Məhkəmə qərarları › İş №2(103)-5198/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5198/2025

01.05.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5198/2025 01.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər Əsgərov İsmayıl Abbasəli oğlu, cavabdeh1 və cavabdeh2 İsmayıloviçə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kirayə haqqı, əsassız varlanma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili vəkil1, Cavabdehlər cavabdeh2 İsmayıloviç, cavabdeh1 və cavabdehlərin nümayəndəsi-vəkili vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Əsgərov İsmayıl Abbasəli oğlu, cavabdeh1 və cavabdeh2 İsmayıloviçə qarşı “kirayə haqqı tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, ##.##.2018-ci il tarixli çıxarışa əsasən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı Hətənxan qızının xüsusi mülkiyyətindədir.

2. “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ##.##.2024-cü il tarixli *** nömrəli arayışına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan küçəsi, ev 11, *** saylı mənzilin binanın saxlanılması və istismarı üçün nəzərdə tutulan kommunal xidmət haqqı Əsgərov İsmayıl Abbasəli oğlu tərəfindən ödənilir.

3. “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ##.##.2024-cü il tarixli *** nömrəli arayışına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan küçəsi, ev 11, *** saylı mənzili Əsgərov İsmayıl Abbasəli oğlu və cavabdeh1 Bəhrəm qızı tərəfindən 2003-cü ildə təmir edilib və həmin tarixdən mənzildə yaşayırlar.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər cavabdeh1, Əsgərov İsmayıl Abbasəli oğlu və cavabdeh2 İsmayıloviç iddiaçı İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi ** saylı evin *** saylı mənzilindən məcburi qaydada çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçılar cavabdeh2 İsmayıloviç, cavabdeh1 cavabdehlər İddiaçı və X3 qarşı “bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.

6. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, *** nömrəli arayışına əsasən müəyyən olunur ki, İddiaçı Hətənxan qızı Yasamal rayonu, Tbilisi prospekti, bina 49B 121-ci mənzildə ##.##.2020-ci ildən kirayəçi qismində qeydiyyatsız yaşayır.

7. “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ##.##.2025-ci il tarixli, ** nömrəli məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən 2000-ci ilin əvvəllərində ünvan 2 ünvanında ünvan 1 şəraitinin yaxşılaşdırmaq məqsədi ilə çoxmərtəbəli Kooperativ yaşayış binası tikilmişdir. ## #### 2002-ci il tarixində vətəndaş cavabdeh1 MTKya yaxınlaşaraq binadan 4 otaqlı ümumi sahəsi 156 kv.m. olan mənzil almaq istədiyini bildirmişdir, ancaq Rusiya vətəndaşı olduğu üçün həmin mənzili qohumu Əsgərov Mahəddin İsax oğlunun adına sənədləşdirəcəyini qeyd etmişdir. Bunlara əsasən ## #### 2002-ci il tarixində Əsgərov Mahəddin İsax oğlu ilə MTK arasında Cavadxan küçəsi, ev 11,6-cı giriş, 10-cu mərtəbədə olan 107-ci mənzil üzrə ** saylı Kooperativ Binada Mənzil Tikintisi üçün müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri hissə-hissələrə bölünməklə tikinti dövründə ödənilməlidir və ödənişlər daimi olaraq vətəndaş cavabdeh1 tərəfindən aparılmışdır. Həmçinin bildirir ki, cavabdeh1 həmin mənzilin dam örtüyünü mansart sahəsinə çevirərək təmir etmiş və 2003-cü ildən etibarən yaşayır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı cavabdehlər Əsgərov İsmayıl Abbasəli oğlu, cavabdeh1 və cavabdeh2 İsmayıloviçə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 11 ünvanında yerləşən sahəsi 148,1 kv.m olan *** saylı 4 otaqlı mənzilində son 5 il ərzində yaşayaraq istifadə etdikləri üçün müştərək qaydada kirayə haqqı olaraq hər ay üçün 1500 manat olmaqla, ümumilikdə 90000 manat və iddia ərizəsinin verilməsi üçün 360 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 11 ünvanında yerləşən sahəsi 148,1 kv.m. olan *** saylı 4 otaqlı mənzil ##.##.2018-ci il tarixdən onun mülkiyyətindədir. Həmin mənzil 2008-ci ildən qızı Fidan Əsgərovanın mülkiyyətində olmuşdur. Qızına aldığı ev əşyaları da hazırda həmin mənzildədir. Cavabdehlər qızı Fidanın keçmiş həyat yoldaşı Ruslan və onun valideynləridir. Ruslanın valideynləri əvvəllər Moskva şəhərində yaşamışlar. Bakıya gəldikdən sonra qızına məxsus, sonradan isə ona məxsus həmin mənzildə yaşayırlar. Mülkiyyətində olan mənzildə cavabdehlər yaşadığından özü istifadə edə bilmir. Dəfələrlə mənzilindən çıxmalarını tələb etsə də, onlar mənzildən çıxmaqda imtina edirlər. Məhkəmənin 2(004)- 734/2024-cü il tarixli ##.##.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia ərizəsi təmin edilərək cavabdehlərin mənzildən məcburi qaydada çıxarılmalar qət edilmişdir. Lakin cavabdehlər hüquqdan sui-istifadə edərək mənzildə əsassız yaşamağa davam etmələri üçü həmin qətnamədən apellyasiya şikayəti vermişlər. İş apellyasiya məhkəməsinin icraatında olduğu müddətdə (sədrlik edən hakim İkram Şirinov) cavabdehlər mənzilin ona və qızı Fidana bağışlanmasına dair müqavilələrin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etsələr də, məhkəmənin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia əsassız olduğundan rədd edildi. Cavabdehlər mənzildə qanunsuz yaşamaqda davam etmələri üçün həmin qətnamədən də apellyasiya şikayəti verdilər. Bu müddət ərzində Bakı Apellyasiya Məhkəməsində onların mənzildən məcburi çıxarılmalarına dair Nəsimi Rayon Məhkəməsinin 2(004)-734/2024-cü il tarixli ##.##.2024cü il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti üzə icraat dayandırılıb. Cavabdehlərin Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti də təmin edilməmiş, lakin onlar bununla da razılaşmayaraq hüquqdan sui-istifadəni davam etdirməklə mənzilindən qanunsuz istifadəni davam etdirmələri üçün Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişlər. Hazırda iş Ali Məhkəmənin icraatındadır. Mənzili 4 otaqlı, tam təmirli və yaşayış üçün hər bir şəraiti olan mənzildir və yerləşdiyi ərazidə aylıq kirayə haqqı orta hesabla 1500 manat təşkil edir. Əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Cavabdehlərlə aralarında rəsmi olaraq mənzil kirayə müqaviləsi bağlanmasa da kirayə haqqı tələb etdiyi müddətdən də uzun müddət əvvəl mənzilindən istifadə edirlə. Mənzilin bir aylıq kirayə haqqı orta hesabla 1500 manat təşkil etdiyindən bir il ərzində ödənilməli məbləğ 18000 manat (1500 X 12 ay = 18000) edir. Mənzil ##.##.2018-ci ildən mülkiyyətində olsa da, qanunun mənasına görə son beş il üçün kirayə haqqı tələb etmək hüququ olduğundan 2020-ci ilin fevral ayından hesablanmaqla cavabdehlər mənzilində yaşadıqları 60 ay müddətində 90000 manat məbləğində kirayə haqqı ödəməlidirlər.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 11 ünvanında yerləşən sahəsi 148,1 m2 olan *** saylı 4 otaqlı mənzillə bağlı cavabdehlər arasında kirayə münasibətinin yaranması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim olunan sübutlara əsasən də tərəflər arasında kirayə hüquq münasibətinin yaranması müəyyən olunmur.

12. İddiaçı tərəfindən təqdim olunmuş sübutların özü belə cavabdehlərin hazırda həmin ünvanda yaşamasını birbaşa təsdiq etmir, belə ki, arayışların birində cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 11 ünvanında yerləşən *** saylı mənzilin dam örtüyünü mansart sahəsinə çevirərək yaşaması qeyd olunsa da, digər arayışda cavabdehlərdən Kifayət Əsgərov və İsmayıl Əsgərovun həmin mənzildə 2003-cü ildən yaşadığı, digər cavabdeh cavabdeh2 barəsində isə ümumiyyətlə heç bir məlumat qeyd edilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və III hissələrinə, Mülki Məcəllənin 6.1.5, 324.1, 324.4, 324.5, 324.6, 329.1, 329.2, 329.3, 385.1, 386.1, 389.1, 390.1, 390.3, 390.5, 399.1, 405.1, 406.1, 675, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçının apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə mənzilin 7 ildən artıq müddətdə onun mülkiyyətində olmasına baxmayaraq mənzildən 2022-ciilin əvvəlindən istifadə edə bilməməsinə deyil, həmin evin əvvəllər cavabdeh Kifayət Abbasova tərəfindən təmir etdirilməsinə və ona məxsus olmasına dair məzmunca saxta olan arayışa istinad etmişdir. Baxmayaraq həmin arayışlar sorğu əsasında həmin binanı insa etmiş “xxxx” MTK tərəfindən deyil, bina tikilib dövlət qəbul komissiyasına təhvil verildikdən sonra həmin binanın idarəçiliyini həyata keçirən “xxxx” MMMC tərəfindən verilmiş və həmin arayışın işin hansı halları ilə təsdiq olunmasına məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Həmin mənzil əvvəllər kimin tərəfindən əldə edilməsindən və kimin mülkiyyətində olmasından asılı olmayaraq 2018-ci ildən onun mülkiyyətindədir. Onun qızı Fidan Əsgərovanın cavabdeh cavabdeh2la nikahlarına 2022-ci ilin yanvar ayında xitam verdikdən sonra cavabdehlərin həmin mənzildən istifadəsinin heç bir əsası olmamışdır. Həmin mənzilin əvvəllər kimin tərəfindən əldə edilməsinin, təmir etdirilməsinin və yaşamasının sonuncu mülkiyyətçi olan iddiaçı ilə heç bir hüquqi əlaqəsi yoxdur, əks halda cavabdehlərin həmin mənzildən çıxarılmaları ilə bağlı iddia tələbi məhkəmə tərəfindən təmin edilməzdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdehlərin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz təqdim edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, apellyasiya icraatında iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, hazırki iş üzrə qətnamə icra olunduğu tarixədək cavabdehlərdən hər ay üçün 950 manat kirayə haqqı tutulmasını xahiş etdi.

18. Məhkəmə iclasında iştirak edən cavabdehlər və onların nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29, II hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur.

21. Maddə 29, III hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

23. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

24. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

29. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

33. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

34. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

35. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

36. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

37. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

42. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

46. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

47. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

50. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, cavabdehlər Əsgərov İsmayıl Abbasəli oğlu, cavabdeh1 və cavabdeh2 İsmayıloviçdən 2023-cü ilin dekabr ayı üçün 750 manat, 2024-cü il üçün 9600 manat, 2025-ci il üçün 10200 manat, 2026-cı ilin yanvar ayından aprel ayınadək müddət üçün 3800 manat, həmçinin hazırki qətnamə cavabdehlər mənzildən çıxarılan tarixədək hər ay üçün 950 manat tutularaq, iddiaçı X4 ödənilməlidir.

52. İşin hallarından görünüdüyü kimi, cavabdehlər iddiaçının qızının keçmiş həyat yoldaşı və onun anası və atasıdır. Hazırda ünvan 3 ünvanında yerləşən 4 otaqlı mənzil iddiaçı İddiaçı mülkiyyətindədir. Həmin mənzil ona qızı tərəfindən ##.##.2018-ci il tarixli müqavilə əsasında bağışlanmışdır. İddiaçının qızı Fidan Əsgərova ilə hazırki cavabdehlərdən olan cavabdeh2 arasında bağlanmış nikaha Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. İddiaçı İddiaçı həmçinin ##.##.2023cü il tarixdə cavabdehlərə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı əhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəməsinin ## ##### 2024-cü il tarixli qətnamə ilə iddia təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı, tərəflər arasında kirayə münasibətlərinin olduğuna istinad edərək, cavabdehlərin ona məxsus mənzildə son 5 il ərzində yaşayaraq istifadə etdikləri üçün, 2020-ci ilin fevral ayından başlayaraq müştərək qaydada kirayə haqqı olaraq hər ay üçün 1500 manat olmaqla, ümumilikdə 90000 manat məbləğində pulun tutularaq ona ödənilməsini tələb etmişdir.

53. İddia tələbinə düzgün münasibət bildirilməsi üçün ilk növbədə Bakı Apelyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 11 ünvanında yerləşən sahəsi 148,1 kv.m. olan *** saylı 4 otaqlı mənzilin 2020, 2021, 2022, 2023, 2024, 2025-ci illərdə və hazırki vaxta illər üzrə ayrı-ayrılıqda kirayə dəyəri müəyyən edilmişdir.

54. “xxxx” MMC-nin MEB-***-**** nömrəli ## ##### 2026-cı il tarixli hesabatından görünür ki, mübahisəli mənzilin orta aylıq kirayə haqqı: 2020-ci il üçün 630 manat, 2021-ci il üçün 650 manat, 2022-ci il üçün 710 manat, 2023-cü il 750 manat, 2024-cü il üçün 800 manat, 2025-ci il üçün 850 manat, 2026-cı il üçün 950 manat təşkil edir.

55. Bundan sonra iddiaçının nümayəndəsi-vəkili iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi icra olunan tarixədək cavabdehlərdən hər ay üçün 950 manat kirayə haqqının tutulmasını xahiş etmişdir.

56. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı mənzilindən qanunsuz istifadəyə görə kirayə haqqı tələb edir, iddianın predmeti kirayə puludur (iddiaçı belə hesab edir). İddiaçının birinci instansiya məhkəməsində tələb etdiyi kirayə haqqında dəyişiklik baş verməsi iddianın dəyişdirilməsi kimi qəbul oluna bilməz, çünki kirayə haqqı kimi tələb olunan məbləğ iddianın predmetini yox, obyektini təşkil edir.

57. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. İddianın obyekti isə iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir (pul məbləği, yaşayış və qeyri-yaşayış sahəsi). İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2012-ci il tarixli qərarı).

58. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə paralellər apardıqda hazırki işdə iddiaçı öz mülkiyyətindən cavabdehlərin qanunsuz istifadəsi nəticəsində faydalandığı məbləği tələb edir. İş materiallarından göründüyü kimi cavabdehlərin mənzildən çıxarılması barədə qətnamə ## ##### 2024-cü il tarixdə qəbul olunsa da, iş üzrə yekun məhkəmə aktı yalnız ## ###### 2025-ci il tarixdə qəbul olunmuşdur. Bundan əlavə tərəflər arasında mənzillə bağlı hələ də davam edən müxtəlif məhkəmə mübahisələri mövcuddur ki, bu müddət ərzində də cavabdehlərin mənzili tərk edəcəkləri ağlabatan deyil. Belə olduqda isə iddiaçının mülkiyyətçi kimi hüquqları pozulmaqda davam edəcəkdir.

59. Kollegiya hesab edir ki, burada iddiaçının məqsədi onun mülkiyyət hüquqlarından əsassız varlanan cavabdehlərdən əldə etdikləri faydanın əvəzini almaqdır ki, bu da hazırda davam edən münasibətlərdir.

60. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi mövqeyə münasibətdə qeyd edir ki, məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini düzgün müəyyən etməmiş və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu hal qətnamənin ləğvi üçün əsasdır.

61. Belə ki, məhkəmə iddiaçının cavabdehlərlə kirayə münasibətinin yaranması ilə bağlı heç bir sübut təqdim edə bilməməsini, həmçinin iddiaçı tərəfindən təqdim olunan sübutlara əsasən də tərəflər arasında kirayə hüquq münasibətinin yaranmasının müəyyən olunmadığını qeyd etmişdir.

62. Kollegiya qeyd edir ki, iddiaçının ona məxsus daşınmaz əşyadan məhrum olması, onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılması işin mübahisəsiz halıdır.

63. Nəzərə alınmalıdır ki, cavabdehlərin mənzildən məcburi çıxarılmaları barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olsa da, qətnamə bu günədək icra edilməmiş qalır.

64. Kollegiya hesab edir ki, hazırkı halda iddianın qanuni əsasını “xərclərə qənaət” şəklində əsassız varlanma təşkil edir, yəni cavabdehlər heç bir əsas olmadan iddiaçının mənzilində yaşamaqla öz xərclərinə qənəat etmiş olurlar.

65. Qanuni əsaslar olmadan bir şəxsin başqa bir şəxsin hesabına əmlak əldə etməsi və ya saxlaması əsassız varlanmadır. Xərclərə qənaət prinsipi əsassız varlanmanın bir növüdür.

66. Belə ki, bu öhdəlik heç bir hüququ olmayan, yəni ədalətsiz olaraq əldə etdiyi və ya saxladığı hər hansı əmlakın qanuni sahibinə geri qaytarılmasına yönəlmişdir.

67. Qeyd edilənlərə əsasın Kollegiya iddianı qiymən əsaslı sayır. İddiaçı 2020-ci ilin fevral ayından başlayaraq kirayə haqqı tələb etsə də, işdən müəyyən olunur ki, o, cavabdehlərin mənzildən çıxarılması barədə iddianı ##.##.2023-cü ildə qaldırmışdır, ona görə də cavabdehlərdən yalnız həmin vaxtdan sonrakı dövr üçün maddi təzminat tələb edə bilər.

68. Belə olduqda Kollegiya hesab edir ki, tutulmanın əvvəli 2023-cü ilin dekabr ayından başlamalı və həmin qətnamə icra olunduğu günədək davam etməlidir.

69. “xxxx” MMC-nin rəyini şübhə altına alacaq hər hansı sübutu tərəflər təqdim etmədiyindən və belə bir hal araşdırma nəticəsində müəyyən olunmadığından kollegiya qeyd edilən hesabat əsasında əsassız varlanma nəticəsində cavabdehlərdən pul tutularaq iddiaçıya ödənilməsini mümkün hesab edir.

70. Qeyd edilən əsasən 2023-cü ilin dekabr ayı üçün 750 manat, 2024-cü il üçün 9600 manat (800x12), 2025-ci il üçün 10200 manat (850x12), 2026-cı ilin yanvar ayından aprel ayınadək müddət üçün 3800 manat (950x4), həmçinin hazırki qətnamə cavabdehlər mənzildən çıxarılan tarixədək hər ay üçün 950 manat tutularaq, iddiaçı İddiaçı ödənilməlidir.

71. Məhkəmə xərclərinə gəldikdə iddia ərizəsi və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları onu ödəyən tərəflərin özünə aid edilməlidir.

72. Mütəxəssis rəyinin verilməsinə görə nəzərdə tutulan xidmət haqqı ödənildiyindən və bununla bağlı hər hansı tələb olmadığından kollegiya həmin hissəyə münasibət bildirməyi zəruri hesab etmir.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qətnaməsi qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Əsgərov İsmayıl Abbasəli oğlu, cavabdeh1 və cavabdeh2 İsmayıloviçdən 2023-cü ilin dekabr ayı üçün 750 manat, 2024-cü il üçün 9600 manat, 2025-ci il üçün 10200 manat, 2026-cı ilin yanvar-aprel ayları üçün 3800 manat, həmçinin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ##### 2024-cü il tarixli qətnaməsi icra olunan (cavabdehlər mənzildən çıxarılan) günədək hər ay üçün 950 manat tutularaq iddiaçı İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar