Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-520/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Pərviz Hacılının, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Fərəc Əhmədovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və ddddddddddddd oğluna qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyi) müqavilələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə ilk, ddddddddddddd oğlunun İddiaçı qarşı maneələrin aradan qaldırılması barədə qarşılıqlı iddia ərizəsinə dair 2(006)-2113/2019 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qıznın Vidadi küçəsi 96 saylı binanın zirzəmisinin onun istifadəsində olan hissəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə mübahisəli sahənin 122,6 kv.m ölçüsünə dair cavabdeh ddddddddddddd oğlu arasında imzalanmış xx xxxxxx 2018ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh və ddddddddddddd oğlu arasında Vidadi küçəsi 96 saylı binanın zirzəmisinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli, Vidadi küçəsi 96 ünvanında yerləşən 33,6 kv.m qeyri-yaşayış sahəsinə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli, Vidadi küçəsi 96 ünvanında yerləşən 122,6 kv.m qeyri yaşayış sahəsinə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir qeydiyyatda olduğu ünvanda yaşayır. 1996-cı ildə yaşayış sahəsi az olduğu üçün tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçı ilə birgə cavabdeh və digər qonşusu X3 da müraciət etmişdir. Nəsimi rayon İcra Hakimiyyəti xx xxxxxx 1996-cı il tarixli, 327 saylı Sərəncamı ilə binalarında yerləşən boş zirzəmini iddiaçının, cavabdehin və X2 istifadəsinə vermişdir. Zirzəminin ümumi sahəsi 85 kv.m-dir. Elə həmin dövrdən də zirzəmi onların istifadəsində olmuşdur. Hal-hazıradək də iddiaçı tərəfindən öz payına uyğun hissəyə dair icarə haqqı MİS-nə və Nəsimi Bələdiyyəsinə ödənilir. Bir müddət öncə Cavabdeh zirzəmidə təmir işlərinə başlamışdır. Təbii ki, özünün istifadəsində olan hissədə aparılan işlərin iddiaçıya aidiyyatı yox idi. Lakin cavabdeh artıq iddiaçının istifadəsində olan hissədə də söküntü işlərinə başlamışdır. Dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh iddiaçıya aid hissədə təmiri dayandırmır. Yəni faktiki olaraq, bütün zirzəmini zəbt etmişdir. Əlavə olaraq bildirdi ki, məhkəmə dövründə onlara məlum olmuşdur ki, Cavabdeh qanunsuz olaraq, mübahisəli əmlakı özəlləşdirmiş və 2-ci cavabdeh ddddddddddddd oğluna satmışdır. Həmçinin bildirir ki, qanuni qüvvəsini almış qərardadla həmin sahədə təmir işlərinin aparılması cavabdehə qadağan edilmişdir. Adıçəkilən qərardaddan verilmiş şikayət təmin edilməmişdir. Son məhkəmə iclasında qarşı tərəfin təqdim etdiyi sübutlardan müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin icraatında hazırki iş olan zaman cavabdeh ddddddddddddd oğlu hazırda 3-cü şəxs qismində cəlb etməyi xahiş etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə mübahisəli sahənin 122,6 kv.m ölçüsünə dair icarə müqaviləsi imzalamışdır. Əlavə edir ki, adıçəkilən müqavilə xx xxxxxx 2018-ci il tarixlidir. Habelə, 3-cü şəxs Nəsimi rayon İcra Hakimiyyətinin MKTB-nin verdiyi məlumata əsasən cavabdeh ddddddddddddd oğlu xx xxxxxxxx 2018-ci il tarixdə qeyd edilən təşkilata ərizə ilə müraciət edərək, bildirmişdir ki, mübahisəli sahə boş və yararsızdır. Həmçinin elə həmin ərizədə cavabdeh bu haqda ƏMDK-ya məlumat xarakterli məktubun verilməsini xahiş etmişdir. Həmin dövrdə MKTB-nin araşdırma aparmadan verdiyi razılıq məktubu əsasında ƏMDK mübahisəli sahənin 122,6 kv.m-lik hissəsinə dair cavabdehlə icarə müqaviləsi imzalamışdır. Adıçəkilən müqavilənin əsasında cavabdeh daha sonra 122,6 kv.m-lik qeyri-yaşayış sahəsini öz xüsusi mülkiyyətinə keçirmişdir. Müraciəti əsasında iş Nəsimi rayon İcra Hakimiyyətinin MKTB-sində araşdırılmış və iddiaçıya ƏMDK-ya məktub ünvanlanmışdır. xx xxx 2019-cu il tarixli məktubda birbaşa qeyd edilir ki, mübahisəli sahənin 55 kv.m hissəsi 1996-cı ildən iddiaçının istifadəsindədir və razılıq məktubunda göstərilən 122,6 kv.m sahə sözü 102 kv.m hesab edilməlidir. Beləliklə yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, balans saxlayıcı cavabdehin məktubuna əsaslanaraq, əlavə araşdırma aparmadan texniki səhv edərək boş sahənin ölçüsünü çox göstərmiş bu səbəbdən də iddiaçının istifadəsində olmuş sahədə özəlləşdirilmişdir. Beləki cavabdeh ƏMDK ilə müqavilə şərtlərinə əməl etsəydi, 9.2-ci bəndə əsasən təhvil-təslim aktı imzalamalı idi və bu halda texniki səhvin baş verdiyi aydın olacaqdı. Bu öhdəlik icra edilmədiyi üçün də çıxarışa iddiaçıya aid sahədə daxil edilmişdir. ddddddddddddd oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 96 ünvanında yerləşən, sahəsi 156,2 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə dair onun mülkiyyət hüququna cavabdeh İddiaçı tərəfindən edilən müdaxilənin, yəni onun həmin qeyri-yaşayış sahəsinə sahiblik və qeyri-yaşayış sahəsindən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 96 ünvanında yerləşən, ümumi sahəsi 156,2 kv.m. edən qeyri-yaşayış sahəsi tamamilə iddiaçı ddddddddddddd oğlunun mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq, o, cavabdeh Həmidova Tahir qızının hərəkətləri ucbatından oradan istifadə edə bilmir. Çünki, cavabdeh iddiaçının qeyri-yaşayış sahəsinə sahiblik və oradan istifadə etməsinə müxtəlif şəkildə maneələr yaratmaqdadır (cavabdeh qeyri-yaşayış sahəsində aparılan təmir işlərinə mane olur, ustaların işinə maneçilik yaradır, hədələyir və s.). Hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 96 ünvanında yerləşən, sahəsi 156.2 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının (sahiblik, istifadə) həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)- 2113/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, ddddddddddddd oğluna, 3cü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinə, Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı Əmlak Məsələləri Dövlət Komitəsi ilə mübahisəli sahənin 122,6 kv.metr ölçüsünə dair ddddddddddddd oğlu arasında imzalanmış xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh və ddddddddddddd oğlu arasında Vidadi küçəsi, 96 saylı binanın zirzəmisinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli, Vidadi küçəsi 96 ünvanında yerləşən 33,6 kv.metr qeyri-yaşayış sahəsinə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, xx xxxxxx 2019-cu il tarixli həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair ilk iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamə ilə ddddddddddddd oğlunun İddiaçı qarşı maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddiası təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 96 ünvanında yerləşən sahəsi 156,2 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinə dair ddddddddddddd oğlunun mülkiyyət hüququna cavabdeh İddiaçı tərəfindən edilən müdaxilənin, yəni iddiaçının həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti ilkin iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, məhkəmə işi tam və hərtərəfli araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(003)-12167/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi Əmlak Məsələləri Dövlət Komitəsi ilə ddddddddddddd oğlu arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin sahəyə dair xx xxxxxx 2019-cu il tarixli reyestrdən çıxarışın ləğv edilməsi tələbinin təmin olunmaması və qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv edilərək İddiaçı xx xxxxxx 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə ddddddddddddd oğlu arasında 122,6 kv.metr qeyri-yaşayış sahəsinə dair bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin sahəyə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə ddddddddddddd oğlunun İddiaçı qarşı Bakı Şəhəri, Nəsimi Rayonu, Vidadi küçəsi, 96 ünvanında yerləşən sahəsi 156,2 kv.metr təşkil edən qeyriyaşayış sahəsinə dair mülkiyyət hüququna sonuncu tərəfindən edilən müdaxilənin, yəni onun həmin qeyri-yaşayış sahəsindən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2050/2020 saylı qərarı ilə ddddddddddddd oğlunun kassasiya şikayəti təmin edilməmiş, İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı ilk iddia ərizəsi üzrə iddiaçının təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İlk iddia ərizəsi üzrə cavabdeh Fərəc Əhmədov apellyasiya şikayətinə etiraz edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh və üçüncü şəxslər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi 33,6 kv.metr sahənin Cavabdeh adına özəlləşdirilməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın qanuniliyinin mübahisələndirilməməsini iddianın rədd edilməsi üçün əsas kimi qəbul edərkən işdə olan Cavabdeh ilə Fərəc Əhmədov arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanmışdır. İşin 47 və 74-cü səhifələrində olan həmin alqı-satqı müqaviləsi isə kserosurət olmaqla sənədin əsli və yaxud onun qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti deyildir. Məhkəmə kollegiyası 33,6 kv.metr sahənin Cavabdeh mülkiyyətində olması barədə nəticəyə gələrkən məhz kserosurətdən ibarət olan həmin alqı-satqı müqaviləsində aparılmış qeydiyyata əsaslanmışdır. Həmin müqavilənin 2ci bəndinə görə 33,6 kv.metr sahə Cavabdeh mülkiyyəti kimi xx xxxxxxxx 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, işdə mübahisəli sahənin Cavabdeh adına özəlləşdirilməsi və adına mülkiyyət hüququna dair sənədin verilməsi barədə mötəbər sübutlar yoxdur. Ümumiyyətlə, işə əlavə edilmiş sübut əhəmiyyəti olan sənədlərin əksəriyyəti, o cümlədən İcra Hakimiyyətinin sərəncamı, mübahisəli qeyri-yaşayış sahələrinə dair bağlanmış icarə və alqı-satqı müqavilələri MPM-nin 89.1-ci maddəsinin tələbi qaydasında alınıb işə əlavə edilməmişdir. İddiaçı məxsus sahənin hansı hissəsinin Cavabdeh tərəfindən, hansı hissəsinin isə Əmlak Komitəsi tərəfindən Fərəc Əhmədova satılması dəqiq müəyyən olunmamış və bununla əlaqədar müəyyənliyin yaranması təmin edilməmişdir. Bundan başqa, İddiaçı Əmlak Komitəsi ilə Fərəc Əhmədov arasında bağlanmış icarə və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə tələb irəli sürsə də, Əmlak Komitəsini cavabdeh qismində göstərməmiş, apellyasiya instansiyası məhkəməsi Əmlak Komitəsini üçüncü şəxs qismində işə cəlb etməklə iddianı rədd etmiş və məhz bu əsasa söykənən apellyasiya instansiyası məhkəməsi iddianın həmin hissədə rədd edilməsini əsaslı saymışdır. Bundan başqa, yaşayış binalarının zirzəmiləri ümumi paylı mülkiyyət hüququ əsasında mülkiyyətçilərə məxsus olduğundan göstərilən vəziyyətdə zirzəmilərin satılmasının mümkünlüyü məsələsinə qiymət verilməsi zəruridir. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 327 saylı sərəncamına əsasən, Vidadi küçəsi 96 saylı binanın (bundan sonra – mübahisəli ünvan) zirzəmisində yerləşən, sahəsi 85.0 kv.m olan boş qeyri-yaşayış sahəsi həmin binanın 5 saylı mənzilində yaşayan Cavabdeh, 13 saylı mənzilində yaşayan İddiaçı Tahiq qızının və 15 saylı mənzilində yaşayan X1 ailələrinə təsərrüfat ehtiyacları üçün istifadə olunması məqsədilə verilmişdir. Cavabdeh sərəncamla ayrılmış qeyri-yaşayış sahəsinin faktiki istifadəsində olan 33,6 kv.m hissəsini öz adına özəlləşdirmiş, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, ddddddddddddd oğluna satmışdır. Həmin sahə xx.xx.2018-ci il tarixdə sonuncunun adına xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Mənzil Kommunal Təsərrüfat Departamenti Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi (bundan sonra – MKTB) xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (bundan sonra - Komitə) 1/170 saylı məktub ünvanlayaraq mübahisəli ünvanda yerləşən 122 kv.m qeyri-yaşayış sahəsinin hazırda boş və istifadəsiz olduğunu bildirmişdir. xx.xx.2018-ci il tarixli, 10747 saylı dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi ilə Komitənin xx.xx.2018-ci il tarixli, 311 saylı sərəncamına əsasən, Komitə tərəfindən mübahisəli ünvanda yerləşən, ümumi sahəsi 122,6 kv.m olan və MKTB-nin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə Fərəc Əhmədovun istifadəsinə verilmişdir. xx.xx.2018-ci il tarixli, 7072 saylı icarəyə verilmiş əmlakın alqı-satqısına dair müqaviləyə əsasən, Komitə tərəfindən mübahisəli ünvanda yerləşən 122,6 kv.m qeyriyaşayış sahəsi 80000 manata Fərəc Əhmədova satılmış, xx.xx.2019-cu il tarixdə həmin sahə sonuncunun adına xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İddiaçı mübahisəli ünvanda 13 saylı mənzildə 1985-ci ildən qeydiyyatdadır, ona məxsus iki otaq 36,0 kv.m sahəyə və 33,6 kv.m təsərrüfat məqsədi kimi zirzəmidən istifadə olunan sahəyə görə xidmət haqqı ödənişlərini edir. Baxılan iş üzrə İddiaçı cavabdehlər Cavabdeh və Fərəc Əhmədova qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə Komitə ilə mübahisəli sahənin 122,6 kv.m ölçüsünə dair cavabdeh Fərəc Əhmədov arasında imzalanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh və Fərəc Əhmədov arasında mübahisəli ünvanın zirzəmisinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mübahisəli ünvanda yerləşən 33,6 kv.m qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra – Reyestr Xidməti) tərəfindən verilmiş xx.xx.2018ci il tarixli, ******* saylı, həmin ünvanda yerləşən 122,6 kv.m qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixli, ******* saylı dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş məhkəmənin icraatında olarkən Fərəc Əhmədov qarşılıqlı iddia ərizəsi verərək, mübahisəli ünvanda yerləşən, sahəsi 156,2 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə dair onun mülkiyyət hüququna İddiaçı tərəfindən edilən müdaxilənin, yəni onun həmin qeyriyaşayış sahəsinə sahiblik və qeyri-yaşayış sahəsindən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nəsimi rayon İcra Hakimiyyətinin MKTB tərəfindən Komitəyə ünvanlanmış xx.xx.2019-cu il tarixli, H-12 saylı məktubunu məhkəməyə təqdim etmişdir. Məktubda qeyd olunur ki, mübahisəli ünvanda İddiaçı istifadəsində olmuş və Fərəc Əhmədov tərəfindən icarəyə götürülməsinə və özəlləşdirilməsinə etiraz edilməməsi haqqında xx.xx.2018-ci il tarixli razılıq məktubunda göstərilən 122 kv.m olan qeyri-yaşayış sahəsinin birlikdə ümumi sahəsi 155,5 kv.m-dir. Həmin 155,5 kv.m olan sahədən 122 kv.m Fərəc Əhmədov tərəfindən icarəyə götürülməsinə və özəlləşdirilməsinə 1/170 saylı, xx.xx.2018-ci il tarixli məktubla razılıq verilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 327 saylı, xx.xx.1996-cı il tarixli sərəncamı ilə İddiaçı istifadəsində olmuş 55 kv.m olan sahəyə isə razılıq məktubu verilməmişdir. Lakin sonradan məlum olmuşdur ki, göstərilən 55 kv.m sahəyə Fərəc Əhmədovun adına RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. X5 verilmiş 1/170 saylı, xx.xx.2018-ci il tarixli razılıq məktubunda göstərilən sahənin 102 kv.m hesab edilməsi xahiş edilmiş, 55 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı tərəfindən icarəyə götürülməsinə və ya özəlləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia ərizəsi təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli ünvanda yerləşən 33,6 kv.m qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əqdin əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbini təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, hazırkı iş üzrə 33,6 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən özəlləşdirilməsi və onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mübahisələndirilmir. Həmin sənədlər mübahisələndirilmədiyi halda iddiaçının istinad etdiyi əsaslarla Cavabdeh mülkiyyətində olan daşınmaz əmlakı Fərəc Əhmədova satması barədə notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi etibarsız hesab oluna, habelə həmin əqd əsasında verilmiş çıxarış ləğv edilə bilməz. Çünki iş materiallarında əqdlərin etibarsızlığı ilə bağlı olaraq Mülki Məcəllənin 337-347-ci maddələrində müəyyən edilmiş hər hansı etibarsızlıq əsasları mövcud deyildir. Bununla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 122,6 kv.m qeyri-yaşayış sahəsinin Komitə tərəfindən Fərəc Əhmədova icarəyə verilməsi barədə xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin sahəyə dair sonuncunun adına verilmiş xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinin təmin olunmaması hissəsində prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, mübahisələndirilən icarə müqaviləsinin tərəflərindən biri iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Komitədir. Lakin iddiaçı Komitəni cavabdeh qismində cəlb etmədən sözügedən əqdin etibarsızlığı və onun əsasında verilmiş hüquq müəyyənedici sənədlərin ləğvi tələbini irəli sürmüş, birinci instansiya məhkəməsi tələbi mahiyyəti üzrə əsassız hesab etməklə iddianı rədd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər (51.3). Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər (57.1). İşə birinci instansiya məhkəməsində baxılarkən Komitənin əlavə cavabdeh qismində cəlb olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. MPM nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). Mülki prosessual qanunvericiliyə əsasən şəxsin cavabdeh qismində cəlb edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Ona görə də qətnamə 122,6 kv.m qeyri-yaşayış sahəsinin Komitə tərəfindən Fərəc Əhmədova icarəyə verilməsi barədə xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin sahəyə dair sonuncunun adına verilmiş xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinin təmin olunmaması hissəsində ləğv edilməli və iddia həmin hissədə yuxarıda göstərilən əsaslarla təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin təmin olunması hissəsində də maddi hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir. X6rşılıqlı iddia ərizəsində mübahisəli ünvanda yerləşən sahəsi 156,2 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə dair onun mülkiyyət hüququna İddiaçı tərəfindən edilən müdaxilənin, yəni onun həmin qeyri-yaşayış sahəsinə sahiblik və qeyri-yaşayış sahəsindən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. Həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 157-ci maddəsi təşkil edir. Bu maddəyə müvafiq olaraq mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8). Sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinə əsasən hazırkı tələbin təmin olunması üçün iddiaçı tələb etdiyi əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak cavabdehin qanunsuz sahibliyində olmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçının istinad etdiyi 156,2 kv.m sahənin onun mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. Lakin iş üzrə həmin sahəyə daxil olan və uzun illərdir iddiaçının da istifadə etdiyi 51,4 kv.m sahənin İddiaçı qanunsuz sahibliyində olduğu müəyyən edilmir. Belə ki, həmin sahə Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 327 saylı, xx.xx.1996-cı il tarixli sərəncamına əsasən, bina sakinləri Cavabdeh, İddiaçı və İlqar Həsənovun təsərrüfat ehtiyacları üçün istifadə olunması məqsədilə onlara verilmişdir. Sərəncam hazırda da qüvvədədir, onun qüvvədən düşdüyü barədə iş materiallarında hər hansı məlumat və ya sübut yoxdur. Əksinə mübahisəli sahənin balans saxlayıcısı olan MKTB-nin işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli məktubunda göstərilir ki, mübahisəli ünvanda İddiaçı istifadəsində olmuş və Fərəc Əhmədov tərəfindən icarəyə götürülməsinə və özəlləşdirilməsinə etiraz edilməməsi haqqında xx.xx.2018-ci il tarixli razılıq məktubunda göstərilən 122 kv.m olan qeyri-yaşayış sahəsinin birlikdə ümumi sahəsi 155,5 kv.m-dir. Həmin 155,5 kv.m olan sahədən 122 kv.m Fərəc Əhmədov tərəfindən icarəyə götürülməsinə və özəlləşdirilməsinə 1/170 saylı, xx.xx.2018-ci il tarixli məktubla razılıq verilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 327 saylı, xx.xx.1996-cı il tarixli sərəncamı ilə İddiaçı istifadəsində olmuş 55 kv.m olan sahəyə isə razılıq məktubu verilməmişdir. Lakin sonradan məlum olmuşdur ki, göstərilən 55 kv.m sahəyə Fərəc Əhmədovun adına RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. X5 verilmiş 1/170 saylı, xx.xx.2018-ci il tarixli razılıq məktubunda göstərilən sahənin 102 kv.m hesab edilməsi xahiş edilmiş, 55 kv.m qeyriyaşayış sahəsinin İddiaçı tərəfindən icarəyə götürülməsinə və ya özəlləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Həmçinin, məhkəmə baxışı zamanı İddiaçı 51,4 kv.m sahədən kənar qeyriyaşayış sahəsinə müdaxilə etmədiyini bildirmiş, X9 Həmidova tərəfindən 51,4 kv.m sahədən kənar onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə müdaxilə edildiyi barədə sübutlar təqdim etməmişdir. Ona görə də qarşılıqlı iddia əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında əks olunmuş göstərişlərə münasibətdə bildirilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdeh qismində cəlb edilməsinin birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkünlüyünə əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apellyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir. Bundan əlavə, qeyd edilən prosessual əsasa görə mübahisəli ünvanda yerləşən zirzəmi sahəsinin cavabdeh kimi işə cəlb edilməmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən satılmasının mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi hazırkı apellyasiya baxışı zamanı mümkün deyildir. Bundan başqa, apellyasiya baxışı zamanı verilmiş məhkəmə sorğusuna əsasən, təqdim edilmiş Nəsimi rayon İcra Hakimiyyətinin xx xxxxxx 1996-cı il tarixli, 327 saylı Sərəncamının, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Fərəc Əhmədovun adına verilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı çıxarışların, Fərəc Əhmədov və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 7072 saylı icarəyə verilmiş əmlakın alqı-satqısına dair müqavilənin, Cavabdeh ilə Fərəc Əhmədov arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin, ümumi sahəsi 33,6 kv.m olan zirzəminin Cavabdeh xx.xx.1998-ci ildən xüsusi mülkiyyət hüququ ilə məxsus olmasına dair arayışın lazımi qaydada təsdiq edilmiş surətlərinin tədqiqatı zamanı həmin sənədlərin sübut qismində mötəbərliyinə və təsdiq etdiyi hallara dair şübhələri aradan qaldırmışdır. Ona görə apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, ilk və qarşılıqlı iddia ərizələri rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Tahiq qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2113/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə ddddddddddddd oğlu arasında xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin sahəyə dair xx.xx.2019-cu il tarixli, ******* saylı çıxarışın ləğv edilməsi tələbinin təmin olunmaması və qarşılıqlı iddianın təmin olunması hissələrində ləğv edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə ddddddddddddd oğlu arasında 122,6 kv.m qeyri-yaşayış sahəsinə dair bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin sahəyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməsin. ddddddddddddd oğlunun İddiaçı qarşı ünvan 3 ünvanında yerləşən, sahəsi 156,2 kv.m. təşkil edən qeyri yaşayış sahəsinə dair mülkiyyət hüququna sonuncu tərəfindən edilən müdaxilənin, yəni onun həmin qeyri-yaşayış sahəsinə sahiblik və qeyri-yaşayış sahəsindən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qarşılıqlı iddiası təmin olunmasın. Qətnamə Cavabdeh ilə ddddddddddddd oğlu arasında 33,6 kv.m qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin sahəyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi tələbinin təmin olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-520/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-520/2021
16.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver