Məhkəmə qərarları › İş №2(103)-5216/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5216/2024

24.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5216/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2nə və Tibb Universitetinin X3rşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmək vəzifələrinin pozulması hesab edilən hallar, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, cavabdeh – Cavabdeh2 nümayəndəsi X4, cavabdeh – Cavabdeh2 X9 nümayəndəsi X11 iştirakları ilə İddiaçı Cavabdeh2nə və Universitetin X3rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə 113 saylı əmək müqaviləsi bağlanmış, İddiaçı həmin tarixdə müddətsiz olaraq Universitetin X9 Baş Tibb Bacısı vəzifəsinə təyin edilmişdir.

2. X6 direktoru Cavid Paşayevin 14 avqust 2023-cü il tarixli əmri ilə, Klinikanın baş tibb bacısı İddiaçı işinə məsuliyyətsiz yanaşdığına görə xəbərdarlıq elan edilmişdir.

3. 29.11.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək X6 Baş Tibb bacısının (İddiaçı) yanında tibb bacılarının ümumi yığıncağının çoxsaylı iclasları keçirilmiş, həmin iclaslarda digər məsələlərlə yanaşı tibbi tullantıların və ya məişət tullantılarının klinika daxili daşınması və saxlanması qaydaları da müzakirə olunmuşdur.

4. Klinikanın nəzarət şöbəsinin müdiri Aydın Zalov tərəfindən direktor Cavid Paşayevə yazılan xx.xx.2023-cü il tarixli raportda göstərilmişdir ki, “xx.xx.2023-cü il tarixdə, 7-ci mərtəbə Ümumi Cərrahiyyə şöbəsinin böyük tibb bacısı Quliyeva Familə işdən 5 dəqiqə tez, saat 15:55-də çıxıb. Xahiş edirəm böyük tibb bacısı Familə Quliyeva barəsində tədbir görülməsi üçün göstəriş verəsiniz”.

5. Klinikanın nəzarət şöbəsinin müdiri Aydın Zalov tərəfindən direktor Cavid Paşayevə yazılan xx.xx.2023-cü il tarixli raportda göstərilmişdir ki, “xx.xx.2023-cü il tarixdə, 4-cü mərtəbə Uşaq Cərrahiyyə şöbəsinin böyük tibb bacısı Laçın Ramazanova işdən 7 dəqiqə tez, saat 15:53-də çıxıb. Xahiş edirəm böyük tibb bacısı Laçın Ramazanova barəsində tədbir görülməsi üçün göstəriş verəsiniz”.

6. Klinikanın nəzarət şöbəsinin müdiri Aydın Zalov tərəfindən direktor Cavid Paşayevə yazılan xx.xx.2023-cü il tarixli raportda göstərilmişdir ki, “xx.xx.2023-cü il tarixdə, 12-ci mərtəbə Urologiya şöbəsinin böyük tibb bacısı Kərimova Günel işdən 7 dəqiqə tez, saat 15:53-də çıxıb. Xahiş edirəm böyük tibb bacısı Kərimova Günel barəsində tədbir görülməsi üçün göstəriş verəsiniz”.

7. Klinikanın Uşaq cərrahiyyəsi kafedrasının Böyük tibb bacısı Ramazanova L.T kliniakanın direktoru Cavid Paşayevə xx.xx.2023-cü il tarixdə yazdığı izahatda göstərmişdir ki, “xx.xx.2023 saat 16:00-da yox, 15:53-də iş yerini tərk etmişəm”.

8. İddiaçı X6 direktoru Cavid Paşayevə ünvanladığı xx.xx.2023-cü il tarixli təqdimatda göstərmişdir ki, “tapşırığınza əsasən xx.xx.2023-cü il tarixində iş vaxtı bitmədən şöbəni tərk etmiş Ümumi cərrahiyyə şöbəsinin məsul Böyük tibb bacısı Quliyeva Familədən izahat tələb edən zaman izahat verməkdən imtina etdi. Ümumi cərrahiyyə şöbəsinin Kafedra və Şöbə müdiri professor Elçin Ağayevə yaxınlaşdım və bu vəziyyətdən professorun məlumatı olduğu aydınlaşdı. Eyni zamanda professor Elçin Ağayev şöbənin böyük tibb bacısından izahat istəməyimə etirazını bildirdi”.

9. Klinikanın Urologiya şöbəsinin böyük tibb bacısı X1 direktoru Cavid Paşayevə yazdığı izahatda göstərmişdir ki, “məktəbdən uşaqla bağlı zəng gəldi, uşaq narahat olub, tez çıxmalı oldum icazə almadan. Bu səbəbdən məni üzlü sayın, bir də təkrarlanmayacaq”.

10. İddiaçı X6 direktoru dos. Mucahit Avcilə xx.xx.2023-cü il tarixində yazdığı təqdimatda göstərmişdir ki, “...Klinikaya məxsus tibbi tullantıların şöbələr daxilində çeşidlənməsi və toplanmasına nəzarətin böyük tibb bacıları və təsərrüfat bacılarına, daşınması, saxlanması, "X22” şirkətinə təhvil-təslim edilməsinə nəzarətin Təsərrüfat bacılarının rəhbəri Təhminə İsmayılovaya, ümumi nəzarətin klinikanın baş tibb bacısı İddiaçı və infeksiyaya nəzarət üzrə tibb bacısı Leyli Rzayevaya tapşırılmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm”.

11. X6 direktoru M. Avcil tərəfindən verilən 10 mart 2023-cü il tarixli 60 nömrəli “Şöbələrdə tibbi tullantılara nəzarət edilməsi barədə” əmrə əsasən, şöbələr daxilində tibbi tullantıların çeşidlənməsi və toplanmasına nəzarət böyük tibb bacıları və təsərrüfat bacılarına, daşınması, saxlanması, "X22” şirkətinə təhvil-təslim edilməsinə nəzarət Təsərrüfat üzrə bölmə müdiri Təhminə İsmayılovaya, ümumi nəzarət klinikanın baş tibb bacısı İddiaçı və infeksiyaya nəzarət üzə tibb bacısı Leyli Rzayevaya tapşrılmışdır.

12. İddiaçı direktor Cavid Paşayevə yazdığı xx.xx.2023-cü il tarixli təqdimatda göstərmişdir ki, “...xx.xx.2023-cü il tarixdə Təsərrüfat bölməsinin müdiri Təhminə İsmayılova ilə aparılan yoxlamalar zamanı klinikanın “Şöbələrdə tibbi tullantılara nəzarət edilməsi barədə” 10 mart 2023-cü il tarixli əmrə tabe olmayaraq məişət və tibbi tullantılara məxsus torbalarda çeşitlənmənin aparılmaması, torbalar üzərində məxsus olduğu şöbənin adının qeyd olunmaması, məişət tullantılarına məxsus konteynerdə B sinif tullantıların (əlcək, şpris, qanlı tampon) olduğu müşahidə olunmuşdur. Bu tullantıların Üz-Çənə və Lor şöbəsinə aid olduğu tərəfimizdən aşkar edilmişdir. Məsələnin araşdırılmasına və barəsində lazımi tədbirlər görülməsinə göstəriş verməyinizi Sizdən xahiş edirəm”.

13. İddiaçı tərəfindən direktor Cavid Paşayevə və direktorun müavininə klinikada sanitar vəziyyətin qənaətbəxş olmaması ilə bağlı 2023-cü il ərzində çoxsaylı müraciətlər (təqdimatlar) ünvanlanmışdır.

14. İddiaçı direktor Cavid Paşayevə yazdığı xx.xx.2023-cü il tarixli bildirişdə göstərmişdir ki, “...xx.xx.2023 60 saylı əmrə əsasən ATU TCK-da yaranan tibbi tullantıların daşınması, saxlanması, “X22” şirkətinə çəkilərək edilən təhvil-təslimə nəzarət Təsərrüfat üzrə bölmə müdiri Təhminə İsmayılovaya həvalə edilmişdir. Təhminə İsmayılova xx.xx.2023-cü il tarixindən işdən azad olmuş, lakin texniki sahədən onun üzərinə düşən iş nəzarətsiz qalmışdır. Bu vəziyyət isə klinika tərəfindən Nəsimi rayon QEM-ə, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə verilən hesabatların düzgün aparılmaması ilə nəticələnə bilər”.

15. X6 direktoru Cavid Paşayev tərəfindən verilən 25 oktyabr 2023-cü il tarixli 229 nömrəli “Tibbi tullantılara nəzarət edilməsi barədə” əmrə əsasən, klinikada şöbələr daxili tibbi tullantıların çeşidlənməsi və toplanmasına nəzarət böyük tibb bacıları və təsərrüfat bacılarına, klinikanın Tibbi tullantılarının daşınmasına, saxlanmasına, "X22” şirkətinə təhvil-təslim edilməsinə nəzarət Təsərrüfat işləri üzrə müdiri Rüfət Əliyevə, ümumi nəzarət klinikanın Baş tibb bacısı İddiaçı tapşırılmışdır.

16. X6 direktoru Cavid Paşayevin 26 oktyabr 2023-cü il tarixli 231 saylı əmri ilə, vəzifə səlahiyyətlərini aşaraq professorun müalicə işinə müdaxilə etdiyinə, əmək və icra intizamını pozduğuna və işində nöqsanlara yol verdiyinə görə İddiaçı töhmət verilmişdir.

17. İddiaçı direktor Cavid Paşayevə yazdığı xx.xx.2023-cü il tarixli təqdimatda göstərmişdir ki, “xx.xx.2023-cü il tarixində tibbi tullantıların TCK daxili idarə olunmasında baş vermiş pozuntu ilə əlaqədar olaraq Təsərrüfat üzrə bölmə müdiri Laçın m. Hüquqşünas Rəna x. Kadrlar üzrə müfəttiş Xəyalə x. Şöbələrin Böyük tibb bacıları və təsərrüfat bacıları ilə birlikdə toplantı keçirildi. Toplantıda Poliklinika şöbəsinin tibb bacısına xadiməyə söz verildi və aydın oldu ki, xadimə tullantının daşınması zamanı səhvə yol verərək tibbi tullantını məişət tullantısına qarışdırmışdır”.

18. İddiaçı direktor Cavid Paşayevə yazdığı xx.xx.2023-cü il tarixli təqdimatda göstərmişdir ki, “...Klinikanın fəaliyyəti nəticəsində yaranmış tibbi tullantıların saxlanıldığı otaqda tullantılar üçün nəzərdə tutulan konteynerlərin ağzı açıq vəziyyətdə qalır və tullantılar yerdə saxlanılır. Bu da nəticə etibarilə tibbi tullantıların saxlanılması qaydalarına zidd olmaqla yanaşı infeksiyanın yayılmasına səbəb olur. Bu vəziyyətin tərəfimdən dəfələrlə Təsərrüfat bölmə rəhbəri Laçın Ağayevin diqqətinə çatdırılmasına və təlimatlar verilməsinə baxmayaraq problem hələ də davam etməkdədir. Ciddi məsələyə laqeyd yanaşan məsul şəxs barəsində tədbir görülməsini və göstərilən nöqsanların həlli yolunun tapılmasına göstəriş verilməsini xahiş edirəm”.

19. Poliklinika şöbəsinin tibb bacısı X16 baş tibb bacısı İddiaçı yazdığı izahatda göstərmişdir ki, “Endoskopiya kabinetinə təmizlik üçün gələn xanıma tibbi tullantı və məişət tullantısının ayrı yığılıb, şöbədən çıxarılmasını demişəm. Onu da qeyd edim ki, Endoskopiya kabinetində tibbi tullantı qırmızı, məişət tullantısı qara torbalara yığılır”.

20. Cavabdeh2 X6 İntizam Komissiyasının xx.xx.2023-cü il tarixində keçirilən iclasının 05 nömrəli protokolunda göstərilmişdir ki, “klinikada sanitar-gigiyenik, sanitariyaepidemioloji rejimə riayət olunmasına nəzarət etmədiyinə və bununla da Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə edilməsinə dair tələblər”in kobud surətdə pozulması ilə nəticələndiyinə görə, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək maddi nemətlər əldə edilməsi ilə bağlı hərəkətləri ilə klinikada əməkdaşlar arasında neqativ hallara şərait yaratdığına görə, xx.xx.2023-cü il tarixdə intizam tənbehi-töhmət almasını və həmin intizam tənbehinin verildiyi gündən 6 ay keçmədiyini nəzərə alaraq, X6 baş tibb bacısı İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilməsi Cavabdeh2 rektoruna tövsiyyə edilsin”.

21. Cavabdeh2 Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin 27 noyabr 2023cü il tarixdə keçirilən iclasında Klinikanın İntizam Komissiyasının xx.xx.2023-cü il tarixli qərarına münasibət bildirilmiş, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, həmçinin klinikada sanitar-gigiyenik, sanitariya-epidemioloji rejimə riayət olunmasına nəzarət etmədiyinə və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək maddi nemətlər əldə edilməsi ilə bağlı hərəkətləri ilə klinikada əməkdaşlar arasında neqativ hallara şərait yaratdığına görə, həmçinin öncədən verilmiş xəbərdarlıq və intizam tənbehindən nəticə çıxarmayaraq təkrarən pozuntulara yol verdiyini və bununla da əmək və icra intizamına kobud surətdə pozduğunu nəzərə alaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.

22. X6 baş tibb bacısı İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Cavabdeh2 rektorunun 29 noyabr 2023-cü il tarixli 399/12 saylı əmri əsasında xitam verilmiş, əmrə əsas kimi X6 direktorunun xx.xx.2023-cü il tarixli 587 nömrəli məktubu, Cavabdeh2 Həmkarlar İttifaqı Komitəsinin sədri dos.C.Qasımovun xx.xx.2023-cü il tarixli 69 nömrəli məktubu göstərilmişdir.

23. Əmr belə əsaslandırılmışdır ki, “...İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, klinikada sanitar-gigiyenik, sanitariya-epidemioloji rejimə riayət olunmasına nəzarət etməmiş, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək maddi nemətlər əldə edilməsi ilə bağlı hərəkətləri ilə klinikada əməkdaşlar arasında neqativ hallara şərait yaratmışdır”.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

24. X5 (iddiaçı) Cavabdeh2 X10 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 399/12 nömrəli əmrin ona aid hissədə ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh2 X10 baş tibb bacısı vəzifəsinə bərpa olunması, əmək kitabçasına xx.xx.2023-cü il tarixli 399/12 nömrəli əmrin ona aid hissədə ləğv edilməsi ilə bağlı qeydin əlavə edilməsi, hüquqlarının bərpası üçün çəkdiyi 320 manatın və 100 manat məhkəməyə müraciət üçün çəkdiyi xərcin əvəzinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdən Cavabdeh2 X13 (Klinika) ilə əmək müqaviləsi bağlamış və həmin Klinikada baş tibb bacısı vəzifəsinə təyin olunmuş, xx.xx.2023-cü il tarixdə Klinikada rəhbər dəyişikliyi baş vermiş, bundan sonra ona qarşı təzyiqlər başlamış və bir neçə dəfə ərizəsini yazaraq işdən çıxması haqqında şifahi bildiriş verilmiş, bu qeyri-qanuni tələbi yerinə yetirməkdən imtina etdikdən sonra davamlı olaraq barəsində əsassız tədbirlər görülmüş və iş yerində sıxışdırılmağa başlanmışdır. Bu qeyri-qanuni tədbirlərin yekunu olaraq xx.xx.2023-cü il tarixdə 339/K nömrəli əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Əmr qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, məcburi işburaxma günlərinə görə əməkhaqqı verilməklə iş yerinə bərpa olunmalıdır. Əmrin verilməsi üç məqamla əsaslandırılır. Birinci məqam, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməyidir. Bununla bağlı əmrdə konkret heç nə qeyd edilməmiş, müqavilə öhdəliklərini icra etməməyinin konkret nədən ibarət olması göstərilməmişdir. Eyni zamanda əmrdə əsas kimi göstərilən "X6 direktorunun xx.xx.2023-cü il tarixli 587 nömrəli məktubu”, Cavabdeh2 Həmkarlar İttifaqı Komitəsinin sədri dos. C.Qasımovun xx.xx.2023cü il tarixli 69 n-li məktubu” da ona təqdim edilməmişdir. Əmrdə qeyd edilən ikinci məqam guya klinikada sanitar- gigiyenik, sanitar-epidemioloji rejimə riayət olunmasına nəzarət etməməyidir. Bununla əlaqədar bildirir ki, xx.xx.2023-cü il tarixli 60 nömrəli “Şöbələrdə tibbi tullantılara nəzarət edilməsi barədə” əmrə əsasən Klinika daxilində tibbi tullantıların çeşidlənməsi, toplanması, daşınması, saxlanması, təhvil-təslim edilməsi və ümumi nəzarət üzrə məsul şəxslər müəyyən edilmişdir. Həmin əmrə əsasən şöbələr daxilində tibbi tullantıların çeşidlənməsi və toplanmasına nəzarət böyük tibb bacılarına və təsərrüfat bacılarına tapşırılmışdır. Sözügedən tullantıların daşınması, saxlanması, müvafiq şirkətə təhvil-təslim edilməsinə nəzarət isə Təsərrüfat bölmə müdirinin məsuliyyətinə aid edilmişdir. Tullantıların daşınması, saxlanması və müvafiq şirkətə təhvil verilməsində pozuntular onun tərəfindən müşahidə edildiyi zaman o, müvafiq tədbirlərin görülməsi üçün xx.xx.2023-cü il tarixdə Klinikanın rəhbərliyinə bildiriş vermiş və Təsərrüfat üzrə bölmə müdirinin xx.xx.2023-cü il tarixində işdən çıxdığını, yeni müdirin təyin edilmədiyini və tibbi tullantıların daşınması, saxlanması və müvafiq şirkətə təhvil verilməsi işlərinin nəzarətsiz qaldığını bildirmişdir. Göründüyü kimi Klinika daxilində idarəetmə problemi olduğuna görə və konkret vəzifəyə məsul şəxs təyin edilmədiyinə görə pozuntu yaranmışdır. Klinika rəhbərliyi bu məsələ ilə bağlı konkret tədbir görmək əvəzinə onun təqsirkar olması haqqında əsassız nəticəyə gəlmişdir. Üzərindən xeyli müddət keçdikdən sonra Təsərrüfta bölmə müdiri vəzifəsinə yeni şəxs təyin olunduqda isə o, həmin şəxsə tibbi tullantıların idarə edilməsi protokolu haqqında ətraflı məlumat vermişdir. Tibbi tullantıların idarə edilməsində qüsurlar müşahidə etdiyinə görə xx.xx.2023-cü il tarixində tibbi tullantıların idarə edilməsi ilə bağlı Klinikanın yeni Təsərrüfat bölmə müdirinin, hüquqşünasının və kadrlar üzrə müfəttişinin iştirakı ilə toplantı keçirilmişdir. Toplantıda tibbi tullantıların daşınması zamanı xadimələr tərəfindən diqqətsizliyə yol verildiyi müəyyən olunmuş və iş bölgüsü ilə bağlı dəqiqləşmələr aparılmışdır. xx.xx.2023-cü il tarixində bu barədə Klinikanın rəhbərliyini məlumatlandırmışdır. Bundan əlavə, yeni Təsərrüfat bölmə müdirinin tullantıların idarə edilməsinə laqeyd münasibəti ilə bağlı zəruri tədbirlərin görülməsi üçün xx.xx.2023-cü il tarixində Klinika rəhbərliyinə daha bir təqdimat vermişdir. Əmrdə qeyd edilən üçüncü məqam, guya onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək maddi nemətlər əldə etməsi ilə bağlı hərəkətlərlə klinikada əməkdaşlar arasında neqativ hallar yaratmağıdır. Bununla əlaqədar bildirir ki, xx.xx.2023-cü il tarixində onun doğum günü olmuş, Klinikada işləyən böyük tibb bacıları bu münasibətlə ona sürpriz etmək üçün, başqa səbəblə onu iş vaxtından kənar vaxtda şəhərdəki ictimai-iaşə yerlərindən birinə dəvət etmişlər. O, həmin məkana getdikdə dəvət səbəbinin doğum günü olduğunu bilmiş, ona gül buketi və zinət əşyası hədiyyə olunmuşdur. Buketi qəbul etmiş, zinət əşyasını qəbul etməyinin mümkün olmadığını bildirmiş, lakin nəzakət prinsiplərinə uyğun olaraq, həmin tarixdə zinət əşyasını götürsə də, xx.xx.2023-cü il tarixində (doğum günündən sonrakı ilk iş günündə) zinət əşyasını Klinikanın Nazmirə, Təranə və Rzayeva Leyli adlı böyük tibb bacılarına təhvil vermiş və dükana geri qaytarmasını tapşırmışdır. Qeyd edilən hallardan göründüyü kimi Klinika tərəfindən onun işdən çıxması ilə bağlı verilmiş əmr tam qərəzlidir, həqiqəti əks etdirmir və qanunsuzdur. Bundan əlavə, sözügedən əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə sənədləşdirilmişdir. Ona təqdim edilən sənəddə müəssisənin adı, hüquqi ünvanı qeyd edilməmişdir. xx.xx.2023-cü il tarixində Klinikaya mediasiya təklifi göndərmiş, mediasiya təklifinə hər hansı cavab gəlmədikdən sonra, xx.xx.2024-cü il tarixində 16 saylı Mediasiya təşkilatına müraciət etmiş, cavabdeh işin məhkəmədən qabaq barışıqla həlli üçün hər hansı cəhd göstərməmişdir.

26. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh2 də cavabdeh qismində cəlb olunmasını istəmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli protokol-qərarı ilə Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmuşdur.

27. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin qeyd etmişdir ki, işdən çıxarılması barədə əmr verilməzdən əvvəl izahatı alınmamışdır, hazırda işdən çıxarıldığı vəzifə boşdur.

28. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) də iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

29. Cavabdeh2 X6 nümayəndəsi iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmiş, etirazda aşağıdakıları bildirmişdir: “...İddia ərizəsində göstərilənlərin heç birinin sübut və əsası yoxdur. Vəzifə təlimatına əsasən baş tibb bacısı orta və kiçik tibb heyətinin səmərəli işini təşkil, onların ixtisaslarının artırılmasını təmin etməlidir. İddiaçı klinikada sanitargigiyenik, sanitar-epidemoloji rejimə riayət olunmasına nəzarət edilməsi onun vəzifəsi olmadığını qeyd edir. Lakin bu belə deyil. Belə ki, X6 direktorunun xx.xx.2023-cu il tarixli, 60 nömrəli əmri ilə Klinika üzrə tibbi tullantıların çeşidlənməsi, toplanması, daşınması, saxlanması, təhvil-təslim edilməsinə ümumi nəzarət baş tibb bacısı İddiaçı həvalə olunmuşdur. Tibb müəssisəsinin işinin müalicə qoruyucu sanitar-gigiyenik, sanitariyaepidemioloji rejiminə nəzarət etmək bilavasitə klinikanın baş tibb bacısının vəzifə öhdəliklərində də öz əksini tapmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixli 229 nömrəli əmrdə də klinika üzrə tibbi tullantıların çeşidlənməsi, toplanması, daşınması, saxlanması, təhvil-təslim edilməsinə ümumi nəzarətin iddiaçıya həvalə olunduğu qeyd edilir. Əlavə olaraq, baş tibb bacısı ona həvalə olunmuş vəzifə öhdəliklərinin həyata keçirilməsinə öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının normativ hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Bundan əlavə o, ona tabe olan işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə görə də məsuliyyət daşıyır. Beləliklə də baş tibb bacısı əmək intizamının qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsəsən təqsirin ağırlıq dərəcəsindən asılı olaraq intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. İddiaçı klinikanın baş tibb bacısı vəzifəsində işləyərkən öz vəzifə borclarını yerinə yetirməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair tələblər”in 3.3-cü bəndinə əsasən müxtəlif siniflərə aid tullantıların bütün mərhələlərdə toplanması, saxlanması və daşınması zamanı qarışdırılması yolverilməzdir. Personala tullantılarla təhlükəsiz davranma qaydalarının öyrədilməsi həmin tibb müəssisəsində tullantıların toplanmasına cavabdeh şəxs tərəfindən həyata keçirilməlidir. S.Abdullayevə klinika daxilində mütəmadi olaraq tibbi tullantıların idarə olunmasına dair təlimlər keçirmədiyinə və klinikada sanitar-gigiyenik sanitariya-epidemiolojı rejimə riayət olunmasına lazımi qaydada nəzarət etmədiyinə görə tibbi tullantılarla məişət tullantıların qarışdırılması baş vermişdir. Tibbi tullantılar bədən hissələri və bədəndə olan mayelər də daxil olmaqla virus və bakteriyalarla dolu çirklənmiş materiallar həm ətraf mühit, həm də insan sağlamlığı üçün təhlükə mənbəyidir. Buna görə də tibb müəssisəsində tibbi tullantıların qarışdırılması sanitar gigiyenik normaların ciddi pozulması kimi qiymətləndirilir. İddiaçı öz vəzifə borcunu yerinə yetirmək əvəzinə klinikada tutduğu vəzifədən sui-istifadə edərək tabeliyində olan işçilərdən müxtəlif vaxtlarda və eləcə də xx.xx.2023-cü il tarixində (ad günündə) qiymətli hədiyyələr alaraq bunun müqabilində onların nöqsanlarını ört-basdır edir, bu tədbirə qoşulmayanlara isə əsassız olaraq onlara qarşı qərəzli mövqe nümayiş etdirmişdir (bununla bağlı ərizələr mövcuddur) iddiaçı bu hərəkətləri ilə klinikada personal arasında neqativ hallara yol açılmasına şərait yaratmışdır. Qeyd olunan hadisə ilə bağlı dəfələrlə izahat tələb olunsa da o, bundan imtina etmiş, hər dəfə də belə bir halın, yəni nə bayramlarda, nə də ad günü üçün pul yığılmasının, nə də hədiyyə aldığını qəbul etməmişdir. Bundan başqa, əsl niyyətini büruzə verməmək üçün işçiləri iş yerində bununla bağlı tədbir görülməməsi üçün tənbehlədiyini bildirmişdir. Lakin iddia ərizəsində o, bu halın olduğunu etiraf edir. İddiaçı işdən çıxarılmasına səbəb olan pozuntuları ilk dəfə deyil, bundan əvvəl də dəfələrlə törətmişdir. Belə ki, Səbinə Abdullayevə X6 baş tibb bacısı vəzifəsində işlədiyi vaxtlarda vəzifə səlahiyyətlərini aşaraq ümumi cərrahiyyə kafedrasının müdiri professor Elçin Ağayevin müalicə işinə müdaxilə etdiyinə, subordinasiya qaydalarını pozduğuna, bundan başqa tibb bacısının geyim qaydalarını pozduğuna, sterilliyə əməl etmədiyinə, maskasız sarğı otağına daxıl olduğuna, bununla da əmək və icra intizamını pozduğuna görə töhmət almışdır. İddiaçı bu hərəkəti öz növbəsində həmçinin sanitar-gigiyenik normaların pozulması kimi qiymətləndirilir. Həmin ərəfədə araşdırma aparılarkən məlum olmuşdur ki, bundan əvvəl bir dəfə də eyni hadisə baş vermiş və yerindəcə İddiaçı şifahi xəbərdarlıq olunmuşdur. S.Abdullayevə etdiyi bütün hərəkətlərə görə izahat verməkdən imtina edirdi. Eyni zamanda klinikanın baş tibb bacısının vəzifə öhdəliklərinə onun orta və kiçik tibb heyətinin pasiyentlərinin qəbulu və evə yazılması üzrə işinə nəzarət etməsi də daxildir. Lakin iddiaçı buna nəzarət etməmişdir. Əmək qabiliyyətinin olmaması vərəqələrinin verilməsinə isə bilavasitə cavabdeh şəxs baş tibb bacısıdır. Nəzərə çatdırılır ki, ƏQOV xəstələrə təqdim olunarkən onların kötüyü tibb müəssisəsində saxlanılır. Araşdıma zamanı məlum olmuşdur ki, həmin kötüklərdə xəstənin evə yazılma tarixi imza hissəsi boş buraxılmış, bu isə öz növbəsində xəstələrin işə çıxma tarixlərinin süni şəkildə uzadılmasına, ƏQOV-dan sui-istifadəyə yol açılması, rüşvət alınması üçün əsas kimi qiymətləndirilir. Öz əmək funksiyasını yerinə yetirməyən və əmək vəzifələrini kobud surətdə pozan, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsınm 70-ci maddəsinin “ç” bəndiə əsasən xitam verilməsi qanunidir. İddiaçı qəsdən öz əmək funksiyalarını icra etməyərək müəssisədə işin və əmək intizamının normal ahəngini kobud şəkildə pozmuşdur. Klinikanın baş tibb bacısının vəzifə təlimatında da qeyd olunduğu kimi tibbi sənəd növlərinin əsas növlərindən olan əmək qabiliyyəti olmaması vərəqələrini necə doldurulduğunu bilməli, orta və kiçik tibb heyətinin pasiyentlərin qəbulu və evə yazılması üzrə işi vəzifə öhdəliyi olmaqla yanaşı zəruri uçot hesabat sənədləşdirməsini də qanunauyğun şəkildə aparmalıdır. Lakin iddiaçı yuxarıda göstərilən əmək funksiyasını kobud şəkildə pozmuşdur. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cu hissəsində göstərilir ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Eyni zamanda, Əmək Məcəlləsinin 11-ci maddəsində göstərilir ki, işəgötürənin hüquqlarından biri də işçilər daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. İşəgötürən Əmək Məcəlləsinin 11-cı maddəsində nəzərdə tutulan hüququndan istifadə edərək və Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə riayət edərək əmr verərkən həmin dörd meyarı (işçinin şəxsiyyətini, kollektivdə nufuzunu, peşəkarlıq səviyyəsini, törətdiyi xətanın xarakterini) nəzərə almışdır. Tabeçilikdə işləyən orta tibb işçilərinin baş tibb bacısı İddiaçı əleyhinə ifadə verməsi iddiaçının kollektivdə nufuzunun aşağı olmasından xəbər verir. Göstərilən bu faktlara məcmu halında qiymət verilsə, ümumilikdə iddiaçının mənfi xarakterizə edən halların toplusu qarşıya çıxır, işəgötürən də öz növbəsində həm iddiaçının qeyripeşəkarlığını, həm şəxsiyyətinin mənfi xarakterizə edilməsini, həm də yol verdiyi pozuntuları təkrar və qəsdən törətməsini nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir”.

30. Cavabdeh2 nümayəndəsi də iddiaya qarşı yazılı etiraz təqdim etmiş, etirazında göstərmişdir ki, İddiaçıX6 baş tibb bacısı olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 "ç” maddəsinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. Buna əsas X6 İntizam Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı və bununla bağlı klinikanın direktorunun Cavabdeh2 rektoruna müraciəti olmuşdur. Belə ki, İddiaçı hərəkətləri X6 intizam Komissiyasının xx.xx.2023-cü il tarixində keçirilən iclasında müzakirə edilmiş və təsdiqlənərək əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi Cavabdeh2 rektoruna tövsiyə edilmişdir. Həmin qərar Universitetin Həmkarlar ittifaqı Komitəsində müzakirə edilmiş və X6 baş tibb bacısı Səbsnə Abdullayevanın Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 "ç” maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Bütün bunları nəzərə alaraq Cavabdeh2 rektorunun əmri ilə İddiaçı ilə bağlanılmış müqaviləyə xx.xx.2023-cü l tarixindən xitam verilmiş dir. X9 rəhbərliyinin verdiyi məlumata və təqdim etdiyi sənədlərə əsasən, İddiaçı öz vəzifə borclarını yerinə yetirməməsi və vəzifə səlahiyyətlərini aşması birinci hal deyildi və bununla bağlı X6 İntizam Komissiyasının iclaslarında müxtəlif vaxtlarda bu məsələlərə baxılmış, ona intizam tənbehləri verilmişdir. Lakin S.Abdullayevə ona əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmamış, dəfələrlə eyni pozuntuları kobud şəkildə yenidən təkrarlamışdır. Cavabdeh2 rektorunun xx.xx.2018-ci il tarixli 373/k №-li əmri ilə digər kənarda yerləşən struktur bölmələrin rəhbərləri ilə yanaşı, X6 direktoruna da əməkdaşlara intizam tənbehi vermək səlahiyyəti verilmişdir. Cavabdeh2 X13 tərəfindən təqdim edilmiş etirazı dəstəkləyir və hesab edir ki, öz əmək funksiyasını yerinə yetirməyən və əmək vəzifələrini kobud surətdə pozan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 "ç” maddəsinə əsasən xitam verilməsi qanunidir.

31. Azərbaycan Tibb Universitetınin X6 məhkəmə iclasında iştirak edən nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə Klinikanın intizam komissiyasının qərarı əsasında xitam verilmişdir. İddiaçının əsas vəzifə öhdəliyi tibbi tullantılara ümumi nəzarətin həyata keçirilməsi olmuş, lakin o, vəzifə öhdəliklərini lazımi qaydada icra etməmiş və pozuntulara yol vermişdir. Bununla bağlı ona bir neçə dəfə xəbərdarlıq olunmuşdur. İddiaçı iddiasında tullantıların qarışması ilə bağlı məlumat verdiyini bildirsə də, ondan daha öncə bölmə rəhbəri olan Laçın Ağayev rəhbərliyə məlumat vermiş, iddiaçı sadəcə hadisə rəhbərliyə bəlli olduqdan sonra elə bir müraciəti etmişdir. Həmçinin o, bununla bağlı xadimələri, tibb bacılarını və buna məsul olan şəxsləri dəvət etdiyini və izahatını aldığını bildirsə də, həmin yığıncaqda xadimələrin heç biri hadisəni törətməsini bildirməyib. Sadəcə xadimələr zəif kateqoriya işçilər olduğu üçün hazırda iddiaçı bütün təqsiri onların üzərinə atır. Hədiyyələrlə bağlı isə iddiaçı klinikada işə düzəldikdən sonra ona tabe olan işçilərdən bayramlarda, ad günlərində, özəl günlərdə ona hədiyyə alınmasını tələb etmiş, əks halda onlara təzyiqlər göstərmişdir. Ona tabe olan işçilər də məcbur qalıb bunu etmişlər. Bununla bağlı onların izahatları da vardır, həmin izahatlar məhkəməyə təqdim edilmişdir.

32. Cavabdeh2 məhkəmə iclasında iştirak edən nümayəndəsi də iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

33. Məhkəmənin şahid qismində dindirdiyi X19 ifadəsində bildirmişdir ki, “hazırda Cavabdeh2n X7 neyrocərrahiyə şöbəsinin böyük tibb bacısı vəzifəsində fəaliyyət göstərir. İddiaçı onun iş yoldaşı olub, iddiaçının tabeçiliyində çalışmışdır. Onlar İddiaçı doğum günündə onun üçün pul yığmışdılar. O, 7 ildir ki, Cavabdeh2n X8 çalışır. İşə girdiyi ilk gündən onlar hər zaman baş tibb bacılarının doğum günündə bunu etmişlər. Hətta Səbinə xanım işə girdikdən sonra qayda qoymuşdu ki, hədiyyə istəmir, bu ənənə davam etdirilməsin və ya bütün böyük tibb bacılarına da eyni diqqət göstərilsin. Buna görə də onlar baş tibb bacısı ilə birlikdə böyük tibb bacılarının da doğum günlərində pul toplayaraq hədiyyələr alırdılar. Lakin bundan öncə sadəcə baş tibb bacılarına hədiyyə alınırdı və ya pul toplanılıb verilirdi. Bu hadisəyə kimi isə kimsə bunun edilməməsi ilə bağlı onlara heç bir tapşırıq verməmiş və irad bildirməmişdi. Əksinə, rəhbərlikdə olan şəxslər də hədiyyə alınmasına təşəbbüs göstərirdi. Xəstəxanada anti-sanitar vəziyyətin yaranmasına səbəb o olmuşdur ki, xəstəxanada həftədə 3 dəfə tibbi tullantılar daşınırdı, bu işlərlə isə heç vaxt baş tibb bacısı məşğul olmayıb. Bu onun vəzifəsi deyil, bunu hər zaman təsərrüfat müdiri edirdi. Sadəcə xəstəxanada kadr dəyişikliyi oldu və yeni gələnlər öz vəzifələrini başqalarının üzərinə atmağa başladı. Səbinə xanımın işdən çıxarılmasında məqsəd öz kadrlarını gətirmək niyyəti idi. Onlar ad günü hədiyyəsi verərkən Səbinə xanımı oraya o aparmışdır. Səbinə xanım əvvəlcədən demişdi ki, ona heç bir hədiyyə olunmasın, qəbul etməyəcəkdir. Onlar da düşünmüşlər ki, işdən sonra ona kafedə sürpriz etsinlər. Onu kafeyə aparmış, bu zaman Səbinə xanımın heç nədən xəbəri olmamışdır. Orada onları bir neçə iş yoldaşları qarşılamış, Səbinə xanım onları ona verdikləri hədiyyəni səhəri gün qaytarmışdır. Belə ki, səhəri gün Səbinə xanım 3 nəfəri çağırmış, o üç nəfərdən biri də o olmuşdur və hədiyyəni onlara geri qaytarmışdır. Onlar isə bir müddət sonra həmin qızılı satıb hər kəsin pulunu özünə qaytarmışlar”.

34. Birinci instansiya məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh2 İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli 399/12 nömrəli əmrinin ləğv olunması, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, 50 manat (əlli manat) dövlət rüsumunun, 50 manat (əlli manat) mediasiya xərcinin və 320 manat (üç yüz iyirmi manat) vəkil xərcinin, ümumilikdə 420 manatın (dörd yüz iyirmi manat) Cavabdeh2ndən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə və Cavabdeh2 X10 münasibətdə təmin edilməməsi qət olunmuşdur.

35. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

35.1. Əmək qanunvericiliyinə görə, işəgötürənin əsas vəzifələrindəndir ki, Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirsin, əmək müqavilələrini həmin Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozsun. “Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər” məzmunlu norma imperativ xarakter daşımaqla işəgötürən tərəfindən öz hüquqlarından sui-istifadə edilməsinə mane olur. 35.2. Cavabdeh2 tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Lakin hazırki işin materiallarından iddiaçı tərəfindən özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və yaxud da əmək vəzifələrini kobud şəkildə pozması halları aşkar edilməmişdir. 35.3. Cavabdeh2 tərəfindən iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, o cümlədən klinikada sanitar-gigiyenik, sanitariya-epidemioloji rejimə riayət olunmasına nəzarət etməməsini əsas gətirərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh2 X13 üzrə "Şöbələrdə tibbi tullantılara nəzarət edilməsi barədə” 10 mart 2023cü il tarixli 60 nömrəli Əmrdən görünür ki, şöbələr daxilində tibbi tullantıların çeşidlənməsi və toplanmasına nəzarət böyük tibb bacıları və təsərrüfat bacılarına, daşınması, saxlanması, “X22” şirkətinə təhvil-təslim edilməsinə nəzarət Təsərrüfat üzrə bölmə müdiri Təhminə İsmayılovaya, ümumi nəzarət klinikanın baş tibb bacısı İddiaçı və infeksiyaya nəzarət üzə tibb bacısı Leyli Rzayevaya tapşrılmışdır. Bundan başqa, “tibbi tullantılara nəzarət edilməsi barədə” 25 oktyabr 2023-cü il tarixli 229 nömrəli əmrdən görünür ki, klinikada şöbələr daxili tibbi tullantıların çeşidlənməsi və toplanmasına nəzarət böyük tibb bacıları və təsərrüfat bacılarına, klinikanın Tibbi tullantılarının daşınmasına, saxlanmasına, “X22” şirkətinə təhvil-təslim edilməsinə nəzarət Təsərrüfat işləri üzrə müdiri Rüfət Əliyevə, ümumi nəzarət klinikanın Baş tibb bacısı İddiaçı tapşırılmışdır. Göründüyü kimi müvafiq əmrlərlə klinikada sanitar-gigiyenik, sanitar-epidemioloji işlər konkret şəxslərə tapşırılmış, İddiaçı isə klinikada sanitar-gigiyenik, sanitar-epidemioloji işlər üzrə ümumi nəzarəti həyata keçirmək tapşırılmışdır. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı bir neçə dəfə sözügedən Klinikanın direktoru Cavid Paşayevə təqdimat və bildirişlə müraciət edərək, tibbi tullantıların daşınması, saxlanması, “Kaspian lojistik Qrup” şirkətinə çəkilərək edilən təhvil-təslimə nəzarət işlərinin Təsərrüfat üzrə bölmə müdiri Təhminə İsmayılovaya həvalə edilməsini, lakin onun işdən azad edilməsini və nəticədə işin nəzarətsiz qaldığını, tibbi tullantıların idarə olunmasında baş vermiş pozuntu ilə əlaqədar böyük tibb bacıları və təsərrüfat bacıları ilə birlikdə toplantı keçirdiyini və toplantıda xadimənin tullantının daşınması zamanı səhvə yol verərək tibbi tullantını məişət tullantısına qarışdırdığını, həmçinin baş vermiş pozuntularla əlaqədar dəfələrlə məlumat verilməsinə baxmayaraq problemin hələ də davam etdiyini bildirmişdir. Göründüyü kimi iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək müəyyən hərəkətlər etmiş, klinikada tibbi tullantılarla bağlı ümumi nəzarəti həyata keçirmişdir. 35.4. Cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr verərkən iddiaçının öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək maddi nemətlər əldə edilməsi ilə bağlı hərəkətləri ilə klinikada əməkdaşlar arasında neqativ hallara şərait yaratmasını da əsas götürməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş vaxtından kənar klinikada işləyən böyük tibb bacıları iddiaçını doğum günü münasibəti ilə təbrik etmək üçün işdən kənar bir yerdə onu təbrik etmiş, hədiyyə olaraq iddiaçıya gül buketi və zinət əşyası hədiyyə edilmişdir. Lakin müəyyən edilmişdir ki, iddiaçıya hədiyyə edilən zinət əşyası sonradan iddiaçı tərəfindən geri qaytarılmışdır (bunu şahid ifadəsi də təsdiq edir). Şahid ifadəsindən həmçinin aydın olmuşdur ki, klinikada baş tibb bacılarının ad günlərində onlara hədiyyə verilməsi ənənə halını almış və bu hal iddiaçı vəzifəyə gəlməmişdən öncə də bir neçə dəfə təkrarlanmışdır. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ad günü münasibətilə hədiyyənin alınması onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi halı kimi qiymətləndirilməməlidir. Bundan başqa isə iddiaçı hədiyyə almış olduğu şəxslərin bir neçəsindən sonra işə gecikmə və s. hallara istinad edərək də müvafiq təqdimat vermişdir ki, bu da həmin hədiyyənin iş ahənginin davam etdirilməsinin qarşılığının olmamasından irəli gəlmişdir. Həmçinin, hədiyyə verən şəxslərin heç biri tərəfindən verilmiş hədiyyələrin gördükləri işin qarşılığında verilməsini də bildirməmişlər. 35.5. Cavabdeh2 X13 iddiaya münasibətdə subyektiv cavabdehlik daşımadığından ona qarşı iddia təmin edilə bilməz. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə işəgötürən qismində girən Cavabdeh2 X13 deyil, digər Cavabdeh2 olmuşdur. 35.6. İddia tələbi “ödənilmiş 100 manat məbləğində məhkəmə xərcinin və 320 manat məbləğində hüquqi yardım xərcinin tutulması” hissəsində əsaslıdır və təmin edilməlidir.

36. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Əmək Məcəlləsinin 4-cü, 9-cu,12-ci, 68-ci, 70-ci, 71-ci, 72-ci, 300-cü maddələrinə istinad etmişdir.

37. Qətnamədən Cavabdeh2 nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaya etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

38. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

39. Cavabdeh2 və Tibb Universitetinin X9 məhkəmə iclaslarında iştirak edən nümayəndələri apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı və onun nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

40. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

41. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: ("a”) tərəflərdən birinin təşəbbüsü; (“b”) əmək müqaviləsinin müddətinin qurtarması; (“c”) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; (“ç”) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); (“d”) tərəflərin iradəsindən asılı olmayan hallar; (“e”) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

42. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

43. Maddə 71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

44. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması.

45. Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

46. Maddə 80 (2-ci hissəsi). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

47. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

48. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

49. Maddə 186 (3-cü hissə). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

50. Maddə 187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

51. Maddə 189 (1-ci hissə). Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

52. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

56. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

62. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh Tibb Universitetinin nümayəndəsi isə yalnız qeyd edilən hissədən apellyasiya şikayəti vermişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin edilməməsi ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

63. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir.

64. İlk növbədə qeyd olunmalıdır ki, işçinin yol verdiyi pozuntuların onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsinə əsas təşkil etməsi üçün, həmin pozuntuların işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi səbəbindən ortaya çıxması, habelə bu pozuntu(lar) nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.

65. Kollegiyanın qənaətinə görə, iddiaçıya istinad olunan pozuntuların onun tərəfindən törədilməsi, eləcə də həmin pozuntular nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi ümumiyyətlə sübuta yetirilməmişdir.

66. Əksinə, işin hallarından göründüyü kimi, iddiaçının yol verdiyi pozuntu kimi göstərilən “klinikada sanitar-gigiyenik, sanitariya-epidemioloji rejimə riayət olunmasına nəzarət etməməsi” pozuntusuna onun tərəfindən yol verilməmiş, əksinə o, klinikada mövcud olan sanitar-gigyenik çatışmazlıqlar barədə rəhbərliyinə mütəmadi məlumatlar çatdırmaqla həmin çatışmazlıqların aradan qaldırılmasına çalışmışdır.

67. İddiaçıya əvvəllər verilmiş “töhmət” intizam tənbehinə münasibətdə kollegiya qeyd edir ki, işin hallarından həmin tənbehin ona tətbiq edilməsinə əsas olmadığı görünür; belə ki, sözügedən tənbeh iddiaçıya “vəzifə səlahiyyətlərini aşaraq professorun müalicə işinə müdaxilə etdiyinə, əmək və icra intizamını pozduğuna və işində nöqsanlara yol verdiyinə görə” xx.xx.2023-cü il tarixdə verilmişdir - hansı ki, iddiaçı, Klinikanın direktoru Cavid Paşayevə ünvanladığı xx.xx.2023-cü il tarixli təqdimatda “...tapşırığınıza əsasən xx.xx.2023-cü il tarixində iş vaxtı bitmədən şöbəni tərk etmiş Ümumi cərrahiyyə şöbəsinin məsul Böyük tibb bacısı Quliyeva Familədən izahat tələb edən zaman izahat verməkdən imtina etdiyini, ümumi cərrahiyyə şöbəsinin Kafedra və Şöbə müdiri professor Elçin Ağayevə yaxınlaşdığını və bu vəziyyətdən professorun məlumatı olduğunun aydınlaşdığını, professor Elçin Ağayevin şöbənin böyük tibb bacısından izahat istəməyinə etirazını bildirdiyini” göstərmişdir.

68. Qeyd olunmalıdır ki, həmin intizam tənbehi iddiaçı tərəfindən ayrıca mübahisələndirilməsə də, onun əmək müqaviləsinə xitam verilməsi zamanı “əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması” halına da istinad edildiyi üçün, müvafiq hala qiymət verilməsi iddia tələbindən kənara çıxma olaraq qiymətləndirilməməlidir.

69. İddiaçıya istinad olunan digər pozuntu, yəni onun, doğum günü hədiyyəsi olaraq iş yerindən kənarda və iş vaxtından sonra iş yoldaşlarından zinyət əşyası alması isə (əgər almışdırsa), ümumiyyətlə Əmək Məcəlləsinin 70-ci maddəsi kontekstində pozuntu kimi qiymətləndirilə bilməz.

70. Həmçinin qeyd olunmalıdır ki, əmək müqaviləsinə xitam verilərkən iddiaçının izahatının alınmadığı da müəyyən edilir; halbuki qanunvericilik, intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin işçidən yazılı izahat almasını tələb edir (§ 50).

71. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır (§ 49). Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır.

72. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının barəsində Həmkarlar Təşkilatının iclası da formal keçirilmiş, işəgötürənin Nizam İntizam Komissiyasının qərarında (təqdimatında) göstərilən hallarla bağlı heç bir araşdırma aparılmayaraq, onun əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam olunmasına razılıq verilmişdir. X14, əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin yaratdıqları birlik olması etibarilə işəgötürənin sifarişini həyata keçirən qurum kimi deyil, işçiyə istinad olunan pozuntuların həqiqətən mövcud olubolmadığını araşdırmalı olan qurum kimi fəaliyyət göstərməlidir.

73. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi (mübahisələndirilən hissədə) üçün əsas deyildir.

74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1705/2024 saylı iş üzrə 13 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh2 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar