və şəxsi cehiz əşyaları ilə birikdə onların yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-1095/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı cavabdeh X3 20.000 (iyirmi min) manat məbləğində kompensasiya ödənilməklə, cavabdeh X2 (uşaqları X11 və X10 ilə birlikdə) Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 77 saylı evin, 7 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdeh X2 (uşaqları X11 və X10 ilə birlikdə) Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 77 saylı evin, 7 saylı mənzilindən ona məxsus bütün əşyaları ilə birlikdə çıxarılması, həmçinin, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, cavabdeh X3 20.000 (iyirmi min) manat məbləğində kompensasiya məbləğinin ödənilməsi və onun (uşaqları X11 və X10 ilə birlikdə) Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 77 saylı evin, 7 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, onun həmin mənzildən bütün əşyaları ilə (uşaqları X11 və X10 ilə birlikdə) birlikdə çıxarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir. Cavabdeh X8 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)- 12933/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-1095/2019 saylı qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-2306/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12933/2019 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli, 2(103)- 12933/2019 saylı qətnaməsi ilə cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-1095/2019 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. Kollegiya qeyd edir ki, apellyasiya mərhələsində işə baxılarkən qiymətləndirmə ekspertizaları təyin edilərək, rəylər alınmışdır. Qiymətləndirici “xxxx” MMC-nin rəyinə əsasən qiymətləndirmə ilə bağlı xidmət haqqı 200 manat təşkil edir. Qiymətləndirici “Ekspress”xxxx” MMC-nin rəyindən görünür ki, qiymətləndirmə ilə bağlı xidmət haqqı 450 manat təşkil edir. İşə apellyasiya qaydasında baxılarkən qiymətləndirmə ekspertizası xərci ilə bağlı məsələ həll edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1 maddəsinin tələbinə görə şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildirlər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qiymətləndirmə ekspertizalarının keçirilməsi ilə əlaqədar aprılmış tədqiqatın dəyərini təşkil edən 200 manat və 450 manat məbləğində pul məbləğləri iddiaçıdan alınaraq, qimətləndiricilərə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xərcləri haqqında məsələ həll edilməmişdirsə, məhkəmə tərəflərin təşəbbüsü ilə və ya öz təşəbbüsü ilə bu məsələni əlavə qətnamə çıxarılmaqla həll edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat X6 alınaraq, “xxxx” MMC-nin hesabına (VÖEN:**********, Hesab/İBAN: AZ58RBTA********************,VÖEN:**********, Benefisiar bank: “xxxx” ASC Nərimanov filialı, Müxbir hesab: AZ61nabz********************, FAD:505442; VÖEN:**********, S.W.İ.F.T: RBTAAZ22) keçirilsin. Qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 450 (dörd yüz əlli) manat X6 alınaraq, “Ekspress”xxxx” MMC-nin hesabına (VÖEN **********1, H/h **********406A60, İBAN- AZ98JBBK**********0191406A60, “xxxx” ASC MXD filialı, Kodu 506924, VÖEN **********, M-h- AZ27NABZ********************, S.W.İ.F.T. BİK JBBK AZ22) keçirilsin. Əlavə Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Əlavə Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar