Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5193/2024 30.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Fuad Vilayət oğlu X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(005)-3078/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK, Cavabdeh3 MTK, Cavabdeh1 qarşı protokoldan çıxarış və maliyyə arayışının təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu. H.Əliyev prospekti, 105. 1951 saylı məhəllədə tikilmiş yaşayış binasının 2-ci giriş 3-cii mərtəbəsində yerləşən 2 otaqlı 1 saylı mənzilə dair iclas protokolundan çıxarışın, mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışının İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdeh “Euro Tikinti" MTK-nin və Cavabdeh1 üzərinə qoyulması öhdəliyinin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, Cavabdeh3 MTK-nın cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3078/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu. H.Əliyev prospekti, 105, 1951 saylı məhəllədə tikilmiş yaşayış binasının 2-ci giriş 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 1 saylı mənzilə dair İddiaçı adına çıxarışın alınması üçün "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və ya müvafiq protokoldan çıxarışın, eyni zamanda mənzilin əldə olunması ilə bağlı İddiaçı MTK-ya hər hansı borcunun olmamasına dair maliyyə arayışının İddiaçı təqdim edilməsi öhdəliyi "xxxx" MTK-nın üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3078/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3078/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı adından X6 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3078/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3078/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilməsi, İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd edilən qərardaddan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3078/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, buraxılmış müddəti bərpaedir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəməaktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt, hətta onun qüvvəyə minməsindən aylar və yaxud illər ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilməyən və yaxud kifayət qədər təmin edilməyən hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-nin 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülkimühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3078/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3078/2023 nömrəli qərardadının ləğv edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3078/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(005)- 3078/2023 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 31 iyul 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3078/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etsə də şikayətində prosessual hüquq normalarını yalnızca sadalamış. Lakin sadalanan prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir. Buna baxmayaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(005)-3078/2023 nömrəli qərardadını ləğv etmişdir. Yuxarıda qeyd ediləndən başqa Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 prosessual müddətin bərpası barədə ərizəsində üzrlü olan heç bir hal göstərməməsinə baxmayaraq qətnamədən şikayət vermək üçün müddəti bərpa etmişdir. Həmçinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-3078/2023 nömrəli xx.xx.2024-cü il tarixli qərardadında Məhkəmə iclasında iştirak etməmiş İddiaçı nümayəndəsi Nümayəndə adından münasibət bildirərək güya ki, İddiaçı nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Bu bir ağ yalandır. Ümumiyyətlə nümayəndəsi həmin məhkəmə iclası barədə məlumatsız olmuşdur. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, qərardadının ləğv edilməsi üçün əsas olmadığına görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3078/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi İddiaçı oğlunun iddia ərizəsində qeyd edilən ünvanına göndərilmiş, lakin poçt orqanı vasitəsi ilə “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Sonradan xx.xx.2024-cü il tarixində həmin qətnamə İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən qəbz imzalanmaqla götürülmüş, apellyasiya şikayəti 10 mart 2024-cü il tarixdə verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3078/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3078/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı adından X6 tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilən müddət ötürüldüyündən geri qaytarılmışdır. Həmin qərardad İddiaçı tərəfindən 23 aprel 2024-cü il tarixində qəbzə imza atılmaqla götürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3078/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixində İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən qəbz imzalanmaqla götürülsə də, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliyin müəyyən etdiyi 1 aylıq müddəti ötürmüş, apellyasiya şikayətini 10 mart 2024cü il tarixdə vermiş, apellyasiya şikayətinin geri qaytarılması haqqında məhkəmənin 29 mart 2024cü il tarixli qərardadı İddiaçı tərəfindən 23 aprel 2024-cü il tarixində qəbzə imza atılmaqla götürülsə də prosessual müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd olunmalıdır ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, cavabdeh məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin “Raihani – Belçikaya qarşı”, “Məmmədov və digərləri Rusiyaya qarşı” işlərdəki mövqeyi). Avropa İnsan Hüquqları Məhkəməsinin “Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü sayılması üçün prosessual əsaslar yoxdur. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyənləşdirilmiş 1 aylıq müddət heç bir üzürlü səbəb olmadan ötürülmüş, iddiaçı tərəfindən ərizədə göstərilmiş hallar müddətinin ötürülməsinin üzürlü səbəbi kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlinmiş, mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur. Ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilən şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(005)-3078/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5193/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5193/2024
30.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver