Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5215/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh4 nümayəndəsi, özüdə cavabdeh olan Cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(006)-387/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(006)-387/2022 saylı qətnaməsi ilə İddiaçı MMC-nin cavabdehlər X3, Cavabdeh5, Cavabdeh1, X4, Cavabdeh3 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, ünvan 1 ünvanı İddiaçı MTK-nın hesabına sökülməsi, Cavabdeh4 Akif qızının və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanın əvəzinə ünvan 2 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 80 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzil (Cavabdeh4 payına mütənasib 58,16 kv.m. və Cavabdeh3 payına mütənasib 21,84 kv.m.) və 10,5 kv.m. zirzəmi iddiaçı "xxxx" MTK tərəfindən mülkiyyətlərinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən Cavabdeh4 və Cavabdeh3 ümumilikdə hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh5, X6, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, ünvan 1-dən çıxarılmaları, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh4, Cavabdeh5, X2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət olunmuşdur. Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 nümayəndəsi, özüdə cavabdehlər olan Cavabdeh3 apellyasiya şikayətlərindən imtina edərək, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. İddiaçı MMC, cavabdehlər Cavabdeh5 İbo oğlu, Cavabdeh1, X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, şikayətdən imtina barədə ərizəni müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı, cavabdehlər apellyasiya şikayətindən imtina etdiyi üçün apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göründüyü kimi, cavabdehlərin apellyasiya şikayətindən imtinası qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(006)-387/2022 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtinaları qəbul edilsin apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-5215/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5215/2022
21.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver