Məhkəmə qərarları › İş №2(103)-5204/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5204/2022

11.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5204/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Müseyib qızının Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzildən çıxarılma, mənzilə köçürülmə) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, X23 oğlunun katibliyi, İddiaçı Müseyib qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı Müseyib qızının Cavabdeh qarşı (X12, X20, Bakı şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 3-cü şəxs qismində cəlb edildiyi) mənzildən çıxarılma və onun həmin mənzilə köçürülməsi tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı Müseyb qızına qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qarşılıqlı iddiasına dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-74/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı Müseyib qızı tərəfindən verilmiş apelyasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı 1988-ci ildə ailə üzvləri ilə birlikdə Ermənistandan qaçqın düşərək Bakı şəhərində məskunlaşmış, mübahisəli mənzil ona ilk əvvəl sığınacaq kimi verilmişdir.

2. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 23 dekabr 1992-ci il tarixli, 5535 saylı sərəncamı ilə Vaplidə Aşimova 4 nəfər ailə üzvü ilə (özü və 3 oğlu) Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi (keçmiş Petrov), 12 saylı evin 31/32 saylı mənzilinə qeydiyyata alınması qərara alınmışdır.

3. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 25 mart 1998-ci il tarixli, 410 saylı sərəncamına əsasən verilmiş 14 aprel 1998-ci il tarixli 047907 saylı orderlə qeyd edilən mənzil 4 nəfər ailə üzvü ilə (özü və 3 oğlu) İddiaçı istifadəsinə verilmişdir.. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı – Cavabdeh qarşı (X12, X21, Bakı şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti cavabdeh tərəfdən üçüncü şəxs kimi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilinə Cavabdeh istifadə hüququnun olmamasının müəyyən edilməsi, bunun cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması və X13, X17, X6, X5, X10 və qeyrilərinin mənzildən çıxarılmaları, İddiaçı Müseyib qızının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, İddiaçı 1988-ci ildə ailə üzvləri ilə birlikdə Ermənistandan qaçqın düşərək Bakı şəhərində məskunlaşmış, Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 1992-ci il tarixli, 5535 nömrəli sərəncamı ilə o, uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınmışdır. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli sərəncamı ilə İddiaçı adına 3 nəfər ailə üzvləri ilə birlikdə Fərman Qurbanov küçəsi, 12 saylı evin, 31/32 saylı mənzilinə order verilmişdir. 2009-cu ilin sonlarında mənzilin yerləşdiyi Fərman Qurbanov küçəsi, 12 saylı evdə qəza baş verdiyi üçün Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən evə baxış keçirilmiş, mənzil sahiblərindən mənzillərin boşaldılması tələb olunmuş, mənzildə təmir-bərpa işləri görüləcəyi bildirilmişdir. Validə Aşumova oğlunun Yunanıstanda vəfat etməsi səbəbindən Yunanıstana getmişdir. İddiaçı Bakı şəhərində olmadığını bilən Cavabdeh qeydiyyat üçün əsas ola biləcək sənədlər olmadan mənzilə pasport qeydiyyatına alınmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh iddiaçıya məxsus olan Fərman Qurbanov küçəsi, ev 12, mənzil 31/32 ünvanında yerləşən mənzili daş mişarla iki hissəyə bölərək X7 və X14 yaşamağ üçün vermişdir. Məhkəmə iclasında izahat verən üçüncü şəxs X12 izahatında göstərdi ki, mənzili 2019-cu ilin oktyabr ayında rəfiqəsinin vasitəsi ilə Cavabdeh 30000 (otuz min) manata almış, əlavə xərclərə də 1-2 min manat xərcləmişdir. Məhkəmə iclasında izahat verən üçüncü şəxs X21 izahatında göstərmişdir ki, 28 noyabr 2019-cu il tarixdə Fuad adlı şəxsin vasitəsi ilə Cavabdeh 32000 (otuz iki min) manata alaraq kirayəyə vermişdir. Cavabdeh keçirilən 5 məhkəmə iclasında hər dəfə iştirak edərək izahat versə də izahatlarında nə də ki, 21 yanvar 2020-ci il tarixli qarşılıqlı iddia ərizəsində və 21 yanvar 2020-ci il tarixli etirazında mənzili X7 və X1 ilə bağlı heç bir məlumat verməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 14 fevral 2020- ci il tarixdə notarial qaydada təsdiqlənmiş ərizəni imzalayan X8 və X11 yalandan məlumat verərək bildirirlər ki, guya mənzilin tikilməsinə Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları evi tikmək üçün Cavabdeh icazə vermişlər, həmin mənzildə Cavabdeh, övladları X25, X27 və X13 övladı X18 ilə birlikdə yaşayır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 16 fevral 2020-ci il tarixdə notarial qaydada təsdiqlənmiş ərizəni imzalayan X3 yalandan məlumat verərək bildirir ki, Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları guya mənzilin tikilməsinə Cavabdeh icazə vermişlər və həmin mənzildə Cavabdeh, övladları X25, X27 və X13 övladı X18 ilə birlikdə yaşayır. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 14 fevral 2020-ci il tarixdə tərtib olunmuş aktı imzalayan X3, X8 və X11 yalandan məlumat verərək bildirirlər ki, guya mənzilin tikilməsinə Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları icazə vermişdir və mənzildə Cavabdeh, övladları X25, X27 və X13 övladı X18 ilə birlikdə yaşayır. İddiaçı Müseyib qızı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı "qeydiyyatın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 503/2020 saylı iş üzrə 17 mart 2020-ci il tarixli qərarı ilə Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur.

6. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı onun ünvan 5 ünvanına yerləşən mənzilinə yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 6 ünvanında yerləşən mənzil onun faktiki mülkiyyətindədir. Hazırkı mübahisələndirilən mənzilin altında olan mənzili 2007-ci il tarixində Viktor adlı şəxsdən etibarnamə əsasında satın almışdır. Həmin etibarnamədə də mənzilin ünvanı 31/32 kimi qeyd edilmişdir. Mənzili Viktordan alanda təmirsiz və baxımsız olmuşdur. Ona görə də, o, həmin mənzili 2007-2008-ci illərdə təmir etdirmişdir. Daha sonra, yuxarıda qeyd edilən mənzil Bakı şəhərində baş vermiş güclü zəlzələnin təsirindən uçaraq dağılmışdır. Bu səbəbdən həmin mənzili mənzil fondundan çıxarılmışdır. Bundan sonra dağılmış mənzilin qalıqlarını Səbail Rayon İcra Hakimiyyəti, Bələdiyyə və ərazi üzrə MKİS sökərək təmizləmişlər. O, icra hakimiyyətinə müraciət edərək, səhhəti ilə əlaqədar Viktordan aldığı alt mənzildə yaşaya bilmədiyini göstərib üstdəkt mənzili tikimək üçün icazə istəmişdir. Həmin qurumunu əməkdaşları əraziyə baxış keçirmiş və bildirmişlər ki, bura zəlzələ vaxtı uçduğu üçün mənzil fondundan çıxarılmışdır, amma tikintiyə bir şərtlə icazə veriləcəkdir ki, tikintiişlərini öz vəsaiti hesabına aparmalıdır. İcra hakimiyyəti əməkdaşları ilə razılaşmış, 2008-2013-cü illərdə həmin yerdə mənzil tikmişdir. 2013-cü il tarixdə mənzildə qeydiyyata alınmışdır. Sahə müvəkkilinin dediklərindən bilmişdir ki, həmin yerdə olan hazırda Yunanıstan Respublikasında yaşayan Validə adlı bir qadının olub, həmin vaxtdan təxminən 3 il yarım sonra o, Vaildə Aşimova pasport qeydiyyatı şöbəsinə şikayət edərək onu mənzildə pasport qeydiyyatından çıxarmış, bir müddət sonra özü qeydiyyata düşmüşdür. Validə 21 ildən çox müddətə Azərbaycan Respublikasından çıxıb getmiş, adına olan mənzillə əlaqəsi olmamışdır. Hesab edir ki, cavabdeh İddiaçı Müseyib qızının ünvan 6 ünvanında yerləşən mənzilə olan yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Onun formal olaraq qeydiyyatda qalması tamamilə əsassız və qeyri-qanunidir, onun mənzilə hüquqları kobud surətdə pozulur, məhdudlaşdırılır.

8. .İlk iddia üzrə cavabdehin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsindəki icraatda iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir.

9. Azərbaycan Respublikiası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3423 saylı ekspert rəyinə əsasən X9 adına Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli sərəncamı ilə verilmiş Fərman Qurbanov küçəsi, 12 saylı evin 31/32 saylı mənzilinə dair orderdə nəzərdə tutulmuş 31,0 kv metr 2 yaşayış otağından ibarət mənzilin faktiki olaraq ünvan 6 ünvanda aid layihəyə və cizgiyə uyğun gəlmədiyini nəzərə alaraq həmin mənzilin mövcud olmadığı müəyyən edilmişdir.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(009)- 74/2021 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi araşdırılmış sübutlar əsasında hesab etmişdir ki, ilk iddiaçının orderlə ona verilmiş mənzildə uzun müddət yaşamaması, əvvəllər yaşadığı mənzilin 2000-ci ildə zəlzələ nəticəsində dağılmaya məruz qalmasının sübuta yetirilməsi, ilk iddiaçının adına orderdə qeyd edilən mənzilin faktiki mövcud olmaması, hazırda orada cavabdehin tikdiyi mənzil özbaşına tikili olması və iddiaçının adına olan orderdəki mənzilin texniki göstəricilərini əks etdirməməsi nəzərə alınmiaqla ilk iddia tələbləri əsaslı sayıla bilməz və buna görə də rədd edilməlidir.

12. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh ünvan 5 ünvanda yerləşən mənzildə qeydiyyatı olmasına baxmayaraq, faktiki yaşadığı mənzillə (yaşayış sahəsi) bağlı hüquqi əsaslar müəyyən edilmədiyindən onun İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbləri əsaslı sayıla bilməz.

13. Belə ki, qeydiyyat yaşayış sahəsinə istifadə hüququnun tanınması kimi qiymətləndirilmir. Bundan başqa, İddiaçı hazırda mövcud olan mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olmamasına ilk iddia tələbləri üzrə hüquqi qiymət verilmişdir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, hüquqi sənədlər əsasında mövcud olmayan mənzilə (yaşayış sahəsinə) istifadə hüququndan, eləcə də olmayan hüququn itirilmiş hesab edilməsindən söhbət gedə bilməz.

15. Məhkəmə ilk və qarşılıqlı iddia tələblərini rədd edərkən Mülki Məcəllənin özbaşına tikinti və onun nəticələrinə dair 180-ci maddəsinin tətbiq etmişdir.

16. Məhkəmə ilkin iddia üzrə cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı Mülki Məcəllənin 372.1 və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: b) Apelyasiya şikayətinin dəlilləri

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsini, ilkin iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətində qarşılıqlı iddianın rədd olunması hissədə qətnaməni mübahisələndirməmişdir.

18. Apelyasiya şikayəti ilkin iddia tələbində göstərilənlərlə əsaslandırılmış və eləcə də göstərilmişdir ki, məhkəmə yazılı sübutlara deyil, şahidlərin ziddiyyətli izahatlarına əsaslanmışdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, sübutlara düzgün qiymət verilməmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(103)-8333/21 nömrəli qətnaməsi ilə ilk iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın rədd olunması hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. e) Kassasiya instansiya məhkəməsindəki icraat:

22. İddiaçı Müseyib qızı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi ilk iddianın rədd olunması barədə qətnaməni dəyişdirmədən saxlayarkən rədd olunmasının heç mötəbər sübuta əsaslanmadığını, heç bir maddi hüquq normasına istinad olunmadığını nəzərə almamış, mənzilə “gözlənilən mülkiyyət hüququ”nun olduğunu diqqətdən qaçırmış, nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmələr heç bir möhtəbərliliyi olmayan, Səbail rayon MKTB-nin 45 saylı Mənzil-Kommunal İstismar Sahəsinin vəzifə və səlahiyyətlərinə aid olmayan məsələ barədə, yəni 2000-ci ildə Bakı şəhərində baş vermiş zəlzələnin təsiri nəticəsində mənzildə baş vermiş dağıntıya dair 10 ildən sonra, yəni 11 iyul 2011-ci il tarixdə verdiyi arayışa əsaslanmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh iddiaçının müvafiq dövlət orqanlarına və məhkəməyə müraciət etməsindən xəbər tutduqdan sonra mənzili 2 ayrı şəxsə müxtəlif məbləğdə pul qarşılığında satmasına da münasibət bildirilməmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1978/2022 saylı 11 may 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(103)-8333/21 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

25. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə baxan məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarına düzgün qiymət verilməmiş, iş materiallarında olan sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilməyərək iş üzrə səhv nəticəyə gəlinmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. f) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Proses iştirakçılarının izahatı:

26. Məhkəmə iclasında iştirak edən İddiaçı Müseyib qızının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

27. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X15 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Hazırki apelyasiya baxışının hədləri:

28. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ilkin iddia tələbinin təmin edilməməsi hissəsində yoxlayır. Qətnamə qarşılıqlı iddia tələbinə münasibətdə yoxlanılmır. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

30. Maddə 40 İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi:

31. Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X19 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

32. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı iləistənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinə icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

33. Maddə 90. Vətəndaşlara başqa abad yaşayış sahəsi verilməklə dövlət və ya ictimai mənzil fondunun yaşayış sahəsindən aşağıdakı hallarda çıxarılırlar: yaşayış sahəsinin yerləşdiyi ev sökülməli olduqda; ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda; ev (yaşayış sahəsi) yenidən qurulub qeyri yaşayış evinə çevrilməli olduqda; Azərbaycan Respublikası Mülki Məcəlləsi:

34. Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

35. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

41. Maddə 417.1.3 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Hazırki apelyasiya baxışında apelyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını əlaqəli qiymətləndirib, kassasiya məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

43. İşdən görünür ki, İddiaçı Müseyib qızı iddia ərizəsi, iddia ərizəsinin dəqiqləşdirilməsi və iddianın həcminin artılrılması barədə ərizələrlə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilinə Cavabdeh istifadə hüququnun olmamasının müəyyən edilməsi, bunun cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması və X13, X17, X6, X5, X10 və qeyrilərinin mənzildən çıxarılmaları, İddiaçı Müseyib qızının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

44. İşə baxan birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının orderlə istifadəsinə verilmiş mənzildə uzun müddət yaşamaması və əvvəllər yaşadığı həmin mənzilin 2000-ci ildə baş vermiş zəlzələ nəticəsində dağılmaya məruz qalması sübuta yetirilmiş, iddiaçının adına orderdə qeyd edilən mənzil məhv olduğundan faktiki olaraq mövcud deyildir, həmin ünvanda cavabdeh tərəfindən özbaşına mənzil inşa edilmişdir. Göstərilən hallara görə Səbail Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən daimi istifadəsinə verilmiş mənzilə iddiaçının hər hansı hüququ qalmamış, hazırkı iddianı qaldırmaqda haqlı olmamışdır.

45. İşin mubhaisəsiz hallarına görə İddiaçı Müseyib qızı 1988-ci ildə ailə üzvləri ilə birlikdə Ermənistandan qaçqın düşərək Bakı şəhərində məskunlaşmış, mübahisənin predmeti olan Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi (keçmiş Petrov), 12 saylı evin 31/32 saylı mənzil ona ilk əvvəl sığınacaq kimi verilmiş, Səbail rayon İcra Hakimiyyəti başçısının 23 dekabr 1992-ci il tarixli, 5535 saylı sərəncamı ilə Vaplidə Aşimova və 3 nəfər ailə üzvü ilə (3 oğlu) mənzilə qeydiyyata alınmış, daha sonra Səbail rayon İcra Hakimiyyəti başçısının 25 mart 1998-ci il tarixli, 410 saylı sərəncamına əsasən verilmiş 14 aprel 1998- ci il tarixli 047907 saylı orderə əsasən qeyd edilən mənzil 4 nəfər ailə üzvü ilə (özü və 3 oğlu) Vailidə Aşimovanın daimi istifadəsinə verilmişdir. 2007-ci ilə kimi həmin mənzilin iddiaçının sahibliyində olmasını cavabdeh tərəf də mübahisələndirmir.

46. .İşdən daha sonra görünür ki, İddiaçı 2004-cü ilin oktyabr ayından mütəmadi olaraq oğlanlarının yaşadığı Yunanıstan Respublikasına getmişdir. Onun Yunanıstan Respublikasına daimi yaşamaq üçün getməsi, orada daimi yaşayış yerinin olması, Azərbaycan Respublikası ilə əlaqələrini itirməsi, yaxud Azərbaycan Respublikasında daimi yaşamaq üçün Bakı şəhərində və ya digər yaşayış məntəqəsinə başqa yaşayış sahəsinə köçməsi, mülkiyyətində və ya daimi istifadəsində başqa yaşayış sahəsinin olması iş materialalrı ilə müəyyən edilmir.

47. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-503/2020 saylı iş üzrə 17 mart 2020-ci il tarixli qərarına görə İddiaçı 12 oktyabr 2017-ci il tarixdə mənzildə qeydiyyatdan çıxarılması, Cavabdeh həmin mənzilə qeydiyyata alınması qanunsuz olmuşdur.

48. Qeyd edilənlərdən göründüyü kimi, İddiaçı mübahisəli mənzildən istifadə hüququ 14 aprel 1998-ci il tarixdə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq əmələ gəlmişdir. Lakin, ilkin iddianı rədd edən birinci instansiya məhkəməsi iddiaçının mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün həmin Məcəllədə göstərilən şərtlərin olub-olmamasını müəyyən etməmişdir.

49. 08 iyul 1982-ci il tarixli (hazırda qüvvədən düşmüş) Mənzil Məcəlləsi Azərbaycan vətəndaşlarının mənzil hüququnun olmasını (maddə 1) təsbit etmişdir. Mənzil fonduna (maddə 4) Azərbaycan SSR-nin ərazisində olan yaşayış evləri aid edilmişdir. Yaşayış evləri vətəndaşların daimi yaşamaları üçün verilən yaşayış sahəsidir (maddə 6). Dövlət və ictimai mənzil fonduna aid olan yaşayış sahələri vaxtaşırı yoxlanılır. Yaşamağa yararlı olmayan yaşayış evləri və yaşayış sahələri başqa məqsədlər üçün yenidən qurulur və ya X19 İcraiyyə Komitəsinin qərarı ilə sökülür (maddə 7). Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında X19 İcraiyyə Komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır (maddə 48). Yaşayış sahəsi və yardımçı sahələr yalnız mənzilin abadlığını yaxşılaşdırmaq məqsədilə yenidən qurula və yenidən planlaşdırıla bilər və buna icarədarın, onunla birlikdə yaşayan ailə üzvlərinin, kirayədarın razılığı və yerli X19 İcraiyyə Komitəsinin razılığı ilə yol verilir (maddə 81). Uçmaq qorxusu olan evlərdən çıxarılma halları istisna olmaqla, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi kirayədarın tələbi ilə yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə və ancaq məhkəmə qaydasında pozua bilər (maddə 88). Evin (yaşayış sahəsinin) uçmaq qorxusu olduqda, həmin evdən (yaşayış sahəsindən) çıxarılan vətəndaşlara yerli X19 İcraiyyə Komitəsinin qərarı ilə .... digər abad yaşayış sahəsi verilir (maddə 92).

50. Hazırda qüvvədə olan (2009-cu ildən) Mənzil Məcəlləsinə görə Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər (maddə 2.2). Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir (maddə 3.2). Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz (maddə 5.3). Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir (maddə 8.0). Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir (maddə 9.1).

51. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı və onun ailə üzvlərinin mübahisəli mənzilə istifadə hüququ həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə uyğun qanuni əsaslarla yaranmışdır və onların mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. İddiaçı və onun ailə üzvlərinin mənzildən istifadə hüquqlarının itirilməsi, orderin etibarsız hesab edilməsi və ya evin yaşayış üçün yararsız olması səbəbindən başqa yaşayış sahəsi ilə təmin olunması barədə hər hansı bir sübut iş materialları ilə müəyyən olunmamışdır.

52. Birinci instansiya məhkəməsi iddiaçının mənzildən istifadə hüququnun olmamasını mənzilin zəlzələ nəticəsində məhv olması ilə əsaslandırmış, bu zaman əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/3423 saylı rəyə və 45 saylı MKİS tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 1537 nömrəli arayışa istinad etmişdir.

53. Lakin həmin rəydən həmçinin görünür ki, 25 mart 1998-ci il tarixdə İddiaçı Müseyib qızının istifadəsinə verilmiş mənzillə hazırda mübahisə olunan mənzil eyni ünvanda yerləşir, mülki iş materiallarına əlavə olunmuş plan-sxemlərə görə əsaslı dəyişikliklər aparılmamışdır, mənzilin əvvəlki və sonrakı ümumi sahəsi arasında cəmi 6,2 kv metr fərq vardır.

54. 2000-ci ilədə baş verimiş zəlzələdən sonra təmir-bərpa işlərinin aparıldığı nəzərə alındıqda həmin fərqin, mövcud tikililərin sayının və təyinatlarının cizgilərdə göstərilənlərə uyğun gəlməməsinin mümkünlüyü məhkəmə tərəfindən nəzərə alınmamışdır.

55. 45 saylı MKİS tərəfindən İddiaçı adına, Səbail rayon İcra Hakimiyyətinə təqdim edilməsi üçün (etibarnamə əsasında) verilmiş xx.xx.2011-ci il tarixli 1537 nömrəli, 2 nömrəli forma üzrə arayışda göstərilənlər, yəni İddiaçı 3 nəfər ailə üzvü (oğulları) ilə birlikdə qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, 12 saylı evin 2-ci mərtəbəsində olan 2 otaqlı 31,0 kv metr yaşayış sahəsi olan 31/32 saylı mənzil sökülməsi, mənzilin 2000-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində uçmasının göstərilməsi isə iş materiallarında olan və məhkəmələr tərəfindən tədqiq edilmiş digər sübutlar, tərəflərin izahatları, hal-hazıra həmin ünvanda mənzilin olması, oradan yaşayış sahəsi kimi istifadə edilməsi, mənzilin zəlzələ nəticəsində uçması və ya sökülməsi barədə müvafiq dövlət orqanının aktı və ya rəyi mövcud olmaması ilə təkzib olunur. Məhkəmələr iddiaçının 2009-cu ilə kimi, cavabdehin isə 2007-ci ildən mənzildə yaşamaları qənaətinə gəlmişdir.

56. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sübutlara düzgün qiymət verməyərək səhv nəticəyə gəlmiş, maddi hüquq normalarını səhv tətbiq etmişdir. Ona görə də qəbul edilən qətnamə qanuni və əsaslı olmamışdır.

57. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər mübahisəli mənzili icraiyyə komitəsinin icazəsi ilə tikilməsini iddia etsələr də, bu barədə hər hansı bir sübut təqdim etməmişlər, əksinə hazırki işin materialları, həmçinin qanuni qüvvədə olan digər məhkəmə aktları ilə cavabdehlərin mübahisəli yaşayış sahəsinə sahiblik və istifadələrinin qanunsuz olması təsdiq olunmuşdur.

58. Məhkəmə kollegiyası qeyd edilən mənzil qanunvericiliyinin tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, mübahisəli mənzil üzərində iddiaçının hüququ 1998ci il tarixdən qanuni əsaslarla yaranmış, iddiaçı qanuni əsaslarla əldə etdiyi yaşayış sahəsindən istifadə etmiş, onun həmin yaşayış sahəsinə olan hüquqları hər hansı bir hüquqi əsasla məhdudlaşdırılmadığından, həmçinin mənzilin qanuni sahibi və istifadəçisi kimi hazırki iddianı qaldırmağa subyektiv hüququ olmuşdur.

59. Bu baxımdan işə baxan birinci instansiya məhkəməsinin mənzilin məhv olması barədə gəldiyi qənaət mötəbər sübutlarla təsdiq olunmadığından, əsaslı olmamışdır.

60. Kollegiya bir daha vurğulayır ki, cavabdehlərin mübahisəli mənzi üzərində qanuni əsaslarla hər hansı hüququ olmamış və bu xüsusat iş materialları ilə təsdiq olunduğundan, cavabdehlərin mübahisəli mənzildən istifadəsi qanunsuz olmuşdur.

61. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin olunmalı, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməli, cavabdehlər mübahisəli mənzildən çıxarılmalı və iddiaçı mübahisəli mənzilə köçürülməlidir.

62. Kollegiya iddia tələbinin Cavabdeh mübahisəli mənzildən qeydiyyatdan çıxarılması tələbinə münasibətdə qeyd edir ki, həmin məsələ inzibati icraat qaydasında araşdırılıb öz həllini tapdığından, hazırda həmin tələbin müzakirəsinə zərurət qalmamışdır.

63. Kollegiya iddia ərizəsində mənzildən çıxarılmalı olan şəxslərdən əlavə qeyri şəxslərin də çıxarılması tələbinin təmin olunması üçün əsaslar görmür. Çünki həmin tələb konkret deyil və çıxarılmalı olan şəxslərin kimlər olması göstərilməmişdir. Ona görə də həmin hissədə iddia rədd olunmaldıır.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Müseyib qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-74/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilsin və ilkin iddia tələbinin təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilsin. Cavabdehlər Cavabdeh, X25, X27, X18, X12, X21 həmin mənzildən çıxarılsınlar. İddiaçı Müseyib qızı həmin mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar