Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-52/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(001)- 4806/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2019 qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesi 16 ünvanında yerləşən 0,34 ha torpaq sahəsində qanunsuz zəbt olunan hissənin Cavabdeh MMC tərəfindən geri alınaraq iddiaçıya təhvil verilməsi və torpaq sahəsinin həmin hissəsində inşa edilmiş tikililərin cavabdehin öz hesabına sökülməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesi 16 ünvanında yerləşən 0,34 ha torpaq sahəsi xüsusi mülkiyət hüququ ilə İddiaçı məxsusdur. Torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqları müvafiq qaydada dövlət qeydiyyatına alınaraq, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Buna baxmayaraq, göstərilən torpaq sahəsinin bir hissəsi qanunsuz əsasla özbaşına olaraq Cavabdeh MMC tərəfindən zəbt olunmuşdur. Zəbt edilən torpaq sahəsi cavabdeh tərəfindən hasarlanaraq orada müəyyən tikililər inşa edilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin əvvəlki mülkiyyətçisi ilə hazırki cavabdeh arasında analoji mübahisə olmuş və mübahisə məhkəmə müstəvisinə çıxmışdır. Belə ki, bu barədə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin hazırki iddia tələbi ilə eynilik təşkil edən iddia tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1453/2018 saylı. xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin olunaraq, cavabdehdən zəbt etdiyi torpaq sahəsinin geri alınmasına və həmin ərazidə inşa etdiyi tikililərin cavabdehin hesabına sökülməsinə dair qətnamə qəbul edilmişdir. Sözügedən qətnamənin qəbul olunmasına səbəb olan əsasları cavabdehin zəbt etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədələrinin olmaması, üş üzrə təyin edilmiş müvafiq ekspertiza rəyi və digər sübutlar təşkil etmişdir. Məlum qətnamə qəbul edildikdən sonra sözügedən torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin ərəfədə əvvəlki iş üzrə göstərilən qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti vermiş və işə apellyasiya instansiyasında baxılan zaman torpaq sahəsinin əvvəlki mülkiyyətçisi özünün əsl iddiaçı kimi hazırki iş üzrə iddiaçı olan İddiaçı ilə əvəz olunmasına dair işə baxan məhkəməyə ərizə verməsinə dair ərizə təmin olunmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(001)- 4806/2019 nömrəli qətnaməsi iddia təmin edilərək, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2019 qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesi 16 ünvanında yerləşən 0,34 ha torpaq sahəsində qanunsuz zəbt olunan hissə Cavabdeh MMC-dən geri alınaraq iddiaçıya təhvil verilməsi və torpaq sahəsinin həmin hissəsində inşa edilmiş tikililərin Cavabdeh MMC-nin öz hesabına sökülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4806/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, iş üzrə Cavabdeh MMC əvvəllər mövcud olmuş "xxxx" ASC-nin səhmdarı olmuşdur. "xxxx" ASC-nin adına Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 16 ünvanında yerləşən 3,00 ha torpaq sahəsində qeyri-yaşayış kompleksi olmuşdur. Həmin torpaq sahəsinin təqribən 0,34 ha sahəsi vətəndaş Cəbrayılov Rasim tərəfindən zəbt olunmuşdur. 2007-ci il tarixdə "xxxx"ASC-nin istifadəsində olan torpaq sahəsi özəlləşdirilmişdir. Zəbt olunan sahəni Rasim Cəbrayılovdan geri almaq mümkün olmamışdır. Sənədlərin qaydaya salınması üçün Cavabdeh MMC rəhbərliyi tərəfindən qərara alındı ki, zəbt olunmuş sahə Rasimin oğlu Orxan Cəbrayılovun adına alqı-satqı yolu ilə rəsmiləşdirilsin ki, gələcəkdə Cavabdeh MMC özünə məxsus olan faktiki sahəyə mülkiyyət ququna dair sənəd ala bilsin. X5 həmin əmlakı xx.xx.2008-ci il tarixli Torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin səhmdarı olduğu "xxxx" ASC tərəfindən satılmışdır. X7 həmin torpaq sahəsini Cavid Salahova satmışdır. "xxxx" ASC xx.xx.2009-cu il tarixdə ləğv edilmiş və Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesi 16 ünvanında yerləşən 0,34 ha. ölçülü torpaq sahəsi xx.xx.2014-cü il tarixdə X6 adına qeydiyyata alınmışdır. Bundan sonra Cavid Salahov əmlakı İddiaçı satmışdır. RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2019 qeydiyyat tarixli Çıxarışa əsasən həmin əmlak İddiaçı mülkiyyətindədir. Tərəflərindən məhkəməyə MH seriyalı, ******* saylı çıxarış və texniki pasport təqdim edilmişdir. Həmin çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 16 ünvanında yerləşən, 1,9625 ha ölçülü torpaq sahəsində 8318,4 kv.metr ümumi, 971 kv metr əsas 7347,4 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ Cavabdeh MMC-nin adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesi 16 ünvanında yerləşən əmlak kompleksinin Cavabdeh MMC-nin mülkiyyətində olmasını təsdiq edən çıxarış və həmin ərazinin texniki pasportu təqdim edilmişdir. Sənədlərdən göründüyü kimi həmin ərazidə hər hansı bir artıq torpaq sahəsinin olması qeyd edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi mübahisələndirilən bu qətnaməsində Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1453/2018 saylı, 13.11,2018-ci il tarixli qətnaməsinə, həmin qətnamənin təsviri hissəsində qeyd olunan natamam, obyektivliyi və reallığı əks etdirməyən sübutlara istinad etmişdir və nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Halbuki, məhkəmədə yalnız 2 dəfə iclas keçirmiş cavabdehin nümayəndəsinin yalnız 1 dəfə iştirakı təmin edilmiş), müstəqil olaraq sübutlar araşdırılmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1453/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində göstərilən və həqiqəti əks etdirməyən sübutlara istinad edilmişdir. xx.xx.2018-ci il tarixli qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti vermiş və işə apellyasiya instansiyasında baxılan zaman torpaq sahəsinin əvvəlki mülkiyyətçisi özünün əsl iddiaçı kimi hazırki iş üzrə iddiaçı olan İddiaçı ilə əvəz olunmasına dair işə baxan məhkəməyə ərizə verməsinə dair ərizə təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2617/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1453/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X6 Cavabdeh MMC-yə qarşı “mülkiyyətin qanunsuz sahiblikdən götürülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması, tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bildirmək istəyirik ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-453/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X6 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi avonu, Şamaxı şosesi 16 ünvanında yerləşən 0,34 ha torpaq sahəsinin 610 kv.m hissəsi Cavabdeh MMC-nin sahibliyindən geri alınaraq X15 ğluna təhvil verilsin, həmin torpaq sahəsində aparılmış tikintinin Cavabdeh MMC-nin hesabına sökülməsi, dövlət rüsumunun əvəzi qismində 5 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq X8 verilməsi, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1453/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində göstərilən və eyni zamanda Məhkəmənin 2(001)-4806/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsində də istinad edilən sübutlarda ziddiyyət var. Belə ki, işdə olan Tikinti-texniki Ekspertizanın 20 avqust 2018-ci il tarixli, 12768 saylı rəyində göstərilmişdir ki, X6 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində Cavabdeh MMC tərəfindən tikili inşa edilmişdir. xx.xx.2018-ci il tarixli, **********98 saylı mütəxəssis rəyinə əsasən, iddiaçı tərəfindən iddia edilən və göstərilən 0,121 ha. torpaq sahəsinin 610 kv.metri reyestr nömrəsi **********72 olan çıxarışla X6 mülkiyyətindədir və Cavabdeh MMC tərəfindən istifadə edilir. O cümlədən, X10 tərəfindən istifadə edilən faktiki torpaq sahəsinin 510 metr hissəsi reyestr nömrəsi **********73 olan çıxarışla "xxxx" ASC-nin mülkiyyətindədir. X6 mülkiyyətində olan torpaq sahəsi yalnız Cavabdeh MMC-yə məxsus torpaq sahəsi ilə sərhəddir, yəni o torpaq sahəsinin başqa şəxslərə məxsus ərazilərlə birgə sərhədi mövcud deyil. Belə olan halda, ekspertizanın rəyində "xxxx" ASC adlı hüquqi şəxsin torpaq sahəsinin X8 məxsus ərazidə yerləşməsinin qeyd edilməsi mövcud vəziyyəti əks etdirmir. Bildiririk ki, X6, həm də Cavabdeh ММС-nin mülkiyyətində olan torpaq sahələri əvvəllər "xxxx" ASC-yə aid olan torpaq sahəsinin tərkib hissəsində olub. Yəni, əvvəllər həmin ünvanda yerləşən "xxxx" ASC-yə məxsus torpaq sahəsi hal-hazırda C.Salahova, Cavabdeh və "xxxx" MMC-lərə məxsusdir. Hal-hazırda "xxxx" ASC mövcud deyil və və onun mülkiyyətində heç bir torpaq sahəsi yoxdur. Bununla bağlı tərəflərindən əvvəlki məhkəmə baxışı zamanı Binəqədi rayon Məhkəməsinə vəsatətlə müraciət edərək, yuxarıda qeyd olunanlara əsasən əvvəllər Abşeron rayonu, Şamaxı şossesi 16 ünvanında yerləşən və əvvəllər "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsinin həm X6, həm Cavabdeh MMC-nin adına rəsmiləşdirilməsinə qədər mövcud olan sənədlərin araşdırılmalı olduğu və bununla əlaqədar həmin sənədlərin surətlərini Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər və Abşeron rayor Ərazi idarələrindən tələb edilməsi xahiş edilmişdir. Beləki, bu sənədlərin tərəflərindən əldə olunması mümkün deyil. Məhkəmə həmin sənədləri tələb etsədə, Reyestr Xidmətinin ərazi idarələri həmin sənədləri təqdim etməmişdir. Apellyasiya şikayətinin yoxlanması baxımından əhəmiyyət kəsb etdiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qərardadı ilə (Sədrlik edən hakim Vüqar Həsənov, hakimlər Şərafət Məmmədova və Xəyal Sarıyev) hazırkı iş üzrə icraat 1 saylı Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı 3cü şəxs İddiaçı cəlb olunmaqla Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi, 16 ünvanında yerləşən iddiaçı Cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə üçüncü şəxs İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ölçülərinin düzgün müəyyən edilməsi barədə işə baxılıb qurtaranadək dayandırılmışdır. Daha sonra Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı 3-cü şəxs İddiaçı cəlb olunmaqla Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi, 16 ünvanında yerləşən iddiaçı Cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə üçüncü şəxs İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ölçülərinin düzgün müəyyən edilməsi barədə iş üzrə 18 mart 2021-ci il tarixli, 2-1(112)-482/2021 saylı Qərar qanuni qüvvəsini aldığından iş üzrə icraat təzələnmişdir. Bundan sonra həmçinin iş üzrə torpaqşünaslıq ekspedrtizası təyin olunmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesi 16 ünvanda yerləşən 0.34 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1453/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X6 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesi 16 ünvanında yerləşən 0,34 hatorpaq sahəsinin 610 kv.m hissəsi "xxxx" MMC-nin sahibliyindən geri alınaraq X8 təhvil verilsin, həmin torpaq sahəsində aparılmış tikintinin Cavabdeh MMC-nin hesabına sökülməsi, dövlət rüsumunun əvəzi qismində 5 manat məbləğində pul vəsaitinin Cavabdeh MMCdən tutularaq X8 verilməsi, məhkəmə tikinti–texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2617/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1453/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X6 Cavabdeh MMC-yə qarşı “mülkiyyətin qanunsuz sahiblikdən götürülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması, tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 avqust 2018-ci il tarixli, 12768 saylı rəyində göstərilmişdir ki, X6 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində Cavabdeh MMC tərəfindən tikili inşa edilmişdir. xx.xx.2018-ci il tarixli, **********98 saylı mütəxəssis rəyinə əsasən, iddiaçı tərəfindən iddia edilən və göstərilən 0,121 ha. torpaq sahəsinin 610 kv.metri reyestr nömrəsi **********72 olan çıxarışla X6 mülkiyyətindədir və Cavabdeh MMC tərəfindən istifadə edilir. O cümlədən, X10 tərəfindən istifadə edilən faktiki torpaq sahəsinin 510 kv.metr hissəsi reyestr nömrəsi **********73 olan çıxarışla "xxxx" ASC-nin mülkiyyətindədir. İş materiallarında olan 2 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2009-cu il tarixli bildirişindən görünür ki, "xxxx" ASC xx.xx.2009-cu il tarixdə ləğv edilmiş və Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli məktubunun surətindən görünür ki, yoxlama-ölçü işləri aparılması ilə əlaqədar mütəxəssisləri ünvanda olarkən məlum olmuşdur ki, torpaq sahəsində tikintialtı sahəsi 155 kv.m, 460 kv.m, 160 kv.m, 50 kv.m, 18 kv.m olan 1-2 mərtəbəli qeyriyaşayış binaları inşa edilmişdir. Bundan başqa təqdim edilmiş sənədlərdə uyğunsuzluq mövcuddur və torpaq sahəsinin 580 kv.m olan hissəsi qonşunun ərazisinə, qonşuya məxsus torpaq sahəsinin 510 kv.m hissəsi isə ərizəçinin torpaq sahəsində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şosesi 16-da 1.9625 ha torpaq sahəsində yerləşən 8318.4 kv.m ümumi, 971 kv.m əsas, 7347.4 kv.m köməkçi sahəsən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ ilə Cavabdeh MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 117 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli AN-İ seriyalı, ******* saylı torpaq sahəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesi 16 ünvanda 2.9939 ha torpaq sahəsindən 0.354 ha torpaq sahəsini Cavabdeh MMC-yə satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(112)- 482/2021 saylı Qərarının surətindən görünür ki, (i/v-174-182) iddiaçı Cavabdeh MMC-nin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı 3-cü şəxs İddiaçı cəlb olunmaqla ddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi, 16 ünvanında yerləşən iddiaçı Cavabdeh MMCnin mülkiyyətində olan torpaq sahəsi ilə üçüncü şəxs İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ölçülərinin düzgün müəyyən edilməsi barədə iddiaçı Cavabdeh MMC-nin müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, iddianın digər hissəsində təmin edilməməsi qərara alınmışdır. Sözügedən qərarla müəyyən edilmişdir ki, (i/v-180) "xxxx" ASC-nin əsas səhmdarı Cavabdeh MMC xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi, 16 ünvanda mülkiyyətində olan 2.9939 hektar torpaq sahəsindən 0.34 hektar torpaq sahəsini xx.xx.2008-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1, X7 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi, 16 ünvanda yerləşən 0.34 ha torpaq sahəsini xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2, X10 mülkiyyətində olan həmin torpaq sahəsini xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmışdır. Həmin torpaq sahəsi hazırda üçüncü şəxs İddiaçı mülkiyyətindədir. Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 16-da mülkiyyətində olan 1,9625 ha torpaq sahəsində 7318.4 kv.m ümumi, 971.0 kv.m əsas, 7347.4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə Cavabdeh MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin 610 km.m hissəsi üçüncü şəxsin mülkiyyətindədir, lakin iddiaçının istifadəsindədir, eləcə də 510 kv.m hissəsi isə iddiaçının mülkiyyətindədir, lakin üçüncü şəxsin istifadəsindədir. Eyni zamanda cavabdeh tərəfindən yalnız İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi, 16 ünvanında yerləşən 0.34 ha torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti araşdırılarkən qeyd olunan hallar nəzərə alınmamışdır. Mülki iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1453/2018 saylı mülki işi üzrə birinci instansiya məhkəmə icraatı zamanı tədqiq olunmuş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, X3 0.34 ha olan reyestr nömrəsi **********72 olan Çıxarış verilmişdir. X6 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində "xxxx" MMC tərəfindən tikili inşa edilmişdir. X8 məxsus olan həmin torpaq sahəsi hal-hazırda İddiaçı məxsusdur. Bu Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli RX ******* seriyalı Çıxarışı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə iş üzrə yenidən ekspertiza keçirilməsini məqsədə müvafiq hesab etməmişdir. Məhkəmə Kollegiyası Bakı İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(112)- 482/2021 saylı Qərarının icra olunmasının müəyyən müddət tələb etdiyini nəzərə alaraq həmçinin iş üzrə torpaqşünaslıq ekspertizası təyin etmişdir. İş materialarına əlavə edilmiş “X11 və Ekspertiza Mərkəzi” MMC-nin 30 yanvar 2022-ci il tarixli, 29 nömrəli mütəxəssis rəyindən görünür ki, Mütəxəssis qarşısında qoyulmuş suallar iddiaçının iştirakı ilə məktuba əlavə edilmiş sənədlərə, həmçinin yerə baxış zamanı təqdim olunan sənədlərə əsasən yerində araşdırıldı. Naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2019 qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi 16 ünvanında yerləşən 0,34 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəd üzrə olan vəziyyəti arasında qismən uyğunsuzluq var. Belə ki, mübahisələndirilən hissədən kənarda yerləşən ərazidə iddiaçı 510 kv.metr artıq torpaq sahəsindən istifadə edir. Eyni zamanda cavabdeh "xxxx" MMC tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 569 kv.metri zəbt edilmişdir və orada 199 kv.metlik müvafiq yardımçı tikililər inşa edilmişdir. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: 1. RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2019 qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi 16 ünvanında yerləşən 0,34 ha torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti qeyd edilən hüquqmüəyyənedici sənədlər arasında qismən uyğunsuzluq mövcuddur. 2. RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2019 qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi 16 ünvanında yerləşən 0,34 ha torpaq sahəsinin 569 kv.metri cavabdeh ”Baku Elektronics” MMC tərəfindən zəbt olunmuşdur. Zəbt olunmuş hissənin koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir. 3. İddiaçının mülkiyyətində olan, cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsində inşa edilmiş 3 ədəd tikilinin müvafiq olaraq 170 kv.metri, 27 kv.metri və 2 kv.metri iddiaçının mülkiyyətinə aid ərazidə yerləşir. Həmin tikililər yardımçı tikililərdir. Azərbaycan Respublikası MPM-nin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bakı İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(112)-482/2021 saylı Qərarı hələ cavabdeh inzibati orqan tərəfindən icra olunmasa da Qərar qanuni qüvvəsini almışdır və həmin Qərarın surətindən görünür ki, (i/v-174-182) sözügedən qərarla müəyyən edilmişdir ki, mübahisəli ünvanda yerləşən torpaq sahəsinin 610 km.m hissəsi üçüncü şəxsin (yəni hazırkı iş üzrə İddiaçı) mülkiyyətindədir, lakin iddiaçının (hazırkı iş üzrə cavabdeh ”Baku Elektronics” MMC-nin) istifadəsindədir, eləcə də 510 kv.m hissəsi isə iddiaçının (hazırkı iş üzrə cavabdeh ”Baku Elektronics” MMC-nin) mülkiyyətindədir, lakin üçüncü şəxsin (yəni hazırkı iş üzrə İddiaçı) istifadəsindədir. Eyni zamanda cavabdeh tərəfindən yalnız İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi, 16 ünvanında yerləşən 0.34 ha torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti araşdırılarkən qeyd olunan hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, müəyyən edilir ki, hal-hazırda iddiaçıya məxsus olan 0.34 ha torpaq sahəsinin 610 kv.m hissəsi cavabdehin qanunsuz sahibliyindədir və iddiaçıya məxsus torpaq sahəsində tikili inşa etmişdir.Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbinin təmin edilməsi, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2019 qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesi 16 ünvanında yerləşən 0,34 ha torpaq sahəsində qanunsuz zəbt olunan hissə Cavabdeh MMC-dən geri alınaraq iddiaçıya təhvil verilməsi və torpaq sahəsinin həmin hissəsində inşa edilmiş tikililərin Cavabdeh MMC-nin öz hesabına sökülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə bağlı birinci instasiya məhkəməsinin qənaəti düzgündür. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 300 (üç yüz) manat cavabdeh "xxxx" MMC-dən tutularaq “X11 və Ekspertiza Mərkəzi” MMC-nin VÖEN **********, Hesab: AZ42AİİB400600C**********108; Bank: Kapitalbank 2 saylı Xətai filialı: Kod: 20082; VÖEN: **********; Müxbir hesab: AZ37NABZ********************; SWİFT: AİİBAZ2XXXX hesabına köçürülməlidir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(001)- 4806/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya baxışı zamanı ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 300 (üç yüz) manat cavabdeh "xxxx" MMC-dən tutularaq “X11 və Ekspertiza Mərkəzi” MMC-nin VÖEN **********, Hesab: AZ42AİİB400600C**********108; Bank: Kapitalbank 2 saylı Xətai filialı: Kod: 20082; VÖEN: **********; Müxbir hesab: AZ37NABZ********************; SWİFT: AİİBAZ2XXXX hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-52/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-52/2022
22.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver