Məhkəmə qərarları › İş №2(103)-5191/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5191/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5191/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həsənov Elnur Məmmədsaat oğlundan və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli qərardadından üçüncü şəxs X2 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 cavabdeh Mingəçevir şəhəri 2 saylı Notariat Ofisinə, Cavabdeh2-yə və Cavabdeh1 qarşı (AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi idarəsi, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti, X2, X1 və “Nikoyl” İKB müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6190/2014 saylı, 15 sentyabr 2014-cü il tarixli qərardadı ilə Mingəçevir şəhəri, H.Əliyev prospekti 65 ünvanındakı ümumi sahəsi 5866,7 kv.m olan “E” qeyri-yaşayış binası 4 saylı istehsalat binası və onun yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683,50 kv.m olan bütün qeyri-yaşayış binalarının və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. İşə mahiyyəti üzrə baxılaraq yekun qərar qəbul edilmiş, qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş və qətnamə icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Nərimanov Rayon Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərardadı ilə tətbiq olunmuş müvəqqəti təminat tədbirinin götürülməsini (ləğv olunmasını) xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(005)- 352 saylı qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-5097/2014 saylı, 15 sentyabr 2014-cü il tarixli “iddianı təmin etmə tədbirinin görülməsi haqqında” qərardadı ləğv edilmiş, Mingəçevir şəhəri, H.Əliyev prospekti 65 ünvanındakı ümumi sahəsi 5866,7 kv.m olan “E” qeyri-yaşayış binası 4 saylı istehsalat binası və onun yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683,50 kv.m olan bütün qeyri-yaşayış binalarının və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsinin Cavabdeh1 və digər şəxslər tərəfindən özgəninkiləşdirilməsinə qoyulmuş qadağan götürülmüşdür. İş üzrə üçüncü şəxs X2 həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(005)- 352/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2 (005)-16/2015, xx.xx.2015-ci il qətnaməsi ilə İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2-yə və Mingəçevir şəhər 2 saylı notariat Kontorunun xüsusi notariusu X3ma qarşı əmlakın satılması ilə bağlı iddiası təmin edilmiş və mübahislər əmlak Cavabdeh2 -yə qaytarılmışdır. Həmin əmlakın qaytarılması zamanı heç bir təhvil-təsllim aktı imzalanmamış və qətnamələr qismən icra edilmişdir. Lakin, "xxxx" ASC-nin marağında olan borc məbləği mövcud olan əmlak ilə əvəzləşdiyindən "xxxx" ASC qətnamələrin icra edilmiş hesab edilməsi barədə ərizədə qeyd etmişdir. Tərəfindən Cavabdeh2-dən əldə etdiyi məlumata əsasən qanunsuz olaraq satılmış qeyri-yaşayış sahəsi və onun tərkib hissəsi olan avadanlıqlar tam olaraq qaytarılmamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarında olan İddiaçı2 tərəfindən Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o tələbin borclu tərəfindən tam icra olunduğunu bildirir və icra sənədi üzrə icraata xitam verilməsini xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər (maddə 162.1). İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər (maddə 162.3). Məhkəmə şollegiyası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədində qeyd olunan tələbin borclu tərəfindən tam şəkildə təmin olunduğunu və bununla əlaqədar olaraq icra sənədi üzrə icraata xitam verildiyini nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar