Məhkəmə qərarları › İş №2(103)-518/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-518/2024

26.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-518/2024 26.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilin boşaldılması və pul tələbinə» dair mülki üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2(006)-2248/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh1 bibisidir. Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, mənzil 8 ünvanında yerləşən və sahəsi 43.50 kv.metrdən ibarət mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. Hazırda iddiaçı bildirir ki, qeyd olunan mənzil atası X1 miras qalmışdır. Ümumi sahəsi 32 m2 olan mənzilin 13,5 m2 hissəsi ona, 18,5 m2 hissəsi isə mərhum qardaşı Abdullaya miras qalmışdır. Lakin Abdulla vəfat etdikdən sonra qızı Cavabdeh1 mənzilin ona aid olan hissəsini də qanunsuz zəbt edərək X7 tərəfindən Cavabdeh2 mənzili kirayə vermişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilin ona məxsus 13,5 m2 hissəsinin boşaldılaraq ona təhvil verilməsi, mənzilin kirayəyə verilməsindən əldə edilmiş 2.000 manat qazancın 1.000 manatının Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 8 saylı mənzil ataları X1 miras qalmışdır. Ümumi sahəsi 32 m2 olan mənzilin 13,5 m2 hissəsi ona, 18,5 m2 hissəsi isə mərhum qardaşı Abdullaya miras qalmışdır. Lakin Abdulla vəfat etdikdən sonra qızı Cavabdeh1 mənzilin ona aid olan hissəsini də qanunsuz zəbt edərək ümumi mənzili kirayə vermişdir. Bununla bağlı o, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bolməsinə şikayət ərizəsi ünvanlamışdır. Ərizəsi araşdırıldıqdan sonra Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bolməsinin təhqiqatçısı, polis mayoru Nizami Hüseynovun qərarı ilə miras qalmış mənzilin Cavabdeh1 tərəfindən Cavabdeh3 verilmiş etibarnamə əsasında Cavabdeh2 kirayəyə verildiyi, sonuncunun həmin mənzildə 4 aydır yaşadığı və mənzilə görə hər ay 500 manat olmaqla ümumilikdə 2.000 manat kirayə haqqı ödədiyi müəyyən edilmişdir. Qərarla mübahisə mülki xarakterli olması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Hazırda cavabdehlər tərəfindən mənzilə olan hüquqları kobud şəkildə pozulmağa davam etdiyindən iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin hazırki hərəkətləri isə onun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi ilə müəyyən edilmiş hüquqlarının tam şəkildə həyata keçirilməsiə mane olur. Hesab edir ki, cavabdehlər tərəfindən mənzilin ona aid hissəsi boşaldılaraq ona təhvil verilməsi ilə yanaşı mənzilin kirayə verilməsindən əldə edilmiş gəlirin yarısı da onun xeyrinə tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2(006)- 2248/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, İddiaçı mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüquqları və bu səbəbdən, bu mübahisə üzrə cavabdehlərə qarşı mənzilin boşaldılması və pul tələbinə dair iddia irəli sürmək hüququ yoxdur. Digər sözlə ifadə etdikə, hazırki iş üzrə iddiaçının iddia predmeti ilə bağlı mülki hüquq münasibətlərini mübahisələndirməyə subyektiv hüququ yoxdur. Göründüyü kimi İddiaçı subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Mübahisə predmeti olan mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi hüququ yaranmamışdır. Bu səbəbdən, iddia təmin edilə bilməz. Həmçinin iddiaçıya izah edilmişdir ki, mübahisələndirdiyi mənzil üzərində qeyd etdiyi sahə üzrə mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim edəcəyi təqdirdə, cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yaranacaqdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisələndirilən mənzildə faktiki pasport qeydiyyatındadır. Bu fakt iş materiallarında olan iddiaçının 2005ci il tarixli şəxsiyyət vəsiqəsi ilə də sübuta yetirilir. Qeyd edilən mənzildə pasport qeydiyyatında olması faktı iddiaçının artıq həmin mənzilə sahiblik və istifadə hüququnun olmasına dəlalət edir. Birinci instansiya məhkəməsi isə iş üçün əhəmiyyət kəsb edən bu sübuta ümumiyyətlə əhəmiyyət verməmişdir. Bundan başqa, iddiaçı bu hüququnun yaranması barədə sənədin surətini məhkəməyə təqdim etsə də məhkəmə qeyd edilən sənədin hazırlıq mərhələsində deyil, məhkəmənin baxış iclasında təqdim edildiyinə görə qəbul etməmişdir. Vəkil qeyd edilən sənədin əslinin və təsdiq edilmiş surətinin aidiyyatı qurumlardan özü ala bilmədiyini, hətta vəkil sorğusu əsasında da ona həmin sənəd verilmədiyini bildirib. Belə ki, iş materiallarında olan 05 iyun 2023-cü il tarixli 431 saylı vəkil soruğusundan görünür ki, 5 saylı vəkil börosunun vəkili Nümayəndə1 tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Kommunal Departamentinə sorgu ilə müraciət edərək, mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmasına əsas olmuş Mənzil Kommunal Təsərrüfatı Departamentinin 66/1 saylı, xx.xx.2012-ci il tarixli Sərəncam olmuşdur və Departamentdən həmin sənədin təsdiq edilmiş surətinin vəkilə verilməsi xahiş edilmişdir. Mənzil Kommunal Təsərrüfatı Departamenti qeyd edilən sənədlə bağlı Milli Arxiv İdarəsinə sorğu göndərməsini bildirib və 07 avqust 2023-cü il tarixində Dövlət Arxivinin Bakı Filialına 660 saylı vəkil sorğusu ilə müraciət olunub. Milli Arxiv İdarəsi 10 avqust 2023-cü il tarixli 3-48-2F/2-05557/2023 saylı cavab məktubu ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Kommunal Departamentinin xx.xx.2012-ci il tarixli 66/1 saylı X4 Bakı filialında mövcud olduğunu təsdiq edib, lakin qeyd edilən sərəncamın hüquqi yardım göstərdiyi şəxsə nə dərəcədə aid olması barədə rəsmi sənəd təqdim etmədiyindən (Arxiv İdarəsinin bu yanaşması da təbii ki, qanunusuzluqdur, çünki vəkilin rəsmi sənədi, yəni hüquqi yardım göstərdiyi şəxslə bağlıdığı vəkil orderini sorğuya əlavə edib) “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.-ci maddəsinin tələblərini nəzərə almaqla həmin sərəncamın təqdim edilməsindən imtina edilmişdir. Göründüyü kimi Arxiv İdarəsi iş üçün əhəmiyyət kəsb edən sübutun Dövlət Arxivinin Bakı filialında mövcudluğunu təsdiq edib. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyinin tələblərini pozaraq işin ədalətli və hərtərəfli araşdırılması üçün Dövlət Arxivinin Bakı filialına sorğu göndərməyib, bununla da qəbul etdiyi qətnamənin əsaslılığını şübhə altına alıb. Belə ki, hakim sorğu ilə müraciət edib iddiaçının özü və vəkili tərəfindən mümkün olan vasitələrlə əldə edə bilmədiyi iş üçün əhəmiyyət kəsb edən və Dövlət Arxivi tərəfindən mövcudluğu təsdiq edilən sənədi əldə etmiş olsa idi o zaman iddiaçının iddia vermək üçün subyektiv hüququnun olubolmamasını müəyyən edə biləcəkdi. Halbuki həmin sənəd əsasında iddiaçının məhkəmədə iddia qaldırmasına səbəb olan SSRİ Yollar Nazirliyinin Oktyabr inqilabı ordenli Azərbaycan Dəmir Yolunun Bakı hissəsi tərəfindən verilmiş 130487 saylı qərar əldə olunacaqdı. Həmin qərara əsasən Azərbaycan Dəmir Yolları Bakı hissəsinin rəhbərliyi Azərbaycan SSR-nin Mənzil Məcəlləsinin 84, 95-ci maddələrinin tələblərini rəhbər tutaraq X2 ölümündən sonra ona məxsus Bakı şəhəri, Kaveroçkin küçəsi ev 13, blok 2, 8 saylı ümumi sahəsi 32 kv.m olan 2 otaqlı mənzilə dair övladları X5 və qızı İddiaçı ilə ayrılıqda müqavilə bağlanmasına icazə verib. Sənədə əsasən mənzilin 18 kv.metri 4 nəfərlik ailəsi ilə birlikdə oğlu X3, 13,0 kv.metri isə qızı İddiaçı adına rəsmiləşdirilməsi, otaqların hər birinin giriş-çıxışı ayrı olmaqla kommunal şərait ümumi istifadədə saxlanması qeyd edilmişdir. Göstərildiyi kimi iddiaçı faktiki olaraq mübahisələndirilən mənzildə pasport qeydiyyatındadır və onun həmin mənzildə qeydiyyatda olması onun həmin mənzilə sahiblik və istifadə hüqunun yaranmasıdır ki, hüquq (gözlənti hüququ) əsasında da iddiaçı istədiyi zaman daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması barədə müraciət edib mənzilə dair sərəncam hüququ əldə edəcəkdir. Lakin çıxarışın olmaması iddiaçının mülkiyyətçi hüquqlarının olmamasına dəlalət etmir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bu halı görməzlikdən gəlib. Bundan əlavə iddiaçı faktiki olaraq həmin mənzildə pasport qeydiyyatındadır. Artıq bu halın özü şəxsin həmin mənzilə sahiblik və istifadə hüququnun olmasının sübutudur. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 elektron kabinet vasitəsi ilə apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Digər tərəfdən məhkəmə hazırlıq iclasları təxirə salınmaqla iddiaçı tərəfin kifayət qədər vaxtı olmuşdur, lakin iddiaçı tərəf apellyasiya şikayətində qeyd etdiyi vəsatəti həmin vaxt deyil, məhkəmə baxışı başlanan zaman vermişdir. Bundan başqa apellyasiya şikayətində göstərilən “sərəncam”ın surəti iddiaçı tərəfdə var idisə, iddia ərizəsində bu barədə qeyd edilməli idi, lakin iddia ərizəsində bu barədə hər hansı bir qeyd olmamışdır. Həmçinin qeyd olunan sərəncamda iddiaçının deyil, cavabdehin atasının hüquqları göstəriləmişdir ki, bunun da hazırki işə aidiyyatı olmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, hər hansı bir mənzildə qeydiyyatda olmaq, həmin mənzilə mülkiyyət hüquqlarının olmasına dəlalət etmir. Digər tərəfdən iddiaçının istinad etdiyi 1970-ci illərə aid olan Sovet İttifaqı dövründə verilmiş bir sənəd iddiaçının mülkiyyət hüququnu təsdiq etmir, və gələcəkdə əgər iddiaçı öz mülkiyyət hüququnu bu sənədlə təsdiq edə biləcəksə, ilk öncə müraciət edəcəyi struktur yalnız Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9malıdır və bu struktur onun mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina edərsə, o zaman Bakı İnzibati Məhkəməsinə müraciət etməli olacaq. Hazırkı işdə isə həmin struktur tərəfindən cavabdehə Cavabdeh1 verilən xx.xx.2020-ci il tarixli çıxarışla iddiaçının mübahisələndirdiyi mənzil üzərində cavabdehin mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsivəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

33. (2). Qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi:

51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir.

79. Yaşayış sahəsinin icarədarı və onunla yaşayan ailə üzvləri, qarşılıqlı razılığa əsasən, istifadələrində olan yaşayış sahəsində başqa vətəndaşlarla (müvəqqəti sakinlərlə) əsas icarədardan icarəyə götürmə müqaviləsi bağlamadan və sahədən istifadə haqqı almadan onların müvəqqəti yaşamasına icazə verə bilərlər. Müvəqqəti sakinlərin bir ay yarımdan artıq müddətə köçməsinə yalnız bu Məcəllənin 40-cı maddəsinin birinci hissəsində müəyyən olunmuş mənzil sahəsi normasına əməl etmək şərtilə yol verilir. Müvəqqəti sakinlər icarədarın və ya onunla yaşayan ailə üzvlərinin tələbi ilə yaşayış sahəsini dərhal boşaltmalıdırlar. Müvəqqəti sakinlər imtina etdikdə başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında çıxarılmalıdırlar.

Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı bildiririr ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, mənzil 8 ünvanında yerləşən mənzil atası X1 miras qalmışdır. Ümumi sahəsi 32 m2 olan mənzilin 13,5 m2 hissəsi ona, 18,5 m2 hissəsi isə mərhum qardaşı Abdullaya miras qalmışdır. Lakin Abdulla vəfat etdikdən sonra qızı Cavabdeh1 mənzilin ona aid olan hissəsini də qanunsuz zəbt edərək ümumi mənzili kirayə vermişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan isə görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, mənzil 8 ünvanında yerləşən və sahəsi 43.50 kv.metrdən ibarət mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına qeydə alınmışdır. Bununla belə iddiaçı SSRİ Yollar Nazirliyinin Oktyabr inqilabı ordenli Azərbaycan Dəmir Yolunun Bakı hissəsi tərəfindən verilmiş 130487 saylı qərara istinad edərək bildirir ki, həmin qərara əsasən Azərbaycan Dəmir Yolları Bakı hissəsinin rəhbərliyi Azərbaycan SSR-nin Mənzil Məcəlləsinin 84, 95-ci maddələrinin tələblərini rəhbər tutaraq X2 ölümündən sonra ona məxsus Bakı şəhəri, Kaveroçkin küçəsi ev 13, blok 2, 8 saylı ümumi sahəsi 32 kv.m olan 2 otaqlı mənzilə dair övladları X5 və qızı İddiaçı ilə ayrılıqda müqavilə bağlanmasına icazə verib. Sənədə əsasən mənzilin 18 kv.metri 4 nəfərlik ailəsi ilə birlikdə oğlu X3, 13,0 kv.metri isə qızı İddiaçı adına rəsmiləşdirilməsi, otaqların hər birinin giriş çıxışı ayrı olmaqla kommunal şərait ümumi istifadədə saxlanması qeyd edilmişdir. Göründüyü kimi mübahisəli mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olsa belə, qeyd olunan qərarda mənzilin ümumi sahəsinin 32 kv. m olması göstərilməklə, 13,0 kv.metr hissəsinin İddiaçı adına rəsmiləşdirilməsi, otaqların hər birinin giriş çıxışı ayrı olmaqla kommunal şərait ümumi istifadədə saxlanması qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Kaveroçkin küçəsi ev 13, blok 2, 8 saylı mənzilə dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli texniki pasportda mənzildə sahəsi 18,4; 18.4; 5,9; 5.1; 3,3; 6,8, 3,6, 13,6 və 13 kv.m olan sahələr göstərilmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan isə görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, ünvanında yerləşən mənzil 8-in sahəsi 43.50 kv.metrdir. İddiaçı isə 13 ünvanda yerləşən 8 saylı mənzilin ona məxsus 13,5 m2 hissəsinin boşaldılaraq ona təhvil verilməli olmasını iddia edir. İşin obyektiv həlli baxımından mübahisəli mənzilin ümumi sahəsinin, eləcə də mənzil 8-ə aid texniki pasportla göstərilən 43,5 kv.m sahələr ilə digər 13 kv. m hissələrinin bir-birindən təcdir olunmuş formada ayrı giriş-çıxışının mümkün olubolmamasının müəyyən edilməsi zəruri olduğundan apellyasiya baxışı zamanı məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/268 nömrəli, 22 iyul 2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh1 məxsus mənzilə dair verilmiş çıxarışda əks olunan sahə (kvadratmetr) həmin mənzilə dair Texniki Pasportda 1(18.4, kv.m), 2 (18.4 kv.m) və 3 (5.9 kv.m) nömrələri ilə göstərilmişdir. 5.1 kvm, 3.3 kvm, 6.8 kvm, 3.6 kvm, 13.6 kvm sahəsi olan yerləşkələr ümumi istifadə sahəsi kimi nəzərdə tutulduğundan, nömrələnmiş “üm”, yəni “ümumi istifadə” qeydi altında əks edilmişdir. Bundan əlavə sahəsi 13 kv.m təşkil edən sahə digər şəxsə məxsus olduğundan, Texniki Pasportda ştrixlərlə göstərilməklə nömrələnməmişdir. Qərardadın 2ci, 3-cü və 5-ci suallarda göstərilənlərin müəyyən edilməsi hüquqi xarakter daşıdığından məhkəmə tərəfindən müəyyən edilə bilər. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında tərtib edilmiş Texniki Pasport sənədində İddiaçı sahəsi işarələnməmişdir. Cavabdeh1 adına verilmiş çıxarışda Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, mənzil 8 -in ümumi sahəsi kimi göstərilmiş 43.5 kvm sahə həmin mənzilə dair tərtib edilmiş Texniki Pasportda əks edilmiş 1, 2 və 3 saylı tikililərin ümumi sahəsi ilə (18.4+18.4+5.9=42.7) Çıxarışda göstərilən ümumi sahə arasında 0.8 kv m fərq olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, mənzil 8 ünvanında yerləşən mənzilə dair tərtib edilmiş 29 aprel 2013-cü il tarixli texniki pasportda əks olunmuş 13.6 kv.m və 13 kv.m olan sahələrinin 8 saylı mənzilə texniki cəhətdən bağlılığı olduğu müəyyən edilmişdir. Belə ki, həmin sahələr ümumi mənzilin, yəni Cavabdeh1 mülkiyyətində olan hissəsi, ümumi istifadədə olan hissəsi və Cavabdeh1 aidiyyatı olan hissələri birlikdə bir mənzil parametrlərinə uyğundur, lakin sıxlaşdırılmış mənzil sahələri kimi sənədləşdirilmişidir. 29 aprel 2023-cü tarixli texniki pasportda əks edilmiş 13.6 kv m olan tikiliyə giriş-çıxış qapısının texniki pasportda ümumi istifadədə göstərilən sahəsi 6.8 kv. m olan tikilidən, texniki pasportda ştirxlənmiş sahəsi 13.0 kv.m olan tikilitə isə girişçıxış qapısının 13.6 kv.m tikilidən olması müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə kollegiyası mənzilin ümumi sahəsinin, eləcə də mənzil 8-ə aid texniki pasportla göstərilən 43,5 kv.m sahələr ilə digər 13 kv. m hissələrinin bir-birindən təcdir olunmuş formada ayrı giriş-çıxışının mümkün olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də qeyd olunan rəyi şübhə altına alan hər hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, qeyd olunan rəy sübut kimi qəbul edilməlidir. Göründüyü kimi, mübahisəli mənzilə dair cavabdehə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilsə də aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, əks olunan sahə (kvadratmetr) həmin mənzilə dair Texniki Pasportda 1(18.4, kv.m), 2 (18.4 kv.m) və 3 (5.9 kv.m) nömrələri ilə göstərilmişdir. 5.1 kvm, 3.3 kvm, 6.8 kvm, 3.6 kvm, 13.6 kvm sahəsi olan yerləşkələr ümumi istifadə sahəsi kimi nəzərdə tutulduğundan, nömrələnmiş “üm”, yəni “ümumi istifadə” qeydi altında əks edilmişdir. Bundan əlavə sahəsi 13 kv.m təşkil edən sahə digər şəxsə məxsus olduğundan, Texniki Pasportda ştrixlərlə göstərilməklə nömrələnməmişdir. Həmçinin Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, mənzil 8 ünvanında yerləşən mənzilə dair tərtib edilmiş 29 aprel 2013-cü il tarixli texniki pasportda əks olunmuş 13.6 kv.m və 13 kv.m olan sahələrinin 8 saylı mənzilə texniki cəhətdən bağlılığı olduğu müəyyən edilmişdir. 70 saylı MKİS-nin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi sənədlərdən də görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydyyatda olmaqla Azərbaycan Dəmir Yolunun Bakı hissəsinin xx.xx.1997-ci il tarixli C6-20/117 saylı məktbuna əsasən həmin mənzilin sahibi olmasına baxmayaraq ona mənzildə yaşamaq imkanı verilmir, mənzilin kirayəsi və kommunal xərclərini vaxtında ödəyir. 70 saylı MKİS-nin təqdim etdiyi şəxsi hesab vərəqəsindən də görünür ki, İddiaçı tutduğu sahə 13 kv.m olmaqla 1 otaqdı və mənzilin nömrəsi 8a-dır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi məhz 13 kvm sahəyə dair hissədə əsaslı olmuşdur. Belə ki, mübahisəli mənzilə dair texniki pasportda əks olunmuş 13.6 kv.m və 13 kv.m olan sahələrinin 8 saylı mənzilə texniki cəhətdən bağlılığı müəyyən edilmiş, eləcə də Texniki Pasportda əks edilmiş 1, 2 və 3 saylı tikililərin ümumi sahəsi ilə (18.4+18.4+5.9=42.7) çıxarışda göstərilən ümumi sahə arasında 0.8 kv m fərq olduğu müəyyən edilmişdir. Digər tərəfdən mübahisəli mənzil mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olsa belə, SSRİ Yollar Nazirliyinin Oktyabr inqilabı ordenli Azərbaycan Dəmir Yolunun Bakı hissəsi tərəfindən verilmiş 130487 saylı qərarda mənzilin ümumi sahəsinin 32 kv. m olması göstərilməklə, 13,0 kv.metr hissəsinin İddiaçı adına rəsmiləşdirilməsi, otaqların hər birinin giriş-çıxışı ayrı olmaqla kommunal şərait ümumi istifadədə saxlanması qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdeh tərəfin mübahisələndirilən sahənin, yəni 13 kv.metr otağın cavabdehə aid olmamasını, həmin sahənin hazırda onların istifadəsində olmasını etiraf etməsinə baxmayaraq, cavabdeh hesab edir ki, onların oradan çıxarılmasına iddiaçının hüququ yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, mənzil 8 ünvanında yerləşən mənzilə (8a saylı mənzil) bağlı olan 13 kv.m sahə cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə kollegiyası qeyd edilən nəticəyə gələrkən iddia tələbinin konkret 8 saylı mənzilə olmasına baxmayaraq hesab edir ki, gələcəkdə qətnamənin icrasında anlaşılmazlıqlar yaranmasının qarşısının alınması üçün iddiaçıya məxsus olan 13 kv.m sahənin Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13-də yerləşən 8 saylı mənzilə bağlı olmasına baxmayaraq 8a sayla təcrid olunmuş şəkildə mövcudluğunu nəzərə almışdır. Məhkəmə kollegiyası iddia tələbinin – “mənzilin kirayəyə verilməsindən əldə edilmiş 2.000 manat qazancın 1.000 manatının Cavabdeh1 tutularaq ona ödənilməsi” hissəsində isə iddianın rədd edilməli olması qənaətinə gəlir. Belə ki, iddiaçı mənzilin kirayə verilməsindən əldə edilən qazancın yarısının ona verilməsini xahiş etsə də, mənzilin kirayə verilməsindən əldə edilmiş gəlir barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, qeyd edilən mənzildə Orxan Məmmədov adlı şəxslə qarşılıqlı şifahi razılaşmalarına görə qeyd edilən mənzili kirayə götürərək 4 ay müddətində həmin mənzildə yaşayır və kirayə haqqı olaraq Orxana hər ay 500 manat olmaqla, ümumilikdə iki min manat (2000) ödəmişdir. Orxan Məmmədovun arvadı X7 izahatında göstərmişdir ki, əri Orxanın hal hazırda Türkiyə Respublikasında yaşayan xalası qızı Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, 8 nömrəli mənzilə onun adından dövlət orqanlarında, idarə, təşkilat və müəssisələrində çıxış etməyə mobil notariat vasitəsilə etibarnamə vermişdir. Həmidənin razılığı əsasında həmin mənzil əri Orxanın tanışı Cavabdeh2 kirayəyə verilmişdir. Mənzil üzərində olan mübahisə barədə onun məlumatı olmamışdır. Cavabdeh1 hazırda Türkiyə Respublikasında yaşadığından təhqiqat zamanı izahatı alınması mümkün olmamışdır. İddiaçının ona məxsus yaşayış sahəsinin hazırda kirayə verilməklə digər şəxslərin yaşaması faktını əks etdirən «cinayət işinin başlanmasının rəd edilməsi qərarı»na istinad etməsinə məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, bu halın qərarda əksini tapması tələbi qeyd edilən hissəsinin əsaslı olması və buna görə də təmin edilməsi üçün əsas vermir. Göründüyü kimi iddia tələbinin – “ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilin 13 kv.m hissəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsində əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını araşdırmayaraq göstərilən hisasədə iddia tələbini rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin - “ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilin 13 kv.m hissəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə həmin hissədə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək “ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilin (8a saylı mənzil)13 kv.m hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməli , iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2(006)- 2248/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilin 13 kv.m hissəsi (8a №li mənzilin) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar