Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5188/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: əmlakın ipoteka yüklülüyündən azad edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin nümayəndəsi Əskərova Vüsalə Elçin qızının iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-489/2022 saylı 21 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh LPO Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış məktubundan görünür ki, ünvan 3, 44 saylı fərdi yaşayış evi üzərində ipoteka yüklülüyünün olub-olmaması barədə məlumatın verilməsi ilə bağlı ********** daxil olma nömrəli. xx.xx.2021-ci il tarixli sorğunuza baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, xx.xx.2021-ci il tarixinə olan məlumata əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin sizə məxsus hissəsi, xx.xx.2004-cü il tarixli müraciətinə əsasən “Dəmirbank" ASC-nin (əvvəlki adı Azərdəmiryolbank) xeyrinə ipoteka ilə yüklü edilmişdir.
2. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı № 136020 saylı çıxarışı ilə, ünvan 3, 44 saylı fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə Əliyev Sıbuhi İdris oğlunun adına hüquqi rəsmiləşdirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 3 44 saylı fərdi yaşayış evinin ½ hissəsinin Ləğv Prosesində Olan "xxxx" ASC-dən ipoteka yüklülüyündən azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırımışdır ki, mülkiyyətində olan ünvan 3 44 saylı fərdi yaşayış evinin ½ hissəsini xx.xx.2004-cü il tarixdə alqı-satqı əsasında almışdır.Hazırda xüsusi mülkiyyətində olan ünvan 3 44 saylı fərdi yaşayış evinin ½ hissəsini satmaq istəsə də notariat kontorunda əmlakının xx.xx.2004-cü il tarixdən Ləğv Prosesində Olan "xxxx" ASC-də ipoteka ilə yüklü olunduğunu öyrənmişdir. Qeyd edir ki, mülkiyyətində olan sözü gedən əmlak hansı əsaslara görə Ləğv Prosesində Olan "xxxx" ASC-də yüklü olması barədə heç bir məlumatı yoxdur. Məsələyə aydınlıq gətirilməsi üçün xx.xx.2021-ci il tarixdə Ləğv Prosesində Olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ıcrac direktoru Tural Piriyevə rəsmi ərizə ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə "Elektron notariat" informasiya sistemindən çıxarışa və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********94 saylı məktubundan da göründüyü kimi ünvan 3 44 saylı fərdi yaşayış evinin ½ hissəsini Ləğv Prosesində Olan "xxxx" ASC-də ipoteka ilə yüklü kimi göstərilsə də hansı əsaslara görə yüklü edilməsi barədə heç bir məlumatı yoxdur. Müraciətinə Ləğv Prosesində Olan "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli **********545 saylı məktubla cavab verilmişdir. Lakin cavab məktubundan LPO "xxxx" ASC əmlakımın hansı əsaslara görə bank qarşısında yüklü edilməsini əsaslandıra bilməmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-489/2022 saylı 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 3 44 saylı fərdi yaşayış evinin ½ hissəsi ipoteka yüklülüyündən azad edilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 276.1, 319.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh LPO Cavabdeh ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin müvafiq qətnaməsi əsassızdır. Belə ki, məhkəmə mübahisələndirilən ipoteka predmeti olan əmlakın hansı əsas öhdəliyin təminatı olduğunu, həmin əsas öhdəliyin hazrda mövcud olub-olmadığını və s. bu kimi zəruri halları müəyyən etmədən sözügedən maddənin tələblərini pozmaqla səhv qətnamə qəbul etmişdir. Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli №**********9796 saylı məhkəmənin sorğusuna cavab məktub ilə xx.xx.2022-ci il tarixinə məlumata əsasən ünvan 3ndə yerləşən 44 saylı fərdi yaşayış evinin İddiaçı məxsus ½ hissəsi xx.xx.2004- cü il tarixli müraciətə əsasən ”Azərdəmiryolbank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və hazırda da yüklüdür, əmlakın yüklü edilməsi ilə bağlı sənədlər İdarənin arxivində saxlanılmamışdır. Hakim tərəfindən digər bir sorğu ilə Dövlət Notariat Arxivinə müraciət edilmiş, cavab olaraq bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemi xx.xx.2007-ci ildən formalaşdırıldığından həmin tarixdən aparılmış notariat hərəkətləri barədə məlumat vermək imkan xaricindədir, notariat hərəkətinin rəsmiləşdirildiyi notariat ofisinin adı barədə dəqiq məlumat verildiyi halda qeyd edilən məsələ öz həllini tapa bilərdi. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hər iki sorğuya verilmiş cavablar həmin orqanlar qarşısında qoyulmuş sualları tam şəkildə əhatə etmir, əmlakın yüklü edilməsi ilə bağlı hansı hüquqi sənədin mövcud olduğu heç bir cavab məktubunda göstərilməmişdir. Hakim isə verilmiş həmin sorğulara alınan cavab məktublarının natamamlığına heç bir məhəl qoymayaraq həqiqətin müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırma aparmayaraq sözügedən əmlakın ipoteka yüklülüyündən azad edilməsinə dair səhv qətnamə qəbul etmişdir. Məlumdur ki, daşınmaz əmlakın ipoteka müqaviləsi həmin əmlakın olduğu yerin notariat kontorunda təsdiq edilir. Lakin hakim bu kimi zəruri halı nəzərdən qaçıraraq həmin ipoteka predmetinin yerləşdiyi ərazi üzrə notariat kontoruna heç bir sorğu göndərməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosesdə belə bir prezumpsiya mövcuddur ki, iddiaçı tələbini təsdiq edən halları sübut etməmişdirsə, cavabdeh iddia tələbi ilə bağlı cavabdehlik daşımasını sübut etmə yükü daşımır. Göründüyü kimi, hazıkı məqamda sübutetmə yükü iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələbini əsaslandıra bilməmiş, yalnız sorğulara verilən natamam cavab məktubları ilə kifayətlənmişdir. Məhkəmə gedişatı zamanı məhkəmə tərəfindən cavabdehin iddiaya cavab verməli şəxs olduğu müəyyən edilməli idi. Lakin məhkəmə mülki iş üzrə əsl olmayan cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin əsl cavabdeh Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsini iddiaçıya təklif etməmiş, tələb yönələ bilməyən şəxslərə qarşı verilmiş iddianı əssasız təmin edərək, bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin nümayəndəsi Əskərova Vüsalə Elçin qızı apellasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında hər hansı müqavilənin mövcudluğu onlardan aslı olmayan səbəblərdə təqdim edə bilmirlər.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 269.1. girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
14. Maddə 269.4. ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
15. Maddə 276.1. ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.
16. Maddə 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırki halda qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-489/2022 saylı 21 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Kollegiya qeyd edir ki, işin hallarından məlum olduğu kimi hazırda mübahisəli əmlakın ipoteka ilə yüklü edilməsinə dair hər hansı əsasın mövcudluğu aşkar edilmir və heç bir əsas olmadan cavabdeh bankın xeyrinə “əmlakın yüklü edilməsi barədə reyestr xidmətində qeydin olması” qanunsuz olduğundan iddiaçı öz iddiasında haqlıdır.
26. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli №**********96 saylı məhkəmənin sorğusuna cavab məktubundan da göründüyü kimi, İddiaçı məxsus 1/2 hissəsi xx.xx.2004-cü il tarixli müraciətə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və hal-hazırda yüklüdür. Lakin, əmlakın yüklü edilməsi ilə bağlı hər hansı hüquqi əsas mövcud deyil. Bu isə onu göstərir ki, İddiaçı mülkiyyət hüquqları pozularaq, heç bir əsas olmadan ünvan 3 44 saylı fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan ½ hissəsi ipoteka ilə yüklü edilmişdir.
27. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 3 44 saylı fərdi yaşayış evinin ½ hissəsi ipoteka yüklülüyündən azad edilməlidir.
28. Cavabdeh apellyasiya şikayətində mülki iş üzrə əsl cavabdeh Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olduğunu qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlilər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, ünvan 3 ünvanında yerləşən 44 saylı fərdi yaşayış evinin İddiaçı məxsus 1/2 hissəsi məhz "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli müraciətə əsasən onun xeyrinə ipoteka ilə yüklü edilmişdir və hazırda yüklüdür.
29. Həmçinin cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfində işin tam və hərtərəfli araşdırılmadığını və yüklülük tərəflər arasında bağlanmış müqavilə əsasında edildiyini qeyd edir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından həmin halın sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh tərəf isə tərəflər arasında hər hansı müqavilənin olmasını təsdiq edən sübutu təqdim edə bilmir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh LPO Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-489/2022 saylı 21 aprel 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.