Məhkəmə qərarları › İş №2(103)-5223/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5223/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5223/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsinin geri qaytarılması ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (iddiaçı) Əmanətlərin Sığortalanması Fonduna (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, kredit öhdəliyinin onun üzərindən götürülməsi, kredit borcunun indeksləşdirilib ödəmə öhdəliyinin zaminlərə və girova yönəldilməsi haqqında qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin 01 avqust 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin, mülki prosessual qanunvericiliklə müəyyən edilmiş məzmuna uyğun tərtib edilmədiyi, tələbin aydın göstərilmədiyi, eləcə də rüsum ödənilmədiyi əsas göstərilməklə geri qaytarılması qərara alınmışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayət məhkəmənin 12 avqust 2024-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi geri qaytarılır. İşin materialından görünür ki, iddiaçı iddia ərizəsinin məzmununa əməl etməməklə yanaşı, dövlət rüsumunu da ödəməmiş, birinci instansiya məhkəməsi də haqlı olaraq onun iddia ərizəsini geri qaytarmışdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4200/2024 saylı iş üzrə 01 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar