Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5216/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2023-ci il tarixli, 2(011)-148/2023 saylı qərardadından X3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, övladları xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X16 oglu ilə birlikdə ünvan 1 ünvanda yerləşən və məcburi köçkünlər üçün inşa edilmiş D blokundakı 2 otaqlı, 543 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-148/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X11 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/2348 saylı məhlədə D blokunda yerləşən 543 saylı mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən X3 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(011)-148/2023 saylı qərardadı ilə X3 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. X3 nümayəndəsi Nümayəndə həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qərardadında onun həmin mübahisəyə aidiyyatının olmadığını və bunu sübut etmədiyini qeyd etmişdir. Məhkəmənin gəldiyi qənaət doğru deyil. Maraqlarına toxunan üçüncü şəxs kimi prossesə cəlb edilmədiyi üçün işin bütün faktiki halları araşdırılmamışdır. Cavabdeh mənzili ona sataraq, könüllü tərk etdiyi halda məhkəmə yanlış olaraq cavabdehin evdən aldadılaraq çıxarılması tələbini inandırıcı saymışdır. Göstərilənlərin nəzərə alınmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(011)-148/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə apellyasiya şikayətinin məzmununu nəzərdən keçirib, hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hazırki işin halları baxımından qeyd etməyi zəruri hesab edir ki, iş üzrə tərəflər arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmış, həmin nikahdan xx.xx.2016-cı il tarixdə X10 və xx.xx.2017-ci il tarixdə X11 doğulmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün ailəsi kimi onlara ünvan 2 ünvanında yerləşən məcburi köçkünlər üçün inşa edilmiş binada iki otaqlı 511 saylı mənzil verilmişdir. Həmin qurum tərəfindən 2019-cu və 2020-ci il tarixlərdə verilmiş arayışlara əsasən qeyd edilən mənzildə məcburi köçkün Cavabdeh və onun ailə üzvləri, o cümlədən İddiaçı yaşayır. 2020-ci ilin sentyabr ayında X4 və Cavabdeh ərizəsi əsasında onların yaşadıqları mənzillər dəyişdirilmiş və bundan sonra xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə qeyd edilən qurum arasında bağlanmış “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən əvvəllər X6 məxsus olan 543 saylı mənzil Cavabdeh istifadəsinə verilmişdir. Müqavilə üzrə də məhz onun və yuxarıda göstərilən ailə üvlərinin adları qeyd edilmişdir. Bundan sonra həmin mənzillə bağlı hər hansı başqa şəxslə kirayə müqaviləsinin bağlanması müəyyən edilmir. İddiaçı ilk olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4145/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 511 saylı mənzilə köçürülmüşdür. Lakin həmin mənzil dəyişdirildiyindən mənzilə köçürülmə tələbi ilə yenidən məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-148/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə 543 saylı mənzilə köçürülmüşdür. X8 apellyasiya şikayətində 2018-ci ildən hazıradək bu mənzildə yaşamasını göstərsə də, iddiaçının həm birinci, həm də hazırki iddia tələbi üzrə işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan zaman təqdim edilmiş sənədlərin hər hansı birində, habelə iş üzrə çıxarılmış qətnamələrdə X3 bu mənzilə nəinki hər hansı hüququnun, ümumiyyətlə hər hansı aidiyyətinin olması müəyyən edilmir. Onun tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş Cavabdeh bu mənzildən imtina etməsi barədə notarial qaydada təsdiq edilmiş ərizədə də mənzildən məhz X3 xeyrinə imtina edildiyi qeyd edilməmişdir. X8 ilə mənzilə hər hansı aidiyyətinin olması müəyyən edilməyən X12 arasında xx.xx.2018-ci il tarixdə 30.000 manat məbləğində pula dair borc müqaviləsinin bağlanması da X3 mənzilə dair hər hansı hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Bununla belə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-148/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsinin X3 hüquq və vəzifələrinə toxunması halının müəyyən edilməməsi, həmin qətnamənin onun tərəfindən mübahisələndirilməsini hüquqi baxımdan qeyri-mümkün edir. Qeyd edilənlər öz növbəsində onun tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instnasiya məhkəməsi haqlı olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-148/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsindən X8 tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmışdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X3 nümayəndəsi Nümayəndə şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-148/2023 saylı, 30 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5216/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5216/2023
15.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver