Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-519/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması,tələbin ipoteka predimetinə yönəldilməsi, evdən çıxarılma və evin boşaldılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1095/2021 saylı işi üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı cavabdehlərdən qızından müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 005R ********** saylı kredit razılaşması üzrə 50588,42 manat kredit borcu, 5423,89 manat faiz borcu və 16185,86 manat cərimə borcu olmaqla, cəmi 72198,17 manat. 005R********** saylı kredit razılaşması üzrə 54569,81 manat kredit borcu, 5454,12 manat faiz borcu və 17241,29 manat cərimə borcu olmaqla, cəmi 77265,22 manat, 005R********** saylı kredit razılaşması üzrə 28283,92 manat kredit borcu, 3416,65 manat faiz borcu və 9301,02 manat cərimə borcu olmaqla, cəmi 41001,59 manat üç kredit razılaşması üzrə ümumilikdə 190464 manat 98 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsum və 40 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 m2 yaşayış 54.9 m2 köməkçi sahədən ibarət bağ evinə və Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 m2 yaşayış, 141.6 m2 köməkçi sahədən ibarət bağ evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 190464 manat 98 qəpik borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 müştərək qaydada "Accessbank” QSC-nin xeyrinə tutulması, Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 m2 yaşayış, 54.9 m2 köməkçi sahədən ibarət bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 m2 yaşayış 141.6 m2 köməkçi sahədən ibarət bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə iddia tələbi irəli sürmüşür. 2.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1095/2021 saylı işi üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2018-ci il tarixli müqavilə üzrə 50588.42 manat kredit borcu, 5423.89 manat faiz borcu, 5058 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 54569,81 manat əsas, 5454,12 manat faiz borcu, 5456 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 28283,92 manat əsas, 3416,65 manat faiz borcu, 2828 manat cərimə borcu, ümumilikdə 161078,81 manat borc, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 25,50 manat məbləğində dövlət rüsumu iddiaçı "Accessbank” QSC-nin xeyrinə tutulması, tutma Cavabdeh2 məxsus Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 kv.m yaşayış, 54.9 kv.m köməkçi sahədən ibarət bağ evinə və Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 kv.m yaşayış 141.6 kv.m köməkçi sahədən ibarət bağ evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilməsi, Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 kv.m yaşayış, 54.9 kv.m köməkçi sahədən ibarət bağ evinin hərracda satılması üçün ilkin satış qiyməti 166748 manat məbləğində müəyyən edilməsi, Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 kv.m yaşayış 141.6 kv.m köməkçi sahədən ibarət bağ evinin hərracda satılması üçün ilkin satış qiyməti 207427 manat məbləğində müəyyən edilməsi, 1500 manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 1275 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 225 manatın "Accessbank” QSC-dən tutularaq "ABAK-Az Crovve LTD” MMC-nin hesabına ödənilməsi və Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 kv.m yaşayış, 54.9 kv.m köməkçi sahədən ibarət bağ evi və Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 kv.m yaşayış 141.6 kv.m köməkçi sahədən ibarət bağ evi satıldıqdan sonra Cavabdeh2 həmin bag evlərindən çıxarılması və bag evlərinin onun tərəfindən boşaldılması qət edilmişdir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 005L**********89 saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə 10000000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır; - Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 005L**********89 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır; - Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 005L**********89 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə 40000 manat məbləğində kredit xətti açılmışdır; -xx.xx.2018-ci il tarixli 005S**********03 saylı zaminlik müqaviləsinə əasaən Cavabdeh2 zamin olaraq müəyyən edilmişdir; -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ******* saylı çıxarışına əsasən, Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 m2 yaşayış 54.9 m2 köməkçi sahədən ibarət bağ evinə mülkiyyət hüququ Cavabdeh2 məxsusdur; - Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 "AccessBank” OSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 005M**********01 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu Novxanı kəndi bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 kv.m yaşayış, 54.9 kv.m köməkçi sahədən ibarət bağ evini, xx.xx.2018-ci il tarixli 005M**********02 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu Novxanı kəndi bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 kv.m yaşayış, 141.6 kv.m köməkçi sahədən ibarət bağ evini "AccessBank” ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir; - CROWE MMC xx.xx.2021-ci il tarixli rəyinə əsasən, Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı ümumi sahəsi 235,2 kv.m sahədən ibarət bağ evinin bazar dəyəri 207427 manat, Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 147,2 kv.m sahədən ibarət olan bağ evinin likvid dəyəri 166748 manat təşkil etməsi müəyyən edilmişdir (iş səh.15, 16, 22, 25,46, 50, 94, 133 ). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2021 -ci il tarixli 2(004)-1095/2021 saylı qətnaməsini qismən - “ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti və qiymətləndirmə ekspertizasının tədqiqatının dəyərinin İddiaçı QSC-dən də tutulması” hissələrində ləğv edərək təkrar qiymətləndirmə keçirilməklə əmlakların likvid dəyərinin müəyyən edilməsi və qiymətləndirmə ekspertizası tədqiqatının dəyərinin bütövlükdə cavabdehlərə aid edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə “İpoteka haqqında” Qanunun 1.0.9; Mülki Prosessual Məcəllənin 119.1, 124.1, 124.3, 384.0.2, 386, 389, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Apellyasiya şikayətinin birinci dəlili ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin bazar dəyərinə əsasən müəyyən edilməsi ilə bağlıdır. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqavilələri ilə Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı bağ evinin və Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı bağ evinin dəyəri 72000 manat məbləğində müəyyən edilmişdir. Mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərardadına əsasən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin rəyinə əsasən ipoteka predmeti olan Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı bağ evinin bazar dəyəri 166748 manat, Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı bağ evinin bazar dəyəri 207427 manat müəyyən edilmişdir. İş üzrə keçirilmiş əmtəəşünaslıq ekspertizası ilə əmlakların bazar dəyəri barədə rəylər verilmiş, həmin əmlakların likvid dəyəri müəyyən edilməmişdir. Əmlakların likvid dəyərinin müəyyən edilməsi barədə vəsatət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İpoteka predmeti olan əmlakların ilkin satış qiyməti onların likvid dəyərinə əsasən müəyyən edilməli idi. Apellyasiya şikayətinin ikinci dəlili keçirilmiş qiymətləndirmə ekspertizasının dəyərinin İddiaçı QSC-dən də tutulması hissəsi ilə bağlıdır.Məhkəmə iş üzrə keçirilmiş qiymətləndirmə ekspertizasının dəyərinin iddiaçı Bankdan da tutulması hissəsində səhv nəticəyə gəlmişdir.Hazırki işdə cavabdehlərin məhkəmə xərclərini ödəməkdən azad edilməsi halı mövcud deyildir. Ona görə də hesab edirik ki, qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri tam şəkildə cavabdehlərə aid edilməlidir .
5. Cavabdehlər apellyasiya şikayəti verərək, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2(004)-1095/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 127; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 358, 360, 362, 385.1.2-ci maddələrinə istnadən qeyd edilmişdir ki, 3 kredit müqaviləsi üzrə bankın ümumi borcunun böyük hissəsini ödəmişlər. Hal-hazırda banka 3 kredit müqaviləsi üzrə ümumilikdə 34.551 manat borc qalmışdır. Lakin iddiaçı tərəfindən həmin məbləğ əsassız olaraq şişirdilmiş, əsas məbləğ şişirdildiyinə görə avtomatik olaraq faiz və cərimə məbləği də qanunsuz olaraq reallıqdan çox yuxarı göstərilmişdir. Birinci instansiya məhkəməsində məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi üçün vəsatət verilsə də hakim tərəfindən qanunsuz olaraq vəsatət rədd edilmişdir. Halbuki banka olan borcu dəqiqləşdirilməsi üçün hakimin iddia ərizəsinə istinad etməsi yox, müvafiq ekspertizanı təyin etməsi lazım idi. Lakin görünür möhtərəm hakim üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək üçün daha qısa və iddiaçıya sərfəli yol seçib. Bu isə birinci instansiya məhkəməsinin hazırki mülki işə qərəzli mövqeyinin açıq-aşkar təzahürüdür.Bundan başqa birinci instansiya məhkəməsinin sübut kimi istinad eldiyi “ABAK-Az Crovve LTD" MMC-nin həmin bağ sahəsinin qiymətləndirilməsinə dair rəyi də tamamilə qanunsuz və əsassızdır. Daha doğrusu həmin qiymətləndirmə bankın öz sifarişidir və verdiyi rəy də real bazar qiymətlərini deyil, sırf bankın istədiyi və özünə sərf edən qiymətləri əks etdirir. Çünki tərəflərindən də qiymətləndirmə keçirilmiş və müəyyən edilmişdir ki, iki evin ümumilikdə 623500 qiyməti manatdır. Bu isə açıq-aşkar göstərir ki, birinci instansiya məhkəməsinin sübut kimi istinad etdiyi "xxxx" MMC-nin hesabat- rəyi qanunsuz, əsassız və sifariş xarakterlidir.Ədalətli məhkəmə araşdırması hüquqi elementlərindən biri prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşağı məhkəmə instansiyalarının aktlarından yuxarı instansiya məhkəməsinə şikayət və ya protest vermək hüququnun mövcudluğudur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qiymətləndirmə (əmtəəşünaslıq) və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə, 12 oktyabr 2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 "AccessBank” QSC-nə olan əsas borc üzrə 50588,42 manat, faiz borcu üzrə 5423,89 manat; 16 noyabr 2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 "AccessBank” QSC-nə olan əsas borc üzrə 54569,81 manat, faiz borcu üzrə 5454,12 manat; 27 fevral 2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 "AccessBank” QSC-nə olan əsas borc üzrə 28283,92 manat, faiz borcu üzrə 3416,65 manat müəyyən edilmişdir.Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən, Abşeron rayonu, Novxanı kəndi, bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 147,2 kv.m sahədən ibarət bağ evinin iddia qaldırılan gündən hal-hazırkı günədək hazirki bazar qiymətlərinə uyğun olaraq təqribən 120000 manat, likvid dəyərinin isə təqribən 110000 manat və Abşeron rayonu, Novxanı kəndi, bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı ümumi sahəsi 235,2 kv.m sahədən ibarət bağ evinin iddia qaldırılan gündən hal-hazırkı günədək hazirki bazar qiymətlərinə uyğun olaraq təqribən 190000 manat, likvid dəyərinin isə təqribən 180000 manat təşkil etdiyi müəyyən edilir. Aparılmış tədiqatın dəyəri 200 manat müəyyən edilir.
7. İddiaçı QSC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, qiymətləndirmə rəyi əsasında müəyyən edilmiş əmlakların likvid dəyərləri ilə razı olduqlarını, bankın tələbi ilə ekspert rəyində müəyyən edilmiş məbləğin üst-üstə düşdüyünü, ekspert rəyinin cavabdehin vəsatəti əsasında həyata keçirildiyindən ekspert xərcinin onlar tərəfindən ödənilməli olduğunu, əmlakların qiymətlərinin rəyə uyğun olaraq dəyişdirilməsini və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin qəbul edilməməsini xahiş etdiklərini bildirmişdir.
8. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını İpoteka haqqında Qanunun 36, 39, 41,42; Mülki Məcəllənin 269 -270, 309.1, 319.1, 324, 385.1, 425.1, 427.3, 439- 449, 467, 470-471, 550-554, 556, 739, 741, 743, 744; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, dövlət qeydiyyatına alınan ipoteka müqaviləsi üzrə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada ipoteka saxlayanın tələbinin ödənilməsi (borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi) üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
11. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin digər hissələrdə əsaslar müəyyən etməsə də, bağ evlərinin ilkin satış qiyməti hissəsində qətnamənin dəyişdirilməsi üçün əsaslar müəyyən edilir. Cavabdehin dəlilləri ekspert rəyləri və ya digər sübutlarla təsdiq edilmədiyindən onun apellyasiya şikayətininin təmin edilməsi üçün əsaslar müəyyən edilmir.
12. Mübahisə edilən hissədə iddiaçının apellyasiya şikayətinin dəlilləri qismən təsdiq edildiyindən, onun apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, iddia sonuncu ekspert rəyinə müvafiq (bağ evlərinin ilkin satış qiymətləri), Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 147,2 kv.m sahədən ibarət olan bağ evinin ilkin satış qiyməti 110000 manat, Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı ümumi sahəsi 235,2 kv.m sahədən ibarət bağ evinin ilkin satış qiyməti 180000 müəyyən edilməli, iddianın mübahisələndirdiyi digər hissədə təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsinin “qət etdi” hissəsində ipoteka predmetinin ilkin satış qiymətini (likvid deyil bazar dəyərini) qeyd etməkdə düzgün olmayan nəticəyə gəlmişdir.
13. İpoteka haqqında Qanunun 39.3.3-cü maddəsinə əsasən: ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edən Məhkəmə qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Qanunun 1.0.9-cu maddəsinöə görə: ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
14. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci ödəyən şəxslərə, apellyasiya icraatı zamanı aparılan ekspertiza xərci isə cavabdehlərə aid edilməlidir. 15.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1095/2021 saylı işi üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi (əmlakların ilkin satış qiymətinin müəyyən olunması hissəsində) dəyişdirilsin. Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 147,2 kv.m sahədən ibarət olan bağ evinin ilkin satış qiyməti 110000 manat, Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı ümumi sahəsi 235,2 kv.m sahədən ibarət bağ evinin ilkin satış qiyməti 180000 manat müəyyən edilsin. Ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğdə pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə üzrə tədqiqatın dəyəri olan 200 (iki yüz) manat pul vəsaiti "xxxx" MMC hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.