Məhkəmə qərarları › İş №2(103)-5199/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5199/2020

24.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5199/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçı X1 (eyni zamanda İddiaçı nümayəndəsi) iştirakı ilə, İddiaçı cavabdeh Möhnətova Məryəm Durmış qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə və iddiaçı X1 cavabdeh Möhnətova Məryəm Durmış qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-1213/2020 saylı qətnaməsindən İddiaçı və N.D.Hacıyevin apellyasiya şikayətinə əsasən işəBakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, onun ilə cavabdeh arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqısatqısına dair müqavilənin bağlanmış hesab edilməsi və cavabdehə yaşayış sahəsindən istifadə edilməsinə törətdiyi maneələrin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi və cavabdehə yaşayış sahəsindən istifadə edilməsinə törətdiyi maneələrin qadağan edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1421/2020 saylı qərardadı ilə iddiaçı X1 cavabdeh Möhnətova Məryəm Durmış qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş icraatda olan İddiaçı cavabdeh Möhnətova Məryəm Durmış qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair 2(006)- 1421/20 saylı mülki işlə bir icraatda birləşdirilmiş, mülki işlərə 2(006)-1213/2020 nömrəsi verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1213/2020 saylı qətnaməsi ilə hər iki iddia ərizəsi təmin edilməmiş və məhkəmə xərcləri iddiaçılara aid edilmişdir. Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, dəymiş maddi və mənəvi zərərin ödənilməsində köməklik edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçı X2 (eyni zamanda İddiaçı nümayəndəsi) ərizə təqdim edərək, cavabdeh Möhnətova Məryəm Durmış qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mənzildən istifadəyə maneələrin aradan qaldırılması” barədə iddia tələbindən və İddiaçı cavabdeh Möhnətova Məryəm Durmış qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mənzildən istifadəyə maneələrin aradan qaldırılması” barədə iddia tələbindən imtina etdiklərini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndə) məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya izahatı dinləyib, iddialardan imtina barədə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qəbul edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina qəbul olunmalı, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-nin 391-ci maddəsinə əsasən ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı X1 (eyni zamanda İddiaçı nümayəndəsi) iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1213/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar