Məhkəmə qərarları › İş №2(103)-5218/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5218/2022

05.07.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5218/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2022 saylı iş üzrə 31 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı (Cavabdeh2 və Cavabdeh3 1 saylı Rabitə xidmətləri mərkəzi (Yasamal rayon Telefon Qovşağı) üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 avqust 2004-cü ilin manat dövriyyəsinin 8.000 manatı indeksləşdirilərək, qüvvədə olan manatla sığorta pulunun Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən tam tutularaq X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, müstəqil tələb irəli sürə bilməyən 3-cü şəxslər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Cavabdeh3 1 saylı Rabitə xidmətləri Mərkəzinin cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, məhkəmə araşdırması nəticəsində aşkarlanan cavabdehdən ve ya cavabdehlərdən 30 avqust 2004-cü ilin manat dövriyyəsinin 8.000 manatı indeksləşdirilərək, qüvvədə olan manatla X6 oglunun adına olan sıgorta pulunun tam ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2022 saylı iş üzrə 31 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən İddiaçı tərəfindən elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmişdir. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2022 saylı iş üzrə 31 mart 2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə İddiaçı elektron kabinetinə göndərilmişdir. Bundan sonra cavabdeh elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, lakin məhkəmənin qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra iddiaçı xx.xx.2022-ci tarixdə təkrarən apellyasiya şikayət vermiş və məhkəmənin qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı təkrarən xx.xx.2022-ci tarixdə apellyasiya şikayət vermişdir. Göründüyü kimi, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2022 saylı iş üzrə 31 mart 2022-ci il tarixli qətnaməsindən xx.xx.2022-ci tarixdə apellyasiya şikayəti verərkən qanunla nəzərdə tutulmuş müddəti ötürmüş və müddətin bərpasına dair ərizə də verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya qeyd edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilməsinə baxmayaraq birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun olaraq qaytarmalı olduğu halda apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2022 saylı iş üzrə 31 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2022 saylı iş üzrə 31 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar