Məhkəmə qərarları › İş №2(103)-5197/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5197/2020

17.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5197/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Ərizəçi1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1072/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Ərizəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi1 Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpası tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 xx.xx.1982- ci il tarixdə Ermənistan Respublikasının Qursalı rayonunun Spitak kəndində anadan olmuşdur. Atasının adı X6, anasının adı isə X3. O, dünyaya gəldikdə Spitak kəndinin kənd soveti tərəfindən ona xx.xx.1982- ci il tarixdə doğum haqqında şəhadətnaməsi verilmişdir. Lakin 1988-ci il yanvar ayında yaşadığları Qursalı rayonunun Spitak kəndindən ermənilər tərəfindən qovulmuşdular. Rusiya Federasiyasının, Tümen vilayətinə getmişlər. Uzun illər orada yaşadıqdan sonra Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişlər. 1999-cu il tarixdə Azərbaycan Respublikasına gəlmişlər, müvəqqəti olaraq Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, 35 saylı evdə qeydiyyatda olaraq yaşayırlar. Yaşadığı evdə nəmalum səbəbdən onun doğum şəhadətnaməsi itmişdir. Rusiya Federasiyası tərəfindən ona verilmiş 892-005 nömrəli, xx.xx.2002-ci il tarixli ********** nömrəli Rusiya Fedarasiyasının pasportunda ad, soyad, ata adı qrafasında Ərizəçi1, doğum tarixi qrafasında xx.xx.1982-ci il, doğum yeri qrafasında isə Ermənistan Respublikasının Spitak rayonu, Qursalı kəndi göstərilmişdir. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsində ad, soyad, ata adı qrafasında Ərizəçi1, doğum tarixi qrafasında xx.xx.1982-ci il qeyd olunmuşdur. Onun Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, 35 ünvanında qeydiyyatda olmağını Nəsimi rayon MKTB-nin 59 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, M-96 nömrəli arayışla təsdiqini tapır. Doğum şəhadətnaməsinin dublikatının alınması üçün Maraqlı şəxsnə bu barədə müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verməmişlər və bu barədə xx.xx.2019-cu il tarixli, 05/Q-465/68 imtina məktubunu təqdim etmişlər. Yuxarıda göstərilən səbəblərdən onun doğum haqqında şəhadətnaməsinin olmaması onun Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına və işləməyinə maneçilik törədir. Göstərilənlərə əsasən onun doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydində Ərizəçi1 xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikasının Qursalı rayonunun Spitak kəndində doğulması, doğum akt qeydində onun soyadı “Abbasova”, adı “Xəyalə”, ata adı “Xanlar”, doğum tarixi “xx.xx.1982-ci il” qeyd edilməklə və doğum aktı qeydində ata qrafasında “X6”, milliyyəti “azərbaycanlı”, ana qrafasında isə “X4”, milliyyəti “azərbaycan” qeyd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1072/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Ərizəçi1 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpası tələbi”nə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Ərizəçi1 verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında Ərizəçi1 nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki,apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1072/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan DYİ seriyalı 00***** nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Ərizəçi2 xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur, hal-hazırda ünvan 2 ünvanında müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil-Kommunal Təssərüfatı Birliyinin 59 saylı MKİS-nin M96 nömrəli, xx.xx.2019-cu il tarixli arayışına əsasən Ərizəçi1 ünvan 2 ünvanında müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 05/Q-465/68 nömrəli xx.xx.2019-cu il tarixli imtina məktubunda bildirilmişdir ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyrimümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür Həmin Qəraraın 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qəraraın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 308 və 310-cu maddələrin məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir: - ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; - ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ərizəçinin müvafiq sənədləri başqa qaydaya ala bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması (məsələn, öhdədə olma faktı), ya faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü (məsələn, bədbəxt hadisə faktı ilə bağlı aktın tərtib edilməməsi və hazırda onun tərtibinin mümkünsüzlüyü), ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılmalıdır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə, həmin sənədləri qeydə alan (verən) müvafiq orqanın (məsələn, Qeydiyyat orqanı) həmin sənədin dublikatının verilməsi imkanının olmaması başa düşülməlidir. Məsələn, Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş rayonlarda həmin sənədləri qeydə alan müvafiq orqanın (VVAQ orqanı, notariat kontoru və s.) arxivinin yanması, itirilməsi nəticəsində hüquqmüəyyənedici sənədlərin dublikatının verilməsi imkanının mümkünsüzlüyü. Həmçinin nəzərə alınmalıdır ki, ərizəçi Rusiya Federasiyasının vətəndaşı olmuşdur və Azərbaycan Respublikasının vətəndaşlığı yeni əldə edilmişdir. Hazırki mübahisəni araşdıran zamanı məhkəmə mülki prosessual qanunvericiliyinin ümumi hissəsinin normalarına istinad edir və qeyd edir ki, hüquqi faktı müəyyən edən zamanı təqdim edilən sübutlar, şahid ifadələri əsas götürülür, məhkəmənin gəldiyi nəticənin həqiqətə uyğunluğu isə işdə olan sübutların mötəbərliyindən asılı olur, sübutlar hər hansı halın-faktın olub-olmamasının qiymətləndirilməsində rol oynayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Ərizəçi1 doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydində Ərizəçi1 xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikasının Qursalı rayonunun Spitak kəndində doğulması, doğum akt qeydində onun soyadı “Abbasova”, adı “Xəyalə”, ata adı “Xanlar”, doğum tarixi “xx.xx.1982-ci il” qeyd edilməklə və doğum aktı qeydində ata qrafasında “X6”, milliyyəti “azərbaycanlı”, ana qrafasında isə “X4”, milliyyəti “azərbaycan” qeyd edilməsini tələb etsə də, həmin tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-ci maddəsinə əsasən Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayəti formal olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi1 apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1072/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Ərizəçi1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1072/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar