Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5215/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının vəkili-nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “güzəştlərin tətbiqi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-162/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “güzəştlərin tətbiqi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə onun xx xxxxxxxx 2015-ci il tarixdən 2015/2016- cı və 2016/2017-ci tədris illərinin təhsil haqqı ödənişindən azad edilməyi barədə öhdəlik qoyulması, cavabdehdən iki tədris illərində (2015/2016 və 2016/2017-ci illər) verilməmiş 2380 manat və 2017-ci ilin avqust ayından 2018-ci ilin avqust 20-nə qədər (23 yaşının tamamına qədər) ordu sıralarında olduğundan ala bilmədiyi 1320 manat, cəmi 3700 manat tutulub ona ödənilməsi və cavabdehin təqsirindən ordu sıralarına getdiyindən 2017-ci ilin iyul ayindan xx xxxxxx 2018-ci ilə kimi qanunla müəyyən edilmiş imtiyazlardan istifadə edə bilmədiyinə görə, cavabdehin üzərinə güzəştin müddətinin daha bir il, yəni əlavə olaraq bir tədris ilinin də təhsil haqqı ödənişindən azad edilməyi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-162/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş,xx.xx.2017-ci il tarixdən 2016/2017-ci tədris ilinin sonunadək UNEC-Cavabdeh mənfəəti hesabına 935,16 manat təhsil haqqı ödənişindən azad edilməsi nəzərə alınmaqla İddiaçı xx xxxxxxxx 2015-ci il tarixdən 2015/2016-cı və 2016/2017-ci tədris illərinin təhsil haqqı ödənişindən azad edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuş,xx xxxxxxx 2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət üçün ödənilməmiş 2306,60 manat məbləğində təqaüd Cavabdeh tərəfindən İddiaçı ödənilməsi,iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci ilədək 18 yaşı tamam olandan sonra valideynlərini itirmiş və yaxud valideyn himayəsindən məhrum olmuş uşaqlar imtiyazlı hesab olunmurdu və onlar dövlət büdcəsi hesabına təhsil haqqının ödənilməsindən azad edilə və təqaüdün iki mislini ala bilməzdirlər. Qanunvericiliklə bu imtiyazlar xx.xx.2018-ci il tarixindən tətbiq olunmasına başlanılır. Bu səbəbdən iddiaçının 2015-2016-cı və 2016-2017-ci illərin təhsil haqlarının ödənişindən tam həcmdə azad etmək öhdəliyinin UNEC-in üzərinə qoyulması və eləcə də ala bilmədiyi təqaüdün hesabına köçürülməsi tələblərini mümkünsüz hesab edir. UNEC-in 486/4/2019-cu il tarixli əmrilə iddiaçı təhsilin 4-cü ilinin 2-ci yarısının təhsil haqqısından azad etməklə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qismən tətbiq edib, halbuki həmin əmr Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarının 2, 3 və 5-ci bəndlərinə əsasən verilmişdir və bu Qərarın əhatə dairəsi yalnız dövlət ali təhsil müəssisələrini (tapşırığın dövlət ali təhsil müəssisələrinə verilməsi imtiyazların dövlət büdcəsi hesabına olması ilə bağlıdır) nəzərdə tuturdu və mövcud qanunvericiliyi dəyişikliklər edilənə kimi, dövlət büdcəsi hesabına deyil, dövlət ali təhsil müəssisələrinin mənfəəti hesabına aparılmalı idi. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında imtiyazlı uşaqlara təqaüdün iki mislinin verilməsi ilə bağlı tapşırıq verilməmişdir. İddiaçı tələbə qismində öhdəliklərini vaxtında yerinə yetirməli idi ki, imtahanlara buraxılsın. Bu öhdəliklər tək onun təhsil haqqının ödənilməsindən ibarət deyildir, eləcə də dərslərdə və imtahanlarda iştirak etmək, təhsil proqramını mənimsəmək və yerinə yetirməkdir. İddiaçı dərsləri buraxaraq qanunvericiliklə müəyyən olunmuş 25% qayıb limitini aşmış və imtahanlarda qeyri-kafı qiymət almaqla akademik borcların yaranmasına səbəb olmuşdur. Eyni zamanda, qeyd edir ki, UNEC rəhbərliyi tərəfindən təhsilalanlara qarşı artıq dərəcədə demokratik və humanist siyasət aparılır, xüsusən də, ciddi problemləri olantələbələrə təhsil haqqının ödənilməsində möhlət hüququ verilir. Eyni zamanda, mövcud qaydalara görə təhsilalanlara üzürlü səbəblərdən (iş, əlavə təhsil, xəstəlik, ailə vəziyyəti) akademik məzuniyyətlər verilir. İddiaçı nə ödənişə möhlət, nə də məzuniyyət hüquqlarından istifadə etməyə cəhd göstərməmişdir. Cavabdeh (UNEC) tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələbləri pozulmamışdır, normativ-hüquqi aktlar qüvvəyə mindikləri andan qüvvədən düşənədək qüvvədə olurlar və bu müddət ərzində əmələ gələn münasibətlərə tətbiq edilirlər ki, buna normativ-hüquqi aktların zamana görə qüvvəsi deyilir. Lakin bu ümumi qaydadan Konstitusiyanın 149 maddəsinin Vİİ hissədində belə bir istisna nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Eyni zamanda, bu konstitusiya prinsipinə əsaslanan şərh edilən maddədə göstərilir ki, mülki hüquq subyektlərinə ziyan vuran və ya onların vəziyyətini pisləşdirən qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Bir daha qeyd edir ki, imtiyazlı tələbələrin təhsil haqqından azad olunması dövlət büdcəsi hesabına aparılır və hər tədris ili üçün respublika büdcəsində nəzərdə tutulur. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli Qanunun tətbiqi zamanı Kostitusiyanın qeyd olunan müddəasını nəzərə alarkən əvvəlki maliyyə illəri bitdiyi səbəbindən iddia ərizəsində qeyd olunan vəsaitin büdcədən alınması mümkünsüzdür. Bu səbəbdən UNEC həmin məbləği öz mənfəəti hesabına ödəməli olardı ki, bu da onun qismən də olsa vəziyyətinin pisləşməsinə işarədir. Eyni zamanda, qeyd edir ki, bütün imtiyazlar təhsil alanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2010-cu il tarixli 117 nömrəli Qərarı ilə təsdiq olunmuş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” və xx xxxxxx 2013-cü il tarixli 348 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” ilə müəyyən olunmuş müddətdə (əyani bakalavriat- 4 il, qiyabi bakalavriat - 5 il, əyani magistratura - 2 il) tətbiq olunur (fərz etsək ki, 17 yaşında ali təhsil müəssisəsinə qəbul edilən imtiyazlı tələbə 4 və 2, cəmi 6 ilə təhsilini bitirdikdə onun 23 yaşı tamam olur və qanunverici yuxarı yaş həddini nəzərdə tutmuşdur). Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017ci il tarixli Qərarına əsasən iddiaçı Əsgərov Cavid təhsilin 4-cü ilinin 2-ci semestrində UNEC mənfəəti hesabına təhsil haqqının ödənilməsindən azad olunmuşdur. Bu Qərarda uşaqlara təqaüdün iki mislinin verilməsi ilə bağlı tapşırıq verilməməsi səbəbindən həmin semestrdə iddiaçıya təqaüdün iki misli hesablanmamışdır. Qeyd edir ki, xx xxxxxx 2018-ci ildən başlayaraq, 18 yaşdan sonra valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 23 yaşınadək UNEC-də büdcə vəsaiti hesabına əyani formada təhsil alan tələbə və magistrantlar da təhsil haqqının ödənilməsindən azad olunur və onlara sosial təqaüdlər ödənilir, lakin bu yalnız qanunla müəyyən edilmiş təhsil müddəti ərzində həyata keçirilir. Eyni zamanda, yuxarıda qeyd olunan Qaydalara əsasən akademik borcları yaranan imtiyazlı tələbələr təkrar imtahanlara və ya alt qruplara yazılarkən təhsil xidmətlərini ödənişli alırlar. Buna səbəbdən İddiaçının 4-cü təhsil ilindən sonrakı təhsil illərində təhsil haqqının ödənilməsindən azad edilməsi və ona təqaüdün verilməsi mümkün olmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının cavabdehə münasibətdə iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. İddiaçı apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 154 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (iddiaçının atası) xx xxxx 2006-cı ildə vəfat etmişdir. Cavabdeh rektorunun imzaladığı xx.xx.2013-cü il tarixli, 836/4 nömrəli əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xx.xx.2013-cü il tarixli 10/Q nömrəli əmrinə əsasən qəbul imtahanlarını müvəffəqiyyətlə verdiyi üçün Cavabdeh İ kursuna qəbul edilmişdir. xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh rektoru arasında ödənişli əsaslarla ali təhsilli mütəxəsisslərin hazırlanması haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 1 saylı X12 Komissiyasının xx.xx.2015-ci il tarixli, 3834W520001 nömrəli ilkin müayinə haqqında rəyindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Əsgərova Fəxriyyə Möhtərəm qızının qara ciyərinin sirrzonu-dekomprensasiya mərhələsi. Portal hioertenziya. Assit. Xroniki ponkreatit diaqnozu qoyularaq əlilliyin ikinci dərəcəsi kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 1 saylı X12 Komissiyasının xx.xx.2016-cı il tarixli, 3834WS5200002 nömrəli təkrar müayinə haqqında rəyindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Əsəgərova Fəxriyyə Möhtərəm qızının qara ciyərinin sirrzonu-dekomprensasiya mərhələsi. Portal hioertenziya. Assit. Xroniki ponkreatit diaqnozu qoyularaq əlilliyin ikinci dərəcəsi kimi qiymətləndirilmişdir. Cavabdeh rektorunun imzaladığı xx.xx.2014-cü il tarixli, 586/4 nömrəli növbəti təhsil ilinə keçirilmə haqqında əmrdən görünür ki, "İqtisadiyyat və sənaye” fakültəsinin ödənişli əsaslarla təhsil alan tələbəsi İddiaçı təhsilin İİ ilinə keçirilmişdir. Cavabdeh rektorunun imzaladığı xx.xx.2015-ci il tarixli, 269 nömrəli növbəti təhsil ilinə keçirilmə haqqında əmrdən görünür ki, “İqtisadiyyat və sənaye” fakültəsinin ödənişli əsaslarla təhsil alan tələbəsi İddiaçı təhsilin İİİ ilinə keçirilmişdir (fakültə dekanın müraciətinə əsasən). Cavabdeh rektorunun imzaladığı xx.xx.2016-cı il tarixli, 557 nömrəli növbəti təhsil ilinə keçirilmə haqqında əmrdən görünür ki, “İqtisadiyyat və sənaye” fakültəsinin ödənişli əsaslarla təhsil alan tələbəsi İddiaçı təhsilin İV ilinə keçirilmişdir (fakültə dekanın müraciətinə əsasən). Cavabdeh rektorunun imzaladığı xx.xx.2017-ci il tarixli, 456 nömrəli növbəti təhsil ilinə keçirilmə haqqında əmrdən görünür ki, “İqtisadiyyat və sənaye” fakültəsinin ödənişli əsaslarla təhsil alan tələbəsi İddiaçı təhsilin V ilinə keçirilmişdir (fakültə dekanın müraciətinə əsasən). Cavabdeh prorektorunun imzaladığı xx.xx.2017-ci il tarixli, 641/4/2017 nömrəli akademik məzuniyyətinin verilməsi haqqında əmrdən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixindən hərbi xidmətə çağırıldığı üçün hərbi xidmət başa çatanadək akademik məzuniyyət verilmişdir. Cavabdeh prorektorunun imzaladığı xx.xx.2019-cu il tarixli, 81/4 hərbi xidmətdən sonra bərpa olunma haqqında əmrdən görünür ki, İddiaçı hərbi xidmətdən tərxis olunaraq verilmiş akademik məzuniyyətdən qayıtdığı üçün müvafiq ixtisası üzrə təhsilinin V ili "İqtisadiyyat” fakültəsinə ödənişli əsaslarla bərpa edilmişdir. ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə həqiqi hərbi xidmətə başlamış və xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh rektoru vəzifəsini icra edən şəxsin imzaladığı xx.xx.2019-cu il tarixli, 483/4 nömrəli növbəti təhsil ilinə keçirilmə haqqında əmrdən görünür ki, “İqtisadiyyat və sənaye” fakültəsinin ödənişli əsaslarla təhsil alan tələbəsi İddiaçı təhsilin Vİ ilinə keçirilmişdir (fakültə dekanın müraciətinə əsasən). Cavabdeh rektoru vəzifəsini icra edən A.Rzayevin imzaladığı xx.xx.2019-cu il tarixli, 486/4 nömrəli təhsil haqlarının ödənilməsindən azad olunma haqqında əmrdən görünür ki, valideyinlərini itirmiş və valideyn himayəsindən məhrum olan, iqtisadiyyat fakültəsinin tələbəsi İddiaçı xx.xx.2017-ci il tarixindən 2016/2017-ci tədris ilinin sonunadək (təhsilinin V ili) təhsil haqlarını ödəməkdən azad edilmişdir. İddiaçı təhsil haqqı barədə xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, o, xx.xx.2017-ci il tarixdən 2016/2017-ci tədris ilinin sonunadək UNEC- Cavabdeh mənfəəti hesabına 935,16 manat təhsil haqqı ödənişindən azad edilmişdir. İddiaçı verilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 242 nömrəli arayışdan görünür ki, o, Cavabdeh "İqtisadiyyat” fakültəsində əyani şöbə, təhsilin V ilində ödənişli əsaslarla oxuyur və onun xx.xx.2019-cu il tarixinə ödənilməmiş təhsil haqqı borcu 4398.59 manat təşkil edir. İddiaçı anası Əsgərova Fəxriyyə Möhtərəm qızının müraciətinə Cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubunda “İqtisadiyyat” fakültəsinin hal-hazırda təhsilin 6-cı ilinin tələbəsi olan İddiaçı təhsilin 4-cü ilinin 2-ci semestrində təhsil haqqının ödənilməsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarına əsasən təhsil haqqı güzəşti əmələ gəlmiş, lakin hərbi xidmətlə əlaqədar akademik məzuniyyətdə olduğu səbəbindən onun UNEC-in Elmi Şurasının xx.xx.2017ci il tarixli EŞ- 156 nömrəli Qərarına əsasən universitetin mənfəəti hesabına həmin müddətdə təhsil haqqının ödənilməsindən azad edilməsi həyata keçirilməmişdir. Tələbə İddiaçı akademik məzuniyyətdən qayıtdıqdan sonra UNEC-in Təhsil haqqından azadetmə komissiyasının xx xxxx 2019-cu il tarixli iclasında təhsil alanın sənədlərinə baxılmış və o, N°486/4/2019 xx.xx.2019-cu il tarixli əmrlə təhsil haqqının ödənilməsindən azad edilmişdir. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası xx.xx.1999-cu il tarixli Qanununa aşağı yaş həddinin çıxarılması haqqında dəyişiklik xx.xx.2018-ci ildə edilmişdir, həmin vaxt isə tələbə İddiaçı normativ təhsil müddətini (4 il) bitirmişdir. Bu səbəbdən övladına təqaüdün 2 mislinin verilməsi və təhsil haqqından azad edilməsi mümkün olmamışdır. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli və UNEC-in Elmi Şurasının xx.xx.2017-ci il tarixli qərarlarına əsasən İddiaçı UNEC-in mənfəəti hesabına təhsil haqqından azad edilmiş, lakin həmin qərarlarda təqaüdün 2 mislinin verilməsi nəzərdə tutulmadığından tələbəyə təqaüdün verilməməsi göstərilmişdir. İddiaçı Cavabdeh rektoruna ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, ailə vəziyyətini nəzərə alaraq onun bərpa olunmaq hüququ saxlanılmaqla tələbələr sırasından xaric edilməsini xahiş etmişdir. Cavabdeh rektorunun imzaladığı xx.xx.2019-cu il tarixli, 657/4 nömrəli xaric olunma haqqında əmrdən görünür ki, İddiaçı “İqtisadiyyat” fakültəsinin “İqtisadiyyat” ixtisası üzrə, ödənişli əsaslarla, təhsilin Vİ ilinə qalmış tələbəsi öz xahişi ilə xx.xx.2019-cu il tarixindən universitetin tələbələri sırasından xaric edilmişdir. Cavabdeh tərəfindən xx xxxxxxxx 2019-cu il tarixli, 010-013-1774/2019 saylı arayışından görünür ki, Azəbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsinin vəsaiti hesabına ödənilən təqaüdlərin aylıq məbləğləri Azərbaycan Respublikasının mövcud qanunvericilik aktlarına əsasən müəyyən edilir və 2015/2016- 2016/2017-ci tədris illəri üçün bakalavriat səviyyəsi üzrə müvafiq təqaüdlərin minimum aylıq məbləği aşağıdakı kimi olmuşdur: 2015/2016-cı tədris ili üzrə: 2015/2016-cı tədris ilinin əvvəlindən xx.xx.2016-cı il tarixinədək - yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 50 manat (Əsas: Azərbaycan Respublikası Prezidentinin "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşəixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” xx xxxxxx 2013-cü il tarixli 3108 nömrəli Sərəncamı); xx.xx.2016-cı il tarixindən 2015/2016-cı tədris ilinin sonunadək - akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 55 manat (Əsas: Azərbaycan Respublikası Prezidentinin "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında” xx xxxxxx 2016-cı il tarixli 1724 nömrəli Sərəncamı). 2016/2017-ci tədris ili üzrə: Akademik görtəriciləri 51-100 bal olan tələbələrə - 55 manat (Əsas: Azərbaycan Respublikası Prezidentinin "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında” xx xxxxxx 2016-cı il tarixli 1724 nömrəli Sərəncamı). Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və həmin mövqeyə uyğun olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cavidan Qafarovun şikayəti üzrə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 25- ci maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2017-ci il tarixli Qərarı ilə qərara alınmışdır ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 12-ci abzasındakı anlayışa 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olmuş və dövlət ali təhsil müəssisələrində əyani formada təhsil alan şəxslərin aid edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi ilə uyğunsuzluq təşkil etdiyindən, həmin normanın bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğunlaşdırılması Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə edilsin. Bu Qərarın nəticəvi hissəsinin 1-ci bəndində göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinin tələbləri əsas götürülərək, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsil alan şəxslər “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 12-ci abzasında göstərilən səbəblərə görə 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olduqda, onların təhsil haqlarının ödənilməsi təhsil aldıqları müddətdə (23 yaşınadək) "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 38.3-cü maddəsinə müvafiq olaraq təmin edilsin. “Valideynlərini itirmiş və valideynhimayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” xx.xx.1999-cu il tarixli Qanunun 1-ci maddəsinə əsasən bir valideyni vəfat etmiş və o biri valideyni İ və İİ qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Həmin normaya əsasən (Konstitusiya Məhkəməsinin Plenumunun göstərilən Qərarından sonra “Valideynlərini itirmiş və valideynhimayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” xx.xx.1999-cu il tarixli Qanuna edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Qanunun 5-ci maddəsinə əsasən, bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. İşin materiallarından göründüyü kimi, iddiaçının atası X4 xx xxxxxx 2006-cı ildə vəfat etmiş, anası Əsgərova Fəxriyyə Möhtərəm qızına isə xx xxxxxxxx 2015-ci ildə 2 qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının “Təhsil haqqında” xx xxxx 2009-cu il tarixli Qanununun 14-8-1 maddəsinə, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası xx xxxx 1999-cu il tarixli Qanunun 1 və 5-ci maddələrinə və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 629-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxx 2013-cü il tarixli 2896 nömrəli Sərəncamına əsasən 2013-2014-cü tədris ilindən başlayaraq ölkənin bütün (dövlət və özəl) ali təhsil müəssisələrində dövlət büdcəsi hesabına valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların (yalnız əyani təhsil formasında) təhsil haqqının ödənilməsindən azad edilməsi və onlara aldığı təqaüdün iki mislinin verilməsi tətbiq olunur (23 yaşınadək). Bu Qanun 18 yaşı tamam olana qədər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara şamil olunurdu. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli 1369-vQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli 810 nömrəli Sərəncamına əsasən xx.xx.2018-ci il tarixindən başlayaraq dövlət büdcəsi hesabına 18 yaşı tamam olandan sonra valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların (yalnız əyani təhsil formasında) təhsil haqqının ödənilməsindən azad edilməsi və onlara aldığı təqaüdün iki mislinin verilməsi tətbiq olunur (23 yaşınadək). Kollegiya hesab edir ki, tərəflər arasında mübahisənin yaranmasına səbəb “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 1999-cu il tarixli Qanununa Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2017-ci il tarixli Qərarı ilə verilmiş şərhin və həmin Qanuna xx xxxxxx 2018-ci il tarixdə edilmiş dəyişikliyin tətbiqi zamanı yaranmış ziddiyyətlər olmuşdur. İş materiallarından görünür ki, iddiaçı hərbi xidmətə xx xxxx 2017-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2017-ci il tarixli Qərarı İddiaçı barəsində tətbiq edilməzdən əvvəl) çağırılmış və UNEC- Cavabdeh tərəfindən o, təhsil haqqının ödənilməsindən hələ azad edilməmiş, iddiaçı 2019-cu ilin yanvar ayında ordudan tərxis edilmiş və universitetə qayıtmışdır. Universitetin rektor vəzifəsini müvəqqəti icra edən şəxsin xx xxxx 2019cu il tarixli 486 saylı əmri ilə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən Qərarını rəhbər tutaraq İddiaçı 4-cü tədris ilinin 2-ci semestrinin Universitetin mənfəəti hesabına təhsil haqqından azad edilmişdir. Kollegiya hesab edir ki, İddiaçı 2019-cu ilin yanvar ayında ordudan tərxis edilib universitetə qayıtdıqdan sonra cavabdeh xx xxxx 2019-cu il tarixli 486 saylı əmrlə Qanuna xx xxxxxx 2018-ci il tarixdə edilmiş dəyişikliyin artıq qüvvədə olduğu zaman Konstitusiya Məhkəməsinin müvafiq Plenum Qərarını rəhbər tutaraq onu öz mənfəəti hesabına 4-cü tədris ilinin 2-ci semestrinin təhsil haqqından azad etməkdə haqlı olmamışdır. İddiaçının hüquqlarının bərpası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarının qəbul edildiyi vaxtdan deyil, ona Qanunla belə imtiyazın müəyyən edildiyi vaxtdan başlamalı, yəni İddiaçı təhsil haqqından azad edilməsi müddəti onun anasının xx xxxxxxxx 2015-ci il tarixdə əlillik dərəcəsi aldığı gündən hesablanmalı və həmin vaxtdan qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına təhsil haqqından azad edilməli və ona qanunla nəzədə tutulmuş qaydada təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilməli idi. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsiinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. (7.2.) Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. (7.3) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsində təsbit olunmuşdur ki, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətinin yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi siğorta haqqında” Qanunun bəzi müddəalarını şərh edərkən xx xxxxxx 2014-cü il tarixli Qərarında Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci hissəsinin tətbiqinin həm nəzəri əsaslarını, həm də praktiki tətbiqi nümunəsini göstərmişdir. Qərarda qeyd olunur ki, “Qeyd edilənlərlə yanaşı, konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur. Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəl mövcud olan münasibətlərə aid edilir və bir qədər təftişedici xarakter daşıyır. Bu təsir nəticəsində yeni normativ-hüquqi aktla artıq tənzimlənmiş münasibətlər və ya faktlar yenidən nəzərdən keçirilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində "fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqişəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib-etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, "hüquqi vəziyyət” anlayışına aydınlıq gətirilməsini zəruri hesab edir. Şəxsiyyətin "hüquqi vəziyyəti” və "hüquqi statusu” məfhumları eyni məna daşıyır. "Status” sözü latın dilindən tərcümədə kiminsə və ya nəyinsə vəziyyəti deməkdir. Bu halda şəxsiyyətin, insanın, vətəndaşın statusu nəzərdə tutulur. Hüquqi status şəxsiyyətin cəmiyyətdə vəziyyətinin hüquqi cəhətdən təsbit edilməsidir. Hüquqi statusun əsasını faktiki sosial status, yəni mövcud ictimai münasibətlər sistemində insanın real vəziyyəti təşkil edir. Hüquq bu vəziyyəti qanunvericilik çərçivəsinə salaraq tənzimləyir. Hüquqi statusun aşağıdakı növləri fərqləndirilir:vətəndaşın ümumi və ya konstitusiya statusu; müəyyən kateqoriyavətəndaşlarınxüsusistatusu; fərdistatusvəs. Hüquqistatusunnövləri çoxolsada, praktikicəhətdənyuxarıdagöstərilən üç növü əhəmiyyətkəsbedir. Ümumi hüquqi status dedikdə, dövlətin vətəndaşı, cəmiyyətin üzvü kimi şəxsin statusu başa düşülür. Ümumi hüquqi status Konstitusiya ilə müəyyən edilir və müxtəlif şərtlərdən (qulluq mövqeyindəki dəyişikliklərdən, ailə vəziyyətindən, vəzifəsindən, yerinə yetirdiyi funksiyalardan) asılı deyildir, hamı üçün vahid və eynidir, nisbi stabil və ümumi səciyyəyə malikdir. Ümumi hüquqi status hüquq subyektlərinin bütün xüsusiyyətlərini, fərqlərini, səciyyəsini əhatə edə bilməz. Buna görə də hüquq subyektlərinin əmək fəaliyyətindən, daxil olduğu hüquq münasibətlərinin xarakterindən, digər vəziyyətlərdən asılı olaraq mütəmadi yaranan və xitam olunan çoxsaylı subyektiv hüquqlar və vəzifələr ümumi hüquqi statusa daxil deyildir. Xüsusi status müəyyən kateqoriya vətəndaşların (məsələn, pensiyaçıların, tələbələrin, hərbi qulluqçuların, müəllimlərin, əlillərin, müharibə iştirakçılarının və s.) vəziyyətinin xüsusiyyətlərini əks etdirir. Göstərilən təbəqələr və qruplar vətəndaşın ümumi konstitusiya statusuna əsaslanan və mövcud qanunvericilikdə nəzərdə tutulan əlavə hüquqlara, vəzifələrə, güzəştlərə malik ola bilərlər. Fərdi status ayrıca şəxsin səciyyəsini (məsələn, şəxsin cinsini, ailə vəziyyətini, yerinə yetirdiyi işi, digər xüsusiyyətlərini) əks etdirir. Fərdi status vətəndaşın fərdi hüquqlarının və vəzifələrinin məcmusudur. Fərdi hüquqi status dinamikdir, insanın həyatında baş verən dəyişikliklərə müvafiq olaraq dəyişir. Xüsusi, fərdi və digər növ statuslar ümumi (konstitusiya) statusa zidd ola bilməz. Əksinə, onlar ilkin, başlıca status kimi ona əsaslanmalıdırlar. “Hüquqi vəziyyət (status)” kateqoriyası hər hansı subyektin hüquq və vəzifələrinin məcmusunu xarakterizə edir. Bu anlayış qanun nöqteyi-nəzərindən subyektin cəmiyyətdə tutduğu mövqeyi və malik olduğu imkanları səciyyələndirir. “Hüquqi vəziyyət (status)” hüququn ayrı- ayrı subyektləri (həmin subyektlər sırasına dövlət də aiddir) arasında qarşılıqlı əlaqələrin qurulmasının hüquqi prinsiplərinin əsasını təşkil edir. Beləliklə, hüquqi vəziyyətin strukturunu bir-biri ilə dialektik əlaqədə olan şəxsiyyətin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Praktiki tətbiqi baxımından Qərarda qeyd olunur ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə bu məbləğin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan aynseçkiliyin tətbiq olunmasını qadağan edir”. Konstitusiya Məhkəməsi nəticəyə gəlir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin”. “AzərbaycanRespublikasınınMülkiMəcəlləsinin 373-cü maddəsinin şərhedilməsinə dair”xx xxxxxx 2001-ciiltarixliQərarınnəticəvihissəsində də göstərilir: “AzərbaycanRespublikası MülkiMəcəlləsinin 373-cü maddəsində göstəriləniddiamüddətləri 2000-ciilsentyabrın 1dənsonrayarananhüquqmünasibətlərindənirəligələntələblərə tətbiqedilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müdəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş münasibətlərdən irəli gələn tələblərə də tətbiq oluna bilər”. Göründüyü kimi sözügedən Qərarın özündə də, Qanunların geriyə tətbiqinin mümkünlüyünü istisna edilmir. Kollegiya hesab edir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna xx xxxxxx 2018- ci il tarixində edilmiş dəyişiklik iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran və yüngülləşdirən normativ hüquqi akt olduğundan qüvvəyə minməsindən əvvəl əmələ gəlmiş münasibətlərə də şamil edilməlidir. “Valideynlərin itirmiş və valideyn himayəsində məhrum olmuş uşaqlar haqqında” Qanunun 5-ci maddəsində göstərilir ki, “bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyət orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elm təşkilatın magistratura səviyyəsindəödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elm təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir”. Göründüyü kimi Qanunla bu şəxslərə dövlət təminatı və təhsil haqqının ödənilməsi təhsil aldığı bütün müddətə şamil edilir, qanunda nəzərdə tutulmuş yeganə məhdudiyyət şəxsin 23 yaşa çatmasıdır. İş materiallarından görünür ki, 2015-ci ildən xx xxxxxx 2016-cı il tarixədək təqaüdün (minimum) məbləği 50 manat, ondan sonra isə 55 manat təşkil etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi İddiaçı xx xxxxxxxx 2015-ci il tarixdən 2015/2016-cı və 2016/2017-ci tədris illərinin təhsil haqqı ödənişindən azad edilməsi öhdəliyi Cavabdeh üzərinə qoymaqla düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, məhkəmə xx.xx.2017-ci il tarixdən 2016/2017-ci tədris ilinin sonunadək UNEC - Cavabdeh mənfəəti hesabına 935,16 manat təhsil haqqı ödənişindən azad edilməsini nəzərə alaraq,xx xxxxxxx 2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət üçün ödənilməmiş (2015-ci ilin oktyabr ayından 2016-cı ilin fevral ayınadək 4 ay ərzində (50x2x4) 400 manat, 2016-cı ilin fevral ayından 2017-ci ilin iyul ayının 11-nədək 17 ay (55x2x17) 1870 manat, 10 gün (55x2x10/30) 36,60 manat, cəmi 2306,6 (iki min üç yüz altı manat altmış qəpik) manat məbləğində təqaüd Cavabdeh tərəfindən İddiaçı ödənilməsi qənaətinə gəlməklə haqlı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya cavabdeh tərəfin Qanuna edilmiş bu dəyişikliyin özündən əvvəl əmələ gəlmiş münasibətlərə də tətbiqinin əks tərəfin vəziyyətini pisləşdirməsi, imtiyazlı tələbələrin təhsil haqqının dövlət büdcəsi hesabına aparılması və hər tədris ili üçün respublika büdcəsində nəzərdə tutulması, əvvəlki dövr üçün həmin vəsaitin alınmasının mümkünsüz hesab edilməsinə dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, qətnamənin təmin edilmiş hissəsi cavabdehin vəziyyətini pisləşmir. Belə ki, Qanuna müvafiq olaraq təhsil haqqı və təqaüd bu şəxslərə dövlət büdcəsi hesabına ayrılır və Universitetin maliyyə vəziyyətinə təsir göstərmə ehtimalı yoxdur. Həmin vəsaitin alınmasında çətinliyin olması isə iddiaçının Qanunla nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh öz apellyasiya şikayətində qeyd etmişdir ki, Əsgərov Cavid təhsilin 4-cü ilinin 2-ci semestrində UNEC mənfəəti hesabına təhsil haqqının ödənilməsindən azad edilmişdir. Göründüyü kimi UNEC mənfəət əldə etdiyi üçün, öz mənfəəti hesabına iddiaçını ümumi təhsil haqqından azad etmək imkanına malikdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdehnə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-162/2020 nömrəli qətnaməsi Cavabdehnə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5215/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5215/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver