Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5211/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun vəkili X2, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Əlican-zadə Şəbnəm İlham qızının iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-2522/2021 saylı iş üzrə qəbul etdiyi 18 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin “əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, əmək vəzifələrini və “X3 qaydaları”nın tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhəri 194 №-li tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 02 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair” 02.02.2021-ci il tarixli K-52 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, 02 fevral 2021-ci il tarixindən başlayaraq məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 20 ildir ki, Bakı şəhəri Xətai rayonu 194 №-li orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 20.12.2019-cu il tarixdə qeyd edilən məktəbə direktor təyin edilmiş Elnarə Zeynalova İddiaçı yanına çağıraraq onunla işləmək istəmədiyini, özünün işləmək üçün başqa məktəbə köçürülməsini məsləhət etmiş, tutduğu vəzifəyə isə öz adamını gətirəcəyini bildirmişdir. İddiaçı məktəbin direktoru Elnarə Zeynalovanın tələbini yerinə yetirməkdən imtina etmiş və bundan sonra məktəb direktoru həmin məktəbdə hərbi müəllimi işləyən İsmayıl Hüseynovla birlikdə İddiaçı qarşı “şər-böhtan” kampaniyasına başlamış, hətta Bakı şəhəri üzrə Təhsil İdarəsi bu kampaniyaya qoşularaq İddiaçı tutduğu vəzifədən ərizə yazıb çıxmağı tələb etmişlər. İsmayıl Hüseynov məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini müvəqqəti icra edən şəxsə çevrildikdən sonra İddiaçı qarşı “material” toplamağa başlamışdır. İsmayıl Hüseynov hətta dəfələrlə İddiaçı yaşadığı ünvana gələrək məktəb direktorunun adından vəzifədən çıxmağını israr etmiş, əks halda daha ağır nəticələr yaradacaqları ilə hədələmişdir. İddiaçı isə İsmayıl Hüseynova şəxsən və “WhatApp” vasitəsi ilə yazarkən ləyaqətsiz işlərindən əl çəkməsini tələb etmişdir. Şagirdlərlə baş verən anlaşılmazlıqdan sonra böyük şişirtmə əsnasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2020-ci il tarixli F-15 №-li Əmri ilə İddiaçı şiddətli töhmət elan edilmişdir. İsmayıl Hüseynov növbəti dəfə məqsədli hərəkətlərini davam etdirməklə şantaj və təhdidlərə keçərək “burada rəhbər mənəm”, “başına oyun açacağam” kimi təhdidlərdən sonra İddiaçı İsmayıl Hüseynova məxsus nömrəsinə zəng etdikdə sonuncu cavab vermədiyindən bir neçə dəfə mesaj yazaraq şəxsən özünə aid sözləri çatdırmışdır. İsmayıl Hüseynov bütün üsullardan istifadə edərək istəyinə nail olmaq üçün dərhal məktəb direktoru ilə məsləhətləşib Bakı şəhəri Təhsil İdarəsinə şikayət yazmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 02.02.2021-ci il tarixli K-52 №- li Əmri ilə “Əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, əmək vəzifələrini və “X3 Qaydaları”nın tələbini kobud şəkildə pozduğuna görə Bakı şəhəri Xətai rayonu 194 №-li orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsi 02.02.2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmin Əmrdə göstərilmişdir ki, “Bakı şəhəri Xətai rayonu 194 №-li orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri İsmayıl Hüseynov tərəfindən məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış müraciət əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı tərəfindən 24.12.2020-ci il tarixdə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri İsmayıl Hüseynovun ünvanına “Səni məhv edəcəm inək”, “Səni sənsiz edəcəm”, “Sənin şərəfsizliyin heç nəyə sığmaz, sən şərəfsizsən”, “Səni həmişə təhqir edəcəm”,”Səni məhv edəcəm” kimi qeyri-pedaqoji ifadələr yazaraq Təhsil Nazirliyi Kollegiyasının 06.11.2014-cü il tarixli 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 qaydaları”nın 2.1.5-ci, 2.1.7-ci və 3.8-ci bəndlərinin tələblərini pozmuşdur. X1 izahatı və araşdırma zamanı toplanmış digər zəruri sənədlərlə təsdiq olunmuşdur. “Qeyd olunanlarla bağlı İddiaçı qismən etirafedici izahat verərək həmkarı İsmayıl Hüseynovun ünvanına yazdığı qeyripedaqoji ifadələrin zarafat xarakterli olduğunu bildirmişdir. Aparılan araşdırmanın nəticələri İddiaçı müəllim adına yaraşmayan və nüfuzuna xələl gətirən davranışa yol verdiyini, bununla da Təhsil Nazirliyi Kollegiyasının 06.11.2014-cü il tarixli 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 qaydaları”nın tələblərinin pozulduğunu müəyyən etməyə əsas verir. Analoji hallara yol verdiyinə görə “Bakı şəhəri Xətai rayonu 194 №-li orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı barəsində Bakı şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2020-ci il tarixli F-15 №-li Əmrinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi tətbiq edilmiş və gələcəkdə belə hallara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam tənbehinin tətbiq edələcəyi nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Beləliklə Bakı şəhəri Xətai rayonu 194 №-li orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən həmkarına qarşı qeyri-pedaqoji rəftara yol vermiş, bununla da əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Qeyd olunanlarla əlaqədar olaraq Əmək Məcəlləsinin 80.1-ci maddəsinə uyğun olaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq alınması üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqları Komitəsinə müraciət olunmuş, cavab məktubunda həmin Komitənin 29.01.2021-ci il tarixli iclasının keçirildiyi və əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verildiyi bildirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-2522/2021 saylı iş üzrə qəbul etdiyi 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığını, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, habelə nəticəsinin işin faktiki hallarına uyğun gəlmədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onu nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan ərizələrdən, yazılı izahatlardan və digər sənədlərdən görünür ki, Bakı şəhəri 194 №-li orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı dəfələrlə nizam-intizam qaydalarını pozaraq məktəbə sərxoş halda gəlmiş, məktəbin bəzi şagirdlərinə fiziki təzyiq göstərmiş, şagirdlərin valideynlərindən müxtəlif əsaslarla pul tələb etmiş, habelə məktəbin təlim-tərbiyə işləri üzrə müavini İsmayıl Hüseynova zəng edərək ona hədə qorxu gəlmiş, şərböhtanlar atmış, həmçinin “WhatsApp” mobil tətbiqi vasitəsi ilə mesajlar göndərərək şəxsiyyətini alçaldan ifadələr işlətmiş, üzürlü səbəblər olmadan işə gəlməmişdir. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2020-ci il tarixli F175 nömrəli əmrindən görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Bakı şəhəri 194 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıq olunmaqla şiddətli töhmət verilmiş, gələcəkdə belə hallara yol verdiyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tətbiq ediləcəyi nəzərinə çatdırılmışdır. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin 29.01.2021-ci il tarixli, 54 nömrəli protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 19.01.2021-ci il təqdimatının təmin edilməsi və əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, “X3 Qaydaları”nın tələblərini pozduğuna görə Bakı şəhəri 194 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin 02.02.2021-ci il tarixli K52 nömrəli əmrindən görünür ki, fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, əmək vəzifələrini və “X3 Qaydaları”nın tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhəri 194 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsi 02 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı “onunla bağlanmış əmək müqaviləsinin 02 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair” 02.02.2021-ci il tarixli K-52 nömrəli əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa edilməsini, 02 fevral 2021-ci il tarixindən başlayaraq məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edir. Lakin, iş materillarında olan sənədlərdən, eləcə də cavabdehin etiraz ərizəsindən görünür ki, İddiaçı “X3 Qaydaları”nı pozmuşdur. Belə ki, o, müəllim olaraq işlədiyi məktəbin kollektivi ilə davranışında nəzakətli olmamış, ona qarşı iradları, tənqidi fikirləri qəbul etməmiş, qiymətləndirməyərək onlardan düzgün nəticə çıxarmamışdır. Etik davranış qaydalarını pozarkən həmin halı aradan qaldırmamış, icra və əmək intizamına riayət etməmiş, üzrsüz səbəbdən işdən yayınmışdır. Bundan başqa İddiaçı ona verilən tənbeh tədbirlərindən nəticə çıxarmayaraq təkrarən məktəbin kollektivinə qarşı qeyri-etik və qeyri-pedaqoji rəftara yol vermişdir. İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2020-ci il tarixli F-175 nömrəli əmrinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıq olunmaqla şiddətli töhmət verilmişdir. Daha sonra Bakı şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin 29.01.2021-ci il tarixli, 54 nömrəli protokolundan çıxarışa əsasən Bakı şəhəri 194 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cimaddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməklə, məktəbin 02.02.2021-ci il tarixli K-52 nömrəli əmrinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, əmək vəzifələrini və “X3 Qaydaları”nın tələblərini kobud şəkildə pozduğuna görə İddiaçı ilə bağlanmış əmək müqaviləsi 02 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi işçinin digər işçi ilə mübahisəsinin, yaxud onu təhqir etməsinin əmək müqaviləsinə xitam verilməsinə əsas təşkil etməsi üçün, qeyd olunan bu hal nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Halbuki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən əsas götürülən izahatlardan aydın olur ki, o, fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, əmək vəzifələrini və “X3 Qaydaları”nın tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhəri 194 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsi 02 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, bu mübahisə iş saatından sonra olmuş, bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamış və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Həmçinin kollegiya qeyd edir ki, qeyd edildiyi kimi iddiaçının təhqiredici və hədələyici sözlərinə görə müvafiq olaraq hüquq mühafizə orqanalrına və ya məhkəməyə müraciət edilə bilərdi. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl-olunub olunmadığı da müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin məcəllənin 76.2-ci bəndinə əsasən isə əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Bundan başqa, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olubolmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, qanunvericilikdə “X3 Qaydaları”nın tələblərini pozduğuna görə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi nəzərdə tutulmaşdır. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan Bakı şəhəri üzrə Təhsil İdarəsinin 02.02.2021-ci il tarixli K-52 nömrəli əmr ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Bakı şəhəri Xətai rayonu 194 №-li orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 390 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-2522/2021 saylı iş üzrə qəbul etdiyi 18 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın İddia təmin olunsun. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 02.02.2021-ci il tarixli K-52 nömrəli əmri ləğv edilsin. İddiaçı Bakı şəhəri Xətai rayonu 194 №-li orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilsin. 02 fevral 2021-ci il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-5211/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5211/2021
09.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver